Məhkəmə qərarları › İş №2(102)-3495/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3495/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3495/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil hüquqlarının müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-940/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir.

2. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının XXX №-li 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən ünvan küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının mülkiyyətçilərinin razılığı əsasında köçürülməsi və həmin ərazidə yaşayış binalarının sökülərək yeni yaşayış binalarının tikintisi Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşə n mənzilə qanunsuz müdaxilənin, həmin mənzilin sökülməsinin, eləcə də qeyd olunan mənzilə dair mülkiyyət (sahiblik və istifadə) hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir və həmin mənzil tam hüquqlu mülkiyyətçi kimi ona məxsusdur. Ona məlum olmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının XXX №-li XXX mart 2020-ci il tarixli Sərəncamına əsasən ünvan küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının mülkiyyətçilərinin razılığı əsasında köçürülməsi və həmin ərazidə yaşayış binalarının sökülərək yeni yaşayış binalarının tikintisi cavabdehə tapşırılmışdır. Cavabdeh isə söküntü zamanı heç bir s öküntü, tikinti normalarına əməl etməmiş qonşuluqdakı binalarda eləcə də iddiaçının mənzilinin yerləşdiyi binadakı mənzillərin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulmuşdur.

5. Cavabdehin nümayəndəsi X3 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının XXX mart 2020-ciu il tarixli, XXX saylı sərəncamı ilə Cavabdeh MTK-nə ayrılmış torpaq sahəsində yerləşən ünvanında yaşayan cavabdeh İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin ünvan mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, Cavabdeh MTK tərəfindən ünvan kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh İddiaçı məxsus mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 6, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respu blikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının XXX mart 2020-ci il tarixli XXX №-li sərəncamı əsasında yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında CavabdehMTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi ha qqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)2627/2021 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin ünvan mənzili üzərində cavabdehin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilmiş, İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, Cavabdeh MMC tərəfindən ünvan binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh İddiaçı məxsusXXX saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmir li mənzil verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə işin faktiki hallarına istinad edərək hesab etmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. İlkin iddia üzrə iddiaçı isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 16.1, 152.6, 385.1, 421.1, 421.2, 437.1, 560.1, 560.2, 577.1 və 578.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 5.3, 10, 18, 152.1, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə uyğun olaraq əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri: 12. - birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət (sahiblik və istifadə) hüquqlarını qorumamış və müdafiə etməmişdir. Əksinə iddiaçını mülkiyyət hüququndan məhrum etmişdir. 13. - məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmışdir. 14. - məhkəmə mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışa, cavabdehin iddiaçıya göndərdiyi bildirişlərə, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının XXX №-li XXX mart 2020-ci il tarixli Sərəncamına, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 07 may 2021-ci il ta rixli məktubuna sübut kimi düzgün qiymət verməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-940/2022 nömrəli iş üzrə 8 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (məruzəçi və sədrlik edən), Akif İskəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2627/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir, birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd, qarşılıqlı iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

17. Apellyasiya instansiyası mə hkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə və 29-cu maddəsinin İV hissəsinə, Mülki Məcəllənin 16.1, 152.1, 152.6, 560.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

20. Kassasiya şikayətinə yazılı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin e dilmiş imkanıdır

22. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

32. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya məhkəməsi həmin halları ətraflı araşd ıraraq onlara düzgün hüquqi qiymət vermişdir.

33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o v axt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ünvan 1 ünvanında yerləşən XXX saylı, bir otaqlı mənzilin mülkiyyətçisidir. ünvan küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli X, X, X, X, X, X, X və X saylı binalarının texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 3 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının XXX mart 2020-ci il tarixl i XXX №-li sərəncamı əsasında yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 1572 №-li XXX mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Cavabdeh İ ddiaçı məxsus mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi təklif olunsa da, iddiaçı müqavilə bağlamaqdan imtina etmişdir.

36. Deməli, müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan bir otaqlı mənzil qəzalı vəziyyətdə olan beş mərtəbəli yaşayış binasında yerləşir. Həmin binanın sökülərək yerində yeni yaşayış binasının inşa edilməsi qərara alınmış və bununla bağlı sakinlərlə müqavilələr bağlanmışdır. İddiaçıya da, malik olduğu sahədən 20% artıq sahə təklif edilmiş, mənzilin təmirli halda ona təhvil verilməsi, mənzil hazır olanadək hər ay 300 manat kirayə haqqı ödənilməsi təklif olunsa da, iddiaçı təklifdən imtina etmişdir.

37. Əvvəla, qeyd olunur ki, Bakı şəhərində analoji inşaat işləri üzrə oturuşmuş işgüzar təcrübə şirkətin təklif etdiyi qaydada həyata keçirilir. Həmçinin nəzərə almaq lazımdır ki, bu tədbirlər qəzalı evlərdə yaşayan sakinlərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilir və eyni zamanda çoxsaylı mülkiyyətçiləri əhatə edir. Ona görə formalaşmış təcrübəyə əsasən mülkiyyətçilərə öz sahələrindən 20% artıq sahə verilməsi, hər ay kirayə haqlarının qarşılanması, mənzillər tam hazır olanadək həmin xərclərin ödənilməsi və təmirli mənzillər verilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bu tədbirlərdə bir mülkiyyətçinin hüquqları digərlərinin hüquqları ilə qarşılıql ı bağlı olduğundan vahid işgüzar təcrübə yaranmışdır. Beləki, mülkiyyətçilərin əksəriyyətinin təklif olunan şərtlərlə razılaşaraq mənzillərin sökülməsinə razılıq verməsi, bir mülkiyyətçinin isə belə razılıq verməkdən imtina etməsi halında nəticə olaraq bütün evin inşasında problemlər yarandığından bütün mülkiyyətçilərin əmlak mənafelərinin qorunması üçün daha artıq sahə verilməsi, xərclərin qarşılanması, təmirli mənzillər verilməsi ilə bağlı təcrübə formalaşmışdır. Mülkiyyətçilərdən birinin və yaxud bir neçəsinin etirazı digər mülkiyyətçilərin əmlak mənefələrini pozur (evin vaxtında inşa edilməsi, kirayə haqlarının vaxtında ödənilməsi, mənzillərin vaxtında təhvil verilməsi və.s).

38. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının mülkiyyət hüququna müd axilədən söhbət gedə bilməz.

39. Bundan başqa, iddiaçı çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilinin sökülməsi ilə bağlı özünün təklifinin (istəyinin) nədən ibarət olması ilə bağlı aydın fikir bildirməmiş, sadəcə qəzalı evin sökülərək yerində yeni yaşayış binasının inşa edilməsinə, qonşu binaların sökülməsi ilə bağlı cavabdeh təşkilatın hərəkətlərinə etirazlar etmişdir.

40. Nəzərə almaq lazımdır ki, ümumi ictimai məqsədlər üçün mülkiyyətin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən tənasübün qorunmasına riayət edilməsi mühüm əhəmiyyət kəsb edir. Kollegiya, iddiaçının öz əlmakının sökülməsi nəticəsində əldə edəcəyi əmlakın çəkisini (dəyərini) nəzərə alaraq hesab edir ki, iddiaçıya münasibətdə əmlakın əvəzinin verilməsi ilə bağlı ədalətli tənasüb qorunmuşdur.

41. Qeyd olunanl arı nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-940/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar