Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3498/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlunda dan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-712/2025 nömrəli, 7 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən X22 bütün daşınar və daşınmaz əmlakını harada yerləşməsindən asılı olmayaraq qızı Cavabdeh3 vəsiyyət etmişdir. X4 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. 2. 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almalıdır.
3. X1 aid ailə tərkibi- oğlu X32 (xx.xx.1951), oğlu X30 (xx.xx.1955), oğlu X23 (xx.xx.1956), oğlu X24 (xx.xx.1959), qızı X15 (xx.xx.1961), qızı X11 (13.021965), qızı X16 (xx.xx.1966), oğlu X25 (xx.xx.1969) və qızı X7 (xx.xx.1970) ibarətdir.
4. Miras ə mlakın kütləsi İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evindən və 0,06 hektar torpaq sahəsindən ibarət olmuşdur. 5. 01 may 2024-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır. 6. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Kərimova X28 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə qardaşı olan Cavabdeh2 mülkiyyətinə vermişdir. 7. 07 iyun 2024-cü il tarixli Çıxarışa əsasən, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi və 0,06 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnu n müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X26 cavabdehlər İddiaçı1 və X35 qarşı “evdən çıxarma tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin mülki işin icraatı zamanı məlum olmuşdur ki, Cavabdeh3 digər cavabdeh İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək, 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum babası X8 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ 01 may 2024-cü il tarixli hüquqların dövlə t qeydiyyatı haqqında Çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra, Cavabdeh3 həmin əmlakı 16 may 2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh X17 hədiyyə vermişdir. Reyestr Xidməti tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli Çıxarışla cavabdeh X12 həmin miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli miras əmlakın yerləşdiyi ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 göstərilsə də, Reyestr Xidməti tərəfindən verilmiş çıxarışda həmin ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 kimi göstərilmişdir. Miras qoyan mərhum X2 cavabdeh X18 evləndirmiş, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 3 ünvanında həyətyanı torpaq sahəsi almasına və fərdi yaşayış evi tikməsinə yardım etmiş, d igər Cavabdeh3 da ailə həyatı quraraq başqa ünvanda yaşamasına yardım etmişdir. X27 mərhum X5 oğlu olduğundan bütün əmlakını ona vermiş, hətta bundan ötrü adına notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Ona həvalə edilmiş tapşırığı icra edilənə kimi X20 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Onlar həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayırlar. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, 6 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin əmlaka dair guya X3 rayon Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh3 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ümumiyyətlə saxtadır. Göründüyü kimi, miras qoyan X20 vəfat et diyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X27 və ailə üzvləri olmuşdur. Mirasın açıldığı 29 yanvar 2015ci il tarixdən mirası qəbul edib, 9 ildir ki, sahiblik edirlər.
10. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddiaya etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlaka dair X3 rayon Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh3 vəsiyyət etmişdir. X20 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Kərimova X28 rayon Notariat Ofisinə müraciət edərək 6 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanda yerləşən fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsin i tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ 01 may 2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh3 həmin əmlakı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdeh X17 bağışlamışdır. İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına Reyestr Xidməti tərəfindən 07 iyun 2024-cü il tarixli Çıxarış verilmişdir. Cavabdeh2 qardaşı qızı İddiaçı1 rəsmi nikahda olduğu əri X46 ilə son iki ildən çoxdur ki, onun və oğlunun yaşadığı iki otaqlı fərdi yaşayış evinə yerləşərək evi tərk etmək istəmirlər. Bununla da Cavabdeh2 mülkiyyət hüququ pozulmuşd ur.
11. Cavabdeh3 Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil2 izahatının məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, Yaşar Səfərəliyev 1980-ci il tarixdən Rusiya Federasiyasına gedərək orada yaşamış və hazırda da Rusiya vətəndaşıdır. Həmin vaxtdan bir neçə dəfə İsmayıllı rayonuna gələrək atasından zorla pul alıb təkrar Rusiyaya qayıtmışdır. O. atasından miras qalmış əmlakları nə faktiki, nədə ki rəsmi olaraq qəbul etmiş, onun qızı hazırkı tələb üzrə İddiaçı1 isə ailə qurduqdan sonra qardaşı Qabil Səfərəliyeviə məxsus fərdi yaşayış evində müvəqqəti olaraq yaşamağa başlamışdır. İddiaçı1 hazırda ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi onun atasından miras əmlak kimi qalmış fərdi yaşayış evi deyil, qardaşı Qabil Səfərəliyev tərəfindən sonradan inşa edilmiş və hazırda da onun mülkiyyətində olan başqa bir fərdi yaşayış evidir.
12. İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin edilməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 hazırkı tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Sözügedən tələb İddiaçı1 babasından qalmış miras əmlakla bağlı olduğundan və öncəki vərəsənin mövcudluğu sonrakı növbəli vərəsənin vərəsəliyini istisna etdiyindən, hazırkı tələb üzrə İddiaçı1 sözügedən tələbi irəli sürməkdə müvafiq subyektiv hüququ mövcud deyil.
14. Digər iddiaçıya münasibətdə isə məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə d air müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab etmişdir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir.
15. X27 atası 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X8 miras qalmış İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 saylı ünvanda yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evinə dair miras əmlakı nə faktiki, nədə ki, rəsmi qəbul etməmişdir. İddiaçı miras qoyanın sağlığında və onun ölümündən sonra ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşadıqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
16. Göründüyü kimi, X27 qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən, həmin hüququnu itirmişdir.
17. Bundan başqa, hazırkı halda Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etirbarsızlığı üçün əsaslar mövcud deyil.
18. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsi nə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına m üddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı.
19. Məhkəmə qeyd etmişdir, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətl ərində imtina sistemi əsas götürülmüşdür.
20. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və ba zar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”.
21. AR MPM-in 217.2–ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X6 29 yanvar 2015-ci il tarixdə vəfat ediyindən, ondan miras qalan əmlaklarla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin vaxt qüvvədə olan AR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
22. Belə ki, AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Həmin Məcəllənin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik z amanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
25. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı2 mirası faktiki qəbul etməmişdir. Bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
26. Bundan başqa, İddiaçı2 iki aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, iddiaçı Cavabdeh2 cavabdehlər X46 və İddiaçı1 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş 26 avqust 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibars ız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə 17 dekabr 2024-cü il tarixdə yəni sözügedən əsası bildiyi vaxtdan təxminən beş ay sonra məhkəməyə müraciət etmişlər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən həmin qərarda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.
28. Bundan əlavə, həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahis ə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli s ürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.
29. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. İddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəll ənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür.
30. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayır. X13 isə ən azından həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, miras qoyan X20 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X27 və ailə üzvləri olmuşdur. X3 rayonu Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə həmin əmlakı qızı Cavabdeh3 vəsiyyət etsə də, onun birinci növbəli vərəsəsi X13 məcburi pay almaq hüququ vardır. Həmin əmlakdan X13 məcburi pay almaq hüququ olduğundan, bu hüququn pozulması ilə verilən İsmayıll ı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 6 aprel 2024-cü il tarixli, reyestrdə 2V187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni sayıla bilməz. Bu səbəbdən, X27 və İddiaçı1 iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 6 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia irəli sürməkdə haqlıdırlar. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payı n yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, sözügedən əmlakın Cavabdeh3 vəsiyyət edilməsi və həmçinin İddiaçı1 atası X13 həmin miras əmlak üzərində məcburi paya malik olması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən hesab edir ki, X27 mirası qəbul etdiyi üçün onun miras əmlak üzərində məcburi payı müəyyən olunması və İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 6 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməlidir. Məhkəmənin X13 mirası qəbul etmə müddətini ötürməsi ilə bağlı dəlilə münasibət bildirərək qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli Qərarında Mülki Məcəllənin 1246-cı və 127 3-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunu qiymətləndirərkən, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətlərin konstitusiya prinsiplərinə zidd olduğunu müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın vəfatı ilə yaranır və bu hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş xüsusi qəbul müddətinin mövcudluğu şəxsin mülkiyyət və vərəsəlik hüquqlarını qeyrimütənasib şəkildə məhdudlaşdırır. Bu səbəbdən, Mülki Məcəllənin qeyd olunan maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bu Qərar 26 dekabr 2023-cü ildən etibarən qüvvəyə minmiş və həmin tarixdən sonra yaranan vərəsəlik münasibətlərinə və həmin tarixə qədər məhkəmələrin icraatında olan mübahisələrə şamil edilmişdir. Nəticə etibarilə, hazırda Azə rbaycan Respublikasının qanunvericiliyində mirasın qəbul edilməsi üçün xüsusi bir müddət müəyyən edilməmişdir. Vərəsəlik hüququ artıq mirasın açılması ilə yaranır və bu hüququn həyata keçirilməsi üçün xüsusi bir qəbul müddətinə ehtiyac yoxdur. Bu yanaşma, şəxsin mülkiyyət və vərəsəlik hüquqlarının tam şəkildə təmin olunmasına xidmət edir. Mülki Məcəllənin 1196-cı maddəsinin tələbinə görə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və iddiaçıların hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.
33. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-712/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən, məruzəçi), Elçin Mehdiyev və Taleh Musayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 hazırkı tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Sözügedən tələb İddiaçı1 babasından qalmış miras əmlakla bağlı olduğundan və öncəki vərəsənin mövcudluğu sonrakı növbəli vərəsənin vərəsəliyini istisna etdiyindən, hazı rkı tələb üzrə İddiaçı1 sözügedən tələbi irəli sürməkdə müvafiq subyektiv hüququ mövcud deyil.
35. Digər iddiaçı X19 münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, o atası 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X8 miras qalmış İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 3 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini nə faktiki, nə də rəsmi qəbul etməmişdir. İddiaçı miras qoyanın sağlığında və onun ölümündən sonra ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşadıqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
36. Göründüyü kimi, X27 qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən, həmin hüququnu iti rmişdir.
37. Bundan başqa, hazırkı halda Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etirbarsızlığı üçün əsaslar mövcud deyil.
38. Bundan başqa, İddiaçı2 iki aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, iddiaçı Cavabdeh2 cavabdehlərə qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş 26 avqust 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra iddiaçılar cavabdehlərə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi” barədə 17 dekabr 2024-cü il tarixdə, yəni sözügedən əsası bildiyi vaxtdan təxminən beş ay sonra məhkəməyə müraciət etmişlər.
39. AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mül ki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.
40. Bundan əlavə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi).
41. Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
42. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. İddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzər ə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür.
43. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
44. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1245, 1243.2, 1243.3, 1255, 1272-ci, habelə MPM-in 9.1, 9.3, 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
45. İddiaçılar ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayətləri verərək (Vəkil1), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
46. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, mərhum X37 xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə əmlakı qızı Cavabdeh3 vəsiyyət etmişdir. Lakin, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, vəsiyyət edən şəxsin uşaqlarının, valideynlərinin və həyat yoldaşının məcburi pay hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi bu normanı tətbiq etmədən, mərhumun birinci növbəli vərəsəsi olan X13 məcburi pay hüququnun mövcudluğunu nəzərə almamış, bu barədə təqdim olunmuş hüquqi və faktiki sübutları qiymətləndirməmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi mülkiyyət hüququnun yaranması və vərəsəlik payının müəyyən edilməsi məsələsində qanunverici liyin əsas prinsiplərini (qanunilik, bərabərlik, məcburi payın qorunması) pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Yaşar Süleyman oğlu mirası faktiki qəbul etməmişdir. Halbuki iş materiallarından açıq şəkildə görünür ki, İddiaçı2 və onun ailə üzvləri miras əmlakda fasiləsiz şəkildə yaşamış, həmin əmlaka sahiblik etmiş və onu qorumuşlar. AR Mülki Məcəlləsinin 1210.1 və 1211.1ci maddələrinə əsasən, mirasın faktiki qəbul edilməsi yalnız yazılı bəyanatla deyil, miras əmlaka faktiki sahiblik və istifadə ilə də təsdiqlənə bilər. Bu hallar sübut edilmiş olmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin sübutları qiymətləndirməmiş, yalnız formal sənədlərə əsaslanmaqla qətnamə qəbul etmişdir. Beləliklə, mirasın faktiki qəbul edilməsi və məcburi pay hüququ məsələləri apellyasiya instansiyası tərəfindən qanunvericiliyə zidd şəkildə qiymətləndirilmişdir. İş materiallarında və apellyasiya şikayətində vəsiyyətnamənin saxta tərtib edilməsi və notariat qaydalarının pozulması barədə əsaslı şübhələr mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu məsələyə hüquqi qiymət vermədən, notariat sənədini formal qaydada etibarlı hesab etmiş, lakin vəsiyyətnamənin tərtib edildiyi dövrdə vəsiyyətçinin faktiki iradəsinin mövcudluğunu və sənədin həqiqiliyini araşdırmamışdır. Bu isə AR Mülki Məcəlləsinin 1196-cı maddəsinin, habelə MPM-in 217 və 218-ci maddələrinin tələblərinin pozulmasıdır, çünki məhkəmə vəsiyyətnamənin qanuniliyi barədə sübutları tam və hərtərəfli qiymətləndirmədən nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların iki aylıq müddət i ötürdüyü qənaətinə gəlmişdir. Bu yanaşma həm qanunvericilik, həm də Ali Məhkəmənin təcrübəsi baxımından əsassızdır. Çünki AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən başlayır. İş materiallarından görünür ki, iddiaçılar vəsiyyətnamə və vərəsəlik şəhadətnaməsinin verilməsindən sonra, bu sənədlərin hüquqlarını pozduğunu yalnız 2024-cü ilin avqustunda, onlara qarşı çıxarılma barədə iddia qaldırıldıqdan sonra bilmişlər. Buna görə də iddia müddətinin hesablanması məhz o, tarixdən başlamalı idi. Bu halda, iddia 17 dekabr 2024cü ildə təqdim edildiyindən, iddia müddəti ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətini pozuntu anından deyil, sənədin tərtib edildiyi tarixdən hesablamaqla qə bul etdiyi mövqe Mülki Məcəllənin 373 və 375-ci maddələrinin tələblərinə, habelə Ali Məhkəmənin formalaşmış təcrübəsinə ziddir. Apellyasiya instansiyası məhkəməsi mərhum X9 vəsiyyətnamə ilə əmlakı yalnız qızı Cavabdeh3 vəsiyyət etdiyini əsas götürərək, birinci növbəli vərəsə olan oğlu X13 məcburi pay hüququnu nəzərə almamışdır. Halbuki bu hal miras hüququnun əsas prinsiplərindən biri vərəsələrin bərabərliyi və qanuni vərəsəlik hüququnun qorunması prinsipinin pozulmasıdır. Mülki Məcəllənin 1193-cü maddəsi tətbiq edilmədiyindən, qətnamə vərəsəlik hüququnun maddi tənziminə zidd qəbul olunub. İş materiallarından görünür ki, X27 və onun ailə üzvləri miras açılan gündən miras əmlakda daimi yaşayıb, əmlakı qoruyub və idarə edib. Bu hallar mirasın faktiki qəbul edilməsini təsdiqləyir. Apellyasiya instansiyası məhkəməsi bu hüquqi faktları qiymətləndirmədən, yalnız yazılı ərizə ilə qəbul olmadığı üçün miras qəbul edilməyib kimi yanlış nəticəyə gəlmişdir. Bu mövqe Mülki Məcəllənin 1210 və 1211-ci maddələrinin yanlış tətbiqi, həmçinin faktiki hallar üzrə sübutların tam qiymətləndirilməməsi deməkdir. Vəsiyyətnamə iradənin sərbəst ifadə olunmadığı, tərtib qaydaları pozulduğu və ya qanunsuz hərəkətlər nəticəsində verildiyi hallarda etibarsız sayılır. İddiaçılar tərəfindən vəsiyyətnamənin saxta tərtib edildiyi və notariat qaydalarının pozulduğu barədə əsaslı dəlillər təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi notariat orqanının fəaliyyətinə hüquqi qiymət vermədən, ekspertiza və şahidlərin dindirilməsi məsələsini araşdırmadan, sənədi avtomatik etibarlı hesab etmişdir. Bu, Mülki M əcəllənin 1196-cı maddəsinin tələblərinin pozulması, həm də notariat aktının hüquqi qüvvəsinin düzgün müəyyən edilməməsi deməkdir. Mülki Məcəllənin 373 və 375-ci maddələri 373.1-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən başlayır. İddia müddətinin keçməsi məhkəməyə müraciət hüququnu istisna etmir, lakin əgər tərəf müddətin ötürülməsini irəli sürərsə, məhkəmə bu məsələni araşdırmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların “iki ay gec müraciət etdikləri” qənaətinə gəlib. Halbuki, iddiaçılar vərəsəlik şəhadətnaməsi və bağışlanma müqaviləsindən yalnız onlara qarşı “çıxarılma barədə” iddia verildikdən sonra xəbər tutmuşlar. Bu tarixdən hesablandıqda, xx.xx.2024-cü il tarixli iddia ərizəsi qanuni müddət daxilində veri lmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin başlanma anını pozuntu faktını bildikləri andan deyil, sənədin tərtib tarixi ilə hesablamış və bununla da Mülki Məcəllənin 373 və 375-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
49. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
50. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
51. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
54. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
55. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
56. Maddə 1243.2 (əvvəlki redaksiyada). Və rəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
57. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
58. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
59. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsindəki icraat
71. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçıların kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
72. İddiaçılar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
73. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəti cə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı1 hazırkı tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Sözügedən tələb İddiaçı1 babasından qalmış miras əmlakla bağlı olduğundan və öncəki vərəsənin mövcudluğu sonrakı növbəli vərəsənin vərəsəliyini istisna etdiyindən, hazırkı tələb üzrə İddiaçı1 sözügedən tələbi irəli sürməkdə müvafiq subyektiv hüququ mövcud deyil.
74. Digər iddiaçı Yaşar Səfərəliyevə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, o atası 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X8 miras qalmış İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 3 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini nə faktiki, nə də rəsmi qəbul etməmişdir.
75. İddiaçı Yaşar Səfərəliye v kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində miras qoyanın sağlığında və onun ölümündən sonra ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
76. Göründüyü kimi, iddiaçı Yaşar Səfərəliyev qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən, həmin hüququnu itirmişdir.
77. Bundan başqa, hazırkı halda Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etirbarsızlığı üçün əsaslar mövcud deyil.
78. Bundan başqa, İddiaçı2 iki aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, iddiaçı Cavabdeh2 cavabdehlərə qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş 26 avq ust 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra iddiaçılar cavabdehlərə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi” barədə 17 dekabr 2024-cü il tarixdə, yəni sözügedən əsası bildiyi vaxtdan təxminən beş ay sonra məhkəməyə müraciət etmişlər.
79. AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.
80. Bundan əlavə, mirasın qəbul edil məsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində müb ahisə edilməsi).
81. Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
82. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. İddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa gö rə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür.
83. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göst ərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 7 avqust 2025-ci il tarixli, 2(107)-712/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.