Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3498/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3433/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********31-05101-093015, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzilin (bundan sonra – mübahisəli mənzil) 4/5 hissəsi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində vərəsəlik qaydasında İddiaçı (bundan sonra – iddiaçı) adına xüsusi mülkiyyət kimi qeydə alınmış, mənzilin 1/5 hissəsi üzrə miras payı açıq saxlanılmışdır.
2. İddiaçının oğlu Cavabdeh1 ilə Cavabdeh2 (bundan sonra – cavabdehlər) 19 dekabr 2008-ci ildə rəsmi nikaha daxil olmuş lar.
3. Həmin nikahdan xx.xx.2009-cu ildə X1 və xx.xx.2012-ci ildə X2 anadan olmuşdur.
4. Cavabdehlər mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlərə və onların uşaqlarına (bütün ailəyə birlikdə) 6000 manat məbləğində kompensasiya ödəməklə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, mübahisəli mənzildə yaşayır. Həmin mənzilin 4/5 hissəsinin mülkiyyətçisidir. İllərdi r ki, nəvələri və gəlini onunla bir evdə yaşamaqlarına baxmayaraq, onunla danışmırlar. Nəvələri onun qocalığından istifadə edib xoşagəlməz şəkildə davranırlar. Cavabdehlər onunla yola getmədiklərinə görə, mütəmadi olaraq aralarında mübahisələr və münaqişələr olmuş, buna görə də o, məhkəmədə yaşayış sahəsinin müəyyən edilməsinə dair iddia qaldırmışdır. Lakin belə olan halda da cavabdehlər onunla yola getməyəcək, onu evində yaşamağa qoymayacaqlar. Ona görə də, cavabdehlərə kompensasiya ödəmək yolu ilə evdən çıxarılmaları qərarına gələrək məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi onun mülkiyyəti hesab olunan daşınmaz əmlak qanunun tələb etdiyi qaydada dövlət reyestrində qeydə alınmışdır. Lakin o, öz əmlakına istədiyi kimi sahib ola, istifadə edə və sərəncam verə bilmir. Cavabdehlərin istif adəsində daşınmaz əmlakın cüzi hissəsi qalmışdır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/6657 saylı arayışa əsasən mübahisəli mənzilin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu təyin edilmişdir. Obyektin 16 dekabr 2020-ci il tarixinə bazar dəyəri 30000 manat təşkil etmişdir.
7. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(031)-633/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiym əti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi yaşayış binasının mülkiyyətçisi, yəni iş üzrə iddiaçı bu barədə məhkəmə qaydasında iddia qaldırmışdır. İş üzrə cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 paylı mülkiyyətdə cüzi payı olduğundan, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.4, 220.5, 228.1, 228.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228 maddəsinin və Mənzil Məcəlləsinin 123 maddəsinin birinci hissəsin in şərh edilməsinə dair» 2001 il 27 iyul tarixli, «İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3433/2021 nömrəli mülki iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırda mübahisəli evin 4/5 hissəsinin mülkiyyətçisidir, mübahisəli daşınmaz əmlak üzərində onun hissəvi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 mübahisəli evin əvvəlki mülkiyyətçisi, mərhum atasının birinci növbə vərəsəsidir və o, həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Ona görə də onun da bu mənzildə miras payının olması istisnasızdır.
13. M əhkəmə, həmçinin nəzərə almışdır ki, mübahisəli mənzilin 1/5 hissəsinə dair hüquqlar açıq saxlanılmışdır və bu hissənin vərəsə kimi mülkiyyətçisi Cavabdeh1 da ola bilər. Belə olan halda isə, söhbət onun istifadə hüququna xitam verilməsindən yox, paylı mülkiyyət üzrə hüquqa xitam verilməsindən gedə bilər. Bunlar isə mülki qanunvericilikdə fərqli institutlardır və həlli qaydası da müxtəlifdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə cavabdehlərin digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunması üçün kifayət edib-etməməsini nəzərə almamış və iddia tələ binin təmin edilməsi barədə işin faktiki hallarına uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Başqa yaşayış yeri olmayan 4 nəfərlik ailə üçün 6000 manat kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam vermək daha öncə şərh olunduğu kimi iş üzrə tərəflərin maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması kimi qəbul edilə bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan 6000 manat məbləği çərçivəsində mübahisənin həllini tapmamasını tarazlığın olmamasını əsas götürsə də bu, mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olmadığını müəyyən etmədən iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Mənzilə istifadə hüququna kompensasiya ilə xitam verilməsi zamanı kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin d əyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini ehtiva etdiyindən həmin arayışlarda olan mənzilin kirayə haqlarını nəzərə almamışdır. Belə ki, kompensasiya şəxsə özünə ev almaq üçün deyil, mülkiyyətçinin hesabına müəyyən müddətə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Belə olan halda isə cavabdehlər iddiaçının hesabına üç ildən artıq müddətə özləri üçün əvvəlki mənzildə olan şəraitdə cavabdehlərin yaşamaları mümkün olmuşdur ki, apellyasiya instansiya məhkəməsinin xas olmuş şəraitlə müqayisədə oxşa r yaşamalarının mümkünlüyü şübhə altında qalması barədə gəldiyi nəticənin əsaslı olmamasını ehtiva edir. Mübahisəli mənzildə 10 nəfərin qeydiyyatda olması, iddiaçının 4 nəfərdən ibarət olan cavabdehə təklif etdiyi 6000 manat nəzərə alındıqda isə (160 manat x 36 ay = 5760 manat) üç ildən artıq müddətdə eyni şəraitli mənzildə yaşamaları mümkündür.
18. Kassator qeyd etmişdir ki, cavabdehlər apellyasiya məhkəməsində şikayətlərinin əsaslarını sübut edə bilmədikləri halda, məhkəmə “cavabdehlər apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişlər” qeydini etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdehlər öz etirazlarını, o cümlədən apellyasiya şikayətindəki dəlillərini nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində sübut edə bilməmişlər.
19. Kass ator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 408-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 14.2, 77.1, 372.1, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
22. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmə lə gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarı
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzi lin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı 24. “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibət inin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya ins tansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını, həmçinin Cavabdeh1 mübahisəli evin əvvəlki mülkiyyətçisi, mərhum atasının birinci növbə vərəsəsi olması və mənzildə yaşamaqla mirası faktiki qəbul etməsi, mənzildə miras payının olması ilə əsasl andırmışdır.
36. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığı üçün apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228-ci maddəsinə əsasən Cavabdeh1 istifadə hüququna xitam verilməsinin qeyri-mümkün olması barədə düzgün nəticəyə gəlmişdir.
37. Eyni zamanda Cavabdeh1 ilə nikahda olan digər cavabdeh iddiaçının ailə üzvü kimi mənzildən istifadə etmək hüququna malikdir. Cavabdeh1 iddiaya etiraz etməklə ailə üzvünün istifadə hüququna xitam verilməsinə razı olmadığı üçün hazırkı əsasla iddia qalan hissədə də təmin oluna bilməz.
38. Bu baxımdan Məhkəmə kollegiyası kompensasiyanın məbləği ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3433/2021 nömrəli mülki iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.