Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3499/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, Qurbanov Qəzənfər Məsim oğluna və X6 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsindən çıxarılma, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2025-ci il tarixli, 2(103)108/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayon X16 üzrə 31 yanvar 2000-ci il tarixli, 1 saylı əmrindən çıxarışa əsasən X3 0,035 ha, 09 dekabr 2000-ci il tarixli, 16 saylı əmrindən çıxarışa əsasən isə İddiaçı 0,06 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır.
2. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin 12 iyun 2023-cü il tarixli məktubuna əsasən Cavabdeh azyaşlı uşağı ili birlikdə Bakı şəhəri Xəzər rayon X16 ərazisində yerləşən və Binə bələdiyyəsində torpaq və əmlak vergisinə görə qeydiyyatda olan anası X2 istifadəsində olan fərdi yaşayış evində qeydiyyatsız yaşayır.
3. Həmin Bələdiyyənin 11 iyul 2023-cü il tarixl i məktubuna əsasən İddiaçı fərdi ev tikmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinin olması barədə bələdiyyədə məlumat yoxdur. Lakin o, hazırda Abşeron rayon X10 1 saylı, 31 yanvar 2000-ci il tarixli əmri üzrə fərdi ev tikmək üçün ayrılmış 0,08 ha torpaq sahəsinə görə bələdiyyəyə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
4. Abşeron rayon X10 31 yanvar 2000-ci il tarixli, 1 saylı əmri üzrə X3 ayrılmış 0,035 ha torpaq sahəsinə görə sonuncu bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eyni zamanda, Abşeron rayon X10 31 yanvar 2000-ci il tarixli əmri ilə ayrı-ayrı ünvanlarda İddiaçı 0,08 ha, Cavabdeh 0,06 ha torpaq sahələri ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, Abşeron rayonu, X16 ünvanında yerləşməklə, iddiaçıya məxsus olan fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, iddiaçının əmisi oğlu X9 2010-cu ildə Gürcüstan Respublikasından Bakı şəhərinə köçmüş və 2015-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Əmisi oğlunun yaşayış evi olmadığına görə iddiaçı özünə məxsus fərdi yaşayış evini 2016-cı ildə müvəqqəti olaraq sonuncuya kirayə vermişdir. Əmisi oğlu ilə cavabdeh aralarında bağlanmış nikahın pozulması üçün 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin ərəfədə cavabdeh iddiaçıya məxsus olan evi tərk edib getmişdir. Bir müddət sonra onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra, evdə ol an onlara məxsus əşyaları götürmək üçün əmisi oğluna dəfələrlə müraciət etsə də, ev əşyaları götürülməmişdir. 2023-cü ilin fevral ayının ortalarında cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus evə daxil olmuş və ev əşyalarının evdə olmasını əsas gətirərək, orada yaşamasını bildirmişdir. Cavabdehin ona məxsus fərdi yaşayış evində qanunsuz yaşaması iddiaçının əmlak hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi, Vəkil2 iddiaya etiraz edərək göstərmişdir ki, cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi Abşeron rayon X16 üzrə 31 yanvar 2000-ci il tarixli 01 saylı əmrdən çıxarışa əsasən cavabdehin anası X3 ayrılmışdır. İddiaçının həmin torpaq sahəsinin ona məxsus olması fikirləri tamamilə uydurmadır. Torpaq sahəsində ev tikint i işləri cavabdehin anası Tərgül xanım tərəfindən başladılmış və tikintiyə sonuncu özü nəzarət etmişdir. İddiaçı tərəfin şahidlərindən biri onun yaxın qohumu, digərləri isə qonşulardır. Qonşuların heç biri iddiaçını tanımadıqlarını bildirmişlər. Eyni zamanda, iddiaçı ona 0,06 ha torpaq sahəsi ayrıldığını bildirsə də, mübahisə predmeti olan yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi 0,035 ha təşkil edir. Yaşayış evinin bütün kommunal sənədləri Cavabdeh adınadır. Cavabdeh iddiaçının əmisi oğlu Mübariz Qurbanovla nikah bağladıqdan sonra həmin evdə birlikdə yaşamağa başlamışlar. Lakin, daha sonra onlar arasında olan nikah pozulmuşdur. İddiaçının qeyd olunan yaşayış sahəsinə dair hər hansı sənədi yoxdur.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(003)2011/202 3 nömrəli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin məhz iddiaçıya ayrılan torpaq sahəsi üzərində inşa olunması sübuta yetirilmir. İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir.
10. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin ifadələri heç bir digər sübutla təsdiq olunmadığında n mötəbər sübut hesab oluna bilməz. Bundan başqa, iddiaçının sübut kimi təqdim etdiyi “Azəriqaz” İB ilə aralarında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 06 sentyabr 2018-ci il tarixli müqavilədə istehlakçı İddiaçı, qaz veriləcək ünvan Xəzər rayonu Qala qəsəbəsi Südçülük sovxozu göstərilsə də, həmin ünvanda yerləşən evin hazırkı mübahisə predmeti olan evə aid olması da sübut edilməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı, Torpaq Məcəlləsinin 48, 50, 55, 65-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 may 2007-ci il tarixli qərarının Azərbay can Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 14 fevral 2003-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qurbanov Qəzənfər Məsim oğlu məhkəmə iclasında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini o tikmiş və y aşaması üçün qardaşı oğluna vermişdir. Cavabdehin həmin fərdi yaşayış evində məskunlaşmasına heç bir hüquqi əsası yoxdur. Göstərilənlərin nəzərə alınmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinə həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli rəyinə əsasən tədqiq olunan ünvanda baxış keçirilən zaman aparılan ölçü işləri nəticəsində iş üzrə cavabdeh tərəfindən naturada təqdim edilən torpaq sahəsinin faktiki olaraq 443 kv.m. (0,0443 ha) təşkil etdiyi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan Abşeron Rayon X16 üzrə 09 dekabr 2000-ci il tarixli, 16 nömrəli və 31 yanvar 2000-ci il il tarixli, 01 nömrəli əmrlərdən çıxarışlarda 0,035 ha və 0,06 ha torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə mövqeyi) və texniki göstəriciləri (en, uzunluq, döngə nöqtələrinin koordinatları və s.) qeyd olunmadığından həmin torpaq sahələrini naturada müəyyən etməklə müvafiq ölçü işlərinin aparılması mü mkün olmamışdır. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş 3-cü (Abşeron rayon X16 üzrə 31 yanvar 2000-ci il tarixli, 01 saylı əmrlə X4 ayrılmış 0,035 ha torpaq sahəsinin faktiki ölçüsü nəqədərdir və həmin sahə hansı koordinatlar daxilində yerləşir?) və 4-cü (Abşeron rayon X16 üzrə 09 dekabr 2000-ci il tarixli, 16 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki ölçüsü nəqədərdir və həmin sahə hansı koordinatlar daxilində yerləşir?) sualların cavablandırılması mümkün olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2025-ci il tarixli, 2(103)-108/2025 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və Z.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(003)-2011/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, fərdi yaşayış evinin inşası üçün Abşeron Rayon X16 üzrə 31 yanvar 2000-ci il tarixli, 01 saylı və 09 dekabr 2000-ci il tarixli, 16 saylı əmrlərlə müvafiq olaraq cavabdehin anası (üçüncü şəxs) X3 0,035 ha, iddiaçıya isə 0,06 ha torpaq sahəsi ayrılmışdır.
18. İddiaçı hazırda mübahisələndirdiyi fərdi yaşayış evinin ona ayrılmış torpaq sahəsi üzərində onun tərəfindən, cavabdeh isə anasına ayrılmış torpaq sahəsi üzərində anası tərəfindən inşa edildiyini bildirir. Mübahisəli ev hüquqi vəziyyətinə görə özbaşına tikintidir, onun yerləşdiyi torpaq sahəs inə dair hər hansı şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır.
19. Apellyasiya kollegiyasının müvafiq qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində cavabdehin hazırda yaşadığı mübahisəli evin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq 443 kv.m (0,0443 ha) ölçüdə olduğu müəyyən edilmişdir. Bu sahə cavabdehin anasına ayrılmış torpaq sahəsindən 0,0093 ha (93 kv.m.) artıq, iddiaçıya ayrılmış torpaq sahəsindən isə 0,0157 ha (157 kv.m.) azdır. Halbuki, iddiaçı ona daha az ölçüdə torpaq sahəsinin ayrılmasını, habelə ayrılmış torpaq sahəsinin hər hansı hissəsinin zəbt edilməsini bildirmir. Qeyd edilənlər öz növbəsində mübahisəli fərdi yaşayış evinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi üzərində inşa edilməməsi qənaətinə gəlməyə əsas verir.
20. Mübahisəli evin inşa edilməsi vaxtı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı onun 2002-2003-cü illərdə (apellyasiya şikayətininin məzmunu), cavabdeh isə maddi imkansızlığı səbəbindən hissə-hissə inşa edildiyini bildirir. İşə birinci instansiya məhkəməsində baxılan zaman iş üzrə 22 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X5 evin 2004-2005-ci illərdə iddiaçının atası (üçüncü şəxs) Qurbanov Qəzənfər Məsim oğlu tərəfindən inşa edildiyini söyləyir. X1 və X8 evin Qurbanov Qəzənfər Məsim oğlu tərəfindən inşa edildiyini bildirir, lakin bu halı şəxsən gördüklərini qeyd etmirlər, bu barədə onlara Qəzənfərin bacısı Kifayət tərəfindən məlumat verildiyini göstərirlər. X8 ümumiyyətlə evin harada yerləşdiyini bilmədiyini bildirir. Qurbanov Qəzənfər Məsim oğlu isə evin 2002-2003-cü illərdə inşa edildiyini qeyd edir, eyni zamanda həyətdə olan hamam və sanitar qovşağın toy ərəfəsində də (2015-ci il) evin kosmetik təmirinin cavabdehin valideynləri tərəfindən həyata keçirildiyini etiraf edir.
21. Həmin məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid Balabaşin Aleksey Nikolayeviç və şahid X15 evin onlar tərəfindən boş torpaq sahəsi üzərində 10-11 il əvvəl (2012-2013-cü illərdə) cavabdehin anasının sifarişi əsasında 4 aya inşa edilməsi barədə ifadə vermişlər. Halbuki, 05 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi cavabdeh və onun anasının maddi imkanının olmaması səbəbindən həmin evdə hissə-hissə təmir-tikinti işlərinin aparıldığını göstərmişdir. Hissə -hissə təmir-tikinti işlərinin aparılması isə heç bir halda 4 ayı özündə ehtiva etmir, daha uzun müddəti əhatə edir. Cavabdeh özü həmin evə 2012-ci ildə köçdüyünü bildirir.
22. Lakin “google maps” internet resursu vasitəsi ilə əldə edilmiş görüntülərdən mübahisəli evin 2009-cu ildə yarımçıq tikili vəziyyətdə, 2010-cu ildə isə artıq yaşayış üçün yararlı vəziyyətdə olan ev olduğu müəyyən edilir. Bununla belə, hər iki tərəf evin inşa edilməsi vaxtı ilə bağlı həm biri birinə zidd olan, həm də ümumiyyətlə reallığı əks etdirməyən mövqedən çıxış edir. Eyni zamanda, ümumiyyətlə iddiaçı tərəfindən hər hansı evin inşa edilmədiyi müəyyən edilir (onun atası və şahidlər evin onun tərəfindən inşa edildiyini bildirir). Halbuki, iddiaçı iddia ərizəsində mübahisəli evin onun atası tərəfindən deyil, məhz onun tərəfindən tikdirildiyini vurğulayır (iddia ərizəsində ikinci cümlə). Nəzərə alınmalıdır ki, torpaq sahəsi ayrılan zaman iddiaçının (xx xxxxxxxx 1982-ci il) heç 18 yaşı tamam olmamış, iddia edilən inşa tarixində isə cəmi 20 yaşı olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli evə quraşdırılmış qaz sayğacı üzrə abonent kimi onun, elektrik sayğacı üzrə abonent kimi bacısı Qurbanova Nargilənin qeydiyyata alındığını bildirir. Qurbanova Nargilə **********40223 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Lakin "xxxx" ASC-nin 09 yanvar 2024-cü il tarixli məktubuna əsasən **********00579 nömrəli abunə kodu ilə qeydiyyata alınan fərdi yaşayış evində iddiaçının abonent olaraq qeydiyyata alınmasına dair məlumatın olduğu göstərilmişdir. Bununla bel ə, mübahisəli evdə bir işıq sayğacının olmasına baxmayaraq, iddiaçı və onun bacısı iki müxtəlif abonent kodu üzrə qeydiyyata alınmışdır. Mübahisəli ev üzrə iddiaçının bacısının abonent kimi qeydiyyata alınması belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı özü hər hansı başqa ev üzrə abonent kimi qeydiyyata alınmışdır. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış 17 avqust 2023-cü il tarixli müqavləyə əsasən cavabdehə eyni abunə kodu (**********40223) verilsə də, sonradan bu müqavilə ləğv edilmiş və hazırda abunəçi kimi Qurbanova Nargilə keçir. Bu hal "xxxx" ASC-nin sonrakı tarixə aid 09 yanvar 2024-cü il tarixli məktubu ilə də öz təsdiqini tapır. Həmin məktubda mübahisəli ərazi üzrə cavabdehin abonent olaraq qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyi göstərilir. Nəticə etiba rı ilə iddiaçının həmin evlə real bağlılığını təsdiq edən sübut kimi yalnız “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilə təqdim edilir. Lakin “Azəriqaz” İstehsalat Birliyinin 14 aprel 2025-ci il tarixli məktubunda 11 iyul 2023-cü il tarixdə abonent məlumatlarına dəyişiklik edilərək, onun adından çıxarıldığı bildirilmişdir. Onun vaxtı ilə abonent kimi qeydiyyata alındığı ünvanın məhz mübahisəli evin yerləşdiyi ünvan olması da öz təsdiqini tapmır.
24. Apellyasiya kollegiyası aparılmış araşdırma üzrə müəyyən edilmiş hallar kimi, onu da qeyd etmişdir ki, cavabdeh onun anası tərəfindən ona cehiz verilmədiyini və cehiz əvəzinə mübahisəli evin verildiyini, 2015-ci ildə həmin evdən gəlin getdiyini bildirir, lakin bu prosesi əks etdirən videogörüntüləri təqdim edə bilir, onların keçmiş əri tərəfindən aparıldığını bildirir. Eyni zamanda, Qurbanova Nargilənin toy şənliyinin mübahisəli evdə olması barədə iddiaçı tərəfin mövqeyini ilk öncə qəbul etməsə də, sonradan bu şəxsin toy şənliyinin onun icazəsi əsasında həqiqətən də mübahisəli evdə keçirildiyini etiraf edir. Lakin nə cavabdehin, nə də ki, onun anasının həmin şənlikdə iştirak etməsi müəyyən edilmir, onlar özləri də bunu bildirmir. Halbuki, öz evində 2015-ci ildən əvvəl toy şənliyi keçirməyə icazə verən cavabdeh tərəfin özünün bu şənlikdə iştirak etməməsi ümumiyyətlə anlaşılmazdır.
25. Bununla belə, mübahisəli evin iddiaçı tərəfindən inşa edilməsi, habelə həmin evin yerləşdiyi torpaq sahəsinin məhz ona ayrılmış 0,06 ha topaq sahəsi olması öz təsdiqini tapmır. Belə olan halda, onun bacısının həmin evdə toy şənliyinin olması, işıq sayğacının bacısının adına qeydiyyata alınması, habelə mübahisəli evin inşası ilə bağlı cavabdeh tərəfin ziddiyyətli mövqedən çıxış etməsi, eyni zamanda, mübahisəli evin cavabdehin anası tərəfindən inşa edilməsinin öz təsdiqini tapmaması hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı mövcud vəziyyətdə (təqdim etdiyi sübutar qarşılığında) hüquqi nəticə etibarı ilə hazırki iddianı cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlər öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 152.2, 152.3, 157.8, 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələri il ə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 372.1, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur.
29. Belə ki, iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş şəxslərin ifadələri ilə mübahisəli evin həqiqətən iddiaçının atası Qurbanov Qəzənfər Məsim oğlu tərəfindən ti kdirilməsi birmənalı olaraq sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qurbanov Qəzənfər Məsim oğlu məhkəmə iclasında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini o tikmiş və müvəqqəti yaşaması üçün qardaşı oğluna vermişdir. Bununla yanaşı, məhkəmə kollegiyasına sübut kimi CD disk təqdim etmişdir. Həmin diskdə iddiaçının əmisi qızının mübahisəli evdən gəlin köçməsi bir daha onu sübut edir ki, mübahisəli evdə iddiaçının əmisi arvadı, əmisi oğlu Mübariz Qurbanov və əmisi qızı Nargilə Qurbanova yaşamışlar. Hətta mübahisəli evdə quraşdırılmış işıq sayğacı (abunə kodu **********40223) Nargilə Qurbanovanın adına 05 mart 2012-ci il tarixdə qeydiyyata alınmışdır. “Az əriqaz” İstehsalat Birliyinin 14 aprel 2025-ci il tarixli məktubunda birmənalı olaraq göstərilmişdir ki, mübahisəli fərdi yaşayış evində quraşdırılmış **********03210 nömrəli istehlakçı hesabı 20 sentyabr 2013-cü il tarixdə yaradılmış və İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh isə iddiaçının əmisi oğlu Mübariz Qurbanovla 2015-ci ildə ailə həyatı qurmuş və həmin ildə müvəqqəti yaşamaq üçün mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçının əmisi oğlu Mübariz Qurbanov cavabdehi ümumiyyətlə tanımamışdır. Göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evinin ona məxsus olmasını tam sübuta yetirmişdir. Lakin cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmə dən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci madd əsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edərək rəy almış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. (bax 17-25) Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
38. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddia tələbinin təmini üçün mübahisəli özbaşına tikilinin iddiaçı tərəfindən inşa olunması və ya başqa əsaslarla onun sahibliyində olması müəyyən olunmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara səlahiyyətləri çərçivəsində ətraflı hüquqi qiymət verməklə, mübahisəli evin iddiaçı tərəfindən inşa edilməsinin, həmin evin yerləşdiyi torpaq sahəsinin məhz ona ayrılmış 0,06 ha topaq sahəsi olmasının sübut olunmaması və bunun hüquqi nəticəsi olaraq, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmişdir.
39. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. S übuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 40. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqs ədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etm ək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2025-ci il tarixli, 2(103)-108/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.