Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-35/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-35/2024 (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. ünvan 1 ünvanda 0.2904 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 383.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 saylı şəhadətnaməyə əsasən, Tovuz rayonu, Bozalqanlı kəndində Səsyazma sexinin avadanlığı 231.000 manata Cavabdeh2 satılmış və mülk alıcının toxunulmaz mülkiyyətinə verilmişdir.
4. Azərbaycan Res publikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 150 nömrəli alqısatqı müqaviləsinə əsasən “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı 379000 manata həmin cavabdehə satılmış və Departament tərəfindən cavabdehin adına “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2001-ci il tarixli 000435 nömrəli şəhadətnamə verilmişdir.
5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2004-cü il tarixli 001690 nömrəli şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən Ayaqqabı təmiri sexi ******* manata Cavabdeh3 satılmışdır.
6. Cavabde h3 xx.xx.2006-cı il tarixdə ölmüşdür, oğlu X7 onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2nın və Cavabdeh3 mübahisəli torpaq sahəsindən çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanında yerləşən qeyriyaşayış binası iddiaçıların xüsusi mülkiyyətindədir. Onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və buna dair reyestrdən çıxarış verilmişdir. Cavabdehlərin isə onlara məxsus ərazi daxilində tikililəri mövcuddur ki, həmin tikililərdə qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğuldurlar. Hazırda cavabdehlərin həmin ərazidən çıxarılmaları zərurəti yaranmışdır. Belə ki, iddiaçılar həmin ərazidə yeni layihələr həyata keçirməklə, abadlıq işləri aparacaqlar.
9. Cavabdeh X4 iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, qeyd olunan ərazidə yerləşən müəssisə dövlət tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış və buna dair cavabdehin adına şəhadtnamə və texniki pasport verilmişdir. İddiaçılar isə xx.xx.2013-cü il tarixdə mülkiyyət çıxarışı əldə etmişlər. Cavabdeh 21 ilə yaxın bir vaxtdır ki, həmin obyektdə çalışaraq ailəsinin ehtiyacların ödəyir. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd olunmalıdır.
10. Digər Cavabdeh3 hüquqi varisi X7 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, göstərmişdir ki, iddiaçılar qanunsuz y ollarla mübahisəli torpaq sahəsinə dair çıxarış əldə etmişlər. İddiaçıların iddia etdikləri ərazidə cavabdehlərə məxsus əmlak olmaqla, onlar hazırda da həmin əmlakdan istifadə edirlər. Ona görə də onların iddiaları təmin edilə bilməz.
11. Tovuz Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) 2(062)-920/2022 nömrəli 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin əmlakları ilə birlikdə iddiaçılara məxsus mübahisəli ünvanda yerləşən 0.2904 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmaqla, cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər uzun müddətdir ki, iddiaçıların qanula qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozurlar.
13. Məhkəmə cavabdeh Ədalət Quliyevin həmin torpaq sahəsinə dair dövlət tərəfindən onunla alqı-satqı müqaviləsinin bağlanması barədə dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdehlərin heç birinə torpaq sahəsinin satılmasına dair şəhadətnamə verilməmişdir.
14. Məhkəmədigər Cavabdeh3 hüquqi varisi X5 iddiaçıların qanunsuz yollarla mübahisəli torpaq sahələrinə çıxarış əldə etmələrinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 139.1, 139.3, 140-cı, “ Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. X7, Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.
17. X7 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi dövlət əmlakı olduğu üçün yalnız qanunla müəyyən edilmiş qaydada özəlləşmə yolu ilə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən mülkiyyətə dair çıxarış alınmalı idi. Ancaq iddiaçılar saxta yolla dövlət torpağı olan əmlakı dair çıxarış almışlar. Həmin torpaq sahəsi və üzərində olan kö şk 1975-ci ildən onların istifadəsində olmuş, sonra həmin köşkü özəlləşdirmişlər, nə vaxt onlara torpağı almağı təklif etsələr, özəlləşdirməyə hazırdırlar. Əgər həmin köşkdən onlar istifadə etmişlərsə, torpaq sahəsi ilk növbədə onlara satılmalı idi, lakin onlara heç kim tərəfindən təklif olunmamışdır. Məhkəmə işə baxarkən işin faktiki hallarını aydınlaşdırmamış, iş üzrə şahidləri dindirməmiş, obyektiv araşdırma aparmamış, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.
18. Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, qətnamədə adı qeyd edilməmiş, sonda iddia tələbindən kənara çıxmaqla iddia tə min edilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyətində olan əmlakın mövcudluğu, həmçinin iddiaçıların adına olan müvafiq çıxarışın mübahisələndirməsi nəzərə alınmamış, onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında sübut kimi yalnız iddiaçıların vəkilinin izahatı və mübahisəli çıxarışa əsaslanaraq qətnamə qəbul edilmişdir.
19. Cavabdeh X1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi onların maraqlarına toxunur. Onların adına verilmiş çıxarış ləğv edilməli, ekspertiza təyin edilərək yenidən daşınmaz əmlaka baxış keçirilməli və onların maraqları nəzərə alınmalıdır. Texniki pasportdan da görünür ki, cavabdehə məxsus olan 10 kv.m qeyriyaşayış sahəsinin iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsinə heç bir maneçiliyi yoxdur. Qey d etdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın ona aid hissəsə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühəndis ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2188 nömrəli rəyinə əsasən, iddiaçıların sökülməsini tələb etdikləri tikililərin onların xüsusi mülkiyyətində olan 0.2904 ha torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir (əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 321-3-37/21400/2023 saylı mü təxəssis rəyi).
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev).
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin, o cümlədən barəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 saylı şəhadətnamənin verildiyi ünvan 3i ünvanında “Səsyazma sexinin avadanlığı” adlandırılmış əmlakın mülkiyyətçisi olan Cavabdeh2 vaxtilə tam dəyərini ödəməklə aldıqları və yerləşdi yi obyektdə də istifadə edilməsi ehtiva edilən ayrı-ayrı əmlaklar üzərində onların (cavabdehlərin) mülkiyyət hüquqlarının real gözləntisi vardır.
23. İddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsalar da, onların mülkiyyət hüquqları cavabdehlərin real gözləntisi olan mülkiyyət hüquqlarından üstün tutula bilməz. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli Qanunun 29.6-cı maddəsi nəzərdə tutur ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrini müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Odur ki, qeyd olunanlara əsasən, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmamasına əsas verir.
24. Kollegiya onu da qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın qanuni əsaslarla verilib-verilmədiyi məsələsi hazırkı məhkəmə araşdırmasının predmeti deyil, ona görə də həmin məsələyə hazırkı işdə hüquqi qiymət verilə bilməz.
25. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 139-1-1, 152.1, 152.5-ci, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” 07 yanvar 1993-cü il tarixli Qanunun 1,3, 7.4, 25-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli Qanunun 1.0.1, 1 5.1, 29.1, 29.5, 29.6, 33.2-ci və MPM-in 77.1, 81, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların dövlət reyestrindən çıxarışı mövcuddur. Ekspertizanın rəyi mövcuddur ki, cavabdehlərin yerləşdiyi daşına bilən köşklər- butiklər iddiaçıların mülkiyyətində olan ərazidə yerləşir. Cavabdehlər kassatorun çıxarışını məhkəmə qaydasında mübahisələndirmişlər və iş hazırda Gəncə İnzibati Məhkəməsinin icraatındadır. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi i şə cəlb olunsa da, iştirakı təmin olunmamış, məhkəmə cavabdehlərin sənədlərinə hüquq müəyyənedici sənəd kimi qiymət vermişdir. Digər tərəfdən, məhkəmə özəlləşmə haqqında qanuna istinad edərək, iddiaçıların cavabdehlərdən ancaq icarə tələb etmək hüquqlarının olmasını bildirmişdir ki, bu hallar məhkəmə təcrübəsinə zidd qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
28. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, ekspert rəyi nəzərə alınmamış və prosessual müddətlər ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdehlər Cavabdeh1 Ələdmar oğlu və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, göstərmişlər ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosess ual pozuntulara yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
30. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
31. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
32. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2:
33. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa
34. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə t utulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu:
35. Maddə 3.1 və 3.4. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respub likasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
38. Maddə
140. Reyestrin məzmununun qeyri-də qiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
40. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sər əncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar torpaq sahəsinin mülkiyyətçisi kimi hazırkı i ddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsalar da, onların mülkiyyət hüquqları cavabdehlərin real gözləntisi olan mülkiyyət hüquqlarından üstün tutula bilməz (§ 22-23).
51. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
52. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin mülkiyyət hüququ ilə bağlı ümumi normalarına (152.1 və 152.5-ci maddələr) və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun müvafiq normalarına istinad etməklə kifayətlənmiş, həmin Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının həmin normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparmamışdır.
53. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
54. Hazırkı işdə iddiaçılar, mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olduğuna istinad edərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını və onlara məxsus tikililərin sökülməsini tələb edirlər. Cavabdehlər isə, iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsind ə yerləşən tikililərin uzun müddətdir ki, onlara məxsus olduğunu, iddiaçıların həmin torpağa dair çıxarışlarının saxta olduğunu və torpağın özəlləşdirilməsi zamanı onların üstünlük hüquqlarının pozulduğunu bildirirlər.
55. Bu baxımdan tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
56. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfind ən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
57. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, mübahisəli torpaq sahəsinin xx.xx.2013-cü il tarixdən iddiaçıların xüsusi mülkiyyətində olması və həmin torpaq sahəsində cavabdehlərə məxsus tikililərin yerləşməsi mübahisə olunmur. Normanın dispozisiya şərtlərinin yoxlanılması baxımından mübahisəli hal cavabdehlərin həmin torpaq sahəsinə sahibliklərinin qanuni olub-olmaması ilə bağlıdır.
58. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququna qanuni gözləntilərinin olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, həmin sahə artıq özəlləşdirilmişdir və dövlətin mülkiyyətində deyil.
59. Cavabdehlərin istinad etdikləri alqı-satqı müqavilələri və şəhadətnamələrlə özəlləşdirmədə üstünlük hüquqlarına malik olmaları, bu səbəbdən özəlləşdirmənin qanuni şəkildə aparılmaması və mülkiyyət hüququnun qeydiyyatı barədə iddiaçılara verilmiş çıxarışın qanunsuz olması barədə iddialar, dövlət reyetsrində iddiaçıların adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə cavabdehlərin qanuni gözləntilərinin olması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Belə mövqe həmin reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması anlamına gələ bilər. Halbuki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır.
60. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi v ə tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
61. Baxılan işdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adına aparılmış qeydiyyatın mübahisə predmeti olan torpaq sahəsinə aid hissədə ləğv edilməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir.
62. Kollegiya onu da qeyd edir ki, daşınmaz əşyanın özəlləşdirilməsi və bunun nəticəsində mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatla bağlı inzibati münasibətlər və mübahisələr hazırkı mülki işin baxış predmeti olmadığı halda, apellyasiya məhkəməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 29.6-cı maddəsinə istinadını və həmin normada nəzərdə tutulan qaydanın bu iddianın həllinə təsirini əsaslandırmamışdır.
63. Bundan əlavə, cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələrinin iddiaçılarla bağlanmış müqaviləyə (tələb hüququna), yaxud hər hansı əşya hüququna söykəndiyi məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
64. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan torpaq sahəsinin mübahisəli tikililər yerləşən hissəsində onların iradəsinə zidd şəkildə cavabdehlərin sahiblik etmələrinin qanuni olub-olmamasına apellyasiya məhkəməsi tərəfindən əsaslı şəkildə hüquqi qiymət verilməmişdir.
65. Mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasi bliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz.
66. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
67. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası və İnsan Hüquqlarının və X3 X2 ilə təminat verilən ilə mülkiyyət, hüquq və azadlıqların məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına dəlalət edir (§ 30-35).
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olumalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən ası lı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.