Məhkəmə qərarları › İş №2(102)-3490/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3490/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3490/2024 16.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın yüklülükdən çıxarılması, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı Açı q Səhmdar Cəmiyyətinə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi qarşılıqlı iddiasına dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-992/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Cəlilabad Şəhər Bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi ayrılmış, sonra Cavabdehla Bələdiyyə arasında həmin torpaq sahəsinə dair 1 aprel 2004cü il tarixli, 58 nömrəli «torpaq icarə» müqaviləsi bağlanmışdır.

2. Cəlilabad rayon İcra Haki miyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin layihə-smeta sənədinə əsasən, Cavabdeh istifadəsində olan torpaq sahəsində kommersiya obyektinin (“Orxan” şadlıq sarayının) tikintisinə icazə verilmiş, tikinti başa çatdıqdan sonra qəbul komissiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında obyekt istismara qəbul edilmişdir.

3. Qeyri-yaşayış binasının Cavabdeh adına rəsmiləşdirilməsi, onun adından verilmiş xx.xx.2018-ci il tarixli etibarnamə ilə X7 tərəfindən həyata keçirilmişdir. Həmin etibarnamə əsasında Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0.0663 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti t ərəfindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.

4. Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh adından verilmiş etibarnamə əsasında X1 şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1197,7 kv.metr olan qeyri-yaşayış binasını alıcı X3 200000 (iki yüz min) manata satmışdır.

5. Cavabdehlər X5 və X3 qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə da ir iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab edilərək, təmin edilməmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə (reyestr 4Ə500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın X2 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilmiş və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının («Orxan» şad lıq sarayı) Cavabdeh qaytarılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 nömrəli və xx.xx.2021-ci il tarixli RBLLF-472 nömrəli kredit müqavilələri üzrə öhdəliklər tam icra olunanadək ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) üzərində İddiaçı ASC-in xeyrinə ipo teka yüklülüyünün saxlanılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-in “Lənkəran” filialı ilə X8 arasında xx.xx.2020-ci il tarixli, RBLLF-447 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə X6 ilə bağlanmış xx.xx.2020ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası («Orxan» şadlıq sarayı) İddiaçı ASC-in xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə X8 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, RBLLF-472 nömrəli kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi məqsədilə X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, RBLLF-472 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən sözü gedən qeyri-yaşayış binası növbəti dəfə ipoteka ilə yüklü edilmişdir. Məlum olmuşdur ki, ipoteka predmeti olan «Orxan» şadlıq sarayı ilə əlaqəli məhkəmə mübahisələri olmuşdur.Bu işlə bağlı məhkəmə prosesləri barədə bankın məlumatı olmamışdır.Qeyd olunan məsələ İddiaçı ASC-nin hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə pozur. Verilmiş kreditlərin qaytarılmasında artıq problemlər mövcuddur. İddiaşı qeyd etmişdir ki, borc alan X8 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmir, səbəb kimi ipoteka predmeti olmuş və öhdəliklərin təminatı kimi yüklü edilmiş qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) artıq onların nəzarətindən çıxması ilə əlaqələndirir.

10. Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi və iddianın həcmini artırılması ilə müraciət edərək, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) İddiaçı ASC-nin yüklülüyündən çıxarılmasına, İddiaçı ASC ilə X6 və X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilələr əsasında qeyriyaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdr ki, Cəlilabad şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad şəhəri, Qurtuluş k üçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi verilmişdir. Bundan sonra onunla 1 aprel 2004-cü il tarixli, 58 nömrəli «torpaq icarə» müqaviləsi bağlanmışdır. Daha sonra həmin torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə bir girişli, iki mərtəbəli kommersiya obyekti tikilmiş, tikinti quraşdırma işləri başa çatmış «obyektlərin istismara qəbul edilməsi haqqında» qəbul komissiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında istismara qəbul edilmişdir. Həmin tarixdən etibarnamə ilə ona məxsus olan və sonradan «Orxan» şadlıq sarayı kimi fəaliyyət göstərən kommersiya obyekti fasiləsiz olaraq sahibliyində və istifadəsində olmuşdur. 2019-cu ilin iyun ayında əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu, həmkəndlisi X7 ilə söhbət zamanı «Orxan» şadlıq sarayına çıxarış almaq istədiyini bildirmiş, Cəfər Əsgərov isə ona Əmlak Komitəsində yaxın adamlarının olduğunu və onların vasitəsi ilə həmin çıxarışın alınmasının mümkün olacağını bildirərək bu barədə kömək etmək istədiyini ona bildirmişdir. O, razılıq verdikdən sonra Cəfər Əsgərov həmin işlərin görülməsi üçün pul və etibarnamə verilməsi lazım olduğunu bildirmişdir. O, Rusiya Federasiyasında bizneslə məşğul olduğu üçün Cəfər Əsgərova etibarnamə verərək Rusiya Federasiyasına qayıtmışdır. Bir müddət sonra Cəfər Əsgərovun sözügedən «Orxan» şadlıq sarayını öz adına rəsmiləşdirdiyini bilmişdir. Rusiya Federasiyasından qayıdaraq Cəfər Əsgərova verdiyi etibarnaməni ləğv etdirmişdir. Azərbaycana gələndən sonra öyrənmişdir ki, Cəfər Əsgərov sözügedən obyekti qardaşı oğlu X2 adına rəsmiləşdirmişdir. Cəfər Əsgərov həmin obyekti hans ısa qanundan kənar üsul və vasitələrlə qardaşı oğlu Mirxas Əsgərova 200000 manat müqabilində alqı-satqı müqaviləsi əsasında satmışdır. Həmin əmlak mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabeh Cəfər Əsgərov tərəfindən satılmışdır. Buna görə də X5 və X3 qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və müvafiq qətnamələr qəbul edilmişdir.Həmin əmlak Cavabdeh mülkiyyətindən qanunsuz olaraq çıxarıldıqdan sonra İddiaçı ASC-in «Lənkəran» filialı ilə X8 arasında bağlanmış xx.xx.2020- ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri bağlanmış və Cavabdeh məxsus mübahisəli əmlak Mirxas Əsgərov tərəfindən həmin kredit müqavilələri üzrə öhdəliyin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Mirxas Əsgərov və Sayıl Əsgərov həmin vaxt İddiaçı ASC-yə həmin əmlak barədə məhkəmə mübahisəsinin olduğunu məqsədli şəkildə bildirməmiş, İddiaçı ASC də bunu aydınlaşdırmadan kredit vermiş və mübahisəli əmlakı ipoteka predmeti kimi qəbul etmişdir. Halbuki, kredit müqavilələri bağlanmamışdan əvvəl məhkəmə çəkişmələri və qətnamələri olmuşdur.Göründüyü kimi Sayıl Əsgərov və Mirxas Əsgərov öz məqsədlərini onun əmlakı hesabına həyata keçirməyə nail olmuşlar. Onun mülkiyyətində olan mübahisəli əmlakın, yəni ipoteka predmeti olan əmlakın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi qanunsuz olmuş və hazırda da ipoteka saxlayan həmin əmlakı yüklülükdən azad etməməklə onun mülkiyyət hüquqularını pozmaqda davam edir. Həmin əmlakın Bank qarşısında ipoteka ilə yüklü qalması üçün heç bir qanuni əsas olmamış və hazırda da yoxdur. Onun qanuni əsaslarla əldə etdiyi mübahisəli əmlak üzərində hazırda tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir.

12. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-498/2022 nömrəli iş üzrə 17 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Qabil Paşayev) Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 17 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, ilk iddia üzr ə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) İddiaçı ASC-nin yüklülüyündən çıxarılması, İddiaçı ASC ilə X6 və X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı ASC-dən alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısını mülkiyyətçi Cavabdeh verdiyi etibarnamə əsasında etibar edilən C.Əsgərov həyata keçirmişdir. Başqa sözlə, C.Əsgərov sözügedən müqaviləni mülkiyyətçinin nümayəndəsi (təmsilçisi) qismində imzalamışdır. Sözügedən alqı-satqı barədə mülkiyyətçinin məlumatlı olması müəyyən edilməmişdir. Cavabdeh adından verilmiş etibarnamə sözügedən qeyri-yaşayış binasının sənədləşdirilməsindən əvvəl verilmişdir. Həmin vaxt sözügedən əmlak mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Bu hal, etibarnamənin ilk növbədə əmlakın təmsil edənin adına mülkiyyət kimi qeydə alınması üçün verildiyini təsdiq edir.Eibarnamədə təmsil edilənin gələcək mülkiyyətdə olan əmlakı barə də sərəncam vermək göstərilməmişdir. Hər bir halda iddaçının adına sözügedən əmlakın qeydə alınmasından sonra Cavabdeh tərəfindən bu və ya digər yolla hər-hansı iradə ifadəsinin bildirilməsi müəyyən edilməmişdir.

14. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmış və əmlakın nümayəndə ilə kontragentin razılaşdırılmış dəyərinin mülkiyyətçiyə ödənildiyi müəyyən edilməmişdir.Mirxas Əsgərov vicdanlı alıcı olmamış və mübahisəli qeyri-yaşayış binasına dair alqı-satqı bağlanan zaman mülkiyyətçinin kim olduğunu bilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, işə baxılan zaman Mirxas Əsgərovun mübahisəli qeyri-yaşayış binasının qanuni əsaslarla öz mülkiyyətinə keçirməsi müəyyən edilməmişdir.

16. Buna görə də hazırkı iş üzr ə məhkəmə hesab etmşdir ki, Mirxas Əsgərov tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mübahisəli qeyri-yaşayış binasının iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilməsi üçün də qanuni əsaslar olmamış və hazırda da həmin əmlakın, yəni mübahisəli qeyri-yaşayış binası üzərində iddiaçı Bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması üçün əsaslar yoxdur. Həmin əmlak üzərində ipoteka yüklülüyünün qalması isə Cavabdeh mülkiyyət hüquqlarını pozur.

17. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hallar ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olduğunu təsdiq edir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 157.2, 337.2, 337.5, 339.1, 339.5-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 82.3, 88, 106.1, 217.4-cü maddələrinə i stinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, qətnamədə istinad edilən məhkəmə aktları ilə etibarsız hesab edilmiş müqavilə və onun hüquqi nəticələri bankla Əsgərov Mirxas arasında bağlanmış ipoteka müqaviləsinə şamil edilə bilməz.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-992/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnam əsi ilə (hakimlər İlham Əsədov-sədrlik edən və məruzəçi, Pərviz Hacıyev və Tofiq Heydərov) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiasının və iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) İddiaçı ASC-nin yüklülüyündən çıxarılması, İddiaçı ASC ilə X6 və X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünv anında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən İddiaçı ASC-nin tələbi ilə bağlı bildirmişdir ki,İddiaçı ASC tələbində ASC-nin “Lənkəran” filialı ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklər tam icra olunanadək ünvan 1 ünvanında istifadədə olan 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası üzərində İddiaçı ASC-in xeyrinə ipoteka yüklülüyünün saxlanılmasını xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsi qüvvə də olan (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi) məhkəmə aktlarına istinadən hesab etmişdir ki, Mirxas Əsgərovun mübahisəli qeyri-yaşayış binasını qanuni əsaslarla öz mülkiyyətinə keçirməsi müəyyən edilməmişdir. Buna görə də hazırkı iş üzrə Mirxas Əsgərov tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mübahisəli qeyri-yaşayış binasının iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilməsi üçün də qanuni əsaslar olmamış və hazırda da həmin əmlakın, yəni mübahisəli qeyri-yaşayış binası üzərində iddiaçı Bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması üçün əsaslar yoxdur. Həmin əmlak üzərində ipoteka yüklülüyünün qalması isə Cavabdeh mülkiyyət hüquqlarını pozur.

24. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlak ipoteka qoyan M.Əsgərovun mülkiyyət ində qanunsuz olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaya qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. MPM-in 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. MPM-in bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyət ə malik olmasını göstərir.

28. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqedən çıxış edərək Kollegiya qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir...

29. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəf lərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərari).

30. Bundan başqa, müəyyən edilir ki, sözügedən ipoteka müqavilələri bağlanarkən ipoteka predmeti olan qeyi-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində Mirxas Əsgərovun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.

31. Digər tərəfdən, işin hallarından müəyyən edilir ki, İddiaçı ASC-in “Lənkəran” filialı ilə X8 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi, xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi məqsədilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri üzrə sözügedən qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri hazırda qüvvədədir. Həmin müqavilələrin etibarsızlığı müəyyən edilmir. İpotekaya xitam verilməsi üçün əsas da yoxdur.

32. İpotekaya xitam verilməsi Qanunda(“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsi) konkret sadalanmışdır. Qanunverici mülkiyyətçinin dəyişməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir.

33. Kollegiya hesab edir ki, ipotekaya xitam verilmədiyindən qüvvədə olan müqavilələr üzrə ipoteka yüklülüyünün saxlanılmasına dair iddia tələbinin də qanuni əsası yoxdur. Bu baxımdan İddiaçı ASC-nin tələbi təmin edilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh qarşılıqlı iddiası ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) yüklülükdən çıxarılmasını, İddiaçı ASC ilə X6 və X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ip oteka müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilələr əsasında ipoteka predmeti olan qeyri-yaşayış binasının yüklülüyünə dair reyestri xidmətində aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir.

35. Qarşılıqlı iddia üzrə iddiaçı ipoteka predmetinin yüklülükdən azad edilməsini və ipoteka qeydinin ləğv edilməsini ipoteka müqavilələrinin etibarsızlığı ilə əsaslandırmışdır.

36. İddia tələbinə görə, mübahisələndirilən ipoteka müqavilələri etibarsız sayıldığından onun hüquqi nəticələri də etibarsız olmalı və ləğv edilməlidir.

37. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslara söykənərək Cavabdeh iddiasını təmin etmiş, İddiaçı ASC ilə X6 arasında bağlanan ipoteka müqavilələrini etibarsız saymışdır.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansi ya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsində də maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.

39. Cavabdeh tələbini əsaslandırmaq üçün Mülki Məcəllənin əqdin etibarsızlığını təsbit edən hər-hansı maddəsi ilə konkret əsaslandırmamışdır. Mahiyyətcə, iddiaçı qüvvədə olan və yuxarıda sadalanan məhkəmə aktlarına və mülkiyyət hüququnun mövcudluğuna əsaslanmışdır.

40. Qanunun tələbinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Qeyd edilməlidir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyy ətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC ilə X6 arasında bağlanan ipoteka müqavilələri bağlanan zaman həmin əqdlərin zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu halları müəyyən edilmir. Həmin əqdlər bağlanan anda etibarlı olmuşlar.

43. Ona görə də Cavabdeh ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi, yüklülüyünə dair reyestri xidmətində aparılmış qeydin ləğv edilməsi tələbin dair qarşılıqlı iddiası da əsassız olduğundan təmin edilməməlidir.

44. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi həm ilkin iddianın təmin edilməməsində, həm də qarşılıqlı iddianın təmin edilməsində maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddias ı təmin edilməməlidir.

46. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 337.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(106)-992/2024 saylı qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin hazırkı qətnaməsi ədalətli və obyektiv olmamışdı r. Mirxas Əsgərov mübahisəli qeyri-yaşayış binasını qanuni əsaslarla öz mülkiyyətinə keçirməmişdir. Buna görə də, Mirxas Əsgərov tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mübahisəli qeyri-yaşayış binasının iddiaçıBank qarşısında ipoteka ilə yüklü edilməsi üçün də qanuni əsaslar olmamış və hazırda da həmin əmlakın, yəni mübahisəli qeyri-yaşayış binası üzərində iddiaçı Bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması üçün əsaslar yoxdur. Həmin əmlak üzərində ipoteka yüklülüyünün qalması isə Cavabdeh mülkiyyət hüquqlarını pozur.

49. Mirxas Əsgərov və Sayıl Əsgərov həmin vaxt İddiaçı ASC-yə həmin əmlak barədə məhkəmə mübahisəsinin olduğunu məqsədli şəkildə bildirməmiş, İddiaçı ASC-də bunu aydınlaşdırmadan kredit vermiş və mübahisəli əmlakı ipoteka predmeti kimi qəbul etmişd ir. Halbuki, kredit müqavilələri bağlanmamışdan əvvəl məhkəmə çəkişmələri və qətnamələri olmuşdur. Göründüyü kimi Sayıl Əsgərov və Mirxas Əsgərov öz məqsədlərini Cavabdeh əmlakı hesabına həyata keçirməyə nail olmuşlar. Cavabdeh mülkiyyətində olan mübahisəli əmlakın, yəni ipoteka predmeti olan əmlakın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi qanunsuz olmuş və hazırda da ipoteka saxlayan həmin əmlakı yüklülükdən azad etməməklə Cavabdeh mülkiyyət hüquqularını pozmaqda davam edir. Həmin əmlakın Bank qarşısında ipoteka ilə yüklü qalması üçün heç bir qanuni əsas olmamış və hazırda da yoxdur. Cavabdeh qanuni əsaslarla əldə etdiyi mübahisəli əmlak üzərində hazırda tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir.

50. Mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətli olmayan qətnamə qəbul edilmiş və məhkəmə qətnaməsində düzgün hüquqi nəticəyə gəlinməmişdir. Hesab edirəm ki, qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin göstərilən qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhə miyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

51. Məhkəmə yalnız ümumi qaydada mülki işlərə baxılma sına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etsə də işin faktiki hallarına uyğun deyildir. Belə ki, mübahisəli qeyriyaşayış binasının Cavabdeh mülkiyyətində olması, həmin əmlakın Cavabdeh mülkiyyətindən qanunsuz olaraq çıxarıldıqdan sonra banka girov qoyulması ilə bağlı kifayət qədər sübutlar və məhkəmə qətnamələri olduğu halda apellyasiya instansiyasıməhkəməsi adı qeyd edilən sübutları görməməzlikdən gəlməklə yalnız bankın maraqların üstün tutmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Nəticədə də cavabdehin hüquqları pozulmuşdur.

52. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 157.2 337.2, 337.5, 339.1-ci, Azərbaycan Respublikasının MPM-in 106.1, 217.1-ci maddələrinə istinad edər ək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

55. Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İpoteka haqqında” Azərbayc an Respublikası Qanunu

56. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir

57. Maddə 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 58. 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 59. 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 60. 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 61. 48.1.4. ipoteka predmeti məhv olduqda; 62. 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-992/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar