Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3487/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və sair”; “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Mübahisələndirilən əqdlər ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tər kibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və sair” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3566/2025 nömrəli, 2025-ci il 28 iyul tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 10 dekabr 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. AzərbaycanRespublikası Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19/08 saylı qərarından görünür ki, Binəqədi rayonu, Xocəsən Bələdi yyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m. torpaq sahəsi alğı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilməsi qərara alınmışdır.
2. X12 tərəfindən Cavabdeh1 verilən xx.xx.2016-cı il tarixli, AR-İ seriyalı, 471087 saylı etibarnamədən görünür ki, X12 Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19/08 saylı qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Xocəsən qəsəbə bələdiyyəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, reyestrdən çıxarış almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirməyi və s.hərəkətləri etməyi Cavabdeh1 80 il müddətinə xx.xx.2096-cı il tarixinə kimi etibar etmişdir.
3. X1 əvəzinə Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsini 19/08 saylı, xx.xx.2007-ci il tarixdə verilmiş qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində fərdi yaşayış evnin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evini alıcıya 50000 manat satmışdır. İkinci tərəf 50000 manatı notariusun banka açılmış depozit hesabı vasitəsilə birinci tərfə satıcıya ödədi.
4. Günay Bank ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, xəzinə mədaxil orderində n görünür ki, İddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında 50000 manat ödəniş edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 cavabdeh İddiaçı qarşı ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası, Cavabdeh1 həmin iddianı qaldırmağa subyektiv hüququ olmaması səbəbindən rədd edilmişdir. Qətnamədə işin faktiki halı kimi qeyd edilir: E.Əhədov 200 kv.m-lə bağlı hazırkı iş üzrə iddiaçıya, 300 kv.mlə bağlı isə X3 etibarnamə vermişdir. Hazırkı iş üzrə iddiaçı etibarnamə əsasında ona verilmiş 200 kv.m ərazi üzərində olan tikili ilə birlikdə həmin sahəyə sahiblik etməyə başlamış, daha sonra P.Nəzərova ilə razılığa gələrək ona etibarnamə əsasında verilmiş 300 kv.m torpaq sahəsini də öz istifadəsinə qəbul etmişdir. Bunun müqabilində o, sonuncuya 12.000 manat verməyi öhdəsinə götürmüşdür. Bu məbləğdən 5.000 manat P.Nəzərovaya ödənilmiş, iddiaçının ona 7.000 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini artıraraq, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş 140 kv.m. 4 otaqlı olan fərdi yaşayış evindən cavabdehlərin sahiblik və istifadəsinə xitam verilməsi, əmlakın onların qeyri-qanuni sahibliyindən geri götürülməsi və əmlakın iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barə də qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə ЗМ-484 № ilə qeyd olunmaqla təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində inşa edilmiş 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsini isə X5 adından etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Binəqədi rayon Xocəsən bələdiyyəsinin 14 avqust 2007-ci il tarixli, 19/08 saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisindəki 500 kv.m torpaq sahəsi X6 ayrılmışdır. Eyni zamanda 03 a vqust 2016-cı il tarixli etibarnamədən görünür ki, X12 həmin torpaq sahəsindən 200 kv.m torpaq sahəsi və üzərindəki tikilini özəlləşdirmək, kadastr planı, sənədləşdirmə işləri aparmaq, məhkəmədə iştirak etmək, bank əməliyyatları aparmaq, tikinti işləri aparmaq, notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirmək, müqavilə imzalamaq, rüsum ödəmək, pul almaq və tapşırıq yerinə yetirməklə bağlı ərizə vermək və digər hərəkətlər etməklə bağlı səlahiyyətləri Cavabdeh1 vermişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin evdə yaşayan X5 nümayəndəsi olan Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və digər ailə üzvləri 1 ay müddətində əmlakı tərk etməli olsalar da, dəfələrlə xəbərdar olunmasına baxmayaraq cavabdeh və onunla birlikdə yaşayan şəxslər əmlakdan qeyri-qanuni olaraq istifadə və sahiblik etməkdə davam edirlər. Hazırda cavabdeh və ailə üzvlərinin əmlakdan qeyri-qanuni olaraq istifadə və sahiblik edərək iddiaçıya təhvil verməməsi iddiaçının həmin əmlaka mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Ona görə də cavabdehin və onun ailə üzvlərinin əmlakdan qeyriqanuni istifadə və sahibliyinə xitam verilməsi ilə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradıla bilən maneələrin qarşısı alınmalıdır.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X12 isə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edi lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzəridə tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Belə ki, Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi ona verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2016-cı il tarixində 7E-14074 reystr nömrəli etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 3M-484 reyestr nömrəli “ilkin alğı-satqı müqaviləsi” əsasında cavabdeh İddiaçı satmışdır. Cavabdeh1 bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq bu addımı atmışdır. X9 qızı Şövkətin borcunu ödəməkdən ötrü evi borc qarşılığında şirkətin nümayəndəsinə satmaq üçün formal ilkin alğı-satqı müqaviləsi bağlamışdır. Lakin müqavilə üzrə nə Cavabdeh1 nə də ki, Şövkətə heç bir məbləğdə pul verilməmişdir. Bundan görünür ki, həmin müqavilə həqiqi niyyətlə bağlanmamışdır. Evin dəyəri 90000-100000 olduğu halda ilkin alğı-satqı müqaviləsində evin dəyəri formal olaraq 50000 kimi göstərilmişdir. Eyni zamanda pulun bir hissəsi verilib, qalan hissəsi alğı-satqı müqaviləsi bağlanarkən verilməli olduğu halda, ilkin alğı-satqı müqaviləsində pulun tam olaraq verilməsi göstərilmişdir. Hətta Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin alğı -satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzərində tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilsə də, şahid ifadələri ilə müqavilənin formal alğı-satqı müqaviləsi olması öz təsdiqini tapır.
10. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh1 Bina.az və “Tez Əmlak” internet saytında yerləşdirdiyi elan vasitəsi ilə tanımışdır. Cavabdeh1 ilə qarşılıqlı razılığa əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin qiymətini 75000 manata razılaşmış və bundan sonra notariat ofisində 2023-cü ilin aprel ayında X5 nümayəndələri ilə alqı-satqı müqavilələri bağlamışlar. Torpağın və fərdi yaşayış evinin dəyərini tam olaraq ödəməyinə baxmayaraq Cavabdeh1 və orada yaşayan yaxın qohumları əmlakı ona təhvil vermirlər və əmlakından istifadə etməyə ona mane olurlar. Bundan başqa o, vəkil kimi fəaliyyət göstərir və heç vaxt "xxxx" MMC-də işləməmişdir. Sadəcə olaraq alqı-satqı müqaviləsindən 8 ay sonra "xxxx" MMC-nin rəhbəri olan şəxs (həmdə BOKT sahibidir) BOKT-un işləri ilə bağlı onunla vəkil kimi müqavilə bağlamışlar. "xxxx" MMC-nin rəsmi işçisi deyil. Lakin bir neçə dəfə "xxxx" MMC-nin hüquqlarının müdafiə olunması üçün müqavilə bağlamışlar. Bundan başqa cavabdehlərlə alqı-satqı müqaviləsi bağlanandan təxminən 8-9 ay sonra "xxxx" ASC-də əlavə i ş yeri kimi rəsmi işə düzəlmişdir. O, torpaq sahəsini və fərdi yaşayış evini alan zaman hətta X12 ilə də əlaqə saxlamaq istəsə də, lakin Cavabdeh1 X5 əlil və xəstə olduğunu əsas gətirərək evdən çıxa bilməyəcəyini bildirmişdir. Bundan başqa Şövkətin mənimsəmə etməsi barədə təxminən 2023-cü ilin may-iyun ayında audit rəyi də çıxarılmışdır. 25000 manat Pərvanəyə, 50000 manat isə İntiqama vermişdir. Bütün ödənişlər notariusda yerləşən bank vasitəsilə həyata keçirilmişdir. Əmlak ona 1 ay sonra təhvil verilsə də, sonradan təxminən avqust ayında Cavabdeh1 qıfılı dəyişdirərək evə daxil olmuş və evi ona verməkdən imtina etmişdir. Bununla bağlı 40-cı PB-nə müraciət etsə də, PB-də müraciətinin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi bildirilmişdir. Rəşad adlı şəxs "xxxx" MMC-nin əməkdaş ı deyildir. Rəşadı onunla İntiqam tanış etmişdir, həmin vaxt onların Rəşadla ortaq dostlarının olduğu müəyyən olmuşdur. Evin problemli olması barədə İntiqam ona məlumat verməmişdir. Əlavə olaraq bildirir ki, onun birbaşa Şahid ilə dostluq münasibətləri olmamışdır. Şahid ilə onun ortaq dostu vardır. Onun Şahid ilə heç bir işgüzar münasibətləri olmamışdır. Dostları ilə birgə Bakı şəhərində torpaq sahələri alaraq, 3 mərtəbəli fərdi yaşayış evləri tikib hər mərtəbəsini ayrı-ayrılıqda kirayəyə verirlər. Bu günə kimi Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmişlər. Bundan başqa bildirmək istəyir ki, Cavabdeh3 müxtəlif vaxtlarda vatsap vasitəsilə Şahid yeyinti ilə bağlı etirafedici mesajlar yazmışdır. Həmin yazışmaları növbəti məhkəmə iclasında Şahid götürüb məhkəməyə təqdim edəcək. 2023-cü deka br ayından "xxxx" ASC-də işləyir. 75000 manatı cavabdehlərə vermişdir.
11. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı məlumatda göstərir: İddiaçı tərəfindən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılması tələbi ilə açılmış mülki iş üzrə mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə cavab olaraq və onun irəli sürdüyü iddiaların hüquqi əsassızlığını sübut etmək məqsədilə aşağıdakı hüquqi mülahizələr təqdim edilir.
1. Alqı-satqı müqaviləsinin qanunvericiliyə uyğun formada bağlanılması. Mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə bağlanmışdır. Mülki Məcəllənin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən isə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Müqavilə notarial qaydada təsdiqlənmişdir, tərəflər arasında hər hansı hüquqi əngəl olmamışdır və müqavilənin bütün müddəaları tərəflərin qarşılıqlı r azılığı əsasında müəyyən edilmişdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Müvafiq olaraq, İddiaçı, Cavabdeh1la bağladığı müqaviləyə əsasən, qanuni şəkildə daşınmaz əmlakın sahiblik və istifadə hüququna malikdir.
2. Müqavilə üzrə öhdəliklərin tam və düzgün yerinə yetirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən, tərəflər müqavilə ilə müəyyən edilmiş müddətdə öz öhdəliklərini icra etməyə borcludur. Belə ki, sözügedən alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan bütün öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı zamanı ödəniş Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir və bu faktı təsdiq edən kassa məxaric qəbzi mövcuddur. Bu fakt müqavilənin icra olunduğunu və ödənişin edildiyini tam şəkildə təsdiq edir. Qarşı tərəfin "bizə pul verilməyib" iddiası isə hüquqi və faktiki baxımdan tamamilə əsassızdır və müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini inkar etməyə əsas vermir.
3. Müqavilənin hüquqi əhəmiyyəti və onun etibarsız sayılmasının mümkünsüzlüyü Əhədov Elşadın iddiasında müqavilənin etibarsız olması ilə bağlı irəli sürdüyü iddialar tamamilə yanlışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən, müqavilənin etibarsızlığı yalnız qanunda konkret olaraq göstərilən əsaslar olduqda mümkündür. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər üz rə ilk olaraq onların etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çox tərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onlar ın arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin forma sına dair şərtlər. Hazırkı iş üzrə Mülki Məcəllənin 339349-cu maddələrində əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş hüquqi əsasların heç biri mövcud deyil və sübut olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında həmin əsasların izahı verilsə də, onların heç biri bu işə tətbiq edilə bilmir və iddiaçı Əhədov Elşad tərəfindən də sübut edilməmişdir. İddiaçının mövqeyinə əsasən, onun Cavabdeh1 verdiyi etibarnamə əsasında razılığının alınmaması, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas təşkil etmir. Bundan əlavə, qanunvericiliyin tələbləri pozulmadığından, əqdin etibarsızlığına dair irəli sürülən iddialar hüquqi cəhətdən əsassızdır. Mövcud iş üzrə alqı-satqı müqaviləsi tam qanuni qaydada bağlanmış, əqdin hüquqi qüvvəyə malik olması üçün tələb olunan bütün prinsiplərə riayət edilmişdir. Qarşı tərəfin iddiaları isə subyektiv xarakter daşıyır və hüquqi baxımdan hər hansı əhəmiyyət kəsb etmir.
4. X5 iddia üzrə subyektiv hüququnun olmaması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, iddia tələbinin məhkəmə qaydasında həll edilməsi üçün iddia qaldıran şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, subyektiv hüquq öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmə hüququ və müdafiə hüququ kimi üç əsas elementin məcmusundan ibarətdir. Həmin prinsip əsas götürülməklə, müqavilənin etibarsız hesab edilməsi tələbi irəli sürən üçünc ü şəxs X12 bu iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, o, özü etibarnamə əsasında öz adından əmlakın satılması üçün Cavabdeh1 səlahiyyət vermişdir. İddiaçı X12 tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə əsasən, sonuncu müvafiq əmlakın alqı-satqısını həyata keçirmək üçün tam hüquqi səlahiyyətə malik olmuşdur. X4 əmlakın satışına razı olmasaydı, həmin etibarnamə üzrə müvafiq səlahiyyətin ötürülməsini təsdiq etməzdi. Etibarnamənin mövcudluğu və onun əsasında alqı-satqı müqaviləsinin icra edilməsi faktı, mübahisələndirilmənin əsassız olduğunu təsdiqləyən mühüm hüquqi əsaslar yaradır. Eyni zamanda bu səlahiyyətdən irəli gələrək, etibarnamə sahibi olan Cavabdeh1 həmin daşınmaz əmlak üzrə alqı-satqı müqaviləsi bağlamış, bu əməliyyat notariat orqanı tərəfindən qa nuni qaydada təsdiq edilmişdir. Bundan başqa, tərəflər arasında aparılan ödəniş prosesi mövcud kassa qəbzi ilə təsdiq olunmuş, yəni alıcı olan İddiaçı ödənişi tam şəkildə Cavabdeh1 notariusun deposit hesabı vasitəsilə köçürmüşdür. Eyni zamanda Cavabdeh1 etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinə dair irəli sürdüyü iddialar əsassızdır və Əhədov Elşadla hər hansı hüquqi əlaqəsi mövcud deyil. Xüsusilə, İntiqamın "xxxx" MMC ilə bağlı iddialarının Elşada aidiyyəti olmadığı üçün sonuncunun bu əsasla müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda, torpaq sahəsinin qalan hissəsinin digər Satıcıdan alqı-satqı müqaviləsi əsasında əldə edilməsi və 25 000 (iyirmi beş min) AZN məbləğin notariusun depozit hesabı vasitəsilə Satıcıya ödənilməsi, alıcının t orpaq sahəsini tam şəkildə əldə etmək niyyətini açıq şəkildə ifadə edir.
5. İddiaçının satış barəsində əvvəldən məlumatlı olması və müraciətin gecikdirilməsi Mübahisəyə səbəb olan daşınmaz əmlakın satışı ilə bağlı qarşı tərəfin əvvəldən məlumatı olmuş, hətta satışı üçün elan yerləşdirilmişdir. İddiaçının müqavilənin bağlanmasından uzun müddət keçdikdən sonra bu məsələ ilə bağlı iddia irəli sürməsi onun iddialarının qeyri-ciddi və hüquqi baxımdan əsassız olduğunu sübut edir. Əgər iddiaçı alqı-satqı müqaviləsi ilə bağlı hər hansı hüquqi etiraz irəli sürmək niyyətində idisə, bunu məqbul və hüquqi cəhətdən əsaslandırılmış müddət ərzində etməli idi. Çünki müqavilənin bağlandığı dövrdən etibarən hüquqi və faktiki hallar dəyişmədiyi halda, hazırda bu iddianın irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
6. İddia müddətinin tətbiqi Digər vacib faktor ondan ibarətdir ki, iddia müdətinin tətbiqi ilə bağlı olaraq Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi üçün iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməlidir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xi tam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmin normaya əsasən, X12 tərəfindən iddianı irəli sürmək üçün iddia müddəti ötürülmüşdür və Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, iddia müdəti keçmiş olduqda, iddia edilən tələbin məhkəmə tərəfindən təmin olunmaması üçün hüquqi əsas yaranmış olur. Yuxarıda qeyd edilən hüquqi əsaslara və iş üzrə mövcud faktlara istinad edərək, X5 xx.xx.2023-cü il tarixli 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibar sız hesab edilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edir.
12. İddiaçı məhkəməyə təqdim etdiyi etirazında göstərir: Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 tərəfindən verilən iddia ərizəsində tərəflər arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alqısatqı müqaviləsinin etibarsız əqd olunduğu bildirilmişdir. İddiaçı Elşadın bəyanatına əsasən, o, tikintisi aparılmış 4 otaqlı fərdi yaşayış evinin sahibidir və bu əmlakın satışını Cavabdeh1 heç bir zaman həyata keçirməmişdir. İddiaçı əmlakın Cavabdeh1 yalnız tikinti məqsədilə verildiyini və heç bir zaman satış məqsədini güdmədiyini iddia edir. Lakin, faktiki olaraq, həmin torpaq sahəsi bələdiyyə torpağı olduğuna görə, alqı-satqı müqaviləsi bağlan mamış və yalnız etibarnamə əsasında mülkiyyətin ötürülməsi təmin edilmişdir. Beləliklə, qeyd olunan hadisələr göstərir ki, Xocəsən Bələdiyyəsinin qərarı ilə X6 verilmiş torpaq sahəsi etibarnamə əsasında Cavabdeh1 satılmışdır. Həmçinin, Cavabdeh1 əvvəlki məhkəmə proseslərində öz bəyanatlarında dəfələrlə vurğulamışdır ki, "bu ev mənimdir", bu əmlak onun mülkiyyətində olub və evin satışı qızı Şövkətin borcunu ödəmək məqsədilə həyata keçirilib. Buna əsasən, Elşadın iddialarının əksinə, əmlakın satılması və mülkiyyətin ötürülməsi prosesi Cavabdeh1 tərəfindən qanuni şəkildə aparılmışdır. Eyni zamanda, iddiaçı Elşadın ərizəsində Cavabdeh1 və İddiaçı arasında bağlanan ilkin alqısatqı müqaviləsinin formal olaraq bağlandığı və müqavilə üzrə heç bir ödənişin edilmədiyi iddia edilməkdədir. Lakin bu id dialar əsassızdır və doğru deyildir. Belə ki, ilkin alqı-satqı müqaviləsi yalnız torpaq sahəsinin bələdiyyə torpağı olması və bu torpağın hüquqi vəziyyətinin düzgün tənzimlənməsi məqsədilə bağlanmışdır. Bu müqavilə, əmlakın rəsmi olaraq satılmasını və mülkiyyətin ötürülməsini təmin edən hüquqi bir sənəddir. Bundan əlavə, Elşadın təqdim etdiyi iddialara zidd olaraq, əmlakın faktiki dəyəri tam şəkildə ödənilmişdir. Belə ki, X3 etibarnamə əsasında torpaq sahəsinin bir hissəsinin verilməsi ilə əlaqədar olaraq, qalan torpaq sahəsi üzrə Nəzərova Pərvanə ilə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 25,000 AZN məbləği ödənilmişdir. Bu, əmlakın faktiki alışı üçün tam ödənişin həyata keçirildiyini və ilkin alqı-satqı müqaviləsinin əmlakın real satışını təmin etmək məqsədilə bağland ığını göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, qeyd olunanlardan görünür ki, X5 iddiası əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, X5 xx.xx.2023-cü il tarixli 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş edir.
13. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, ilk əvvəl alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişlər, lakin məhkə mə iddianı rədd etmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versələr də, sonradan apellyasiya şikayətindən subyektiv hüquqları olmadığı üçün imtina etmişlər. Cavabdeh1 mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinə məlumat verməmişdir. Ona görə də, hazırda X13 hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Faktiki olaraq mübahisəli fərdi yaşayış evində X13 yaşayır və evə dair bələdiyyə qərarı ilə torpaq sahəsi X7 ayrılmışdır. Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi X7 verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində “ilkin alqı-satqı müqaviləsi” əsasında cavabdeh İddiaçı satmışdır. Cavabdeh1 bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq bu addımı atmışdır. X9 qızı Şövkətin borcunu ödəməkdən ötrü evi borc qarşılığında şirkətin nümayəndəsinə vermək üçün formal ilkin alğı-satqı müqaviləsi bağlamışdır. Lakin müqavilə üzrə nə Cavabdeh1 nə də ki, Şövkətə heç bir məbləğdə pul verilməmişdir. Bundan görünür ki, həmin müqavilə həqiqi niyyətlə bağlanmamışdır. Eyni zamanda pulun bir hissəsi verilib, qalan hissəsi alqı-satqı müqaviləsi bağlanarkən verilməli olduğu halda, ilkin alqı-satqı müqaviləsində pulun tam olaraq verilməsi göstərilmişdir. X2 İntiqam Camal oğluna pul verərək torpaq sahəsində ev tikməsini və müvəqqəti olaraq orada yaşamasını bildirmişdir. Rəşad Xətai Rayon Məhkəməsində izahat verərkən, alqı-satqın ın formal olduğu müəyyən olunmuşdur. Belə ki, əvvəlcədən Şövkətin MMC-də mənimsəmə etməsi Vüqara məlum olmuşdur. Ona görə də, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir və bu barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edir. X12 ilə Cavabdeh1 arasında dost münasibətləri vardır. İddiaçı mübahisəli fərdi yaşayış evini formal olaraq almışdır. Belə ki, başqa məhkəmə prosesində İddiaçı "xxxx" MMC-də işləməsi müəyyən olunmuşdur. "xxxx" MMC-nin şikayəti əsasında Cavabdeh1 qızı Şövkət barəsində mənimsəmə ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
14. Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının icraata qəbul edilməsinə etiraz etmir. Əlavə olaraq bildirir ki, keçən ilin aprel ayında yoldaşı guya qızının 140000 manatdan artıq mənimsəmə etməsini bildirmişdir. O, qızının işlədiyi "xxxx" MMC-yə gedərək oranın rəhbərliyi ilə məsələni aydınlaşdırmaq istəmiş, orada Rəşad adlı şəxs MMC-nin rəhbəri Mədət müəllimin onu qəbul etmək istəmədiyini bildirmişdir. Bundan sonra Rəşad onlara gələrək pulu tələb etmişdir. O isə evindən başqa heç bir əmlakının olmadığını bildirmişdir. Rəşad ondan 15 gün müddətində evi sataraq 96000 manat pulu verməyi tələb etdi. O, evi satmaq üçün intenet elan saytına yerləşdirsə də, ev satılmamışdır. Bundan sonra Rəşad hazırki iddiaçı olan İddiaçı ilə onlara gəlmiş və evə baxıb getmişlər. Daha sonra Rəşad evi Vüqara satmağı bildirmişdir. O da, notariat ofisində etibarnamə əsasında evi Vüqara satmışdır. Həmin zaman Rəşadda onlarla olmuşdur. O evi satan zaman yalnız müqaviləni imzalamış, ona pul verilməmişdir. Alqı-satqıdan sonra evdən çıxmış və 9 ay kirayədə qalmışdır. Daha sonra tanışları evinin qanunsuz yolla onun əlindən alındığını izah etdilər və o, evinə köçmüşdür. Daha sonra isə Telman müəllimlə müqavilə bağlamışdır. X6 məxsus 5 sot torpaq sahəsinin 2 sotunu özü, 3 sotunu Pərvanə almışdır. Torpağa görə Elşada Pərvanə ilə ayrı-ayrılıqda 12000 manat pul vermişlər. Daha sonra Pərvanənin də torpaq hissəsini 5000 manat verərək almış və Pərvanəyə 7000 manat borcu qalmışdır. Notariusda iddiaçı tərəfindən Pərvanəyə 7000 manat pul verilmişdir. Onlara pul veril məmişdir. Notariat ofisində Vüqar təklikdə notariusun yanına girib-çıxırdı, onlar isə sadəcə sənədləri imzalayırdılar.
15. Cavabdeh3 izahatında bildirmişdir ki, ilk əvvəl 168000 manat yeyintinin olduğu ona bildirilmişdir. O da, müştərilərlə əlaqə saxlamış, onların bəzisi, heç bir məhsul almadıqlarını bildirmişlər. Daha sonra yeyintinin miqdarının 80000 manat təşkil etdiyini bildirmişlər. Məsələ ilə bağlı araşdırma aparmaq istəsə də, MMC-nin rəhbərliyi araşdırma aparmağa icazə verməmiş və araşdırmanın özləri tərəfindən aparılacağını bildirmişlər. Onu hətta evə buraxmamışlar və saat 22:00-dək işdə saxlamışlar. Ona guya müştərilərin ödəniş etmələri barədə qəbzləri imzalamağı, əks təqdirdə isə ona hədə qorxu gələrək pulları qaytarmayacağı təqdirdə ayağına qandal vurulacağını, uşağını görməyə cəyini və azadlıqdan məhrum ediləcəyini bildirmişlər. O da qorxu altında təqdim edilən sənədləri oxumadan imzalamışdır. O, prokurorluqda həmin sənədlərlə tanış olan zaman hansı sənədi imzaladığını bilmişdir. O, prokurorluqda həmin qəbzlərin eyni qələmlə, eyni gündə imzalandığını bildirmişdir. Halbuki, müştərilər ayrı-ayrı vaxtlarda məhsullar almışlar. "xxxx" MMC-nin daxili kredit forması var idi. Misal üçün müştəri bəyəndiyi 3000 manatlıq məhsula görə 100 manat beh verirdi, məhsul isə Rusiya Federasiyasından və Tükiyə Respublikasından gətirilirdi. Məhsulun nə vaxt müştəriyə çatdırılacağı və quraşdırılacağı artıq onlara aidiyyəti olmurdu. Onlar müştərinin verdiyi 100 manatı baş ofisə göndərirdilər. Sonradan müştərinin adında borc görünürdü. Müştəri ilə isə borc barədə əlaqə saxlanılan zaman məhsulu götürməsinin yadından çıxdığını, yaxınlaşıb ödəniş edib məhsulu götürəcəyini bildirirdi. MMC-də bununla bağlı boşluqlar çox idi. Rəhbərlik tərəfindən müştərinin borcları barədə bizə məlumat veriləndən sonra müştəri ilə əlaqə saxlayırdılar. Elə müştəri olurdu ki, hətta məhsulun ona çatdırılmadığını bildirirdi. Məhsul olmayaolmaya müştərinin adına borc yazılırdı. Ümumiyyətlə "xxxx" MMC-nin maliyyə şöbəsində çoxsaylı problemlər var. MMC-nin başqa mağaza direktorları barəsində də şikayət edilmişdir. Bundan başqa Şahid "xxxx" ASCdə problemli kreditlər şöbəsində işləyir. "xxxx" ASC isə "xxxx" MMC-nin bir qoludur. Rəşad ona zəng edərək İddiaçı "xxxx" MMC-nin vəkili olduğunu və evi almaq üçün baxış keçirəcəyini bildirmişdir. Lakin Rəşad və Vüqar sonradan bir-biri ilə tanış olduqlarını ink ar etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında İddiaçı "xxxx" MMC-nin vəkili olduğu müəyyən edilmişdir. O, bu məsələlərə görə uzun müddət stressdə olmuş, hətta bir neçə dəfə intihara cəhd etmişdir. Hətta bununla bağlı xəstəxanada yatmış və müalicə almışdır. Məsələ barədə prokurorluğun qaynar xəttinə şikayət etmiş. Sonuncu dəfə 1 həftə əvvəl yenidən izahatı alınmışdır. Ona notariat ofisində pul verilməmişdir. İddiaçı ona pul verdiyini iddia edirsə, notariat ofisində video müşahidə aparılır, kamera görüntülərini təqdim etsin. Viona” MMC barəsində prokurorluğa şikayət etdikdən sonra, onlar da onun barəsində prokurorluğa şikayət etmişlər. Hələ ki, cinayət işi başlanmayıb. Onlar oktyabr ayında, qarşı tərəf isə dekabr ayında prokurorluğa şikayət etmişdir. Alqı-satq ı müqaviləsi bağlanandan sonra 10000 manat məbləğində borc müqaviləsi və əlavə 10000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Yoldaşı kredit müqavilsinə zamin durmuşdur. Hətta həmin zaman yoldaşı Masallı rayonunda işləyirdi və zaminlik müqaviləsinə Masallı rayonunda yerləşən Perla mağazasında imzalamışdır. Prokurorluğa şikayət edənə kimi, yoldaşı ödənişləri edirdi. Daha sonra isə ödəniş etmədilər. Hazırda 10000 manatdan 600 manat borcları qalmışdır. İkinci 10000 manat isə ödənilməyib. İcra qeydinə əsasən yoldaşının əmək haqqına yönəlmişdir. Hədə qorxu gəlindiyi üçün Rəşada etiraf edici mesajlar göndərmişdir. Alqı-satqı bağlanandan sonra Rəşada mesaj yazmışdır. Əvvəllər Rəşadı tanımamış, evi almaq üçün gələndə görmüşdür. Rəşad evin "xxxx" MMC-nin vəkilinin almaq istəməsini bildirmiş dir. Onlar həmin ərəfədə evi internet saytına 90000 manata qoymuşdular. Ona notariat ofisində pul verilməmişdir.
16. Cavabdeh4 izahatında bildirmişdir ki, yoldaşının izahatını təsdiq edir. Əlavə olaraq bildirir ki, məsələlər ortaya çıxanda o, Masallı rayonunda işləyirdi. Rəşad ona zəng edərək, evin 50000 manata satıldığını bildirmişdir. O, isə zamin olduğu müqaviləyə görə bir müddət ödəniş etməsə də, sonradan icra məmuru borcu əmək haqqına yönəltmişdir. Bundan başqa onlar yeyintini edən şəxslərin adlarını "xxxx" MMC-yə bildirsələr də, heç bir araşdırma aparmadılar. Vüqarı tanımamış, həmin şəxsi ilk dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsində görmüşdür. Yoldaşının borcu olduğunu bildikdən sonra evi internet saytına 90000 manata satışa qoymuş və öz nömrəsini qeyd etmişdir. Lakin Rəşad ona zə ng edərək evə müştərini tapdığını və təcili evi satmalarını bildirmişdir. Rəşada bir az gözləyib evi daha baha satmağı təklif etsə də, razılaşmamışdır.
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, evin satışından MMC-yə ödəniş edilməmişdir.
18. Şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, "xxxx" ASC-də çalışır. "xxxx" MMC ilə BOKT arasında hər hansı xidməti müqavilə olmasa da, hər iki hüquqi şəxsin təsisçisi eynidir. Yəni, hər iki şirkət eyni şəxsə məxsusdur. "xxxx" MMC-nin problemli kreditlərini şifahi tapşırıq əsasında o həyata keçirmişdir. Ümumiyyətlə borc yığımı zəif olan mağazaları mütəmadi olaraq nəzarətdə saxlayırlar və bu mağazalardan biri də, həmin İnşaatçılarda olan mağaza olmuşdur. Bu səbəbdən yoxlama məqsədilə həmin mağazaya getmiş və müstəqil olaraq, ayrı otaqda siyahı üzrə borclulara zəng vurmağa başlamışdır. Bəzi müştərilər borclarının olmadığını, pulları xanımın kartına atdıqlarını, bəziləri ümumiyyətlə sifarişlərinin yerinə yetirilmədiyini, yəni mal almadıqlarını bildirmişlər. Məlum olmuşdur ki, xanım piramida quraraq, bunun pulunu ona, onun pulunu başqasının adına rəsmiləşdirməklə və ya baş tutmayan alğı-satqıları baş tutmuş kimi göstərmişdir. Siyahı üzrə borcluların yarısına çatmamış xanım otağa gəlmiş və başqa müştərilərə zəng vurmamağı xahiş etmişdir. Məlum oldu ki, onun zənglərindən sonra, borclular xanıma zəng etmiş, xanım da, şikayətlərdən qorxaraq, zəngləri dayandırmağı xahiş etmişdir. Daha sonra siyahı üzrə birlikdə yoxlamalar aparmışlar və məlum olmuşdur ki, 96000-97000 manat vəsait ortada yoxdur. Bundan sonra xanımı prokurorluğa şikayət edəcəyini bildirmişdir. Xanım əvvəlcə anası, daha sonra atası ilə gələrək, ondan şikayət edilməməsini xahiş etmiş və evlərini satıb, borcu ödəyəcəyini bildirmişdir. İnandırıcı olmaq üçün isə evin satışa çıxarılmasını əks etdirən elanı göstərmişlər. Evin satılmadığını görüb, ortaq tanışları vasitəsilə torpaq alğı-satqısı ilə məşğul olan Vüqara ismarıc göndərmişdir. Vüqar isə bu işlə maraqlanmış, onunla birlikdə bir neçə dəfə evə gedib baxmışdır. Xanımın atası ilə aralarında olan danışığa görə ev satılacaq, pulun bir hissəsinə başlarını sala biləcəkləri bir ev alınacaq, qalan məbləğ isə borcun ödənilməsinə yönəldiləcək. Lakin alğı-satqıdan sonra xanımın atası onlara pul verməmişdir. Alğı-satqı zamanı orada olsa da, pulun ni yə verilmədiyini soruşmamışdır. Ona hər hansı bir vəsait verilməmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(001)-548/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, satıcı X12 (əvəzinə Cavabdeh1) ilə alıcı İddiaçı arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış (reyestrdə 3M-484 nömrə ilə qeyd edilib) xx.xx.2023-cü il tarixli ilki n alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırır.
21. Belə ki, ilk iddianın əsasını sahiblik hüququnun müdafiəsi təşkil etsə də, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının əsasını müqavilənin etibarsızlığı təşkil edir. Bu səbəbdən, əqdin etibarsızlığı məsələsinə hüquqi qiymət verilməsi hər iki iddia üzrə məhkəmənin əsaslandırması üçün yetərlidir.
22. İddiaçı ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsızdır.
23. Belə ki, ilkin-alqı satqı müqaviləsi üzrə X1 nümayəndəsi Cavabdeh1 müqav ilə bağlamağa məcbur edilmişdir. Birincisi İddiaçı hazırki münasibətlərin təsadüfi iştirakçısı olduğunu bildirsə də, onun həm "xxxx" MMC ilə, həm "xxxx" ASC ilə işgüzar münasibətlərdə olduğu, Şahid ilə şəxsi tanışlığı olduğu müəyyən edilmişdir. Çünki İddiaçı məhkəmə iclaslarında əvvəlcə mübahisəli evi internet elanında gördüyünü, Şahid ev sahibi Cavabdeh1 vasitəsilə tanıdığını, daha sonra Şahidla ortaq dostlarının olduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində evin internet elanının onun tərəfindən İddiaçı göndərildiyini demişdir. Bundan əlavə İddiaçı "xxxx" MMC ilə və "xxxx" ASC ilə bir başa işgüzar münasibətlərdə olmuş, 2021-ci il tarixdən MMC-nin işlərində vəkil kimi çıxmış, hazırda da "xxxx" ASC-də isə əmək müqaviləsi üzrə çalışır. Eyni zamanda hə m Şahid, həm də "xxxx" MMC-nin nümayəndəsinin ilkin alqı-satqı müqaviləsindən sonra Cavabdeh1 onlara hər hansı məbləğdə vəsait ödəmədiyi barədə izahatları da məhkəmədə iddiaçının baş verən hadisələrin təsadüfi iştirakçısı olmadığı qənaəti yaratmışdır. Belə ki, "xxxx" MMC-nin əmlakını mənimsəmədə günahlandırılan Cavabdeh3 ailəsinə məxsus olan evin vurulmuş zərərin əvəzi qismində MMC-yə təklif edilməsi, MMC ilə bağlılığı olan şəxslərin bu rəsmiləşdirməni həyata keçirməkdə birbaşa notariat ofisində iştirak etməsi, notariusun depozit hesabı vasitəsilə pul əməliyyatlarının aparılması, müqavilədə göstərilən məbləği satıcı aldıqdan sonra MMC-yə ödəməkdən imtina etməsi və bunun nə İddiaçı, nə də "xxxx" MMC tərəfindən mübahisələndirilməməsi, həmin prosesin gedişində X3 real olaraq 7000 manat vəsait in ödənilməsi kimi məqamlar iddiaçının müstəqil alıcı kimi yaratmağa çalışdığı mənzərənin məntiqi ardıcıllığına uyğun gəlmir.
24. Bundan başqa İddiaçı vəkillik fəaliyyətindən kənar ortaqları ilə boş torpaq sahəsi alıb, orada kirayə verilməsi məqsədilə otaqlar tikərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, həqiqətən bu cür fəaliyyətlə məşğul olduğu sübut edilmiş olsa belə, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin o məqsədlə bağlanmadığı şübhəsini aradan qaldırmır.
25. Belə ki, əvvəla mübahisəli fərdi yaşayış evinin ayrıca otaq kimi kirayəyə verilməsi münasib olmamaqla, kifayət qədər yüksək məbləğdə vəsait ödəməklə onun yerində(sökülərək) gələcəkdə kirayə verilməsi üçün ayrıca otaqların inşa edilməsi məqsədilə alınması da inandırıcı deyildir. İkincisi, əgər Cavabdeh 3 MMC-nin əmlakını mənimsəmişdirsə və ilkin alqı-satqı müqaviləsindən sonra notariusun depozit hesabından məxaric edilən vəsait bildirdiyinə görə MMC-yə ödənilməmişdirsə 1 il müddətində hüquq mühafizə orqanlarına müraciət edilməməsinin və vurulan zərərin 100000 manat olmasına baxmayaraq, yalnız hər biri 10000 manat olmaqla 2 kredit müqaviləsi bağlanılmasının yalnız bir məntiqli açıqlaması ola bilər.
26. Deməli, "xxxx" MMC işçinin ailə üzvünə məxsus olan fərdi yaşayış evini özünün təyin etdiyi şəxsin, yəni iddiaçının adına rəsmiləşdirilməsi yolu ilə və zərərin çatışmayan hissəsi həddində kredit müqavilələri bağlamaqla istədiyi nəticəyə nail olmuşdur. Hansı ki, işəgötürən "xxxx" MMC işçinin hərəkətləri barədə hüquq mühafizə orqanlarına ilkin alqısatqı müqaviləsinin etibarsızlığı barədə məhkə mə mübahisəsindən sonra, 2024-cü ilin iyul ayında müraciət etmişdir.
27. Üçüncüsü, əgər işçinin cinayət əməli nəticəsində işəgötürənə zərər dəymiş idisə və işçi ailəsinə məxsus evi sataraq vurulan zərərin əvəzini ödəmək niyyətində idisə, bu halda işçinin marağında olmalı idi ki, ev tez satılsın və məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılmasın. Halbuki, Şahid evin yüksək qiymətə satışda olduğunu əsas gətirərək, prosesi sürətləndirmək adı ilə həm MMC-nin rəhbərliyinin, həm də özünün əvvəldən tanıdığı İddiaçı proseslərə cəlb etmiş və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi hədəsi ilə işçinin atası ilə ilkin alqı-satqı müqaviləsinin qısa zaman ərzində bağlanmasına nail olmuşdur. Bu cür təzyiq şəxsin ailə üzvü ilə bağlı real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə hesa b edilə bilər.
28. Çünki əgər həqiqətən də işçi tərəfindən işəgötürənə zərər vurulmuşdursa, işəgötürənin qanuna uyğun məqsədi ilkin olaraq rəsmi audit rəyinə uyğun vurulmuş zərəri müəyyən etmək və bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmək və ya işçinin könüllü olaraq vurulan ziyanı ödəməsi üçün imkan yaratmaq, ya da vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək ola bilərdi.
29. Buradan da müəyyən edilir ki, məcburetmənin məqsədi vurulan zərərin işçi tərəfindən könüllü ödənilməsi olmamış, əksinə işçinin atası mövcudluğu qeyri-müəyyən olan ziyana dair hədə təsiri altında mülki hüquqi əqdin bağlanılmasına məcbur edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyə görə də işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
30. Məhkəmə mübahisələndirilən əqdlərə dair 1 illik kəsici müddətlə bağlı isə qeyd etməyi zəruri hesab edib ki, Mülki Məcəllənin 354.2-ci maddəsi mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. “əqdi mübahisələndirmək” dedikdə isə, yalnız məhkəmədə iddia qaldırmağı deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadə sini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək mənasını ifadə edir. Hazırki işin hallarından da müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi X5 nümayəndəsi Cavabdeh1 tərəfindən 1 illik müddət ərzində mübahisələndirilmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində Cavabdeh1 nümayəndə kimi öz adından iddia vermək üçün subyektiv hüququnun olmaması müəyyən edilmiş və bundan sonra hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda əqdin etibarsızlığı ilə bağlı mübahisəli vəziyyət həmin vaxtdan da davam etmişdir. Belə ki, 2023- cü ilin noyabr ayından ev faktiki olaraq Cavabdeh1 və ailə üzvlərinin faktiki sahibliyindədir və X12 isə Cavabdeh1 mövqeyindən çıxış edərək mübahisəni davam etdirmişdir. Yəni faktiki olaraq iradəsinin zədələnm əsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsi 1 il ərzində nümayəndəsi vasitəsilə iddiaçıya bildirilmişdir. Hazırki mübahisədə əqdin etibarsız sayılmasından sui-istifadə olunması halı da yoxdur. Belə ki, mübahisənin yaranmasına əsas olan işçinin mənimsəmə cinayəti törətməsi ilə bağlı yekunlaşmış cinayət işi yoxdur və hazırda da həm işəgötürənin, həm də işçinin şikayəti əsasında prokurorluqda araşdırma aparılır. Yəni bu vəziyyətdə hüquqdan sui-istifadə edildiyi o vaxt müəyyən edilər bilərdi ki, cinayət işi üzrə şikayətdən imtina edilmiş olardı və ya cinayət məsuliyyətinə cəlb etmə müddəti keçərdi.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1, 164.1, 164.2, 165.2, 329.1, 337.1, 337.2, 337.5, 339.4, 339.5, 354.2-ci maddələrinə, “A zərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 14.2, 77.1, 88, 119.1, 217.4-cü istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
32. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 18 mart 2025-ci tarixli, 2(001)-548/2025 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil. Belə ki, ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə tər əfindən qəbul edilən qətnamə əsassızdır, qanunvericiliyin tələblərinə uyğun zəruri şərtlərin mövcudluğuna əsaslanmır və tətbiq edilməsi üçün hüquqi əsaslandırma kifayət qədər təmin edilməmişdir. İlk növbədə məhkəmə İddiaçı ilə "xxxx" MMC-nin bağlılığını qurmağa çalışmış və bununla da Əhədov Elşad ilə bağlanmış müqavilənin etibarsızlığını əsaslandırmağa çalışmışdır. Xüsusilə, İddiaçı “Alınan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində tikinti işləri aparmaq istəyinin” məhkəmədə inandırıcı təsir yaratmaması ilə bağlı qənaət və bu konteksdən hüquqi əsaslandırma fikrincə, hüquq normalarının düzgün tətbiq edilməməsidir. Belə ki, İddiaçı fərdi sahibkar kimi kommersiya fəaliyyəti göstərməsi, eyni zamanda, müəyyən biznes ideyaları, bu ideyaların gəlirli olub-olmamasının araşdırılmasının söz ügedən işlə hər hansı bağlılığı ola bilməz. Bu cür şəxsi fəaliyyətlə bağlı şəxsi fikirlərə əsaslanaraq, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin bağlanma məqsədini şübhə altına almaq hüquqi baxımdan düzgün deyil. Müəyyən bir şəxsin əmlakını necə istifadə edəcəyini müəyyən etmək yalnız həmin şəxsin sərbəst hüququdur. Həmin əmlak sahibinin öz istəklərinə uyğun olaraq istifadə məqsədini müəyyənləşdirməsi qanuni haqqıdır və bu, heç bir halda mübahisə predmetinə çevrilə bilməz. Bu cür qiymətləndirmələr yalnız subyektiv mülahizələrə əsaslanır və müvafiq hüquqi faktlar və sübutlarla təsdiq olunmadığı halda heç bir hüquqi nəticə doğurmur. Əlavə olaraq, iddianın İddiaçı guya "xxxx" MMC və ya "xxxx"ASC ilə bağlılığına dair hissəsi tamamilə əsassızdır və sübutlarla təsdiqlənmir. Bu cür əlaqə yalnız subyektiv mülahizələrə əsaslanır və hüquqi fakt kimi dəyərləndirilə bilməz. Əvvəla qeyd edilməlidir ki, "xxxx" MMC — hüquqi şəxs kimi — müstəqil və ayrı-ayrı hüquqi subyekt statusuna malikdir və bu şirkətin üçüncü şəxslərlə, o cümlədən Cavabdeh3 ilə bağladığı kredit və borc müqavilələrinin alıcı olan İddiaçıla heç bir hüquqi və ya faktiki əlaqəsi yoxdur. İddiaçı bu iş üzrə sadəcə alqı-satqı müqaviləsi üzrə alıcı qismində çıxış etmiş və evi rəsmi qaydada əldə etmişdir. Onun notarial şəkildə tərtib olunmuş müqavilə üzrə mülkiyyət əldə etməsi ilə digər şəxslərin kredit münasibətləri arasında hüquqi əlaqə qurulması hüququn prinsiplərinə ziddir. Hər bir hüquqi münasibət ayrı-ayrılıqda dəyərləndirilməlidir və hüquqi subyektlər yalnız öz öhdəlikləri çərçivəsində məsuliyyət daşıyırlar. Qar şı tərəfin arqumentləri yalnız İddiaçı daha əvvəl "xxxx" MMC-nin bir neçə işində vəkil qismində iştirak etməsinə əsaslanır ki, bu sübut kimi qəbul edilə bilməz. Çünki hüquqi təmsilçilik yalnız konkret müqavilə və ya səlahiyyət sənədi əsasında həyata keçirilə bilər və bu iş üzrə belə bir sənəd təqdim olunmamışdır. Vəkilin hüquqi peşə fəaliyyəti çərçivəsində əvvəlki iş təcrübəsi onun mülki subyekt kimi azad iradə ilə əmlak əldə etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquq larından ibarətdir. Bu maddə hər kəsə mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirmək, yəni əmlak alqı-satqısı etmək, öz əmlakını istədiyi şəkildə idarə etmə və ondan istifadə etmək imkanı verir. Həmin hüququn həyata keçirilməsi çərçivəsində şəxsin əlavə izahat verməsi qanunla tələb olunmur, çünki mülkiyyət hüququnun həyata keçirilməsi hər bir fiziki şəxsin şəxsi iradəsinə və sərbəst seçiminə əsaslanır. Eyni zamanda, "xxxx" MMC ilə cavabdehlər arasında mövcud olan hüquqi münasibətlərin İddiaçı mülkiyyət hüququ ilə bağlı hər hansı bir məsələyə aidiyyəti yoxdur. Belə ki iddiada qeyd olunan Cavabdeh3 "xxxx" MMC-yə borcunun olması yalnız həmin tərəflər arasında özəl münasibətlərdir və İddiaçı alqı-satqı müqaviləsi ilə əlaqəli hüquqi məsuliyyəti ilə heç bir əlaqəsi yoxdur. İddiaçı yalnız əmlak alqısatqısı ilə bağlı alıcı olaraq iştirak etmiş və ödənişini həyata keçirmişdir. Həmçinin, "xxxx" MMC və ya həmin şirkətin borc münasibətlərini mübahisələndirmək İddiaçı hüquqi səlahiyyətlərinə daxil deyildir. İkincisi, X5 ona məxsus olan əmlakın ona bildirilmədən Cavabdeh1 tərəfindən satılması ilə bağlı etirazı tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, bir şəxsin (təmsilçinin)etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik ü çün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır və notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Bu müddəalardan da göründüyü kimi şəxs tərəfindən verilmiş etibarnamə hüquqi nəticələr doğuran birtərəfli iradə ifadəsidir və bu sənədlə verilmiş səlahiyyətlər çərçivəsində nümayəndə tərəfindən görülən hüquqi hərəkətlər bilavasitə təmsil olunan şəxs üçün hüquqi nəticələr doğurur. Hazırki işdə iddiaçı X12 tərəfindən xx.xx.2016-cı il tarixində Bakı şəhəri 43 saylı notariat kontorunda 7E-14074 reyestr nömrəsi ilə təsdiq olunmuş etibarnamə əsasında Cavabdeh1 əmlaka dair sərəncam vermə səlahiyyəti verildiyi halda, sonuncunun bu səlahiyyətlər çərçivəsində əmlakı üçüncü şəxsə satması iddiaçının iradəsinə zidd hərəkət kimi qiymətləndirilə bilmə z. Etibarnamənin qüvvədə olduğu müddətdə və etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilmiş əqdlər hüquqi baxımdan etibarlıdır və iddiaçının sonradan bu hüquqi nəticələri tanımamaq niyyəti hüquqi əsaslarla müdafiə oluna bilməz. X4 əmlakın satışına razı olmasaydı, həmin etibarnamə üzrə müvafiq səlahiyyətin ötürülməsini təsdiq etməzdi. Eyni zamanda iddiaçı Elşad Əhədovun iddiasına görə, o, Xocəsən Bələdiyyəsinin qərarı ilə istifadəyə verilmiş torpaq sahəsində inşa edilən 4 otaqlı fərdi yaşayış evinin hüquqi sahibidir və bu əmlak heç bir zaman Cavabdeh1 satılmayıb. Həmçinin, o, cavabdehə verilmiş səlahiyyətlərin yalnız tikinti işlərinin aparılması ilə məhdud olduğunu və mülkiyyətin ötürülməsi məqsədi daşımadığını iddia edir. Lakin təəssüflər olsun ki, Əhədov Elşad tərəfindən səsləndirilən bu iddialar və hətta Xətai rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə Əhədov Elşadın “müqavilənin etibarsızlığı ilə bağlı” iddiasını nədənsə Cavabdeh1ın ailə daxili münasibətləri ilə əlaqələndirsə də, faktiki olaraq bu iddialar işin hallarına və təqdim olunmuş sənədlərə uyğun gəlmir. Həmçinin, X5 nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, faktiki olaraq mübahisəli fərdi yaşayış evində X12 yaşayır və evə dair bələdiyyə qərarı ilə torpaq sahəsi X6 ayrılmışdır. Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi X7 verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən satmışdır. Lakin bu arqumentlər faktiki və hüquqi baxımdan ziddiyyətlidir. Əgər iddiaçının dediyi kimi, Elşad Əhədov həmin əmlakda yaşayırsa və əmlaka dair real sahiblik iddiası olubsa, bu zaman Cavabdeh1 həmin əmlakı satması barədə onun məlumatsız olması məntiqə uyğun deyil. Belə ki, Cavabdeh1 mübahisəli əmlakın satışı baş verdikdən uzun müddət sonra məhz öz adından məhkəməyə müraciət etmiş və əmlakın geri qaytarılmasını tələb etmişdir. Lakin Xətai Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 bu əmlaka dair subyektiv mülki hüquqa malik olmadığı qeyd edilmişdir. Yalnız əmlaka dair hüquqi mübahisə üzrə məhkəmə tərəfindən qərar qəbul edildikdən və İddiaçı tərəfindən cavabdehlərin əmlakdan çıxarılması tələbi ilə ayrıca iddia qaldırıldıqdan sonra, X15 bu işə qoşularaq iddia irəli sürmü şdür. Əgər doğrudan da əmlakın faktiki sahibi Elşad Əhədov idisə, bu halda hüququ pozulan şəxs özü - yəni Elşad - birbaşa və vaxtında məhkəməyə müraciət etməli idi. Lakin faktiki olaraq, Elşad Əhədov bu prosesə sonradan müdaxilə yolu ilə qoşulmuşdur. Bu faktın özü isə bir daha onu göstərir ki, Elşad Əhədovun iddiası Cavabdeh1 ilə aralarında olan münasibətlərə görə formal xarakter daşıyır və Elşad Əhədov ilə bağlanmış müqavilə onun hüquq və mənafelərinə hər hansı mənfi təsir göstərmir. Əgər bununla belə, məhkəmə Elşad Əhədovun hər hansı mənafeyinin pozulması qənaətinə gəlmişdirsə, bu zaman, həmin mənafenin pozulmasına cavab verməli olan şəxs İddiaçı deyil, alqı-satqıdan əldə edilən pul vəsaitini əldə edən Cavabdeh1 olmalı idi. Bundan əlavə, iddiaçı Elşadın ərizəsində Cavabdeh1 və İddiaçı ar asında bağlanan ilkin alqı-satqı müqaviləsinin formal olaraq bağlandığı və müqavilə üzrə heç bir ödənişin edilmədiyi iddia edilməkdədir. Lakin bu iddialar əsassızdır və doğru deyildir. Belə ki, ilkin alqı-satqı müqaviləsi yalnız torpaq sahəsinin bələdiyyə torpağı olması və bu torpağın hüquqi vəziyyətinin düzgün tənzimlənməsi məqsədilə bağlanmışdır. Bu müqavilə, əmlakın rəsmi olaraq satılmasını və mülkiyyətin ötürülməsini təmin edən hüquqi bir sənəddir. Mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə bağlanmışdır. Mülki Məcəllənin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdiklər i şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən isə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmçinin, Elşadın təqdim etdiyi iddialara zidd olaraq, əmlakın faktiki dəyəri tam şəkildə ödənilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı zamanı ödəniş Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir və bu faktı təsdiq edən kassa məxaric qəbzi mövcuddur. Bu fakt müqavilənin icra olunduğunu və ödənişin edildiyini tam şəkildə təsdiq edir. Qarşı tərəfin "bizə pul verilməyib" iddiası isə hüq uqi və faktiki baxımdan tamamilə əsassızdır və müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini inkar etməyə əsas vermir. Eyni zamanda, X3 etibarnamə əsasında torpaq sahəsinin bir hissəsinin verilməsi ilə əlaqədar olaraq, qalan torpaq sahəsi üzrə Nəzərova Pərvanə ilə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 25,000 AZN məbləği ödənilmişdir. Bu, əmlakın faktiki alışı üçün tam ödənişin həyata keçirildiyini və ilkin alqısatqı müqaviləsinin əmlakın real satışını təmin etmək məqsədilə bağlandığını göstərir. Cavabdeh1 isə Nəzərova Pərvanəyə edilən ödənişlər barədə fikirləri hüquqi cəhətdən əsassız və sübutlarla təsdiqlənməyən iddiadır və yalnız Cavabdeh1 şəxsi mülahizəsi və subyektiv ifadəsinə əsaslanır. Lakin, təəssüflər olsun ki, məhkəmə bu faktı da nəzərə almamış, Əhədov Elşad ın mülkiyyətində olan 0.5 ha torpaq sahəsinin İddiaçı satılmasına dair bağlanmış ilkin alqı-satqı müqaviləsinin yalnız 0.2 ha hissəsini etibarsız hesab etmişdir. Bu iddianın əsassız olmasının ən böyük səbəbi müqavilənin etibarsızlığı ilə qanunvericiliklə müəyyən olunmuş şərtlərin heç birinin bu işdə mövcud olmamasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən, müqavilənin etibarsızlığı yalnız qanunda konkret olaraq göstərilən əsaslar olduqda mümkündür. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər üzrə ilk olaraq onların etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsasla rından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacib dir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cüil 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdinməzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırkı iş üzrə Mülki Məcəllənin 339-349-cu maddələrində əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş hüquqi əsasların heç b iri mövcud deyil və sübut olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında həmin əsasların izahı verilsə də, onların heç biri bu işə tətbiq edilə bilmir və iddiaçı Əhədov Elşad tərəfindən də sübut edilməmişdir. İddiaçının mövqeyinə əsasən, onun Cavabdeh1 verdiyi etibarnamə əsasında razılığının alınmaması, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas təşkil etmir. Bundan əlavə, qanunvericiliyin tələbləri pozulmadığından, əqdin etibarsızlığına dair irəli sürülən iddialar hüquqi cəhətdən əsassızdır. Mövcud iş üzrə alqı-satqı müqaviləsi tam qanuni qaydada bağlanmış, əqdin hüquqi qüvvəyə malik olması üçün tələb olunan bütün prinsiplərə riayət edilmişdir. Bundan başqa, Cavabdeh1 müqavilə bağlanmağa məcbur edildiyi ilə bağlı irəli sürülən mülahizə də əsassızdır. Əksinə, Cavabdeh1 öz sərbəst iradəsi ilə saytda elan yerləşdirərək evi satmaq məqsədini ortaya qoymuş və alqı-satqı müqaviləsi bunun əsasında bağlanmış, alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra əmlak Cavabdeh1 və ailə üzvləri tərəfindən boşaldılmış və bundan 6 ay sonra yenidən Cavabdeh1 və ailə üzvləri tərəfindən həmin əmlaka zorla daxil olunmuşdur. Bu səbəbdən, müqavilənin bağlanmasına məcburetmə tətbiq edilməsi ilə bağlı hər hansı bir hüquqi əsas və sübut mövcud deyil. Qarşı tərəfin iddiaları isə subyektiv xarakter daşıyır və hüquqi baxımdan hər hansı əhəmiyyət kəsb etmir. Son olaraq, iddia müddətinin tətbiqi ilə bağlı olaraq Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibars ızlığının nəticələrinin tətbiqi üçün iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməlidir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin məhkəmənin mübahisələndirilən əqdlər üzrə kəsici müddətə dair yanaşması hüquqi cəhətdən düzgün deyil. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, əqdlərin etibarsızlığı ilə bağlı iradə ifadə etmək hüququ yalnız əqdin bağlanmasında iradəsi zədələnmiş tərəfə məxsusdur və bu müddət yalnız həmin şəxsin iradəsi əsasında tətbiq oluna b ilər. Cavabdeh1 nümayəndə olaraq hərəkət etməsi faktı, onun yalnız Əhədov Elşadın mövqeyini əks etdirməyə imkan verir və bu heç bir halda Cavabdeh1 əqdi mübahisələndirən tərəf kimi təqdim edə bilməz. Etibarnamə əsasında nümayəndəlik münasibətləri yalnız tərəflərin hüquqlarını və iradələrini təmsil etmək məqsədini güdür, amma əqdi mübahisələndirən tərəf Elşad olmalıdır. Bu kontekstdə, Cavabdeh1 öz adına iddia qaldırmasının Elşadın həmin müddət üzrə hüququna aid edilməsi əsassızdır, çünki mübahisə edilən əqd və onun etibarsızlığı ilə bağlı iradə ifadəsi yalnız Elşadın özünə aid olmalıdır. Həmçinin, Cavabdeh1 yalnız nümayəndə kimi hərəkət etməsi, onun həmin müddəti tətbiq etməsinə hüquqi əsas vermir. Bu səbəbdən, məhkəmənin 1 illik iddia müddətinə dair yanaşması hüquqi əsaslardan və qanunveri cilikdən kənar bir yanaşmadır.
34. İddiaçı apellyasiya şikayətinin məzmuna uyğun izahat verərək, həmin evin çıxarışı olmasa da, bələdiyyə sənədi əsasında əvvəllər hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsə mənsub olduğunu və evin dəyəri onun tərəfindən tam ödənilməklə əldə edildiyini, evi aldıqdan sonra cavabdehlərlə onun arasında olan razılaşmaya əsasən evi 1 ay ərzində boşaltmalı olduqlarını, ilk öncə cavabdehlərin sözlərinə əməl etdiklərini və evi boşaltdıqlarını, lakin bir müddət sonra təkrar evə gəlib baxdığı zaman cavabdehlərin həmin evdə yenidən yaşadıqlarını, onlarla danışıqlar aparsa da, bunun nəticəsinin olmadığını, Cavabdeh3lə işlədiyi müəssisə arasında olan problemlərdən isə ümumiyyətlə məlumatlı olmadığını, birinci instansiya məhkəməsində cavabdehlər tərəfindən on un "xxxx" MMC-də işləməsinə dair iddialar səsləndirilsə də, bunun həqiqəti əks etdirmədiyini, belə ki, MMC tərəfindən hüquqşünas kimi ona bir neçə dəfə məsləhət üçün müraciət edildiyini, lakin onun əmək müqaviləsi əsasında MMC-də çalışmadığını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
35. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiklərini, illərdir mübahisəli evdə yaşadıqlarını və başqa yaşayış yerlərinin də olmadığını, X11 dost olduğunu və Elşadın həmin evi yaşamaları üçün cavabdehlərə verdiyini, onlara "xxxx" MMC tərəfindən qızları Şövkətin şirkətin hesabından yeyinti etdiyini bildirdiklərini, lakin onların kasıb ailə olduğunu, heç bir zaman qızları tərəfindən bu qədər böyük məbləğin evə gətirilmədiyini qeyd et miş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
36. Üçüncü şəxs X5 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və təmin edilməməsini xahiş etmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi 2(103)-3566/2025 nömrəli qətnamə ilə, (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov, M.A.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(001)548/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət etmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq qeyd edib ki, hazırkı mübahisəli mənzil Daşınmaz Əml akın Dövlət Kadastrı və X16 şəxsində qeydiyyatdan keçməmişdir, həmin mənzilə dair yeganə hüquqmüəyyənedici sənəd Bələdiyyənin sərəncamıdır.
39. Belə olduğu təqdirdə qeydiyyatdan keçməmiş, əmlak üzərində sərəncam vermək hüququ isə mövcud deyildir, habelə mülki qanunvericiliyinin tələblərinə əsasən dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
40. Məhkəmə kollegiyası hesab edib ki, müqavilə digər halları pərdələmək məqsədi ilə bağlansa belə qanunvericiliyin birbaşa göstərişi onun etibarlı sayılması üçün əsaslar müəyyən etmir.
41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllə sinin 139.1., 139.3., 146.1., 146.2., 146.3., 163.1., 164.1., 164.2., 165.1.,165.2., 337.1., 339.1., 339.2., 339.3., 339.4., 339.5., 339.6., 354.2., 420.2, 560.1., 560.2.-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 82.1., 106, 119, 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:
42. İddiaçı (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2025-ci il tarixli, 2(103)-3566/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti apellyasiya şikayətilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxmalı olduğu halda, bunu təmin etməmiş, onların hüquq normalarına uyğun qiymətləndirilməsinə lazımi diqqət yetirməmişdir. Apellyasiya instansiyasının mövqeyi ilə razı deyil. Belə ki, Məhkəmə Mülki Məcəllənin 146.3-cü maddəsinə əsaslanaraq mübahisəli alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Lakin bu yanaşma ilə formal mülahizələrə üstünlük verərək mahiyyətin nəzərə alınmaması hüququn ümumi prinsiplərinə, xüsusilə də vicdanlılıq və hüquqdan sui-isifadənin yolverilməzliyi prinsiplərinə ziddir və mülki dövriyyənin sabitliyinin pozulmasına səbəb olur. Qeyd olunan maddə mahiyyətcə daşınmaz əmlakın hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin edən normadır və bu qeydiyyatın aparılmaması avtomatik olaraq müqavilənin tibarsız sayılması üçün hüquqi əsas yarada bilməz. Hüquq doktrinasına və məhkəmə təcrübəsinə əsasən, hüquqi əməliyyatların mahiyyətinə baxılmadan sırf formal pozuntulara görə müqavilənin etibarsız sayılması hüququn məqsədinə və ədalət prinsipinə zidd hesab olunur. Analoji yanaşma “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli 1/2024 nömrəli Qərarında da əks olunmuşdur. Həmin qərarda ər-arvadın birgə mülkiyyətində olan əmlak üzərində digərinin razılığı olmadan bağlanmış əqdlərin etibarsızlığı məsələsinə münasibətdə göstərilir ki, ər-arvadın razılığı olmadan bağlanmış müqavilə avtomatik olaraq etibarsız hesab edilə bilməz, belə hallarda məhkəmə faktiki münasibətləri, tərəflərin niyyətini, vicdanlılıq dərəcəsini və əqdin nəticələrini qiymətləndirməlidir. Belə ki, həmin qərarın 7.3-cü bəndinə əsasən, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. 7.4-cü bəndə əsasən isə Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz dən tərəfin üzərinə düşür. Həmin qərarın 7.7-ci bəndinə əsasən, reyestrdə qeydə alınmalı olub-olmamasından ası lı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin azılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, qd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsi, maddə 33.3 və Mülki Məcəllə, maddə 222.3). Əldə edənin müvafiq azılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Həmin qərarın 7.13-7.15-cı bəndlərinə əsasən, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllə, maddə 357). Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə sasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin mzasının olmamasına görə onun bu əqdə razılığını n olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə idd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi sasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının rdıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən tməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. Hazırkı mübahisədə də yuxarıda qeyd olunan hüquqi məntiq tətbiq edilməlidir. Çünki ölkə ərazisində uzun illər ərzin də formalaşmış sosial-iqtisadi münasibətlər və adət hüququ kontekstində, xüsusilə bələdiyyələrin sərəncamları əsasında inşa edilmiş və hələ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata lınmamış çoxsaylı yaşayış evləri mövcuddur. Həmin daşınmaz əmlak obyektləri üzrə fiziki şəxslər arasında notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri geniş yayılmış hüquqi və sosial təcrübə kimi formalaşmışdır. Dövlətin özü də bu mövcud sosial reallığı nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları vasitəsilə belə kateqoriyadan olan evlərin sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması prosedurlarını sadələşdirmiş, qeydiyyat məsələlərinin mərhələli şəkildə tənzimlənməsi istiqamətində islahatlar həyata keçirmişdir. Bu faktlar bir daha sübut edir ki, bu sahəd ə hüquq münasibətləri faktiki vəziyyətə, real mülki dövriyyə praktikasına və adət hüququnun prinsiplərinə əsaslanır. Belə şəraitdə daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmamasını əsas gətirməklə, notariat qaydasında bağlanmış ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hüquqi sabitlik prinsipinə, mülki dövriyyənin təhlükəsizliyinə və ərəflərin hüquqa olan etimadına zidd olmaqla, iqtisadi münasibətlərin davamlılığını və hüquqi müəyyənlik prinsipini ciddi şəkildə pozur. Hüququn məqsədi formal tələblərin mexaniki tətbiqi deyil, sosial münasibətlərin ədalətli və sabit tənzimlənməsini təmin etməkdir. Buna görə də, Ali Məhkəmənin ər-arvadın razılığı məsələsində qəbul etdiyi yanaşma kimi, burada da qeydiyyatın aparılmaması faktı müqavilənin etibarsızlığı üçün mütləq əsas hesa b dilə bilməz. Əks təqdirdə, ölkə üzrə minlərlə vicdanla və qarşılıqlı razılıqla bağlanmış əqdlərin hüquqi qüvvəsi şübhə altına alınar ki, bu da hüququn aliliyi və Mülki Məcəllənin 6-cı maddəsində təsbit edilmiş mülki qanunvericiliyin prinsiplərinə zidd olar. Bundan əlavə, Mülki Məcəllənin 146.1, 146.2 və 402.1-ci maddələrinin sistemli təhlili göstərir ki, hazırkı mübahisə predmeti olan müqavilə mahiyyət etibarilə ilkin müqavilə” xarakteri daşıyır və tərəflər arasında gələcəkdə əsas alqı-satqı müqaviləsinin bağlanması barədə qarşılıqlı öhdəliklər yaradır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan yaranır. Hazırkı halda ərəflər arasında bağlanmış müqavilə məhz notariat qaydasında təs diq edilmişdir və bununla da alıcı tərəf həmin əmlak üzərində faktiki sahiblik və istifadə hüququ ldə etmişdir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi, burada söhbət hələ “sərəncam vermək hüququ”-ndan deyil, “sahiblik və istifadə hüququ”ndan gedir. Bu isə o deməkdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaması yalnız sərəncamvermə səlahiyyətinin (yəni, həmin əmlakı üçüncü əxslərə satmaq, bağışlamaq və s.) məhdudlaşdırılması ilə nəticələnə bilər, lakin artıq notariat qaydasında təsdiq edilmiş və faktiki icra olunan müqaviləni etibarsız hesab etmək üçün hüquqi əsas yaratmır. Eyni zamanda, Mülki Məcəllənin 402.1-ci maddəsində qeyd olunur ki, ilkin müqaviləyə görə tərəflər gələcəkdə əsas müqavilənin bağlanması barədə öhdəlik götürürlər. Bu baxımdan, hazırkı müqavil ə də tərəflər arasında gələcəkdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından sonra əsas alqı-satqı müqaviləsinin bağlanmasını təmin edən hüquqi zəmin rolunu oynayır. Belə olan halda, müqavilənin mövcud hüquqi statusu onun etibarsız sayılmasını deyil, əksinə, onun gələcəkdə sas müqavilənin bağlanmasına yönəlmiş hüquqi öhdəlik yaratdığını göstərir. Qanunvericiliyin sistematik və məqsədyönlü təhlili nəticəsində aydın olur ki, Mülki Məcəllənin 146.3-cü maddəsi qeydiyyatın aparılmamasına görə notariat qaydasında bağlanmış müqaviləni avtomatik etibarsız hesab etməyə əsas vermir. Bu norma yalnız qeydiyyatın aparılmaması halında dövlət qeydiyyatına alınmamış mlak üzərində sərəncam verilməsi imkanını məhdudlaşdırır, lakin həmin əmlak üzrə bağlanmış ilkin və ya istifadə hüququnu müəyyən edən m üqavilələrin hüquqi qüvvəsini istisna etmir.
44. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin146.1.,146.3, 222.3., 357, 402.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
45. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
46. Maddə 13 I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şə xsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
47. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
48. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
49. Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ g əlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
50. Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
51. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
52. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
53. Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmi ş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
54. Maddə 164.2.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
55. Maddə 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə e dildikdə bu cür iddia istisna edilir.
56. Maddə 165.2.Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
57. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
58. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxs in ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
59. Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
60. Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkə n fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
61. Maddə 339.4.Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səb əb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
62. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
63. Maddə 339.6.Bu Məcəllənin 339.1-33 9.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
64. Maddə 354.2.Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
65. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tər əflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
66. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
67. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 20 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən: 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və İİ hissə lərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
60. Maddə 14.1.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
63. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
64. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 68.Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 69.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 68.Avropa İnsan Hüquqları Məhkəməsinin mövq eyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
69. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəli llərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 70.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 71.Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instans iyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 72.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 73.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3566/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.