Məhkəmə qərarları › İş №2(102)-35/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-35/2022

24.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-35/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh MMC və Cavabdeh MMC-nin “X1 ” filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin “X1” filialının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4893/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin “X1 filialı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki Cavabdeh MMC-nin “X1” filialı ilə İddiaçı arasında bağlanmış 151 nömrəli, 06.08.2012-ci il tarixli əmək müqaviləsi ilə sonuncu qabyuyan vəzifəsinə işə qəbul edilmiş, 17.06.2013-cü il tarixli əmək müqaviləsi ilə texniki təmizlik işləri üzrə nəzarətçisi vəzifəsinə, 1511 nömrəli əmək müqaviləsi ilə texniki təmizlik işləri üzrə menecer müavini vəzifəsinə keçirilmişdir. 27 noyabr 2020-ci il tarixli K-3847 saylı əmr ilə Cavabdeh MMC-nin “X1” filialı ilə İddiaçı arasında bağlanmış 1511 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. İddiaçı əmrlə tanış olmuş, imzalamaqdan imt ina etmişdir. 2. 01.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına Cavabdeh MMC-nin “X1” filialı tərəfindən 194.30 manat köçürülmüşdür İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh MMC və Cavabdeh MMC-nin “X1” filialına qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC 27.11.2020- ci il tarixli xxx nömrəli əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə işə bərpa edilməsini və hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 6 avqust 2012-ci ildə 151 saylı əmək müqa viləsi ilə texniki təmizlik işçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 9-cü bəndində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsi ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Tərəflərin qarşılıqlı razılığı; səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli oduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə müvafiq səhiyyə və ya işəgötürən tərəfindən təyin edilmiş həkim tərəfindən verilmiş müvafiq rəyə əsasən; əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda. 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsi bağlanmış əvəlki müqavilənin 9-cü bəndi yeni redaksiya verilmiş və belə göstərilmişdir. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 7 0, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşə götürən tərəfindən bu bu Əmək müqavəsini ləğv edərkən işçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq edilir. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən ən azı 1 (bir) təqvim ayı qabaqcadan yazlı şəbərdarlıq edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin müqaviləni ləğv etməyə məcbur edilməsinə yol verilmir. Bu hal bir daha təsdiq edir ki, 6 avqust 2012-ci ildə 151 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş 3 hal yəni 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsi ilə hüquqi qüvvədən düşmüşdür. Əmək Məcəlləs inin 43.2-ci bəndinin d bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsinin məcburi şərtidir. Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib ediilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göstərilən işəgötürən tərəfindən bir tərəfli qaydada əmək müqaviləsinə 01 iyun 2020-ci il tarixdə dəyişiklik tərtib edilmiş və işəgötürən tərəfindən imzalanmış, o həmin dəyişikliyi imzalamaqdan imtina etmişdir. Əmək müqaviləsinə bir tərəfli dəyişlik Məcəllənin 46.6-cı maddəsinə əsasən müqavilənin tərkib hissəsi hesab edilə bilm əz. Birtərəfli əmək müqaviləsinin 3-cü maddəsinə dəyişikliyə əsasən 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsinin bütün şərtləri olduğu kimi saxlanmışdır. Həmin dəyişikliyə aşağıda göstərilən kimi 4-cü bəndə əlavə edilmişdir. Bu dəyişiklik 01 iyun 2020-ci il tarixdən imzalanaraq qüvvəyə malikdir. 03.06.2020-ci il tarixdən etibarən əmək haqqı və iş rejiminə şamil olunur və 31.12.2020-ci il tarixədək qüvvədə qalacaqdır, tərəflər başqa cür razılıqa gəlməzsə 01.09.2020-ci il tarixdən etibarən işçi hazırkı dəyişikliyin imzalandığı tarixə qədər qüvvədə olan əmək haqqı və iş rejimi tətbiq olunacaqdır. Tərəflər başqa cür razılığa gəlməzsə, əmək müqaviləsinin 4.1-ci bəndinə dair müddəalar 03.06.2020-ci il tarixdən etibarən şamil olunur və qeyri-müəyyən vaxt ərzində qüvvədə qalacaqdır. 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsinin 4-cü maddəsi iş günləri və iş saatları barədədir və belədir. İşçi standart iş həftəsi və nahar fasiləsi çıxmaqla, 40 saat təşkil edir, işçinin gündüz və gecə növbəsi də daxil olmaqala, hər həftə müxtəlif günlərdə işləyəcəyi nəzərdə tutulur və o həqiqətən iş rejimi barədə ən azı bir həftə öncədən məlumatlandırılmalıdır. İşəgötürən mütəmadı olaraq işçinin istirahət günləri ilə təmin etməyə iş rejimi çalışmalıdır. Lakin işin tələblərindən və dərəcəsindən aslı olaraq hər bir həftə üçün istirahət günləri dəyişə bilər və dəyişəcəkdir. İşçinin normal iş saatlarına hər iki tərəf üçün uyğun vaxtında verməli nahar da daxildir. Azərbaycan Respublikası iş günü hesab edilməyən bayram günlərində görülən işə görə istirahət günü və ya müvafiq ko mpensasiya verilməlidir. İşəgötürən öz mülahizəsinə əsasən işçinin iş saatları cədvəlini dəyişdirə bilər. Hər hansı yeni iş saatları cədvəli bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən müqaviləyə dəyişiklikdə öz əksini tapmalıdır. İşçi ona verilən tapşırıqları yaxud həvalə edilən işləri iş vaxtında, ərzində tam, dolğun şəkildə və vaxtı-vaxtında yerinə yetirməlidir. Bu hallarda bir daha təsdiq edir ki, birtərəfli tərtib edilmiş əmək müqaviləsində də Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi nəzərdə tutulmamışdır. Göstərilənlərin əksi olaraq əmək müqaviləsinə xitam verilməsi haqqında 20 noyabr 2020-ci il tarixli bildiriş işə götürən tərəfindən ona göndərilmiş və bildirişdə göstərilmişdir. Azinko Developm ent” MMC-nin "X2" Filialı tərəfindən bağlanmış 1511 saylı əmək müqaviləsi 01 dekabr 2020-ci il tarixdən etibarən xitam verilir. Sizin mövcud olan əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin "ç“ bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) xitam verilərək (dövr edən pandemiyanın şirkətin gündəlik fəaliyyətinə mənfi təsir göstərməsi və nəticədə ümumi mənfəətə ziyan dəyməsi). Bu tendensiya pisləşməyə doğru gedir və minimum 1 il davam edəcəyi praqnozlaşdırılır. Bildirişlə "öhdəliyinə əsasən"xxxx" MMC-nin "X" Filialının Sizin mövcud olan 1511 saylı əmk müqavilənizin şərtlərinə uyğun olaraq (vəzifə, iş şərtləri və öhdəliklər) Sizə sentyabr 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması öhdəliyi götürür. Yuxanda göstərlənlərə əsas ən əmək müvaviləsinə əmək müqaviləsinin 75-ci maddəsinin ç bəndi ilə ləğv edilməsi nəzərdə tutulmadığı halda o Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin 27 Noyabr 2020-ci il tarixli xxx saylı əmri əsaslandır ılmamışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 2(009)-451/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 27.11.2020-ci il tarixli xxx nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-nin “X1” filialına texniki təmizlik üzrə menecer müavini vəzifəsinə işə bərpa ediməsi, iddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaitinin Cavabdeh MMC-nin “X” filialından tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əmək müqaviləsinə edilən dəyişikliyin əmək müqaviləsinə daxil edilməsi ilə bağlı iddiaçının razılığını təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir.

7. Həmçinin mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 75 (ç), 296.2, 300.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 107.2, 115, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən Cavabdeh MMC-nin “X1 filialı apellyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 2(103)-4893/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4 51/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, 27.11.2020-ci il tarixli xxx nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-nin “X1 filialına texniki təmizlik üzrə menecer müavini vəzifəsinə işə bərpa edilməsi, iddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaitinin Cavabdeh MMC-nin “X1 filialından tutularaq iddiaçıya ödənilməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Tərəflər arasında bağlanmış 1511 saylı əmək müqaviləsinin 9-cu bəndinə Əmək Məcəlləsinin əmək müqaviləsini n ləğv edilməsi ilə bağlı bütün maddələri (rəqəmlərlə) daxil edilsə də, əmək qanunvericiliyini imperativ şərtlərinə əməl edilməmişdir. Belə ki, göründüyü kimi qanunvericilik işəgötürənə bu barədə seçim haqqı verməmiş, yuxarıda göstərilənləri hökmən müqaviləyə əlavə edilməli olduğunu vurğulamışdır. Hazırkı işə isə işəgötürən tərəfindən, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndinə əsasən xitam verilsə də, həmin Məcəllənin 75.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən, Əmək Məcəlləsinin 75.2-ci maddəsində göstərilən hallardan hansının əmək müqaviləsinə daxil edilməsi nəzərdə tutulurdusa, həmin bənd tam müfəssəl şəkildə əmək müqaviləsinə daxil edilməli olsa da, işəgötürən tərəfindən daxil edilməmiş, bununl a da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh MMC-nin “X” filialı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

16. Cavabdeh MMC-nin “X1” filialının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh MMC-nin “X1” filialı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

22. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. (maddə 68 (1))

23. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhh əti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. (maddə 75(2))

24. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökm ən daxil etməlidirlər. (maddə 75(3))

25. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəz ərdə tuta bilər. (maddə 300(1)) Mülki Prossesual Məcəllə

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmə diyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin “X1” filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4893/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar