Məhkəmə qərarları › İş №2(102)-3490/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3490/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3490/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, sübutların tam, hərtərəfli və obyektiv tədqiq edilməməsi nəticəsində prosessual pozuntuya yol verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-432/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yevlax Rayon Polis Şöbəsinin 18 iyul 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh və İddiaçı qarşılıqlı müracitələri əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər biri 10 qram olmaqla, cəmi 20 qram 583 əyarlı 2 ədəd üzüyün; 7 qram 583 əyarlı, 1 ədəd qaşlı üzüyün; 10 qram 583 əyarlı, 1 dəst banan formalı sırğa-üzüyün; 18 qram 583 əyarlı, 1 ədəd qədimi saatlı üzüyün; hər biri 7 qram 583 əyar lı biri qaşlı olmaqla 3 ədəd kişi üzüyünün; 27 qram 583 əyarlı 1 ədəd brilyant qaşlı saatın; 17 qram 583 əyarlı 1 ədəd sepin; 8 qram 583 əyarlı 1 ədəd sepin və 7 qram 583 əyarlı 1 ədəd sırğanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif vaxtlarda o cavabdehdən faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus olan 9 adda olan qızıl zinət əşyalarını cavabdehə girov qoyaraq 3500 manat məbləğində 12 faiz sələmə pul götürmüşdür. Hər ay cavabdehə 400 manat pul ödəmiş, lakin son 2 ildə faiz pulu verə bilməmişdir. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə yaşadığı evin sənədini girov qoymağını tələb etmişdir. O evinin sənədini girov qoyduqdan sonra qızılları qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb cavabdehə 18000 manat borclu olmasına dair qəbz yazıb verərək evin sənədini ondan götürmüşdür. Həmin qəbz əsasında pul tələbinə dair verilmiş iddia üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən ondan 18000 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. Dəfələrlə tələb etməcinə baxmayaraq cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarını ona qaytarmamışdır, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş əlyazmada “1 komplekt, 1 sep (nəzik), 8 üzük aldım” qeyd edilmiş, qəbzdə tarix göstərilməmiş, imza, kim tərəfindən yazılması, kimə ünvanlanması barədə qeyd yoxdur. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 21 oktyabr 2020-ci il tarixli, 2(039)-1973/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh isə həmin halı qəti inkar etmişdir. İddiaçı məhkəməyə əlyazma təqdim edərək həmin əlyazmanı cavabdeh qızılları ondan alan zaman yazdığını bildirsə də, həmin əlyazmada ad, soyad, tarix və s. göstərilmədiyindən hazırkı mübahisənin həllində sübut kimi qəbul edilə bilməz. İddiaçı qətmamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki iş materiallarında olan və qızıllarının cavabdehdə olmasını təsdiq edən, cavabdehin öz xətti ilə yazdığı qəbzə ümumiyyətlə qiymət verməmişdir. Həmin əly azmanın əsli iş materiallarındadır. Əlyazmanın cavabdeh tərəfindən yazılıb-yazılmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə bunu etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 09 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi qəbzdə nə imza, ad (soyad), nədə ki tarix göstərilməmişdir, ona görə də sübut ki mi qəbul oluna bilməz. İddiaçı (Vəkil Mürşid oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xəttşunaslıq ekspertizasının keçirilməsi barədə apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırı lmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə aid olmayan maddi hüquq normalarını qətnamədə yazaraq maddi hüquq normalarının tələbərini pozmuşdur. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 34.1-ci maddəsinə (ər-arvadın hər birinin mülkiyyəti) və Mülki Məcəllənin 225.2-ci maddəsinə (ərlə arvadın ümumi mülkiyyəti) istinad etmiş, lakin həmin normaların hazırki mübahisəyə heç bir aidiyyatı olmamışdır. MPM-n in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı məhkəməyə təqdim etdiyi əlyazmanın cavabeh tərəfindən yazıldığını bildirərək bunun müəyyən edilməsi üçün məhkəmə-xəttşunaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə qiymət verərkən həmin əlyazmada tarix, imza, ad və soyad yazılmadığını qeyd edərək birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunmadığını əsaslı hesab etmişdir. Lakin m əhkəmə nəzərə almamışdır ki, əlyazmanın cavabdeh tərəfindən yazılması yalnız ad, soyad və imza əlavə edilməklə müəyyən edilmir. Həmin əlyazmanın cavabdeh tərəfindən yazılıb-yazılmadığını məhkəmə-xəttşunaslıq ekspertizasının keçirilməsini təmin etməklə də müəyyən edə bilərdi ki, şikayətin əsas dəlili də bundan ibarət idi. Lakin məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən iddiaçının bu dəlilinə diqqətlə yanaşmamış, nəinki məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsindən imtina etmiş, hətta bu məsələ ilə bağlı cavabdeh tərəfin dəlillərini müəyyən etməmişdir. (Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir). Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutu MPM-nin 88-ci maddəsinin tələbinə əsasən tədqiq etməmiş, həm çini apellyasiya şikayətinin dəlili üzrə heç bir araşdırma aparmayaraq iş ürə düzgün olmayan nəticəyə gəlmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 392.2-ci maddəsinə görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun sübutların tədqiq edilməsini təmin etməli, iş üzrə məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsini müzakirə etməli, ekspertiza keçirilməsi nəticəsində həmin əlyazmanın cavabdeh tərəfindən yazılması müəyyən ed ildiyi halda, cavabdeh tərəfin bu hala münasibətini, qəbzin hazırki iddia tələbi ilə əlaqəsini, əlyazmada göstərilən əşyaların iddia tələbində göstərilən və iddiaçı tərəfindən təqdim edilmiş foto şəkillərdə olan əşyalar olubolmamasını, cavabdehin həmin əşyaları hansı səbəbdən aldığını (qəbzdə əşyalar sadalanmaqla “aldım” yazılmışdır) müəyyən etməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbu etməlidir. MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-432/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar