Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3494/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh İddia tələbi: işə bərpa və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi X4, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ‘Azərterminalkompleks” Birliyinin 07 avqust 2019-cu il tarixli əmrinə əsasən, xadimə işləyən X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə işdən azad olunmuşdur. Birinci instansiya məhkəməsində icraat 13 yanvar 2020-ci il tarixdə X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağına dair Cavabdeh 07 avqust 2019- cu il tarixli, 2300/437ş nömrəli əmrin ləğv edilərək, onun işə bərpa olunması, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin işə bərpa olma hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək işə bərpa tələbinə dair hissədə iddianı qəbul etdiklərini göstərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-51484/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 07 avqust 2019-cu il tarixli, 2300/437ş nömrəli əmrinin ləğv edilərək iddiaçının Cavabdehn ə xadimə olaraq işə bərpa olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 07.08.2019-cu il tarixdən işdən azad edildiyindən xəbərdar olmaqla həmin tarixdən işə çıxmamış, qanunla müəyyən edilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, lakin bunun üzürlü səbəblərdən baş verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1990/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, Q.A.Əsgərova, İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunu üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Hazırki halda ‘Azərterminalkompleks" Birliyinin 07 avqust 2019-cu il tarixli saylı əmrdən X1 işdən azad edilərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı onun barəsində məlumatların mövcudluğu və bununla əlaqədar əsasən “Astara” X3 ərazisinə buraxılmamağı səbəbindən Cavabdeh əməkdaşı olaraq onun bilavasitə əmək funksiyalarını yerinə yetirməsin in qeyri-mümkün olmasına istinad edilmişdir. Lakin məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə ünvanlanmış sorğuya 19.02.2020-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1965-ci il təvəllüdlü X2 barəsində Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatların mövcud olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında işə bərpa tələbini qəbul etdikləri barədə yazılı ərizə təqdim edərək həmin hissədə iddianı qəbul etdiklərini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 07 a vqust 2019-cu il tarixli, 2300/437ş nömrəli əmrinin ləğv edilməsi iddiaçı X1 Cavabdehnə xadimə olaraq işə bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Həmçinin apelyasiya şikayətində qeyd edilən iddiaçının məhkəməyə müraciət edərkən müddəti ötürməsi barədə cavabdehin ərizəsi iş materiallarında mövcud deyildir. Əksinə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında yazılı ərizə təqdim edərək işə bərpa tələbinə dair hissədə iddianı qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və i ddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək daxildir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllən in 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, ə mək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabde h tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3494/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3494/2021
02.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver