Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3493/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)477/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 29 noyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş 2 yetkinlik yaşına çatmayan uşağın iddiaçının yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir.
3. Tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən, dövlət qeydiyyatına alınmamış 60 saylı fərdi yaşayış evində yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı uşaqları ilə bir likdə Sumqayıt şəhəri, X3 qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər birgə yaşadıqları dövrdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində öz vəsaitləri hesabına torpaq sahəsi alıb üzərində bir mərtəbəli, dörd otaqlı, dəhliz, mətbəx və hamam-tualetdən ibarət mişar daşından bağ evi tikmiş və 2012-ci ilin iyun ayında həmin evə köçmüşlər. İddiaçı valideynlərinin ona cehiz şəklində verdikləri və birgə nikah dövründə aldıqları əmlakları həmin evə yerləşdirmişdir. Tərəflər 04 avqust 2021-ci il tarixədək bu ünvanda yaşayıb birgə təsərrüfat aparmışlar. Nikahları pozulduqdan sonra, 04 avqust 2021-ci il tarixdə iddiaçı yaşadığı evi məcburən tərk etmiş və Sumqayıt şəhərində valideynlərinin yanında yaşayır. Uşaqlar onun yanındadırlar. İddiaçı evsiz-eşiksiz qalmışdır və yaşamağa yeri yoxdur.
6. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(060)-5276/2022 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilməklə, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları 28 mart 2009-cu il təvəllüdlü X2 və 11 yanvar 2011-ci il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, X3 qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı həmin evin cavabdehlə birgə nikahları dövrü ndə inşa edildiyinə, evin inşasına cavabdehlə birlikdə vəsait sərf etdiklərinə, həmin evin onun yaşayış yeri olmasına əsaslanmışdır. Cavabdeh isə iddiaçının və onun həmin evin tikintisinə hər hansı vəsait sərf etmədiklərinə, evin onun atası tərəfindən inşa edilməsinə, iddiaçının həmin evdə daimi yaşamadığına əsaslanaraq iddianı təmin edilməməsini xahiş etmişdir.
8. Tərəflərin izahatlarına, şahid ifadələrinə və iş üzrə tədqiq edilmiş digər sübutlara istinad edən məhkəmə, mübahisəli evin tərəflərin birgə nikahları dövründə inşa edildiyini və inşa edildikdən sonra iddiaçının yaşayış sahəsi kimi həmin evə köçməsini müəyyən etmişdir. Eyni zamanda, cavabdeh iddiaçının həmin evdə daimi yaşamadığını bildirsə də, iş üzrə verilmiş şahid ifadələri ilə iddiaçının həmin evdə daimi yaşadığı müəyyən edil mişdir. Belə ki, iddiaçının uşaqlarının həmin ərazidə olan məktəbdə oxuması, iddiaçının ona məxsus cehiz əşyaları həmin evə yerləşdirməsi və əşyaların həmin evdə olması mübahisəli evə iddiaçının daimi yaşayış yeri kimi qiymət verməyə imkan verir.
9. Məhkəmə hesab etmişdir ki, baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. İddiaçı öz azyaşlı uşağı ilə birlikdə həmin evi tərk etsə də, bu onun yaşayış yerini itirməsi anlamına gələ bilməz. Belə ki, iddiaçı məcbur qalaraq müvəqqəti həmin evi tərk etmişdir. Bu səbəbdən, onun mübahisəli evə köçürülmə tələbi qanuni və əsaslıdır. Cavabdeh iddiaçının həmin evin tikintisinə heç bir vəsait sərf etmədiyini bildirsə də, məhkəmə qeyd etmişdir ki, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, evin tərəflərin nikahları dövründə tikilməsi işin mübahisəsiz halı olduğundan iddiaçının evin tikintisinə hər hansı vəsait sərf edib-etməməsi iş üzrə əhəmiyyət kəsb etmir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 27.1, 27.2, 27.3, 180-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(060)-5276/2022 nömrəli qətna məsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)-477/2023 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər G.İ.Cabbarovadan və A.M.Süleymanovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(060)5276/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qən aət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə tərəflərin 29 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaları və onların bu nikahlarının Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilməsi işin mübahisəsiz halıdır. İddia tələbi isə evə köçürülmə barədədir.
14. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2007-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən əvvəl yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəyə qanunun analogiyası tətbiq edilməklə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53cü maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.
15. Məhkəmə göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və Nümayəndə qarşı iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisi və təmirinə çəkilmiş pul vəsaiti üzərində payın müəyyən edilməsi ilə bağlı iddiası rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda n keçməməklə özbaşına tikilidir. Mülki Məcəllənin 180.1-ci maddəsini təfsir edən məhkəmə göstərmişdir ki, bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başq a sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.
16. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini t apmışdır.
17. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçının həmin tikiliyə öz vəsaitini xərclədiyi qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmadığından, əksinə həmin xərclər cavabdehin atası tərəfindən xərcləndiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyi ni həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni cavabdehin atası Nümayəndə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin (iddiaçının) hüquqları ilə yüklü edilə bilməz.
19. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Bu mənada məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin atası Nümayəndə münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, eləcə də iddiaçı həmin evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etd iyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin atasının vəsaiti hesabına inşa edildiyindən, iddia tələbi təmin edilə bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı Xalıqova (Əkbərova) Günel Sətdar qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)-477/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 11, 180-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 14.1, 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
23. Belə ki, mübahisəli evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Bu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Lakin məhkəmə bu konstitusion normanı və “Uşaq hüquqları haqqında” Qanunun tə ləblərini nəzərə almayaraq əsaslı iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi qəbul etdiyi qətnamədə iddiaçının mübahisəli evə 2007-ci ildən köçürüldüyünü və həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən bu evdə yaşamaq hüququ əldə etdiyini qeyd etsə də, iddiaçının həmin evin tikintisində iştirak etmədiyini vurğulayaraq onun bu evə köçürülməsi ilə bağlı iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə yaranmış mübahisəyə cavabdehin ailə qurduğu zaman yəni 2007-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən qiymət verməmiş və bu da maddi normanın düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İddiaçı cavabdehin razılığı və istəyi ilə onun yaşadığı evə gəlin köçmüş, 14 il ərzində onlarla birgə təsərrüfat aparma qla iki uşaq dünyaya gətirmiş, ana olmuşdur. Lakin məhkəmə bu halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına baxmayaraq, bir sıra maddi hüquq normalarını istinad etməklə iddia tələbini təmin etməli olduğu halda, bunu etməmiş və nəticədə maddi normaların pozulması və düzgün təfsir edilməməsi ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz apellyasiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki pros essual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddiaçı apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
30. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynlə ri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənz imlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş q ərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalı dır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun əsaslandırılsa da, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia rədd olunmalıdır.
35. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verərək, mübahisəli yaşayış sahəsinin iddiaçı ilə cavabdehin birgə vəsaiti hesabına deyil, cavabdehin atası tərəfindən inşa edilməsini müəyyən etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının müəyyən edilməsi kassasiya icraatının predmetini təşkil etmir. Apellyasiya məhkəməsi tərəfindən işin mübahisələndirilən bu halının müəyyən edilməsi, sübutların qiymətləndirilməsi zamanı isə prosessual hüquq normaların pozulması müəyyən edilməmişdir.
37. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin müəyyən olunan həmin hala münasibətdə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir.
38. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli yaşayış sahəsinin özbaşına tikili olmasını və tərəflərin nikah münasibətlərinin 2007-ci ildə yaranmasını əsas götürməklə mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq etmişdir.
39. Lakin, həmin maddənin məzmununa görə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərl ər. O cümlədən, kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən şəxs, kirayəçi və onun ailə üzvləri ilə eyni hüquq və vəzifələrə malikdirlər.
40. Beləliklə, apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normasına görə icarədarın gəlini onunla birlikdə təsərrüfat aparmaqla, yaşayış sahəsindən istifadə etdiyi halda, artıq həmin şəxslə eyni hüquqlara malikdir. Apellyasiya instansiyası məhkəməsi isə maddi hüquq normanın dispozisiya şərtlərinə diqqət yetirmədən, istinad etdiyi həmin qanun normasının məzmununa zidd bir qərar qəbul etməklə, onu səhv təfsir etmişdir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisəyə köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq oluna bilməz.
42. Belə ki, iddiaçı iddia ərizəsində mübahisəli sahənin 2012-ci ildə in şa edilərək, həmin evə köçməsini bildirmişdir. Cavabdeh tərəf isə birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində evin inşasının 2010-cu ildə başlanaraq 6-7 il davam etməsini göstərmişdir. Yəni mübahisəli özbaşına tikili bir yaşayış sahəsi kimi 2010-cu ildən sonra inşa edilmiş və onunla bağlı münasibətlər həmin zaman yaranmışdır. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə mübahisəyə tərəflərin nikahları qeydə alındığı dövrdə qüvvədə olan maddi hüquq norması deyil, mübahisəli ev inşa edilərək, tərəflərin orada yaşamağa başladıqları zaman qüvvədə olan normaları tətbiq edilməlidir. 43. 01 oktyabr 2009-cu ildə yeni Mənzil Məcəlləsi qüvvəyə minmiş və həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyət çi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki tələb iddiaçının keçmiş əri olan Cavabdeh qarşı yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəli yaşayış sahəsinin tərəflərin birgə vəsaitləri hesabına deyil, cavabdehin atası tərəfindən, onun vəsaiti hesabına inşa edildiyini, yəni sonuncuya məxsus olduğunu müəyyən etmişdir. Belə olan halda, iddianın bu tələbə cavab verməli olan şəxsə qarşı yönəldilməsi müəyyən olunur ki, məhkəmə kollegiyası işin ha llarını qüvvədə olan Mənzil Məcəlləsinə uyğun əlavə qiymətləndirilməsini zəruri bilmir.
45. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə maddi hüquq normasının tələblərini pozmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Xalıqova (Əkbərova) Günel Sətdar qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)-477/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Xalıqova (Əkbərova) Günel Sətdar qızının Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.