Məhkəmə qərarları › İş №2(102)-349/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-349/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-349/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaxşılaşdırma xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Lotfı̇ Cəbrayıl İsmayıl oğlunun Cavabdeh Çı̇ ngı̇ z qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4334/2024 nömrəli qətnaməsindən iddiaçı Lotfı̇ Cəbrayıl İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən bağ evi xx.xx.2021-ci ildən Cavabdeh Çı̇ ngı̇ z qızının mülkiyyətindədir.

2. İşin mübahisəsiz halıdır ki, Lotfı̇ Cəbrayıl İsmayıl oğlu 2016-cı ildən həmin bağ evində yaşamış, bağ evini öz vəsaiti ilə təmir etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.000 manat məbləğdə pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dostu mərhum X4 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi Cavabdeh atasından qeyri-rəsmi miras əmlak kimi qalmış və iddiaçının köməkliyi ilə onun adına 2021-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı evi 2014-cü ildə satmış və rayona köçüb getmək qərarına gəlmişdir. Əlində 40 min manatdan artıq pulu olmuş, rayonda ev tikib, sonrakı ömrünü orada yaşayıb başa vurmaq fikrində olmuşdur. Cavabdeh həyat yoldaşı rəhmətə getmiş və maddi imkanları da çox aşağı olmuşdur. Mübahisə predmetinə çevrilmiş ərazi onların bağ sahəsi olmuş, orada mövcud olan tikililər bərbad vəziyyətdə olmuşdur. Yaşamaq üçün heç bir şərait olmamışdır. Cavabdeh təklifi ilə qarşılıqlı razılaşma əsasında həmin bağ evinin bir otağını iddiaçı öz hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq və ümumi həyətdə kommunal şəraiti yaratmaq müqabilində 10 il müddətində yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026-ci il tarixinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahi müqavilə bağlamışlar. Həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək 2016-cı ildən başlayaraq orada yaşamışdır. Evin təmirinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərcləmişdir. Həmin evin təmir işlərini elektrik ustası X1, dam, su quyusu, su anbarı, kafel, metlax, suvama, divar kağızı işlərini isə X6 işləmişdi r. Tikinti materiallarını və lazımı avadanlıqları da ustalar almış pulunu isə iddiaçı vermişdir. Həmin evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator hava təmizləyicisi kimi avadanlıqları da iddiaçı almışdır. 2016-cı ilin sentyabr ayının 1-dən köçüb orada yaşamağa başlamışdır və bu gün də orada yaşayır. Bütün bu müddət ərzində aralarında heç bir münaqişə və ya narazılıq olmamışdır. Bu yaxınlarda Cavabdeh, ola bilsin bağı satmaq fikrinə düşərək, birdən-birə iddiaçının evdən çıxmasını tələb etməyə başlamış və iddiaçının etirazından sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbini həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq ona verilməsi ilə izah edir. Cavabdeh iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsi yalandır. Belə ki, aralarında belə bir razılıq olmamışdır. Evin təmirinə xərclədiyi pul vəsaiti yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı idi. Bu hər ikisinin razılığı əsasında şahidlərin iştirakı ilə olmuşdur. Razılığa əsasən 01 sentyabr 2026-cı ilə qədər həmin mənzildən istifadə edərək orada yaşamalıdır. Bu onların şifahi olaraq aralarında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. Əks halda Cavabdeh yaşamadığı aylar və illərə görə təmirə xərclədiyi vəsaitin yaşadığı illər üzrə icarə haqqı çıxılmaqla qalan hissəsini iddiaçıya geri qaytarmalıdır. Onun evinə 35 min manatdan artıq pul vəsaiti xərcləmişdi r. Bir halda ki, o aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir və istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14.400 manat pulun geri qaytarılmasını tələb edir. Həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə iddiaçıya 14.400 manat pul geri qaytarılmalıdır.

6. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında 10 illik yaşama barədə razılaşma ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Evin təmirindən artıq xeyli müddət keçmişdir və ev təmir edilsə də belə, iddiaçı artıq 8 il dir ki, həmin evdə yaşamış və evin təmirli halından istifadə etmişdır. Buna görə də amortizasiya faktı da nəzərə alınmalıdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 2(011)-375/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8.802 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə kirayə haqqının müəyyən edilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 350 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi, 100 manat məbləğdə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçıı 1990-cu ildən, Sevda xanım ın ailəsini isə 1995-ci ildən tanıyır. Özü təmir ustasıdır. Evin təmirinə başlamazdan əvvəl Sevda xanım bildirmişdir ki, əgər Cəbrayıl evi təmir etmirsə, öz hesabına təmir edə bilməz. Çünki, bağ evini təmir etməyə imkanı yoxdur. Həmin bağ evi pis vəziyyətdə idi və evə baxanda görünürdü ki, 40-50 ildir ki, ev təmir edilməmişdir. İddiaçı isə evi təmir etmək istəmir və rayona köçüb yaşamaq istəyirdi. Evin təmirinə təxminən 25.600 manat məbləğində pul xərclənmişdir. Hamama, mətbəxə və evin böyük otağına istilik xətləri çəkmişdir. Evin təmirindən Sevda xanımın da məlumatı olmuşdur. Hətta Sevda xanım ona sonradan digər otaqlara da istilik xətlərinin çəkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O evin təmirinə dair işlərini bitirdikdən sonra İddiaçı evə dair məişət avadanlıqları, soyuducu, te levizor və kondisioner almışdır. Evin təmirinə isə 2015-ci ildə başlamışlar və 2016-cı ilin avqust ayında evin təmiri bitmişdir. Bağ evi bərbad vəziyyətdə olmuşdur. Hətta evin qarajını boşaldan zaman Sevda xanım oğlu ilə birlikdə iştirak etmiş və yorğanın içində pişiyin ölüsü tapılmışdır. Ev təmir edilən zaman hər həftənin şənbə və ya bazar günü evə baş çəkmiş və evin təmir olunduğunun şahidi olmuşdur. Hətta evin anteni xarab olmuş və Sevda xanıma evin antenin təmiri üçün pilləkanla yuxarı qaldığı zaman, pilləkanın aşmaması üçün tutmasını bildirmişdir və o, da ona kömək etmişdir. İddiaçı 2016-cı ilin sentyabr ayından evdə yaşamağa başlamışdır. Evin təmiri bitdikdən sonra qonaqlıq olmuşdur. O, da qonaqlıqda iştirak etmişdir. Həmin vaxt Sevda xanım Cəbrayıla evdə yaşadığına görə nə qədər kir ayə pulu ödəcəyini soruşmuşdur. Buna cavab olaraq da Cəbrayıl Sevda xanıma aralarında razılaşma olduğunu, evin təmir edilməsinə görə 10 il həmin evdə qalacağını və pul ödəməyəcini bildirmişdir. Həmçinin Cəbrayıl bildirmişdir ki, əgər aylıq pul ödəyəcəyəksə, indidən etdiyi təmir xərcinin əvəzini ona ödəsin. Buna cavab olaraq da Sevda xanım onunla zarafat etdiyini bildirmişdir. İki mərtəbəli bağ evi idi. İkinci mərtəbədə mətbəx olmamışdır. Ancaq birinci mərtəbə də mətbəx var idi. Orada zibillə dolu idi. Evdə yaşamaq üçün şərait yox idi.

9. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cəbrayıl və Sevda ilə onu dostu Sergey tanış edib. Sevdaya məxsus evin elektrik işlərini görmüş, ev təmir olunarkən Sevda gəlib təmirin gedişi ilə maraqlanır dı. Evin təmirini Cəbrayıl sifariş etmiş, həmçinin təmir materiallarını və usta xərclərini Cəbrayıl qarşılamışdır. Evin təmiri 2015-ci ildə baş tutmuşdur və 9 ay çəkmişdir. Ev yararsız vəziyyətdə idi. Evdə 2 nəfər, Sergey və o, işləmişdir. Evin təmirinə Cəbrayıl 25.000 manatdan çox pul xərcləmişdır. Təmirin bitməsini o, Sergey, Sevda və Cəbrayıl qeyd edirdi. Sevda zarafatla Cəbrayıldan soruşmuşdur ki, aylıq ona nə qədər pul ödəyəcək. Cəbrayıl cavab vermişdir ki, hansı puldan söhbət gedir, artıq onlar bu məsələni öz aralarında razılaşdırmışlar. Cəbrayılın evin təmirinə xərclədiyi pul aylıq kirayə haqqı kimi bölünməli idi və o, orada razılaşmaya uyğun 10-12 il yaşayacaqdı. Cəbrayıl ilə Sevda öz aralarında razılaşıblar. Razılaşma vaxtı o, həmin şəxslərin yanında olmamışdır.

10. Birinci inst ansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qonşu bağ evində mühafizəçi işləyir. Mübahisəli evdə Sevda və onun əri yaşayırdı. Evi Cəbrayıl təmir etdirdi və hal-hazırda orada yaşayır. Evin həyətini o təmir etmişdir. Təmir vaxtı Sevda və onun oğlu evə gəlirdilər, təmirdən sonra da gəliblər. Köhnə ev idi. Cəbrayıl evin sanitar qovşağını, həyəti təmir etdirmiş, otağın divar kağızını dəyişmiş və digər işləri də görmüşdür. Ümumilikdə evin təmirinə 25.000-30.000 manat pul xərcləmişdir. Cəbrayıl həyətin təmirinə 4.200 manat pul xərcləmiş və usta haqqı kimi ona 800 manat pul vermişdir. Təmir materiallarının pulunu da Cəbrayıl vermişdir.

11. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Cəbrayıla evdə yaşa mağa müvəqqəti icazə vermişdir. Daha sonra onların xəbəri və razılığı olmadan evdə təmir işləri aparmışdır. Onlara məxsus evdə yaşamağı Cəbrayıl təklif etmişdir. Ev təmirdən əvvəl normal vəziyyətdə olmuş, orada gəlib yaşamışlar. Təmir vaxtı evə gəlməmişlər. 12. "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 059/Mİ/23 nömrəli qiymətləndirmə işinə dair hesabata əsasən, fərdi yaşayış evinin 02 mart 2023-cü il tarixə aylıq kirayə haqqı 500-700 manat təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırm a işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin mövcud olması və ya belə bir razılaşmanın olması hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında evin abadlaşdırılması qarşılığında, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasıında icarə münasibətlərinin yaranmaması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023cü il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsələnin həllində preyudisial xarakter daşıyır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdə öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqını əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halı nda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ekspert rəyinə əsasən müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğdə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin in 14.1, 16.1, 21.1, 21.2, 135.4, 135.10, 157.6, 157.7, 157.8, 329.2, 329.3, 329.4, 386.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.2, 1092.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayət i verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.6,157.7-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 82.4, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyasındakı birinci icraat

19. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda işin təkrar apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (Z.B.Babayev (sədrlik edən və məruzəçi), hakimlər Ə.G.Nurməmmədov, A.Q.Hüseynov) 22 aprel 2024-cü il tarixli, 2(102)-1267/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Məhkəmə kollegiyası qanuni q üvvəyə minmiş yuxarıda qeyd olunan qətnamələrə əsaslanaraq, birinci və apellyasiya instansiya məhkəmələrinin iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmaması barədə gəldikləri nəticəni əsassız hesab etmiş, qeyd etmişdir ki, əslində qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qətnamələrə əsasən iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair kirayə münasibətlərinin olması istisna olunmur. Yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən hal, həmin münasibətlərin 10 il ərzində evin abadlaşdırılması müqabilində iddiaçıya orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi ilə bağlı olmuşdur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia tələbində evə çəkdiyi xərci bütünlüklə deyil, evdə hələ yaşamadığı müddət üçün olan 4 illik dövr üzrə müəyyənləşdirilmiş məbləğin tutulmasını tələb edir. Belə olan halda isə iddiaçının uğradığı zərərin məbləği, onun tələb etdiyi müddətə görə müəyyən olunan məbləğlə məhdudlaşır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı onu da qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq madd i hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçının sonradan iddia tələbininin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 27.000 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etsə də, iş materiallarında iddiaçının bu məzmunda ərizəsi mövcud deyil. Həmçinin məhkəmə qətnamən in əsaslandırıcı hissəsində iddianın qismən təmin olunduğunu qeyd etsə də, nəticə hissəsində iddianın təmin edilməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin ziddiyyətləri aradan qaldırmaqla bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan hallara hüquqi qiymət verməmişdir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.6, 157.7, 385.1, 385.2, 386.1, 560.1, 560.2, 560.3.4, 456, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.5, 417, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi ), Azad İmanov və Məmməd Məmmədov) xx.xx.2024-cü il tarixli, 2(103)-4334/2024 nömrəli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-375/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri ( 100 manat) İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən yaşamadığı dövrü üçün kirayə haqqı məbləğini hesablamış və onu tələb etmişdir, lakin birinci instansiya məhkəməsi iddiaçının 2016-ci ildə çəkdiyi tə mir xərclərinin əvəzinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.

28. İddiaçı tələbində evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan 4 il müddətə görə xərclədiyi məbləğin geri qaytarılmasını tələb etdiyi, evin tikinti-təmir və quraşdırma işləri üçün 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8 802 manat hesablandığı təqdirdə, aylıq kirayə haqqı, iddiaçının sonradan dəyişmiş mövqeyinə görə 150-200 manat olduğu halda belə, həmin məbləğlər nəzərə alınaraq iddiaçının tələbində qeyd etdiyi evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan müddətə görə xərclədiyi məbləği əhatə etmir. Belə ki, 150 AZN x 120 ay = 18 000 AZN, iddia edilən həyətin təmirində (4200 AZN ekspertin müəyyən etdiyi məbləğə) nəzərə alanda 13002 AZN təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.6, 157.7, 385.1, 385.2, 386.1, 560.1, 560.2, 560.3.4, 456, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,77.3, 88, 218.1, 218.2, 218.3, 372.1, 372.2, 372.3, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı Lotfı̇ Cəbrayıl İsmayıl oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 157.5-ci maddəsinin tələbinin pozulmasına, prosessual pozuntu kimi MPM-nin 385.2, 82.3-cü maddəsinin pozuntusuna istinad edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələb vicdansız sahibə yönəldilir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Müvafiq halda heç kim, iddiaçını vicdansız sahib hesab etmir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə zidd olaraq, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini, yalnız formal mülahizələr əsasında ləğv etmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı faktlara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehlə aralarında yazılı olmasa da, şifahi müqavilə bağlandığı birmənalı olaraq təsdiq olunur. Bu həm də, aralarında olan və qanuni qüvvəsini almış digər bir məhkəmə prosesinin qətnaməsi ilə müəyyən edilmiş haldır. Lakin, indi cavabdeh iddia etməyə çalışır ki, guya iddiaçı onun bağ sahəsinə onun razılığı olmadan daxil olmuş və orada özbaşına olaraq tikinti-təmir işləri aparmışdır. Guya aralarında bununla bağlı heç bir razılaşma olmamışdır. İddiaçı orada yaşadığı müddətə görə icarə haqqı ödəməlidir və icarə haqqı apardığı təmir xərclərindən tutulmalıdır. Açıq-aşkar görünür ki, iddiaçı iddia tələbi ilə bağlı cavabdehin göstərdikləri həqiqətdən uzaqdır. Hadisələrin bütün gedişi birmənalı şəkildə göstərir ki, iddiaçı bağ sahəsində c avabdehin razılığı ilə əsaslı təmir və tikinti işləri aparmış və xeyli müddət orada yaşamışdır. İddiaçı bağ sahəsinə sahiblik etdiyi dövrə görə, heç kim o cümlədən məhkəmə vicdansız sahib hesab etmir. Cavabdehin izahatından belə çıxır ki, iddiaçının onlara məxsus bağ evində uzun müddət apardığı tikinti işlərindən və 6 il orada yaşamağından cavabdehin və ailə üzvlərinin heç bir xəbərləri olmamışdır. İndi isə iddiaçıdan mənzil icarə haqqı tələb edir. Təsadüfi deyil ki, Xətai Rayon Məhkəməsi haqlı olaraq onların məsələyə bu cür münasibətini birmənalı şəkildə rədd etmişdir.

32. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə iddiaçının iddia tələbini qismən təmin edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının rəyinə əsaslanmışdır. Hesab edir ki, bu rəy həmçinin cavabdehin təsiri ilə müşayiət olunmuşdur. Rəydə iddia olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikintitəmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmişdir. Halbuki, real olaraq təmir işlərinə tərəfindən 35 min manatdan artıq vəsait xərclənmişdir ki, bunu da tikintini aparan ustalar ifadələrində birmənalı şəkildə təsdiq etmişlər. İddiaçı bu rəyə etimadsızlığını bildirmiş və indi də, hesab edir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizası həyata keçirilməklə mübahisəli tikiliyə tərəfindən xərc lənmiş vəsaitin dəyəri dəqiqləşdirilməli idi. Tərəfindən həyata keçirilmiş və maliyyələşdirilmiş işlər yerindədir. Bu günün özündə də, heç bir çətinlik çəkmədən buraya qoyulmuş tikinti materialı və vəsaitin qiyməti dəqiq müəyyən edilə bilərdi. Təmir işlərinə iddiaçı tərəfindən 35 min manatdan artıq vəsait xərclənmişdir. Hamı, o cümlədən cavabdeh yaxşı bilir ki, bağ evinin həyəti də, xarabalıq olmuşdur. Hazırda mövcud olan yaşıllıq yalnız iddiaçının əməyinin sayəsində meydana gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin ə vəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

39. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllə

40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

51. İlk nö vbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mö vcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmiş, iddiaçı bu qətnamə ilə razılaşaraq apellyasiya şikayəti vermədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilməsinə əsas olmamışdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş əvvəlki qərarında birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuni və əsaslı olmadığı, bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamənin qüvvədə saxlanılmasının düzgün olmadığı ətraflı şəkildə əsaslandırıldığından kollegiya həmin qətnamənin ləğv edilməsinin qanunsuz və əsassız olduğuna dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

54. Mübahisələndirilən qətnamə ilə mübahisə kassasiya instansiyası məhkəm əsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(102)-1267/2024 nömrəli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla həll edilmiş, şikayətdə istinad edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.

55. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4334/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar