Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3496/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə hüququnun vərəsəyə keçməsi şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3668/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı tresti ilə X31 arasında bağlanmış xx.xx.1965-ci il tarixli, 3221 nömrəli “Bağ sahələrinin, tikintilərinin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Novxanı qəsəbəsi 0,17 hektar sahəsi olan, 22.70 kv.m yaşayış sahəsindən ibarət tikiliyə malik 86 nömrəli bağ sahəsi həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladığı inventarizasiya kartoçkasına uyğun olaraq, X24 icarəyə verilmişdir.
2. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X31 arasında bağlanmış xx.xx.1974-cü il tarixli, 3221 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Novxanı qəsəbəsində 589 nömrəli 0,25 hektar bağ sahəsi 2 otaq dan ibarət 24.50 kv.m yaşayış mənzili ilə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə verilmişdir. Həmin müqavilədə X22 ailə üzvləri olaraq qızı Təranə, oğlu Aydın, həyat yoldaşı Nəbibə, qızı Yeganə, qayınanası Zəhraxanım qeyd edilmişdir.
3. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X31 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 3221 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinə əsasən Novxanı qəsəbəsində 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili köməkçi sahəsi 17.64 kv.m olan mətbəxdən ibarət 589 nömrəli bağ sahəsi bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq X24 icarəyə vermişdir. Həmin mü qavilədə X22 ailə üzvləri olaraq oğlu Rafiq, qaynanası Zərifə qeyd edilmişdir. Müqavilənin müddəti xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilədək müəyyən edilmişdir.
4. Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1992-ci il tarixli sərəncamının 29 nömrəli protokolu əsasında X13 ilə Bağlar təsərrüfatı idarəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 24611 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Novxanı qəsəbəsi 0,12 hektarlıq 589a saylı bağ sahəsi, sahəsi 24.5 kv.metr olan 2 otaqdan ibarət bina, yardımçı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq X6 icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək müəyyən edilmişdir. Müqavilənin şərtinə əsa sən, icarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər.
5. Bağlar təsərrüfatı idarəsi ilə X31 arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən idarə Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsi və üzərində olan bina hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq X24 icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək müəyyən edilmişdir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Həmin müqavilədə ailə üzvləri olaraq Rafiq, Zərifə, Abbas və Adil göstərilmişdir. Müqavilənin 11-ci bəndinə əsasən icarədar vəfat etdikdə və ya o daimi yaşayış üçün başq a yerə köçdükdə, bağın icarə müqavləsi onun müəyyən edilmiş müddəti bitənədək, icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı ya əri) birisi ilə yenidən müqavilə bağlanır.
6. X32 1996-cı il tarixində vəfat etmişdir.
7. Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Cavabdeh ilə X5 və İstismarı Birliyi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən birlik Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 nömrəli bağ sahəsini, sahəsi 42,44 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər i ki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq Cavabdeh icarəyə vermişdir. Müqavilənin müddəti xx.xx.2003-cü ildən xx.xx.2013-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə icarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Həmin müqavilədə ailə üzvləri olaraq Nəbibə, Aydın, Əli, Şahin göstərilmişdir.
8. Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 169 nömrəli sərəncamı ilə Cavabdeh istifadəsində olan Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən 1200 kv.m bağ sahəsində (Torpaq sahəsinin planı və ölçüsü: A№342536, xx.xx.2011) təqdim olunan layihə əsasında inşa edilmiş 589 saylı iki mərtəbəli bağ evinin (İ mərt: açıq eyvan 58,70 kv.m, dəhliz - 3,30 kv.m, yat/ot. - 17,0 kv.m, anbar - 4,10 kv.m, mətb. - 6,60 kv.m, s/q.- 4,75 kv.m; İİ mərt: holl - 51,25 kv.m, 3 yat/ot. - 11,35 kv.m, 11,25 kv.m, 11,15 kv.m, mətb. - 6,60 kv.m, s/q - 3,98 kv.m; həy/s,: 4 kv.m./sahə - 4,5 kv.m, 8,0 kv.m, 26,8 kv.m, 5,0 kv.m, anbar - 21,3 kv.m, hovuz - 16,5 kv.m) ilkin hüquqi qeydiyyata alınmasına dair sərəncam verilmişdir.
9. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, ümumi sahəsi 131.33 kv.metr olan, 589 saylı bağ evi və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə Cavabdeh adına qeydiyyata alınmışdır.
10. X13 ilə Nümayəndə arasında bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X1 3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 359.75 kv.m, yaşayış sahəsi 229.5 kv.m, yardımçı sahəsi 130.25 kv.m olan 6 otaqlı bağ evinin və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni (359.75 kv.m, 6 otaqlı bağ evi və 0.12 ha torpaq sahəsi) Nümayəndə bağışlamışdır. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər.
11. Satıcı Cavabdeh ilə alıcı X19 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğısatqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 131.33 kv.m, yaşayış sahəsi 50.75 kv.m, yardımçı sahəsi 80.56 kv/m olan 4 otaqlı bağ evi, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X14 108000 manat qiymətinə satılmışdır.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.20 24-cü il tarixli, 3-21-3-30/2-21212/2024 **********12 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaş Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3 21-3-30/2-C-0300-8/2024 nömrəli sorgulara eyni məzmunlu cavab məktublarında göstərilir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi 589 saylı bağ sahəsi üzərində olan tikili ilə birlikdə keçmiş Bağlar Təsərrüfatı idarəsinin xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqaviləsi əsasında X22 istifadəsinə verilmişdir. İcarədarın notarial qaydada təsdiq edil miş razılıq ərizəsi əsasında Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0.12 hektar hissəsi 589a saylı bağ sahəsi kimi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsinə dair X22 adına xx.xx.1992-ci il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında Cavabdeh adına keçirilmiş və onunla xx.xx.2003-сü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsininin planı və ölçüsü sənədinə əsasən Novxanı bağ massivi, 589 saylı bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-412 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ evi X11 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)1208/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh, X13 və X15 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)1532/2024 nömrəli qətnaməsi ilə ilə iddiaçı X3 cavabdeh Nümayəndə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 589A sayl ı bağ evinin onun tərəfindən cavabdeh Nümayəndə bağışlanması barədə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixdə 4Ə-170 N-li reyestr qeydiyyatlı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1818/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanlanmış xx.xx.2 020ci il tarixli sorğuya cavab məktubunda göstərilir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X31 arasında xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqavilə bağlanmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0.12 hektar hissəsi X3 adına keçmiş və 589a nömrəli bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli, 24611 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 589a saylı bağ evi xx.xx.2011-ci il tarixdə sözügedən bağ evi və 0.12 hektar torpaq sahəsi vahid əmlak kimi X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər notariat kontorunun xx.xx.2017-ci il tarixli bağı şlama müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589a saylı bağ evi Nümayəndə adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi isə X22 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş yazılı ərizəsinə əsasən Cavabdeh adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli, 3221 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 705 v ə 705b saylı bağ sahələrinin İddiaçı və X18 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin X5 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə mərhum X16 ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti arasında bağlanmış 3221 №li müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.25 ha to rpaq sahəsi 589 №-li saylı bağ sahəsi kimi 10 il müddətinə X26 icarəyə verilmişdir. İcarə müqavilələri hər 10 ildən bir yenilənmiş, sonuncu icarə müqaviləsi 1992-ci ilin oktyabr ayının 5-i günü rəsmiləşdirilmişdir. Hələ atasının sağlığında bağ sahəsində iki ayrı-ayrı iki mərtəbəli bağ evləri inşa edilmişdir. Evlərin birində iddiaçı, digərində isə ana bir, ata ayrı qardaşı X8 yaşamışdır. Atasının iki övladı var - iddiaçının özü və anadan ögey qardaşı X33. X16 1996-cı ildə vəfat etdikdən sonra qardaşı ilə belə razılaşıblar ki, atalarından onlar - iki vərəsəyə miras qalmış əmlaklardan şəhərdəki ev qardaşına, hazırda mübahisələndirilən bağ evi isə ona qalsın və atalarından miras qalmış əmlakı bu qaydada da bölmüşlər. Bağ sahəsi bu yaxın vaxtlara kimi faktiki olaraq bir bağ sahəsi kimi istifa də olunurdu. Cari ilin aprel ayında iddiaçıya məhkəmə bildirişi gələndə ona məlum olub ki, X8 bağ sahəsinin bir hissəsini anasının adına, digər hissəsini həyat yoldaşı Cavabdeh adına sənədləşdirərək, əmlaklar üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır. Bağ sahəsində faktiki olaraq iki mərtəbəli yaşayış evi inşa olunmuş və ona məxsus ev əşyaları həmin evdə olduğu halda, atasının vərəsəsi kimi həmin əmlakı faktiki olaraq qəbul edərək yaşadığı halda, bağ atası ilə hər-hansı bir bioloji bağlılığı olmayan bir şəxsə verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkəti onun konstitusiya ilə qorunan vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddi açının atasından iddiaçıya miras qalmış əmlakı başqa şəxsə sataraq onu əmlakından məhrum etmək niyyətindədir.
19. Cavabdeh və onun nümayəndəsi Nümayəndə Hüseynəli oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2002-ci il 5 mart tarixində Bakı şəhəri Bağlar İnkişaf və İstismarı Birliyinin rəisi T.Allahverdiyevə bir ərizə yazmış, 589 №-li bağ sahəsini X22 ailə üzvlərinin razılığı ilə onun adına müqavilə bağlanılmasını xahiş etmişdir. X22 vəfatından sonra forma N 2-də qeyd olunan, həm də onun qanuni vərəsəsi olan X34 və gəlini X20 ərizələrində özləri təsdiq etmişlər ki, bağa dair müqavilə bağlanmasına etirazları yoxdur. X31 5 mart 1996-cı il tarixində vəfat etmişdir. Buna baxmayaraq, o, 2002-ci ildə, yəni 6 ildən sonra Bağlar idarəsinə müraciət etmişdir. O, gedib müqavilə bağlayanda bilmə mişdir ki, həyat yoldaşının atası rəhmətə getmiş və orada heç bir ev olmamış, boş sahə olmuşdur. Bütün xərcləri də, yəni qaz pulu, işıq pulu, su pulu, zibil pulu və bələdiyyə pulunu onun həyat yoldaşı Nümayəndə Hüseynəli oğlu ödəmişdir. Ona görə də, İddiaçı bütün sözləri yalan və böhtandır. İddiaçı və onun ailəsinə nənəsindən həyat yoldaşına, yəni Həsənova Zəhra xanım İbrahim qızından qalmış 0,24 bağ sahəsi vermiş və İddiaçı həyat yoldaşı X27 tərəfindən 10.000 manata 2002-ci ildə satılmış və onun yerinə “QAZ-31” markalı, qara rəngdə maşın alınmışdır. İddiaçı qayınanasının 2500 manat təqaüd kartı ilə pulunu alır və xərcləyir. Baxmayaraq ki, anası ömür boyu onların yanında qalıb və onlarla yaşamışdır. İddiaçı heç vaxt gəlib bağda qalmamışdır, çünki 2 övladı, 3 nəvəsi ola-ola onun gəlib anası na baxmağa heç vaxtı da olmamışdır. Bu şəxsi qərəzlik 2023-cü ilin iyulavqust ayından başlamışdır. Ona məxsus bağda Əhmədovlar ailəsi 2000-ci ildən qaçqın kimi yaşamışdır. Onlar üçün 589 №-li bağda 1 otaqlı ev tikmiş, onlar orada yaşamış və bağın bütün işlərini görmüşlər. Yəni bağa baxır, qaz pulunu, işıq pulunu, su pulunu, bələdiyyə pulunu vaxtı-vaxtında, o bağda olmayanda belə ödəmişlər. Onlar və Əhmədov ailəsi əlavə ustalarla birgə 10 il ərzində, yəni 2001-ci ildən 2011-ci ilədək 2 mərtəbəli bağ evini inşa ediblər. Ondan sonra sənədləri ilə Binəqədi rayonu İcra hakimiyyətinə layihə ilə birgə ona qaz, işıq, su çəkmək üçün icazə verilməsilə bağlı müraciət etmişdir. Bütün yay fəslini orada ailəsi, yəni həyat yoldaşının anası, özü və ailə üzləri ilə birlikdə yaşamışdır. 2023-cü ilin avqust ayında İddiaçı onun 589 A saylı bağında qapının açarını dəyişib və anasına verdiyi otağın qapısını bağlayıb getmişdir. Həyat yoldaşı anasından onu tək qoyub hara getdiyini soruşanda, qapını bağlayıb şəhərə getdiyini söyləmişdir. Onun dəfələrlə deməsinə baxmayaraq, sözünə məhəl qoymur və hər dəfə belə edir. Onlar bağda 2023-ci ilin oktyabr ayına qədər qalmışdır. Başına gələn bu əhvalatlardan sonra 589 №-li bağı satmaq qərarına gəlmişdir. O, bağı fevral ayında qonşuluqda yaşayan X1. Bu səbəbdən iddiaçı işi uzatmaq məqsədi ilə onu şantaj etməyə başlamış, Apellasiya Məhkəməsinə şikayət yazmış və göndərmişdir. Ondan sonra 1-ci baxışda apellasiya məhkəməsinə ərizə verib ki, o Yasamal Məhkəməsinə işin baxılması üçün müraciət etmiş, həmçinin inzibati məhkəməyə göndərmişdir. Bu işə həmin məhkəmələr işə baxdıqdan sonra baxılmasını xahiş etmişdir. Bakı Apellasiya Məhkəməsi bu ərizəni təmin etmiş və işin baxılmasını saxlamışdır. İnzibati Məhkəmə 15 yanvar 2025-ci ildə işə baxmış və İddiaçı iddiasını rədd etmişdir. İddiaçı indi də Yasamal Rayon Məhkəməsində öz hüquqlarını qorumaq istəyir.
20. Məhkəmə iclasında dindirilən şahid X13 ifadəsində İddiaçı onun qızı, Cavabdeh onun gəlini, Nümayəndə isə onun oğlu olduğunu, bağ sahəsini həyat yoldaşından alqısatqı yolu ilə əldə etdiyini, 1996-cı il tarixdə həyat yoldaşının vəfat etdiyini, yoldaşı vəfat edəndən sonra bağ evində o və 3 uşağı Aydın, Yeganə və Təranənin yaşadığını, halhazırda isə qızı Təranə ilə yaşadığını, həyətdə 2 ev olduğunu, birində özünün qaldığını, digərini isə Aydına verdiyini, evlərin onun pulu hesabına tikildiyini bildir mişdir.
21. X4 ifadəsində bağda yaşadığı üçün Aydının yoldaşı İradəni və Nəbibənin qızı Təranəni tanıdığını, 24 yanvar 2000-ci il tarixdən 2023-cü ilin may ayınadək bağda yaşadığını, həmin müddət ərzində Nəbibəyə köməklik və qulluq etdiyini, Aydın və ailəsinin yayda Nəbibənin yanına gəldiyini, qışda isə getdiyini, Aydının vəsaiti hesabına bağ evində abadlaşma işləri aparıldığını, bundan başqa suallara cavab olaraq, Təranənin onunla mübahisələri yarandığı üçün evdən çıxdığını, kommunal xidmətləri Aydının ödədiyini, İradə ilə heç bir düşmənliyinin olmadığını, İradənin də Nəbibənin yanında qalıb, ona qulluq etdiyini, onun həmin bağda yaşadığı müddətdə bağ sahəsinin bölünmədiyini, sonradan bölündüyünü bildirmişdir.
22. X9 ifadəsində Aydın və onun yoldaşı İradə, Nəbibə və onun qızı Təranəni tan ıdığını, 23 il onlarla birlikdə yaşadığını, öz ailəsi ilə qaldığını, Aydın və ailəsinin digər evdə qaldığını, Nəbibənin son illərdə evdə tək yaşadığını, Nəbibəyə qulluq etdiklərini, Təranənin də arada gəlib qulluq etdiyini, Aydının vəsaiti hesabına bağda təmir işləri aparıldığını, bağ evinin bölünməsi barədə məlumatı olmadığını, Aydın və Təranə arasında mübahisə olduğunu, buna görə məcbur 8 may 2023-cü il tarixdə evdən çıxdıqlarını bildirmişdir.
23. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində Aydının onun doğma qardaşı, Təranənin onun ögey bacısı (ana bir ata ayrı) olduğunu, Nəbibənin isə onun anası olduğunu, evi qardaşının tikdirdiyini, 1976-cı il tarixədək anası, o və qardaşının bağda qaldığını, 1976-cı il tarixdə ailə həyatı qurduğunu, bağa yay aylarında gedib-gəldiyini, 1993-cü il tarixdə yoldaşı vəfat edəndən sonra bağa gəldiyini, lakin Aydın anasına baxmaq üçün Fəridəni tutandan sonra şənbə və bazar günləri bağa gəldiyini, anasına qulluq etdiyini, hal-hazırda Təranənin Aydını və onu qapını bağlayaraq evə daxil olmağa qoymadığını, bağ sahəsinin bölünməsi barədə məlumatı olmadığını, Aydın anasının bağışladığı evi öz adına, tikdiyi evi isə ailəsinin adına keçirtdiyini, bağ sahəsinin kimin adına keçməsi barədə razılıq vermədiyini, bağ sahəsində payının olması barədə heç bir məlumatı olmadığını bildirmişdir.
24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Aydan Oruclu).
25. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin B ağlar Təsərrüfatı İdarəsi tərəfindən Novxanı qəsəbəsi 0,17 ha torpaq sahəsi olan bağ evi xx.xx.1965-ci il tarixli icarə müqaviləsinə əsasən X24 icarəyə verilmiş, xx.xx.1974-cü il tarixli icarə müqaviləsinə əsasən Bağlar Təsərrüfatı İdarəsi Novxanı qəsəbəsi 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili ilə 589 nömrəli sahəsini köməkçi tikintilərlə birlikdə X22 icarəsinə vermiş, xx.xx.1976-cı il tarixdə X31 ilə X13 arasında olan nikah pozulmuş, 1992-ci il tarixdə bağ sahəsi iki hissəyə bölünərək, xx.xx.1992-ci il tarixli icarə müqaviləsinə əsasən Bağlar Təsərrüfatı İdarəsi Novxanı qəsəbəsi 0,12 hektarlıq 589a saylı bağ sahəsini X3 icarəsinə və Bağlar Təsərrüfatı İdarəsi Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsini xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinə əsasən xx.xx.1992ci ildən xx.xx.2002-ci il tarixədək X22 icarəsinə verilmişdir. X31 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onunla bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2002ci ilədək müəyyən edildiyindən ailə üzvləri həmin bağdan istifadə etməkdə davam etmişlər. İcarəyəverən tərəfindən bu müddət ərzində həmin müqavilənin dəyişdirilməsi barədə tərəfə bildiriş göndərilməmişdir. X2 vəfatından və həmin icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə müqaviləsində adları qeyd edilən oğlu Nümayəndə, oğlu -Əliyev Rafiq və onun həyat yoldaşı Zərifə Əliyeva icarə müqaviləsinin Nümayəndə həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilməsinə dair notarial qaydada razılıq ərizələri vermişlər. İcarə müqaviləsində adı qeyd edilməyən İddiaçı a tasının xx.xx.1996-cı il tarixdə vəfat etdiyini bildiyi halda icarə müqaviləsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinə, müvafiq notariat orqanına bu barədə müraciət etməmişdir. Faktiki olaraq bağ sahəsindən Nümayəndə və onun ailəsi istifadə etmişdir. Belə ki, Cavabdeh Bağlar Təsərrüfatı İdarəsinə xx.xx.2002-ci il tarixdə ərizə ilə müraciət edərək ailə üzvlərinin notarial qaydada imzalanmış razılıq ərizələrinə əsasən Novxanı qəsəbəsi 0.12 ha torpaq sahəsi olan 589 saylı bağ evinə dair onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu barədə X10 və İstismarı Birliyinin arayışı Novxanı qəsəbəsi 0.12 ha torpaq sahəsi olan 589 saylı bağ evini icarədar Adil Əliyevin adından Cavabdeh adına keçirilməsindən ötrü Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyas ına göndərilmişdir. Cavabdeh ilə X10 və İstismarı Birliyi arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evi xx.xx.2003-cü il tarixdə “Bağın icarəyə verilməsi haqqında” 3221 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsində mövcud olan bağ evinin ümumi sahəsi 42.44 kv m olmuşdur. xx.xx.2003-cü il tarixdə həmin bağ evinə dair texniki pasport verilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Eskiz layihəsinə əsasən həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli bağ evinin ilkin hüquqi qeydiyyatının aparılmasına dair Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2011ci il tarixli, 169 nömrəli sərəncamı verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, ümumi sahəsi 131.33 kv.m olan 589 saylı bağ evi və ümumi sahəsi 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixli Cavabdeh ilə bağlanmış 3221 saylı icarə müqaviləsindən 7 il sonra, yəni xx.xx.2011ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 131.33 kv.m, yaşayış sahəsi 50.75 kv.m, yardımçı sahəsi 80.56 kv.m olan 4 otaqlı bağ evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini və bağ evini xx.xx.2024-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətinə vermiş, bundan sonra iddiaçı ilə cavabdeh arasında mübahisələr yaranmışdır. İddiaçı ayrı-ayrılıqda cavabdehə və digərlərinə qarşı həmin torpaq sahəsi və bağ evi barəsində müxtəlif iddialar qaldırmış və iddia tələbləri təmin edilməmişdir. Hazırda İddiaçı atasının ölümündən 7 il sonra xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə bağlanmış icarə müqaviləsinin birinci növbə vərəsələrindən olaraq ilk növbədə onunla bağlanmalı olmasını əsas gətirərək, Cavabdeh qarşı Bakı şəhər İcra Hakimiyyətinin X5 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
26. Məhkəmə bildirmişdir ki, göründüyü kimi B ağlar Təsərrüfatı İdarəsi ilə X31 arasında Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ evinə dair bağlanmış xx.xx.1992ci il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2002-cil tarixdə bitmişdir. İcarə müqaviləsinin müddətinin bitməsinə qədər icarədarın (X31) 1996-cı ildə vəfat etməsinə baxmayaraq, 589 saylı bağ evinə dair icarə müqaviləsi Cavabdeh xx.xx.2003-ci il tarixli ərizəsinə əsasən əvvəlki X2 icarə müqaviləsində qeyd edilən ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X20) razılığına əsasən xx.xx.2003-cü ildə Cavabdeh adına keçirilmişdir. İddiaçı isə atası X22 1996-cı il tarixdə vəfatından sonra 589 saylı bağ evi və 0.12 ha torpaq sahəsinin icarəyə verildiyi müddətin xx.xx.2002-ci il tarixdə başa çatmasına baxmayaraq, yeni icarə müqaviləsinin onunla bağlanması, ic arə müqaviləsinin müddətinin uzadılması və dəyişdirilməsi ilə bağlı X12 müraciət etməmiş, həmçinin 0.12 ha torpaq sahəsində 2(iki) mərtəbəli fərdi yaşayış evinin tikilməsini gördüyü, həmin tikiliyə və torpaq sahəsinə dair mülkiyyət sənədlərinin qeydiyyata alındığını, torpaq və bağ evinə dair icarənin hüquqi vəziyyətinin dəyişdirildiyini bildiyi halda bu barədə mübahisə açmamış, həmin 0.12 ha torpaq sahəsinin və bağ evinin onun faktiki istifadəsində olması və icarə münasibətlərinin şəxsən onun tərəfindən davam etdirilməsi ilə bağlı kifayətedici və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə hazırkı iş üzrə icarəyə verilmiş bağ sahəsinin Adil Əliyevin vərəsələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçib-keçməməsi məsələsini və məhz bu baxımdan iddiaçının icarədarın v ərəsəsi kimi subyektiv hüququnun olubolmamasını araşdırmaqla qeyd etmişdir ki, torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Digər tərəfdən 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. İddiaçı atası X22 1996-cı ildə vəfat etdiyini bildiyi halda uzun müddət keçməsinə baxmayaraq, vərəsəlik üzrə notariat orqanına müraciət etməmişdir. Daha sonra X22 ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X20) yazılı razılıqları ilə Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evinə Nümayəndə arvadı Cavabdeh adına icarə müqaviləsi bağlanmışdır. İcarədarın ölümündən sonra icarə müqaviləsi üzrə hüquqların ailə üzvlərinin razılığına əsasən Cavabdeh Nəcmədin qızının adına keçdiyindən sonuncunun icarə hüququ tanınmaqla b ağ evinə və torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Həmçinin həmin bağ sahəsinin saxlanması, abadlaşdırılması, bağa qulluq göstərilməsi və torpaq sahəsi üzərində eskiz layihəsinə əsasən yeni 2 mərtəbəli bağ evinin tikilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı, kommunal xidmətlərlə bağlı ödənişlər Cavabdeh həyat yoldaşı Nümayəndə vəsaiti hesabına həyata keçirilmiş və bağ evi faktiki onların istifadəsində və idarəçiliyində olmuşdur.
28. Məhkəmə hesab etmişdir ki, icarədarın ölümündən sonra icarə müqaviləsi üzrə hüquqlar onun ailə üzvlərinin yazılı razılığı ilə Cavabdeh adına qanuni əsaslarla keçmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla xx.xx.2003-cü il tarixdə icarə müqaviləsinin qanuni əsaslarla bağlandığı, həmin dövrdə cav abdehin torpaq sahəsini icarəyə götürməsinə dair ailə üzvlərinin yazılı razılıq verdiyi və razılıq sənədlərinin bütün tərəflərinin sərbəst iradəsinə uyğun notarial qaydada təsdiq edildiyi və imzalandığı təsdiq edilir.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, həmin iddianı qaldırmaq üçün qanunvericilikdə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə iddiaçının bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən açıla bilərdi. Göründüyü kimi, iddiaçının atasının 1996-cı ildə vəfat etməsinə və vəfat etməsindən 28 il keçməsinə baxmayaraq, İddiaçı məhkəməyə miras payı ilə bağlı hər hansı iddia qaldırmamışdır.
30. Bundan başqa, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə X19 arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsi və onun üzərində olan bağ evinə dair bağlanmış 23 fevral 2024-cü il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas olmadığı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır.
31. Məhkəmə 1996-cı ildə X2 vəfatından 7 il sonra xx.xx.2003-cü il tarixdə onun ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X20) həmin bağ sahəsinə Cavabdeh adına icarə müqaviləsinin bağlanmasına dair yazılı razılıqlarını, həmçinin onun hüquqi varislərinin torpaq və bağ sahəsi üzərində icarə hüquqlarının ötürülməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etdiklərini, bağın icarədarı vəfat etdikdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən birisi ilə yenidən bağlanmasına dair icarə müqaviləsinin 11-ci bəndində qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin X5 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, sözügedən müqavilə bağlanarkən göstərilən şərtlərə əməl edilmişdir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, mübahisə zamanı qüvvədə olan Mülki Məcəllənin 527, 528, 530, 532, 552-ci, qüvvədə olan Mülki Məcə llənin 139.3, 139-1.1.7, 146.2, 152.1, 324- 337.1, 337.2, 337.5- 354.1, 354.2, 354.2, 389.1, 390.1, 700.1, 700.2700.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
34. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Maddi hüquq normasının tələbindən göründüyü kimi, X31 xx.xx.1996-cı il tarixdə vəfat etdikdən sonra onunl a Bağlar təsərrüfatı idarəsi ilə arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsi üzərində hüquqlar onun ailə üzvlərinə deyil, bilavasitə hüquq varislərinə keçir, o həmin əmlakı faktiki qəbul etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3668/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Namiq Cəfərov).
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində əsasən iki dəlilə istinad edir. Birincisi, icarə müqaviləsinin qüvvədə olduğu 1996-cı il tari xdə atası öldüyündən, həmin bağ sahəsi onun ailə üzvlərinə yox, vərəsələrinə keçməli idi. İkincisi, o, vərəsə kimi həmin əmlakı faktiki qəbul etmişdir, iddiaçı tərəf həmçinin bağ sahəsinin cavabdehin adına keçməsinə dair verilmiş razılıq ərizəsinin ailə üzvi kimi Zərifə Əliyeva tərəfindən imzalanmadığını qeyd edərək, onu dindirilməsini tələb etmişdir.
37. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Tərəflər arasında mübahisəli hüquq münasibəti qeyd edilən bağ sahəsi ilə bağlı onun atası ilə icarə müqaviləsinin qüvvədə olduğu vaxt atasının vəfat etdiyi 1996-cı ildə yaranmışdır.
39. Bağlar təsərrüfatı idarəsi ilə X31 aras ında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən idarə Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqavilənin müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilədə ailə üzvləri olaraq oğlu Rafiq, Zərifə, Abbas və Adil göstərilmişdir. Müqavilənin 11-ci bəndinə əsasən icarədar vəfat etdikdə və ya o, daimi yaşayış üçün başqa yerə köçdükdə, bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı ya əri) birisi ilə yenidən bağlanır.
40. Eyni zamanda, 1992-ci ildən qüvvədə olan “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə görə, icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. 4
1. Göründüyü kimi, qeyd edilən bağ sahəsi iddiaçının atasının xüsusi mülkiyyətində olmayıb, iddiaçının atası bağ sahəsinin icarə müqaviləsinə əsasən, icarədarı olmuşdur. Həmin müqavilənin şərtlərinə görə də, icarədar vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə, bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı ya əri) birisi ilə yenidən bağlanır.
42. Bu baxımdan, iddiaçının mərhum atası ilə xx.xx.1992-ci ildən bağlanaraq xx.xx.2002-ci il tarixədək qüvvədə olan icarə müqaviləsinin 11-ci bəndinin tələbinə görə vəfat edən icarədarın ailə üzvü kimi iddiaçı icarə müqaviləsinin bağlanması üçün təşəbbüs göstərməmişdir.
43. Həmçinin iddiaçının icarədarın vərəsəsi kimi subyektiv hüququnun olubolmaması barədə kollegiya qeyd etmişdir ki, torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Digər tərəfdən 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o h alda, mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. İddiaçı atası X22 1996-cı ildə vəfat etdiyini bildiyi halda, bundan uzun müddət keçməsinə baxmayaraq, müvafiq qaydada notariat orqanına müraciət etməmişdir.
44. X2 vəfatından və həmin icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə müqaviləsində adları qeyd edilən övladları Nümayəndə, Əliyev Rafiq və onun həyat yoldaşı Zərifə Əliyeva icarə müqaviləsinin Nümayəndə həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilməsinə dair notarial qaydada razılıq ərizələri vermiş lər. İcarə müqaviləsində adı qeyd edilməyən İddiaçı, atasının xx.xx.1996-cı il tarixdə vəfat etdiyini bildiyi halda, icarə müqaviləsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinə, müvafiq notariat orqanına bu barədə müraciət etməmişdir. Faktiki olaraq bağ sahəsindən Nümayəndə və onun ailəsi istifadə etmişdir. Belə ki, Cavabdeh Bağlar Təsərrüfatı İdarəsinə xx.xx.2002-ci il tarixdə ərizə ilə müraciət edərək ailə üzvlərinin notarial qaydada imzalanmış razılıq ərizələrinə əsasən Novxanı qəsəbəsi 0.12 ha torpaq sahəsi olan 589 saylı bağ evinə dair onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu barədə X10 və İstismarı Birliyinin arayışı Novxanı qəsəbəsi 0.12 ha torpaq sahəsi olan 589 saylı bağ evini icarədar Adil Əliyevin adından Cavabdeh qzının adına keçirilməsindən ötrü Bakı şəhər İcra H akimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasına göndərilmişdir. Cavabdeh ilə X10 və İstismarı Birliyi arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evi xx.xx.2003-cü il tarixdə “Bağın icarəyə verilməsi haqqında” 3221 nömrəli icarə müqaviləsi bağlanmışdır.
45. Həmçinin həmin bağ sahəsinin saxlanması, abadlaşdırılması, bağa qulluq göstərilməsi və torpaq sahəsi üzərində eskiz layihəsinə əsasən yeni 2 mərtəbəli bağ evinin tikilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı, kommunal xidmətlərlə bağlı ödənişlər Cavabdeh həyat yoldaşı Nümayəndə vəsaiti hesabına həyata keçirilmiş və bağ evi faktiki onların istifadəsində və idarəçiliyində olmuşdur.
46. İddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamışdır. Həmin iddianı qaldırmaq üçün qanunvericilikdə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə iddiaçının bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən açıla bilərdi. Göründüyü kimi, iddiaçının atasının 1996-cı ildə vəfat etməsinə və vəfat etməsindən 28 il keçməsinə baxmayaraq, o, bu müddət ərzində məhkəməyə miras payı ilə bağlı hər hansı iddia qaldırmamışdır.
47. Bundan başqa, mülki iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə X19 arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsi və onun üzərində olan bağ evinə dair bağlanmış 23 fevral 2024-cü il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas olmadığı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024 cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır.
48. Beləliklə, xx.xx.2003-cü il tarixdə mərhum icarədarın ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X20) həmin bağ sahəsinə Cavabdeh adına icarə müqaviləsinin bağlanmasına dair yazılı razılıqlarını, həmçinin onun hüquqi varislərinin torpaq və bağ sahəsi üzərində icarə hüquqlarının ötürülməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etdiklərini, bağın icarədarı vəfat etdikdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən birisi ilə yenidən bağlanmasına dair icarə müqaviləsinin 11-ci bəndində qeyd olunanları nəzərə alaraq kollegiya hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyətinin X5 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair normalarında nəzərdə tutulan əsaslar yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi iş üzrə tərəflərin arasında mübahisəli münasibətlərin yarandığı zaman (2000-ci il 1 sentyabr tarixədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 560.1, 560.2, 560.3-cü maddələrinə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 139-1.1.7, 146.2, 152.1, 324, 337.1, 337.2, 337.5, 354.1, 354.2, 389.1, 390.1, 700.1, 700.2, 700.3, 706.1, 719.1-ci, Azərbaycan Respublikasının “Torpaq İslahatı haqqında” Qanunun 9, 10-cu, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı, “Torpaq icarəsi haqqınd a” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 26 aprel 2023-cü il tarixli, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleg iyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı kassasiya şikayəti verərək (Vəkil4 ) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəlik hüququ qanunla qorunur. Apellyasiya instansiyası məhkəməsi “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, mübahisələndirilən icarə müqaviləsinin yalnız vərəsələrlə davam etdirilməsi barədə imperativ göstərişini nəzərə almamaq la, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanmasına dair qətnamə qəbul etməklə, istinad edilən iddiaçının vərəsəlik hüququna dair Konstitusiya təminatı hüququnu pozmuşdur.
52. İddiaçı atasından qalan hazırda mübahisələndirilən torpaq sahəsini və onun üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evini faktiki olaraq qəbul edərək orada yaşamışdır. Yəni qanunvericiliyə əsasən mirasın qəbul etdiyi ilə bağlı öz iradəsini nümayiş etmişdir. İddiaçı atasının vəfatından sonra faktiki olaraq mirası qəbul edərək, orada yaşamasını məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X23 və X28 öz ifadələrində təsdiq etmişlər. Həmçinin mirasın faktiki olaraq iddiaçının qəbul etməsi və miras qalmış əmlakı idarə etməsi ilə bağlı məhkəməyə çox saylı fotoşəkillər də təqdim edilmişdir. Lakin mə hkəmə işin bu əhəmiyyətli və iş üzrə digər sübutlarla birgə qiymətləndirilməli olan şahid ifadəsinə və fotoşəkillərə (sübutlara) hüquqi qiymət vermədən və sübutların qəbul edib-etməməməsini əsaslandırmadan İddiaçı mirası qəbul etmədiyi və mirası qəbul etməsi ilə bağlı əsassız olaraq müddətin ötürüldüyü qənaətinə gəlmişdir.
53. Məhkəmə qətnamədə istinad etdiyi mərhum Adil Əliyevlə bağlanmış xx.xx.1992ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinə əsasən bağın icarədarı vəfat etdikdə və ya o, daimi yaşayış üçün başqa yerə köçdükdə, bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideyinləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvə si, arvadı ya əri) birisi ilə yenidən bağlanmalı olduğu qənaətinə gələrkən də iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Adil Əliyev vəfat edən zaman o ailəli olmamışdır. X13 ilə aralarında olan nikahları 1976-ci ildə pozulmuşdur. Yəni həmin zaman onunla yaşayan şəxslər ailə üzvü yox, keçmiş ailə üzvləri olmuşdur. Belə vəziyyətdə həmin icarə münasibətləri iddiaçı ilə davam etdirilməli olduğu halda, icarə müqaviləsi mərhuma münasibətdə kənar şəxslərlə bağlanmışdır. Cavabdehlə icarə müqaviləsi bağlanan zaman iddiaçının digər vərəsə kimi razılığı alınmamışdır. Bununla da icarə müqaviləsi bağlanan zaman göstərilən qanunun və müqavilənin 11-ci bəndinin tələblərinin pozulmasına baxmayaraq, məhkəmə iddianı rədd etməkdə haqlı olmamışdır.
54. İddiaçı tərəfindən apellyasiya şikayəti verildikdən sonr a, apellyasiya şikayətinə iki dəfə əlavələr verilmişdir. Hər iki əlavədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilməsinə dair konkret dəlillər qeyd edilməsinə baxmayaraq verilmiş iki apellyasiyaya əlavədə göstərilən dəlillərə məhkəmə tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.
56. Kassasiya şikayətinə etiraz ərizəsi, iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iş üzrə icarəyə verilmiş bağ sahəsinin Adil Əliyevin vərəsələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçibkeçməməsi məsələsinin və məhz bu baxımdan iddiaçının icarədarın vərəsəsi kimi subyektiv hüququnun olub-ol maması ilə bağlı bildirilməlidir ki, torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Digər tərəfdən, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. İddiaçı atası X22 1996-cı ildə vəfat etdiyini bildiyi halda uzun müddət keçməsinə baxmayaraq vərəsəlik üzrə notariat orqanına müraciət etməmişdir. 5
7. Daha sonra X22 ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X20) yazılı razılıqları ilə Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evinə Nümayəndə arvadı Cavabdeh adına icarə müqaviləsi bağlanmışdır. İcarədarın ölümündən sonra icarə müqaviləsi üzrə hüquqların ailə üzvlərinin razılığına əsasən Cavabdeh Nəcmədin qızının adına keçdiyindən sonuncunun icarə hüququ tanınmaqla bağ evinə və torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Həmçinin həmin bağ sahəsinin saxlanması, abadlaşdırlması, bağa qulluq göstərilməsi və torpaq sahəsi üzərində eskiz layihəsinə əsasən yeni 2 mərtəbəli bağ evinin tikilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı, kommunal xidmətlərlə bağlı ödənişlər Cavabdeh həyat yold aşı Nümayəndə vəsaiti hesabına həyata keçirilmiş və bağ evi faktiki onların istifadəsində və idarəçiliyində olmuşdur.
58. İcarədarın ölümündən sonra icarə müqaviləsi üzrə hüquqlar onun ailə üzvlərinin yazılı razılığı ilə Cavabdeh adına qanuni əsaslarla keçmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla xx.xx.2003-cü il tarixdə icarə müqaviləsinin qanuni əsaslarla bağlandığı, həmin dövrdə cavabdehin torpaq sahəsini icarəyə götürməsinə dair ailə üzvlərinin yazılı razılıq verdiyi və razılıq sənədlərinin bütün tərəflərinin sərbəst iradəsinə uyğun notarial qaydada təsdiq edildiyi və imzalandığı təsdiq sedilir. Belə ki, iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, həmin iddianı qaldırmaq üçün qanunvericilikdə mirasın qəbul e dilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə iddiaçının bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən açıla bilərdi. Göründüyü kimi, iddiaçının atasının 1996-cı ildə vəfat etməsinə və vəfat etməsindən 28 il keçməsinə baxmayaraq, İddiaçı məhkəməyə miras payı ilə bağlı hər hansı iddia qaldırmamışdır.
59. Bundan başqa, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə X19 arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsi və onun üzərində olan bağ evinə dair bağlanmış 23 fevral 2024-cü il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas olmadığı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş)
60. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
61. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
62. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
63. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
64. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesa b olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
65. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
66. Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövl ət qeydiyyatı üçün əsas hesab olunur.
67. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
68. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
69. Maddə 324.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
70. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
71. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağla ndığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
72. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
73. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
74. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsi r etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
75. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
76. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
77. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icar əyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
78. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
79. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
80. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
81. Maddə
719. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müdd ət qurtardıqda xitam verilir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
82. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
83. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu
84. Maddə 13.6. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
85. Maddə 15.4. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə:
86. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
87. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir.
89. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
90. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
91. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
95. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
97. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
99. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
100. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
101. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
102. Kassatorun əsas dəlili ondan ibarətdir ki, X16 vəfat edəndən sonra 58 9 saylı bağ sahəsinin 5.10.1992-ci il tarixli 3221 nömrəli icarə müqaviləsi üzrə hüquqlar ona keçməli idi, bu torpaq sahəsinə cavabdehlə icarə müqaviləsi onun vərəsə kimi yazılı razılığı ilə bağlana bilərdi. İddiaçı bu dəlilini “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsinə istinadla irəli sürür və baxılan mübahisəyə həmin normanın tətbiqi ilə əsaslandırır.
103. Kassatorun “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin baxılan mübahisəyə tətbiqi barədə dəlili qəbul edilə bilməz. Çünki iddiaçının X16 vəfat edən 1996-cı ildə bu qanun qüvvədə olmayıb. Həmin Qanun 11 dekabr 1998-ci il tarixli № 587-İQ nömrəli qanunla təsdiq edilib və xx.xx.1999-cu ildə rəsmi dərc edilib. Göründüyü ki, kassatorun dəlili sonradan qəbul edilmiş, fakt baş verən zaman qüvvədə olmayan və geriyə qüvvəsi şamil edilməyən qanuna əsaslanır.
104. Lakin məhkəmə kollegiyası qeyd edir ki, analoji qayda 9 noyabr 1991-ci il tarixli 254-Xİİ nömrəli qanunla qəbul edilmiş və 8 avqust 1999-cu ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 17-ci maddəsində nəzərdə tutulmuşdu. Həmin normanın 6-cı bəndində göstərilirdi ki, icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir.
105. Bu normanın baxılan işə tətbiqi baxımından hüquqi təhlil, icarə hüququnun vərəsəlik qaydasında keçməsi, bu hüququn mirasın qəbul edilməsi ilə əlaqəsi və nəticə etibarilə iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsi ətrafında cəmlənir.
106. Burada üç əsas hüquqi sual qarşıya çıxır:
1. Əvvəlki Torpaq Məcəlləsinin 17-ci maddəsinin 6-cı bəndi icarə hüququnun vərəsəyə avtomatik keçidini nəzərdə tuturmu?
2. İcarə hüququnun vərəsəyə keçməsi üçün mirasın qəbul edilməsi zəruridirmi?
3. Miras qəbul edilmədiyi halda iddiaçı mübahisələndirmə hüququna malikdirmi?
107. Məhkəmə kollegiyasının qənaətinə görə, bu norma icarə hüququnun vərəsəyə avtomatik keçidi açıq şəkildə ifadə etmir. Burada “keçir” ifadəsi nəticəni göstərir, lakin keçidin mexanizmini müəyyən etmir. Başqa sözlə, bu norma müstəqil vərəsəlik mexanizmi yaratmır, miras hüququnun ümumi qaydalarını istisna etmir. Nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsi torpaq münasibətlərini tənzimləyir və mirasın əldə olunma qaydasını müəyyən etmək həmin Məcəllənin tənzimləmə predmetinə aid deyil. “Vərəsələrdən birinə keçir” ifadəsinin hüquqi mənası izah edilərkən diqqətə alınmalıdır ki, ölən şəxsin övladı miras açılan anda potensial vərəsədir. Lakin övlad vərəsə kimi statusundan istifadə etməkdən ötrü mirası qəbul etməlidir. Deməli, Torpaq Məcəlləsinin 17-ci maddəsinin 6-cı hissəsi “vərəsə” anlayışı, faktiki deyil, hüquqi vərəsə mənasındadır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin imperativ məzmunlu 522-ci maddəsinə əsasən, vərəsə mirası əldə etmək üçün qeyd-şərtsiz olaraq mirası qəbul etməli idi. Həmçinin bu qayda istisnasız şəkildə bütün miras obyektlərinə (əmlak hüquqlarına, istifadə hüquqlarına, icarə hüquqlarına) şamil olunurdu. Yəni miras qəbul edilmədən heç bir miras hüququ, o cümlədən icarə hüququ yarana bilməzdi. Torpaq Məcəlləsinin 17-ci maddəsinin 6-cı hissəsi mirasın qəbul şərtini aradan qaldırmır, əksinə, ona istinadla işləyir. Bu norma icarə hüququnu n vərəsəyə keçə biləcəyini tanıyır, lakin bu keçidi mirasın qəbulundan asılı edir.
108. Bu baxımdan iddiaçı mirası qəbul etmədiyinə görə hüquqi mənada sözügedən icarə müqaviləsi üzrə subyektiv hüququ formalaşmayıb, icarə hüququ onun hüquqi sferasına daxil olmayıb, Torpaq Məcəlləsinin 17-ci maddəsinin 6-cı hissəsinin subyekti olmayıb.
109. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
110. Qeyd olunmalıdır ki, işin faktiki halları k assasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
111. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
112. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3668/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.