Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-350/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı birinci, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh3 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ikinci mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, müqavilə münasibətlərindən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi və müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədo v Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı (Cavabdeh3 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair birinci mülki iş və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2-ci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1293/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" Kompani” MMC ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 108 saylı mənzili Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə həmin yaşayış sahəsinin hər 1 kv. m. üçün 750 manat olmaqla ümumi məbləğ olaraq 118.200 manat pulun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.
2. Cavabdeh3 MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh3 MMC-yə məxsusdur. Bu kompleksin 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m. olan 3 otaqlı, 108 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmiş, onun Cavabdeh3 MMC-yə borcu yoxdur.
3. Cavabdeh3 MMC-nin xx.xx.2010-cu il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən 4 saylı binanın, 24-cü mərtəbəsindən yerləşən 157,6 kv.m. sahəsi olan 3 otaqlı, 108 saylı mənzilə görə ödənilmiş 118.200 manat məbləğində pul kassaya mədaxil edilmişdir.
4. Cavabdeh3 MMC ilə İddiaçı arasında xx.xx.2011- cu il tarixdə bağlanmış 176 saylı müqaviləyə əsasən "xxxx" Kompani” MMC ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasında ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 108 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə həmin yaşayış sahəsinin hər 1 kv. m. üçün 550 manat olmaqla, ümumi məbləği təşkil edən 86,680 manat pulun ilkin pay kimi 10.000 manat hissəsinin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilə üzrə tərəflər r azılaşmışlar ki, qalan məbləği fiziki şəxs X15 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcəkdir.
5. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh3 MMC-yə məxsusdur. Bu kompleksdə yerləşən ümumi tikinti sahəsi 157,6 kv.m. olan 3 otaqlı, 108 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, onun Cavabdeh3 MMCyə borcu yoxdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)4323/2018 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 108 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərarın icrası qaydasında İddiaçı qeyd edilən mənzilə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Həmin qərardan Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-388/2022 nömrəli qərardadı ilə təmin edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 4323/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh3 MMC-nin ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata Cavabdeh3 MMC üçüncü şəxs qismində cəlb edilmiş, ünvan 3 ünvanında yerləşən 108 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)4323/2018 saylı qərarı ləğv edilmiş, hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 5988/2019 saylı qətnaməsinə əsasən ilk İddiaçı ilk iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh3 MMC-nin üzərinə qoyulmuş, iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaç ı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5988/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 5988/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli Qərarı ilə icraata başlanılmışdır.
9. Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27 sa ylı məktubunda bildirilmişdir ki, Cavabdeh3 MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 4 saylı binanın 24-cü mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.m. olan, 3 otaqlı, 108 saylı mənzil Cavabdeh2 məxsusdur, o, mənzili tam təmir edib, hazırda da ailəsi ilə birlikdə həmin məznildə yaşayır. İddiaçı həmin mənzillə bağlı iddiasına dair məhkəmə mübahisələri var. Bakı şəhəri Xətai Rayon Məhkəməsi qeyd edilən mənzillə bağlı Cavabdeh2 iddiasına yaxın günlərdə baxacaq. Hazırda mənzil boş olmadığı üçün onların tələbinin yerinə yetirilməsi mümkün deyil.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)1095/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblərinə dair i ddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır.
11. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, ********* nömrəli məktubuna əsasən cinayət işinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli akta əlavə edilmiş siyahıda Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157.6 kv.m sahəsi olan 108 saylı mənzil qrafasının qarşısında İddiaçı adı qeyd edilmişdir.
12. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli ********* nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində aparılan ********* saylı cinayə t işinin materiallarında olan xx.xx.2013-cü il tarixli akta əlavə edilmiş siyahıda Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157.6 kv.m sahəsi olan 108 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında hər hansı alqı-satqı müqaviləsinin olub-olmaması barədə hər hansı məlumat yoxdur.
13. Cavabdeh3 MMC tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda Cavabdeh3 MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 4 ədəd 24 mərtəbəli yaşayış binalarının bəzi mənzillərində sabiq direktorun və podratçı təşkilatların dələduzluğu ucbatından ikili satışların və əvəzləşmələrin olduğu, bu gün də həm in mübahisələrin davam etdiyi bildirilmiş və cəmiyyətdə mübahisəli mənzillərin siyahısı həmin quruma təqdim edilmişdir. Həmin siyahıda 24-cü mərtəbədə yerləşən, 157,6 kv.m. sahəsi olan 108 saylı mənzildə mübahisəli kimi göstərilmişdir.
14. Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh2 həqiqətən də Cavabdeh3 MMC-nin ünvan 2 ünvanında inşa etdiyi və ona məxsus 4 saylı binanın 24-cü mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.m. olan, 3 otaqlı, 108 saylı mənzilində 2018-ci ilin oktyabr ayından yaşayır. a) Birinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyət hüquqlarının müdafiə edilməsi, Cavabdeh2 və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayram ov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması və əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh3 MMC tərəfindən ünvan 6 ünvanına qanunsuz müdaxilələrə son qoyulmasını, təmir işlərinin aparılmasına maneələr törətməməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk İddiaçı ilk iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 115 6, korpus 4, 108 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh3 MMC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin qətnamə Xətai rayon İcra Şöbəsi tərəfindən icra edilərkən məlum olmuşdur ki, İddiaçı aid Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzil qanunsuz olaraq Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzil Cavabdeh3 MMC-dən satın alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınaraq ona xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Lakin qanunsuz əməlləri ilə tanınan Cavabdeh3 MMC qeyd olunan mənzilin təmir olunmasına mane törətdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, Cavabdeh3 MMC isə qarşılıqlı iddia verərək, alğı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Həmin məhkəmənin yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 198/2021 nömrəli qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmış və icraya yönəlmişdir. Göründüyü kimi, Cavabdeh3 MMC süni şəkildə mülkiyyət hüquqlarından istifadəyə maneə olmuşdur. Hətta qətnamə icraya yönəlməsinə baxmayaraq, qətnamənin icrasını təmin etməyərək süni maneələr törətmişdir. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan, hətta məhkəmə mübahisəsi keçirilən zaman mənzil onun tərəfindən qoyulmuş seyf qapı ilə kilidli olmuşdur. Lakin Cavabdeh3 MMC təmir etməyə imkan vermirdi. Blok qapıları və lift kodla işlədiyindən, yük daşıyıcı lipoçkadan istifadəyə imkan verilmədiyindən təmir üçün lazımı materialları (qum, sement, alçı və sair) mənzilə daşımaq mümkün olmamışdır. Elektrik xətti belə kəsilmişdir. İndi aydın olur ki, Cavabdeh3 MMC-nin maneə olmaqda məqsədi həmin mənzili zəbt etmək idi. Cavabdeh3 MMC-nin rəhbərinin Xətai rayon İcra şöbəsinə verdiyi məktubda Cavabdeh2 yaşadığı qeyd edilsə də, o, buna şübhə edir. Belə ki, əldə etdiyi digər məhkəmə işlərindən məlum olur ki, Cavabdeh3 MMC tərəfindən çoxlu sayda mənzillər bir neçə şəxsin adına sənədləşdirilirmiş. Hər dəfə bir şəxsi ortaya çıxarırlar.
17. Vəsatətinə əsasən Cavabdeh3 MMC xx. xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında protokol üzrə qəbul edilmiş qərardadla məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
18. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mənzil Cavabdeh2 verilməli, sonunsu isə mənzilin razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyərini təşkil edən 118.200 manat X13 tərəfindən cəmiyyətə ödənilmiş, cəmiyyət isə mənzili ona təhvil vermişdir. Beləliklə də, Cavabdeh2 mənzilin mülkiyyətçisi hesab edilmişdir. Bu hal, müqavilə bağlanan zaman Mülki Məcəllənin 178.8-ci maddəsinin qüvvədə olan məzmunu və həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqelədə öz təsdiqini tapır. Onun adına verilmiş maliyyə arayışından və kassa mədaxil orderindən də görünür ki, mənzilə görə onun tərəfindən cəmiyyətə 118.200 manat məbləğində pul ödənilmişdir. Mənzil Cavabdeh2 satıldıqdan sonra sonuncu mənzili təmir etdirmiş və mənzildə yaşamağa başlamışdır. İddiaçı hazırda da həmin mənzildə yaşamağa davam edir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, İddiaçı adlı şəxs onun xəbəri və razılığı olmadan natamam mülkiyyətində olan 108 saylı mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və adına müvafiq çıxarı ş almışdır. Onun tərəfindən bununla bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, çıxarışın verilməsinə əsas İddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 176 saylı müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışı olmuşdur. Əldə etdikləri həmin 176 saylı müqavilənin şərtlərinə əsasən müqavilənin predmeti olan mübahisəli mənzilin Cavabdeh3 MMC tərəfindən İddiaçı verilməsi razılaşdırılmışdır. Halbuki, xx.xx.2010-cu il tarixdən artıq Cavabdeh2 hüquqları ilə yüklü edilmiş 108 saylı mənzilə dair Cavabdeh3 MMC hər hansı şəxs, o cümlədən İddiaçı ilə müqavilə bağlaya bilməzdi, bağlanmış müqavilə isə etibarsızdır. Mübahisəli mənzil ümumiyyətlə İddiaçı təhvil verilməmiş, ondan mənzilə dair pul alınmamışdır. Mənzil heç vaxt onun istifadə və sahibliyində olmamışdı r. Həmin mənzil müqavilə bağlandığı 2010-cu ildən Cavabdeh2 faktiki istifadə və sahibliyində olmuşdur. Qeyd edilənlər Mülki Məcəllənin 452-ci maddəsi ilə də öz təsdiqini tapır. Mübahisəli mənzilə dair xx.xx.2011-ci il tarixli müqavilə bağlanan zaman mənzil artıq Cavabdeh2 satıldığından və onun tərəfindən mənzilin dəyəri tam həcmdə ödənildiyindən Cavabdeh3 İddiaçı ilə müqavilə bağlamaq səlahiyyətinə sahib olmamışdır. Digər tərəfdən xx.xx.2011-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən İddiaçı 108 saylı mənzilin hər kv.m. üçün 550 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 86.680 manat təşkil edir. İddiaçı ümumi məbləğin ilkin payı kimi 10.000 manatını ödəyir, qalan məbləği fiziki şəxs X15 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcək. Lakin xx. xx.2011-ci il tarixli müqavilə üzrə X15 tərəf kimi göstərilməmiş, müqaviləni imzalamamışdır. Müqavilə üzrə tərəf olmayan və müqavilə üzrə hər hansı məsuliyyəti müəyyən edilməyən X7 üzərinə 108 saylı mənzilin yerləşdiyi binada hörgü və mərmər işlərinin görülməsi ilə mənzilin qalan dəyərinin, yəni 76,680 manatın ödənilməsi barədə öhdəlik qoyulmuşdur. X7 bu müqavilədən məlumatı olmaması və ödənilməmiş qalan 76.680 manat pulu ödəmək barədə öhdəçilik götürməsi tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin bütün şərtləri barədə tələb olunan formada razılığın olmamasına dəlalət edir. İstər İddiaçı, istərsə də X15 mənzilin pulunu ödəmədiklərinə görə İddiaçı mənzilə heç bir hüququ yaranmamışdır. Hüququ olmadığı halda, o, qanunsuz yolla mənzilə dair çıxarış almışdır. Digər tərəfdə n mübahisəli mənzil İddiaçı məxsus olsa idi, 2011- ci ildən bugünədək 1 dəfə belə mənzilə baş çəkməməsi inandırıcı deyil. Belə ki, mənzil ona satılmamış, mənzilin qanuni və ilk sahibi Cavabdeh2 olmuş, mənzil onun tərəfindən təmir edilmişdir. Qarşı tərəf mənzilin qapısının sındırıldığını, Cavabdeh2 mənzilə qanunsuz daxil olaraq, təmir etdiyini bildirir. Lakin o, bununla bağlı hüquqmühafizə orqanlarına hər hansı şikayət ünvanlamamışdır. Çünki mənzil ona məxsus olmamış, onun tərəfindən mənzillə bağlı hər hansı ödəniş edilməmişdir. Belə ki, heç bir şəxs qanunsuz olaraq başqa şəxsin mənzilinə daxil ola və xeyli məbləğdə pul xərcləyib, orada təmir apara bilməz. Bu da o deməkdir ki, mənzil məhz Cavabdeh2 məxsus olmuş, o da mənzili təmir etdirmiş və hazırda mənzildə yaşayır. İddiaçı mənzilə dair ç ıxarış alan zaman, bir nəfər belə gəlib mənzilə baxış keçirməmiş, mənzilin ölçüləri götürülməmişdir. Cavabdeh2 hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, qeyd edilən xx.xx.2011-ci il tarixli müqaviləni, xx.xx.2013-cü il tarixli maliyyə arayışını və müqavilə əsasında verilmiş çıxarışın etibarsızlığını mübahisələndirir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)4555/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.mdən ibarət olan 3 otaqlı 108 saylı mənzillə bağlı işə mülki qaydada baxılmış, araşdırma aparılmış və nəticədə yekun qərar qəbul edilmişdir. Həmin məhkəmə araşdırması zamanı, Cavabdeh3 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə mübahisəli mənzil barəsində bağlanılmış müqavilənin ləğv edilməsini xahiş etmiş, müqavilənin etibarsızlığı ilə bağlı hər hansı hallara istinad edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddia tələbi mübahisəli mənzillə bağlı olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.20 21-ci il tarixli, 2(103)-198/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı mülk iş üçün preyudisial əhəmiyyət kəsb edir. Bunun əksinin iddia edilməsi mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməli, məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyət hüquqlarının müdafiə edilməsi və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması, əmlakın iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddianın digər şəxslərin mübahisəli mənzildən çıxarılması hissəsinə isə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbinin göstərilən hissəs i qeyri-müəyyən olduğundan, yəni iddia tələbi kimə qarşı yönəldiyi göstərilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.3-cü, 152.5-ci, 157.4-cü, Mülki Prosessual Məcəllənin 82.3-cü, 218.3-cü, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat
22. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, ”Sahil-D Kompani” MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşə n 108 nömrəli mənzilə cavabdehlər “Sahil-D Kompani" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə əsasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair Cavabdeh3 MMC ilə onun arasında xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mənzil ona təhvil verilməli, o, isə mənzilin razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyərini təşkil edən 118.200 manat onun tərəfindən “Sahil-D Kompani" MMC-yə ödənilmiş, MMC isə mənzili ona təhvil vermişdir. Beləliklə də o, mübahisəli mənzilin mülkiyyətçisi hesab edilmişdir. Çünki, onların arasında müqavilə bağlandığı vaxt (xx.xx.2010-cu il) Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası mülk i Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Plenum Qərarı da bu mövqedən çıxış etmişdir. Onun adına verilmiş maliyyə arayışından və kassa mədaxil orderindən görünürki, həmin mənzilə görə 118.200 manat onun tərəfindən cavabdeh “Sahil-D Kompani" MMC-yə ödənilmişdir. Mənzil ona satıldıqdan sonra o, mənzili təmir etdirmiş və mənzildə yaşamağı başlamışdır. İddiaçı bu gün də həmin mənzildə yaşamaqda davam edir. Mənzil xx.xx.2010-cu il tarixdən onun natamam mülkiyyət hüququ (sahiblik və istifadə hüququ) ilə yüklü olmuşdur. Belə olan halda, həmin mənzil mülkiyyətçi olaraq onun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, İddiaçı adlı şəxs onun xəbəri və ra zılığı olmadan natamam mülkiyyətində olan 108 nömrəli mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və adına müvafiq çıxarış almışdır. Onun tərəfindən bununla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, çıxarışın verilməsinə əsas həmin mənzilə dair Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışı olmuşdur. Əldə edilmiş 176 nömrəli müqavilənin şərtlərinə görə, müqavilənin predmeti olan Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən ümumi sahəsi 157.6 kv.m təşkil edən 3 otaqlı 108 nömrəli mənzilin cavabdeh “Sahil-D Kompani" MMC tərəfindən cavabdeh İddiaçı təhvil verilməsi razılaşdırılmışdır. xx.xx.2010-cu il tarixd ən artıq onun hüquqları ilə yüklü olmuş 108 nömrəli mənzilə dair Cavabdeh3 MMC hər hansı şəxslər, o cümlədən də cavabdeh İddiaçı ilə müqavilə bağlaya bilməzdi, bağlanmış müqavilə isə etirabsız müqavilədir. Mübahisəli mənzil cavabdeh İddiaçı ümumiyyətlə təhvil verilməmiş, ondan mənzilə dair pul alınmamışdır, mənzil onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Həmin mənzil müqavilə bağlandığı 2010-cu ildən onun faktiki istifadə və sahibliyində olmuşdur. İddiaçı ilə “Sahil-D Kompani" MMC arasında xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə imzalandığı zaman bu mənzil artıq ona satılmış, sonuncu isə mənzilin dəyərini MMC-yə tam həcmdə ödəmişdir. Bu səbəbdən “Sahil-D Kompani" MMC həmin müqaviləni bağlamaq səlahiyyətinə sahib olmamışdır. Digər tərəfdən “Sahil-D Kompani" MMC ilə cavabde h İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilənin 2.2-ci maddəsinə görə cavabdeh İddiaçı 108 nömrəli mənzilin hər kv.m üçün 550 manat ödəməyi öz öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 86.680 manat təşkil edir. Cavabdeh İddiaçı ümumi məbləğin ilkin pay kimi 10.000 manatını ödəyir, qalan məbləği fizik şəxs X15 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcək. Lakin xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə üzrə X15 müqavilədə tərəf kimi göstərilməmiş, müqaviləni də imzalamamışdır. Müqavilə üzrə tərəf olmayan və müqavilə üzrə hər hansı məsuliyyəti müəyyən edilməmiş X7 üzərinə 108 nömrəli mənzilin yerləşdiyi binada hörgü və mərmər işlərinin görülməsi ilə mənzilin qalan dəyərinin, yəni 76.680 manatın ödənilməsi barədə öhdəlik qoyulmuşdur. Göründüyü kimi, X15 bu müqavilədən məlumatı olmadığı və ödənilməmiş qalan 76.680 manat pulu ödəmək barədə öhdəçilik götürmədiyi halda tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin bütün şərtləri barədə tələb olunan formada razılığın olmamasına dəlalət edir. İstər İddiaçı, istərsə də X15 mənzilin dəyərini ödəmədiklərinə görə İddiaçı mənzilə heç bir hüququ yaranmamışdır. Hüququ olmadığı halda İddiaçı mənzilə qanunsuz yolla çıxarış almışdır.
24. Cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ƏliyevƏləddin Həsən oğlunun iddiası tamamilə əsassızdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 21(82)-4323/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilərək, mənzilin qe ydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. İddiaçı Cavabdeh3 MMC-dən 2 mənzil, yəni 103 və 108 saylı mənzilləri almışdır. Hazırda mübahisələndirilən 108 saylı mənzil 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh3 MMC 103 və 108 saylı mənzillərin təmir edilməsinə mane olduğundan, İddiaçı Cavabdeh3 MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh3 MMC də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 103 və 108 saylı mə nzilə dair aralarında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia (Cavabdeh3 MMC-nin iddiası) isə rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi Cavabdeh3 MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə minərək, icraya yönəlmişdir. Bundan başqa, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Sah il-D Kompani MMC-yə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan Cavabdeh2 vəkili və nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1095/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə onun iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Cavabdeh3 MMC-nin inşa etdiyi bina, mübahisələndirilən daşınmaz əmlak Bakı şəhəri Xətai rayonu ərazisində yerləşir. Həmin bina ilə bağlı Cavabdeh3 MMC-yə qarşı bütün iddialar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırılmış və çoxlu sayda iddialara baxılıb məhkəmə aktları qəbul edilmişdir. Bakı şəhəri Xəta i Rayon Məhkəməsində Cavabdeh3 MMC-nin ikili satışlar həyata keçirdiyini, saxta müqavilələr əsasında mülkiyyətçilərdən əmlakı geri alıb başqasına satmaq cəhdlərinin olması, Cavabdeh3 MMC haqqında cinayət işinin olması, direktor və təsisçi barədə Ağır Cinayətlər məhkəməsinin hökmünün olmasını bildiklərindən düzüb qoşduqları sonrakı iddiaçılara (əslində hesab edirik ki, öz adamlarıdır) digər cavabdehləri əlavə etməklə ərazi aidiyyətinin dəyişdirilməsinə nail olurlar. Mülki Prosessual Məcəllənin 39.1.-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bundan başqa, Cavabdeh3 MMC və onun rəhbərlikləri barəsində saxta alğı-satqı müqavilələrinin tərtibi və saxta satışların həyata keçirilməsi səbəbindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində212026136 nömrəli cinayət işi açılmışdır. Cinayət işinə prokurorluğun nəzarəti ilə "xxxx" MMC auditor cəlb etmiş və aparılmış audit nəticəsində mənzillərin mülkiyyətçiləri barədə siyahı təsdiq edilmişdir. Onlar tərəfindən bu bərədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2021-ci il tarixli, 38/1141 və 39/1141 saylı vəkil sorğusu ilə müraciət edilmişdir. Həmin qurumun xx.xx.2021-ci il tarixli, ********* saylı cavab məktubu ilə cinayət işi ilə əlaqədar olaraq keçi rilmiş auditin nəticəsində əldə edilmiş alıcıların siyahısında ünvan 2 ünvanında yerləşən 108 saylı mənzilin İddiaçı adına rəsmiləşdirildiyi bildirilmişdir. Audit materiallarında Cavabdeh2 barəsində hər hansı bir məlumat mövcud olmamışdır. Cavabdeh3 MMC bundan əvvəl 103 saylı mənzil üçün də planlaşdırdığı qanunsuzluq kimi saxta bir iddiaçı müəyyən edərək, yenə Bakı şəhəri Xətai Rayon Məhkəməsində deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində İddiaçı qarşı iddia qaldıraraq, onun xəbəri olmadan iddianın təmin edilməsinə nail olmuşdur. Belə ki, həmin iş üzrə iddiaçının ”SahilD Kompani” MMC ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının, 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı, 103 nömrəli mənzilə dair müqavilənin etibarsız hes ab edilməsi haqqında iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-968/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1990/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-968/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. Göründüyü kimi, cinayət məsuliyyətinə cəlb edilmiş Cavabdeh3 MMC-nin rəhbərliyi yenidən təkrar məsuliyyətə cəlb edilə bilməyəcəklərini düşünərək ikili satışlarla gəlir əldə etməyə çalışır. Hazırkı ikili satışlar barədə cinayət işində hər hansı bir məlumat yoxdur. Çünki hökmdə Cavabdeh3 MMC audit rəyi əsas götürülmüş və sonradan ortaya çıxan iddiaçılar barədə məhkəmədə hər hansı bir məlumat olmamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Sahil-D Kompani MMC və 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Eyni zamanda, cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə cavabdehlər Sahil-D Kompani MMC-yə və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı Cavabdeh2 vəkili və nümayəndə si X8 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)1095/2021 saylı. xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Göründüyü kimi, tərəf həmin vaxt hazırda mübahisələndirdiyi müqavilənin mövcudluğundan məlumatlı olmuşdur. İddiaçı müqavilənin etibarsızlığı tələbi üçün qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 2 il sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC-yə, DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız he sab edilməsi və sair tələbinə dair iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdehlər “Sahil-D Kompani" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə əsasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
27. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin hüquqi əsasını onunla Cavabdeh3 MMC arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2010-cu il tarixli alqısatqı müqaviləsi olması təşkil edir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarında, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC tərəfindən verilmiş iddiada İddiaçı ilə aralarında xx.xx.2011-ci il tarixli, 176 nömrə li müqavilənin imzalandığı qeyd olunmuşdur. Eyni zamanda, cavabdeh İddiaçı tərəfindən qeyd olunan müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsi səbəbindən qarşılıqlı iddia üzrə həmin müqavilənin ləğv edilməsi xahiş olunsa da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmişdir. Yuxarıda qeyd olunan hallara əsasən hazırda iddiaçı Cavabdeh2 iddia tələbinin təmin edilməsinə dair əsaslandırma və Cavabdeh3 MMC-nin nümayəndəsinin göstərdikləri hazırki əsaslar ziddiyyətlidir. Belə ki, tələbin əsaslı olmasına dair iddiaçı tərəfindən göstərilən cavabdeh İddiaçı ilə Cavabdeh3 MMC ilə alqı-satqı müqaviləsinin mövcud olmaması qeyd edilsədə, (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli, xx.xx.2 019-cu il tarixli) qətnaməsində Cavabdeh3 MMC tərəfindən verilmiş izahatda müqavilənin mövcud olması, lakin İddiaçı tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsi, hazırki iş üzrə verilmiş izahatında “Həmin mənzillərə dair müqavilələr saxtalaşdırılıb və müqavilələrin yazılması” və “Müqavilələrdə göründüyü kimi mənzillərin dəyəri X10 görəcəyi işlərlə əvəzləşdirilməli” olmasına dair münasibətlər bildirilmişdir. İddiaçı Cavabdeh2 hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin mövcud olmasından xx.xx.2021-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin tələb üzrə iddiaçının n ümayəndəsi tərəfindən verilmiş müvafiq ərizə əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış hesab edilərək, mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Belə olan halda, məhkəmə tərəfindən hazırki iddianın verilməsi üçün iddiaçı Cavabdeh2 münasibətdə kəsici müddətin başlandığı tarixi xx.xx.2021-ci il tarixdən olmasını müəyyən edərək, qanunvericliyə əsasən xx.xx.2022-ci il tarixində bu növ iddialar üzrə 1 illik iddia müddətinin bitməsi təsdiq olunmuşdur. Hazırki iddia tələbinin məhkəməyə xx.xx.2022-ci il tarixində verilməsini nəzərə alan məhkəmə, iddiaçı tərəfindən iddia müddətinə dair maddi hüquq normalarının imperativ tələblərini pozularaq 1 ay 12 gün ötürdükdən sonra verilməsini təsbit etmişdir. Halbuki, iddia m üddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Göründüyü kimi, hazırda mübahisə üzrə kəsici müddətin müəyyən edilməsi zamanı məhkəmə araşdırmasının əsas istiqamətləri tam olaraq müəyyən edilmişdir. Hazırda məhkəmə həm maddi hüquq normaları üzrə, habelə iş üzrə əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən, yəni iddianın verilməsi üçün iddiaçıya münasibətdə kəsici müddətin başlanması və bitməsi təkzib olunmaz sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia tələbinə kəsici müddətin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğundur və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürmüşdür, həmçinin müddətin bərpa edilməsinə dair ərizəyə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə edilməmişdir.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 339.4-cü, 354.1-ci, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.3-cü, 76.1-ci, 76.2-ci, 77.1-ci, 81-ci, 82.3-cü, 89.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına və İn san Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır. c) Birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri
29. Birinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)4555/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh2 apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə qarşı verilmiş etirazın və ikinci iş üzrə verilmiş iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, iddia ərizəsinə qarşı etiraz, habelə mübahisəli mənzilin onun tərəfindən təmir edilməsini, onun orada yaşamasını əks etdirən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Lakin məhk əmə təqdim edilmiş etiraza, sübutlara heç bir münasibət bildirməmiş, tərəflərindən verilmiş izahatlar təhrif edilmiş, nəticədə ədalətsiz qətnamə çıxarılmışdır. Digər tərəfdən onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən heç bir məlumatı olmamış, Cavabdeh3 MMC də ona bu barədə hər hansı məlumat verməmişdir. Həmin qətnamə ona münasibətdə hər hansı preyudisial xarakterə malik deyil. Hər bir halda, onun sahibliyində və istifadəsində olan mənzillə bağlı məhkəmə mübahisəsinin getdiyini, başqa bir şəxsin onun mənzilinə çıxarş aldığını və almaq istədiyini bildiyi halda, bu məsələyə etinadsız yanaşması və məsələ ilə maraqlanmaması inandırıcı və mümkün deyil. Həmçinin, məhkəmə iclas zalında iddiaçının nümayəndəsi və vəkili iddiaçının həmin binada 103 saylı mənzili ndə olduğunu bildirmişdir. Güya iddiaçı həmin mənzili təmir etdirib, mənzildə yaşayır. Necə ola bilər ki, eyni binada mənzilin ola, orada yaşayasan, lakin 1 dəfə də olsun ona məxsus mənzilə baş çəkməyəsən və necə ola bilər ki, eyni binada onun mənzilini hər hansı şəxs təmir etdirib yaşasın, lakin o, bunu görməsin, hadisəyə qarşı etinasız qalsın. İşin bu kimi halları şübhə doğurmasına baxmayaraq, məhkəmə ancaq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə istinad etmişdir. Halbuki, artıq qeyd edildiyi kimi onun həmin qətnamələrdən məlumatı olmamışdır. ç) İkinci iş üzrə apellyasiya şikayətinin dəlilləri
31. İkinci iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən də Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Cavabdeh2 apellyasiya şikayətinin məzmununu birinci iş üzrə verilmiş iddia ərizəsinə qarşı verilmiş etirazın və apellyasiya şikayətinin, habelə ikinci iş üzrə verilmiş iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, müddətin ötürülməsi ilə bağlı məhkəmənin mövqeyi də tamamilə əsassızdır. Belə ki, elektron kabinetə yüklənmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixində imzalandığından müqavilənin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində icraat
33. İddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İmran oğlu bir inci iş üzrə verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli 108 saylı və həmin korpusda yerləşən 103 saylı mənzili satın almışdır. Lakin Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti binanın təhvil verilməməsi əsası ilə həmin mənzili qeydiyyata almadığından, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə onun iddiası təmin edilmiş, mənzilin qeydiyyata alınması 1 saylı Bakı ərazi idarəsinin üzərinə öhdəlik olaraq qoyulmuş və nəticədə mənzil qeydiyyata alınaraq, çıxarış verilmişdir. Cavabdeh3 MMC 103 və 108 saylı mənzillərin təmir edilməsinə mane olduğundan İddiaçı Cavabdeh3 MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, Cavabdeh3 MMC də ona qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ilə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin, Cavabdeh3 MMC-nin qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh3 MMC-nin apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən 103 saylı mənzil təhvil verilmiş, lakin icra sənədi 108 saylı mənzilə aid hissədə İddiaçı qoyduğu dəmir seyf qapı sökülərək başqası ilə əvəz edildiyindən və mənzil bağlı olduğundan icra edil ə bilməmişdir. Cavabdeh3 MMC istər qarşılıqlı iddiada, istərsə də apellyasiya şikayətində, nə də məhkəmə proseslərində mənzilin üçüncü şəxs Cavabdeh2 satıldığı barədə hər hansı bir qeyd etməmişdir. Çünki Cavabdeh3 MMC həmin vaxt Cavabdeh2 adında şəxsi ümumiyyətlə tanımırdı. İcra prosesində qonşuların verdiyi məlumata əsasən mənzildə bir türk vətəndaşının yaşadığı bildirilmişdir. Pandemiya məhdudiyyətlərindən yararlanan Cavabdeh3 MMC onlar tərəfindən qoyulmuş dəmir seyf qapını sökərək başqa seyf qapı qoymaqla mənzili tələm-tələsik təmir etdirmişdilər ki, faktiki yaşayana üstünlük verilsin. Bina vaxtında təhvil verilmədiyindən və eyni mənzillərə dair təkrar satışlar (iki satışlar) olduğundan vətəndaşların şikayətləri üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfində cinayət işi açılmışdır. Prokurorluğun tələbi və nəzarəti altında Cavabdeh3 MMC-nin direktoru C.Məzahirin iştirakı ilə (qeyd edilən müqavilələri imzalayan direktor) xx.xx.2013-cü il tarixdə audit yoxlaması keçirilmiş və alqı-satqı müqavilələri siyahıya alınmış, ilkin alıcılar müəyyən edilməklə zərəçəkmişlərə görə MMC-nin direktoru və təsisçisi haqqında ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin şəxslər haqqında hökm çıxarılmışdır. Onlar tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəkil sorğusu ilə müraciət edilmiş və həmin idarənin xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı cavab məktublarında cinayət işi ilə əlaqədar olaraq keçirilmiş auditin nəticəsində əldə edilmiş alıcıların siyahısında ün van 7 ünvanında yerləşən 103 və 108 saylı mənzilin İddiaçı adına rəsmiləşdirildiyi və Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin olmadığı bildirilmişdir. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmiş Cavabdeh3 MMC-nin rəhbərləri cəza çəkəndən sonra məsuliyyətdən azad olduqlarını düşünərək, köhnə tarixə saxta müqavilələr hazırlayaraq yenidən gəlir əldə etməyə çalışırlar. Cavabdeh3 MMC-nin rəhbərliyinin qanunsuz əməllərinə dözməyən sakinlər MMMC təsis edərək, Cavabdeh3 MMC-ni binanın həyətindən çıxarmışlar. İddiaçı Cavabdeh3 MMC-dən məhz həmin binadan 3 mənzil əldə etmişlər, 2 mənzil onun, bir mənzil oğlu Rəhimov Ceyhunun. Cavabdeh3 MMC hər 3 mənzili mübahisələndirmişdir. X24 məxsus olan 78 saylı mənzilə dair yeni müştəri tapa bilməyən Cavabdeh3 MMC müqavilənin ləğ vini tələb etmiş, lakin onun iddiası rədd edilmişdir. "xxxx" MMC-nin həmin iş üzrə apellyasiya və kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilərək, icra olunmuş, nəticədə mənzil ona təhvil verilmişdir. 103 saylı mənzillə bağlı məhkəmə mübahisəsi də İddiaçı xeyrinə bitmişdir. Göründüyü kimi, Cavabdeh3 MMC İddiaçı aid 103 saylı mənzilə dair senarini 108 saylı mənzildə də təkrar edir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1404/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(103)-1404/2023 saylı mülki iş birlikdə baxılması üçün 2(103)-1293/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
35. Məhkəmə iclası nda iştirak edən iddiaçı, eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzillə bağlı vaxtı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş işdən qarşı tərəfindən götürülmüş və məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli yerində müayinə protokolu sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin işlə o da tanış olmuş və bu zaman müəyyən edilmişdir ki, mülki iş materialları sökülərək, yenidən tikilmiş, orada olan məhkəmə iclas protokolu və “yerində baxış keçirilməsinə dair müayinə protokolu” iş materialları içərisindən çıxarılmış və əvəzinə yeni protokollar iş materiallarına tikilmişdir. Qeyd edilənləri gözlə görmək belə mümkündür. Belə ki, görünür ki, iş materialları yeni s aplarla tikilmiş, bunu gizlətmək üçün işə yeni üzlük əlavə edilmişdir. Halbuki, təbii köhnəlmə nəticəsində 4 ilə yaxın müddət ərzində iş materiallarında olan sənədlərin rəngləri dəyişmiş, ağ rəng çaları sarıntıl-boz rəngə çevrilmişdir. Lakin məhkəmə iclas protokolu və müayinə protokolu isə dümağ kağız olmaqla, yeni çap edilmiş kimi iş materiallarına əlavə edilmişdir. Həmin iş materialları ona görə dəyişdirilmişdir ki, 2019-cu ildə həmin mənzilin boş olması və mənzilin məhkəmə qərarından sonra Cavabdeh2 oğu tərəfindən təmir edildiyi hazırki iş üzrə sübuta yetirilsin. Göstərilənlərin nəzərə alınmasını və qeyd edilən protokolun sübut kimi qəbul edilməməsini və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
36. Məhkəmə iclasında telefon vasitəsi ilə iddiaçı, eyni zamanda Cavabdeh2 ilə (“Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Cavabdeh2 adına bir neçə telefon nömrəsinin olduğu müəyyən edilmiş və həmin nömrələrdən biri olan ***-***-**-** nömrəyə zəng edildikdə və zəngə cavab verən şəxs Cavabdeh2 olduğunu və hazırda onun mənzillə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişdir) əlaqə yaradılmış və ona verilmiş suallara cavab olaraq sonuncu bildirmişdir ki, o, hazırda Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildə yoldaşı və 3 övladı ilə birgə yaşayır, lakin həmin mənzildə hansı tarixdən yaşamasını və mənzili nə vaxt təmir etdirməsini xatırlamır. Eyni zamanda, mənzilin koridorunda divarların divar kağızı və ya boya olması, evin neçə otaqdan ibarət olması, mənzilin sanitar qovşağına hansı rəngdə kafelin vurulması və onu n hazırki iş üzrə təmsil edən vəkilin adının nə olması barədə suallara cavab verə bilməmiş, həmin mənzildə pandemiya dövründə yaşaması barədə suala isə bir qədər düşündükdən sonra yaşadığını qeyd etmiş və nəticədə telefon əlaqəsini birtərəfli qaydada kəsmişdir.
37. Məhkəmə iclasında iddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İmran oğlu apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 hazırda 3 övladı ilə birlikdə Şuşa şəhərciyində yaşayır, onun maddi vəziyyəti çox aşağıdır, yəni, mənzil ona məxsus deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir
38. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC -nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş edərək, verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Mənzildə onlarla birlikdə Cavabdeh2 bir qohumu da (kişi) onlarla birlikdə yaşayır. Cavabdeh2 övladlarını isə həmin binaya girib-çıxarkən görməmiş və tanımamışdır. Həmin mənzil Cavabdeh2 tərəfindən 2017-ci ilin sonlarında təmir etdirilmiş və o, həmin mənzildə 2018-ci ildən bu günədək yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5988/2019 saylı mülki iş üzrə keçirilən yerində müayinədə o da iştirak etmişdir. Yerində müayinə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, 4-cü korpusda yerləşən 103 saylı mənzildə aparılmış, lakin 108 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzil üzrə yerində müayinənin aparılması mümkün olmamışdır.
39. Məhkəmə iclasında şahid qismində iştirak edən Mehmet Şahin məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, hazırki iş üzrə tərəf olan Cavabdeh2 ona yaxın insandır. O, təmir-tikinti işi ilə məşğuldur. Onlar görüşəndə Cavabdeh2 ona bildirdi ki, yeni mənzil alıb, lakin təmiri yoxdur. Təxmini 2017-ci ilin sonlarında o, Cavabdeh2 ilə birgə həmin mənzilə baxmağa getmiş, evdə heç qapı-pəncərə belə olmamışdır. Cavabdeh2 binadan təmir aktını alandan sonra hissə-hissə təmir işlərinə başlamışlar. Həmin təmir işləri ilə bağlı bütün maliyyəni Cavabdeh2 qarşılayardı, onun köməkliyi isə usta xərcini daha aşağı etmək idi. Məhz bu köməkliyinə və yaxın münasi bətinə görə hazırda o, həmin mənzildə yaşayır. Sadəcə o, işləri ilə bağlı Türkiyəyə gedəndə Cavabdeh2 qısa müddətli həmin mənzildə gəlib yaşayır. Mehmet Şahin verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh2 həm Naxçıvanda, həm də bu evdə yaşayır. O və yoldaşı məcburi köçkündür, bu səbəblə də onlar qaçqın şəhərciyində dövlət tərəfindən verilmiş evdə yaşayırlar, onun neçə övladı olduğunu isə bilmir. Hazırda həmin mənzildə daimi olaraq yaşamadığını, lakin bu yaxınlarda köçəcəyini bildirmişdir. Qeyd edilən mənzildə 2018-ci ildən etibarən yoldaşı ilə birgə yaşayır. Mənzildə mətbəx mebeli Cavabdeh2 məxsusdur, yataq dəstini isə o, almışdır. O, həmin mənzildə təmənnasız qalmış, sadəcə kommunal xərcləri ödəmişdir. O, tək yaşayan vaxt Cavabdeh2 tez-tez gəlib mənzildə qalırdı. Cavabdeh2 2018 -ci ildən bu günədək ümumilikdə 6 ay həmin mənzildə yaşayıb. Hətta mənzilin dizaynını Cavabdeh2 özü vermişdir. Belə ki, mənzilin divar kağızını isə o, işlə məşğul olan Çinarə adlı bir xanım seçmişdir. Mənzildə boyadan istifadə olunmamışdır.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X9 və X6) 2(103)-1293/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətləri təmin edilmədən, birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4555/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi, ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Məhkəmə kollegiyası ap ellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etmişdir ki, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 108 saylı, yəni eyni mənzilin satışına dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə, İddiaçı ilə isə xx.xx.2011-ci il tarixdə müqavilələr imzalanmış və hər iki şəxsə bu mənzilin dəyərinin tam ödənilməsi barədə müvafiq olaraq xx.xx.2010-cu və xx.xx.2013-cü il tarixlərdə maliyyə arayışları verilmişdir. Hazırda Cavabdeh2 həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, alınan vaxtdan mənzilin onun istifadə və sahibliyində olduğunu, mənzili təmir etdirdiyini və hazırda mənzildə yaşadığını, İddiaçı, habelə onun müqaviləsində mənzilin dəyərinin müəyyən hissəsinin əvəzi olaraq aidiyyəti t ikinti işləri görməli olan X15 tərəfindənmənzilin dəyərinin ödənilmədiyini, mənzilin İddiaçı təhvil verilmədiyini, mənzilin heç vaxt onun istifadə və sahibliyində olmadığını, onunla daha əvvəl müqavilə bağlandıqdan, mənzilin dəyəri tərəfindən tam ödənildikdən və bununla da mənzil onun hüquqları ilə yüklü edildikdən Cavabdeh3 MMC-nin ümumiyyətlə İddiaçı ilə müqavilə bağlamaq səlahiyyətinə sahib olmadığını iddia edir və xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir.
42. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə tərəflərdən birinin müqavilə öhdəliyini yerinə yetirməməsi həmin müqavilənin etibarsızlığı əsaslarından biri kimi deyil, müqavilənin ləğvi əsası kimi müəyyən edilmişdir. Həmçinin, həmin dəlilləri irəl i sürmək üçün subyektiv hüquq Cavabdeh2 deyil, həmin müqavilənin tərəfi olan Cavabdeh3 MMCyə məxsudur. Cavabdeh3 MMC-nin istinad olunan əsaslarla İddiaçı qarşı həmin müqavilənin ləğv edilməsi tələbinə dair iddiası da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə, İddiaçı Cavabdeh3 MMC qarşısında xx.xx.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin müqavilənin etibarsız hesab edilməsi barədə Cavabdeh2 dəlilləri əsassızdır.
43. Məhkəmə kollegiyası Cavabdeh2 xx.xx.2011-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması mövqeyindən çıxış etməsini nəzərə alıb, vurğulayır ki, onun bu barədə iddiasına (bir dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1095/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmasına baxmayaraq) iddia müddəti tətbiq edilə bilməz. Həmçinin, Cavabdeh2 yuxarıda qeyd edilən mülki iş üzrə tərəf olmamışdır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları onun hazırki iddiasına münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyil.
44. Mübahisəli mənzilə dair Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin onunla müqavilə bağlandıqdan sonra bağlanması səbəbindən etibarsız olması dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, mülki-hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və y a istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.
45. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır.
46. Nəzərə alınmalıdır ki, 2 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 4323/2018 nömrəli qərarı əsasında İddiaçı mübahisəli mənzilə dair mülkiyyət (o cümlədən sahiblik və istifadə) hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sonradan Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4323/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh3 MMC-nin ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Cavabdeh3 MMC üçüncü şəxs qismində cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-4323/2018 saylı qərarı ləğ v edilmiş, hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bununla belə, İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş məhkəmə qərarı artıq ləğv edilmiş və o, hüquqi nəticə etibarı ilə hazırda mübahisəli mənzilin formal mülkiyyətçisidir. Halbuki, bu ərizə Cavabdeh3 MMC tərəfindən deyil, müqavilə əsasında bu mənzilin sahibi olmasını iddia edən Cavabdeh2 tərəfindən verilməli idi.
47. Lakin müddət etibarı ilə Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında müqavilə daha əvvəl, yəni xx.xx.2010-cu il tarixdə bağlanmasına baxmayaraq, bu hal Cavabdeh3 MMC-nin mübahisəli mənzilin İddiaçı deyil, məhz Cavabdeh2 təhvil verilməsi barədə öhdəliyinin yaranması kimi qəbul edilə bilməz.
48. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı vurğulayır ki, mübahisəli mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə bağlanmasına baxmayaraq, həmin mənzilin sahibi olaraq Cavabdeh2 ilk dəfə 2020-ci ilin sonunda, yəni 10 ildən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmaqla üzə çıxmışdır (iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır). İddiaçı mübahisəli mənzillə bağlı ilk mübahisəsi isə 2018-ci ilə təsadüf edir.
49. İddiaçı ilə Cavabdeh3 MMC arasında yaranmış mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman sonuncu qarşılıqlı iddia üzrə xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etmiş və iddiasının əsası kimi mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin ödənilmədiyini, yəni müqavilə üzrə öhdəliklərin icra edilməməsini əsas gətirmişd ir. Lakin nə həmin iddiada, nə apellyasiya şikayətində, nədə ki, birinci (Bakı şəhəri Xətai Rayon Məhkəməsi) və apellyasiya instansiya məhkəməsində icraat zamanı bu mənzilin Cavabdeh2 məxsus olduğunu və onunla xx.xx.2010-cu il tarixdə müqavilə bağlandığını bildirməmiş, yalnız məhkəmə aktının icra mərhələsində olduğu dövrdə (2022-ci il) bu mövqedən çıxış etməyə başlamış və xx.xx.2010-cu il tarixli müqaviləyə istinad etməyə başlamışdır. Hazırda da mübahisəli mənzilin Cavabdeh2 məxsus olduğunu, onun mənzili təmir etdiyini və mənzildə 2018-ci ilin oktyabr ayından hazıradək yaşadığını qətiyyətlə bildirir, hətta bu barədə məhkəməyə rəsmi arayış da təqdim edir. Halbuki, artıq müəyyən edildiyi kimi, Cavabdeh3 MMC ilə İddiaçı arasında baş vermiş məhkəmə mübahisəsi 2019-cu ilə təsadüf edir. Bu bax ımdan 2018-ci ildən mübahisəli mənzildə Cavabdeh2 yaşaması barədə məlumat birmənalı şəkildə iddia ərizəsində və apellyasiya şikayətində öz əksini tapmalı idi. Başqa sözlə, Cavabdeh3 MMC bu barədə məlumat verməyə bilməzdi, məlumat verməyə borclu idi. Bu da öz növbəsində həmin şəxsin 2018-ci ildən mübahisəli mənzildə yaşamasını istisna edir. 50 Cavabdeh2 nəinki 2018-ci ildə, həmçinin 2019-cu ildə mübahisəli mənzildə yaşamaması, hətta mənzilin təmirsiz olması səbəbindən yaşamasının qeyri-mümkün olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə xx.xx.2019-cu il tarixdə keçirilmiş yerində müayinənin nəticələrinə dair tərtib edilmiş protokolun məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, həmin protokolda mübahisəli mənzilin (108 saylı) istifadəyə verilmədiyi, orada yaşayışın olm adığı, mənzilin təmirsiz olduğu qeyd edilmişdir. Cavabdeh2 bununla bağlı məhkəməyə vəsatət təqdim edərək, həmin protokolla onun vəkili və nümayəndəsinin də tanış olduğunu, protokolun saxta olduğunu və sonradan yazıldığını, kağızının 4 il əvvələ aid kağıza bənzəməməsini, işin yeni saplarla tikilməsini və sair bildirir. Bu da öz növbəsində məhkəməyə real olaraq məhz hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş işdə olan yerində müayinə protokolunun təqdim edildiyini təsdiq edir (hər iki tərəf onun məzmunu ilə tanışdır). Həmin protokola hər hansı qeyd verilməmiş, mülki iş həmçinin, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Bu səbəbdən mülki işin materiallarında olan və işə vaxtı ilə baxmış (sədrlik edən) hakim X2 və məhkəmə iclas katibi X14 tərəfindən imzalanmış prot okolun həqiqiliyi şübhə doğura bilməz. Bununla belə, Cavabdeh2 2019-cu ildə də həmin mənzildə yaşaya bilməzdi. 51 Cavabdeh3 MMC tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda da 108 saylı mənzil mübahisəli mənzillərin siyahısına daxil edilmişdir. Bununla belə, cəmiyyət hər hansısa konkret əsasa və ya hala söykənərək, bu mənzili də mübahisəli mənzillər siyahısına daxil etmişdir. Tarix etibarı ilə həmin vaxt xx.xx.2010-cu il tarixli müqavilə mövcud olmalı idi. Cəmiyyətin həmin mənzilə dair İddiaçı ilə bağladığı müqavilə üzrə mənzilin müəyyən edilmiş dəyərinin ödənilməməsi mövqeyindən çıxış etməsi və qarşılıqlı iddia üzrə bu əsasla müqavilənin ləğv etməsini tələb etməsi, həmin va xt da Cavabdeh2 ilə bağlanmış müqavilə barədə hər hansı məlumat təqdim etməməsi bu mənzilin Cavabdeh2 məxsus olması səbəbindən mübahisəli mənzillər siyahısına daxil edilməsini istisna edir. Bununla da belə qənaətə gəlmək olur ki, 2017-ci ildə mübahisəli mənzillə bağlı Cavabdeh2 aid hər hansı müqavilə mövcud olmamışdır. 52 Məhkəmə kollegiyası o halı da vurğulaymışdır ki, Cavabdeh3 MMC-də bir mənzilin iki şəxsə satılması halları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət işi qaldırılmış və istintaq aparılan zaman mənzil sahiblərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda da mübahisəli mənzilin (108 saylı) İddiaçı adına rəsmiləşdirildiyi qeyd edilmişdir. Nəzərə alınmalı dır ki, qeyd edilən aktın tərtib edilməsi zamanı mənzillərə dair bağlanmış müqavilələr “Sahil-D “ Kompani MMC-nin əməkdaşlarının iştirakı ilə (hər bir halda müqavilələr və mənzil sahibləri barədə məlumat Cavabdeh3 tərəfindən verilmişdir) araşdırılmışdır. Aktda Cavabdeh2 nəinki 108 saylı, ümumiyyətlə hər hansı mənzilin sahibi olması barədə qeyd aparılmamışdır. Bununla da hələ 2013-cü ildə Cavabdeh3 MMC-nin özü də mübahisəli mənzilin sahibi qismində məhz İddiaçı tanımışdır. Cavabdeh3 MMC-nin İddiaçı ilə bağladığı xx.xx.2011-ci il tarixli müqavilənin ləğvini mübahisələndirməsi də hüquqi nəticə etibarı ilə MMC tərəfindən həmin müqaviləni etibarlı və real olaraq bağlanmış kimi qəbul etməsini təsdiq edir. Nəzərə alınmalıdır ki, mübahisəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı müqavilə ilə eyni tarixdə deyil, müqavilənin bağlanmasından iki ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2013-cü il tarixdə İddiaçı verilmişdir. Bu halın özü də tərəflər arasında real müqavilə münasibətlərinin olmasını, mənzilin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin həmin müddət ərzində icra edilməsini və 2013-cü ildə də Cavabdeh3 MMC-nin mənzilin sahibi qismində məhz İddiaçı qəbul etməsini bir daha təsdiq edir.
53. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, Cavabdeh2 2010-cu ildən mübahisəli mənzilə sahiblik etdiyini, mənzili təmir etdirərək, 2018-ci ildən bu günədək mənzildə yaşadığını bildirir. Cavabdeh3 MMC də bu mövqedən çıxış edərək, mübahisəli mənzildə Cavabdeh2, onun həyat yoldaşının və başqa bir qohumunun (kişi) yaşadığını bildirir. Təbii ki, həmin mənzildə yaşayan şəxslər barədə ən dəqiq məlumatı Cavabdeh2 verə bilər. Məhkəmə kollegiyası da bu məntiqə sığınaraq, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə tərəflərin də iştirak etdiyi məhkəmə iclas zalından mobil telefon vasitəsi ilə informasiya sistemi vasitəsi ilə Cavabdeh2 adına bir neçə telefon nömrəsinin olduğu müəyyən edilmiş və həmin nömrələrdən biri olan ***-***-**-** nömrəyə zəng edildikdə, zəngə cavab verən şəxs Cavabdeh2 olduğunu və hazırda onun mənzillə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişdir) Cavabdeh2 ilə əlaqə yaratmış və ona verilmiş suallara cavab olaraq sonuncu bildirmişdir ki, o, hazırda Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildə yoldaşı və 3 övladı ilə birgə yaşayır, lakin həmin mənzildə hansı tarixdən yaşamasını və mənzil i nə vaxt təmir etdirməsini xatırlamır (halbuki, bu zəngdən bir neçə gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə onun tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş vəsatətin 2ci səhifəsinin “Eyni zamanda qeyd edim ki,” sözləri ilə başlayan abzasının birinci cümləsində “Mübahisəli mənzilin 2017-ci ildə təmir etdiyimi və 2018-ci ildən həmin evdə yaşadığımı təsdiq edəcək çox saylı şahidlərim var” sözləri qeyd edilmişdir. Belə olan halda, onun bu suala cavab verə bilməməsi anlaşılmazdır). Eyni zamanda, mənzilin koridorunda divarların divar kağızı və ya boya olması, evin neçə otaqdan ibarət olması, mənzilin sanitar qovşağına hansı rəngdə kafelin vurulması və onun hazırki iş üzrə təmsil edən vəkilin adının nə olması barədə suallara cavab verə bilməmiş, həmin mənzildə pa ndemiya dövründə yaşaması barədə suala isə bir qədər düşündükdən sonra yaşadığını qeyd etmiş və nəticədə telefon əlaqəsini birtərəfli qaydada kəsmişdir. Başqa sözlə, 2017-ci ildə təmir etdirib, 2018-ci ildə mənzilə köçdüyünü və bu gün də mənzildə yaşadığını iddia edən Cavabdeh2 ən sadə, yəni 5 ilə yaxın müddət ərzində mənzilinin hər gün dəfələrlə qarşısından keçdiyi koridorunun divarının boya və ya divar kağızı olması sualını verə cavablandıra bilmir. 2010-cu ildən sahibliyində olduğunu iddia edən mənzilin otağının sayı barədə suala belə cavab verə bilmir. Mənzillə bağlı verilə bilən bundan ümumi və asan sual yoxdur. Lakin Cavabdeh2 bu suallara cavab verə bilmir. Sual-cavab zamanı onun heç vəkilinin adını da bilməməsi müəyyən edilir. Başqa sözlə, onun nə mənzildən, nədə ki, mənzildə aparıl mış təmirdən ümumiyyətlə məlumatı yoxdur. O da qeyd olunmalıdır ki, bu hadisədən sonra Cavabdeh2 növbəti məhkəmə iclasına gəlməli və məsələyə aydınlıq gətirməli idi. Lakin gəlməmişdir. Bu halların mövcudluğu da onun mənzildə yaşamaması və mənzili təmir etdirməməsi qənaətinə gəlmək üçün bilavasitə əsas verir. Ümumiyyətlə mövcud vəziyyətdə bu qənaətə gəlmək üçün hər hansı hüquqi tətbiq etməyə də zərurət yoxdur, anlaqlı insan fərdi olmaq kifayət edir.
54. Məhkəmə kollegiyası telefon danışığı ilə kifayətlənməyərək, məsələyə aydınlıq gətirilməsi üçün mübahisəli mənzildə yerində müayinə keçirmiş və tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı mübahisəli mənzilin qapısını bir qadın açmış və həmin mənzildə həyat yoldaşı Mehmet Şahin adlı şəxslə 3 aydır ki, kirayə əsaslarla yaşadığını, mənzilin Ələddin adlı şəxsə məxsus olduğunu, onu gördüyünü (tanıdığını) bildirmiş, lakin təsvir edə bilməmişdir. Eyni zamanda, həmin mənzilin yerləşdiyi bina üzrə "xxxx" MMMC yaradıldığı və binanın idarəçiliyinin həmin cəmiyyətdə olduğu bildirilmiş, cəmiyyətin sədri kimi özünü təqdim edən X11 mübahisəli mənzildə bir neçə ildir ki, Mehmet Şahin adlı şəxsin yaşadığını, Cavabdeh2 tanımadığını bildirmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahata zidd olaraq, müqavilənin Cavabdeh2 adına tərtib edildiyini, mənzildə Mehmet Şahin adlı şəxsin yaşadığını, həmin mənzilin Mehmet Şahinə məxsus olub-olmadığını bilmədiyini, mənzilin təmir işlərinə Mehmet Şahinin rəhbərlik etdiyini, müqaviləyə görə mənzilin Cavabdeh2 məxsus olduğunu bildirmişdir.
55. Yerində müayinədən sonr a növbəti məhkəmə iclasına dəvət edilmiş Mehmet Şahin şahid olaraq mübahisəli mənzillə bağlı verdiyi ifadəsində Cavabdeh2 yaxın insanı olduğunu, mənzilin təmir işləri ilə bağlı bütün maliyyəni Cavabdeh2 tərəfindən qarşılandığını, o da usta xərcinin aşağı olması ilə bağlı köməklik etdiyini, məhz bu köməkliyinə və yaxın münasibətinə görə hazırda həmin mənzildə yaşadığını, Cavabdeh2 və yoldaşının məcburi köçkün olduğunu, bu səbəblə də onların qaçqın şəhərciyində dövlət tərəfindən verilmiş evdə yaşadıqlarını, onun neçə övladının olması barədə isə məlumatının olmadığını, qeyd edilən mənzildə 2018-ci ildən etibarən yoldaşı ilə birgə yaşadığını, mənzildə təmənnasız qaldığını, sadəcə kommunal xərcləri ödədiyini, o, tək yaşayan vaxt Cavabdeh2 tez-tez gəlib mənzildə qaldığını. Cavabdeh2 2018-ci ildə n bu günədək ümumilikdə 6 ay həmin mənzildə yaşadığını bildrimişdir.
56. Mehmet Şahinin ifadəsi ümumiyyətlə həm Cavabdeh2, həm də Cavabdeh3 MMC-nin mövqeyi ilə ziddiyyət təşkil etmiş və nəticədə Cavabdeh2 həmin mənzildə yaşamaması bir daha öz təsdiqini tapmışdır. Mehmet Şahinin özünün ifadəsi də ziddiyyətlidir. Belə ki, özünü Cavabdeh2 yaxını kimi təqdim edən Mehmet Şahin onun övladları barədə məlumatlı olmadığını bildirir. Eyni zamanda, belə çıxır ki, Cavabdeh2 həyat yoldaşı və 3 uşağı ilə birlikdə qaçqın şəhərciyində yaşadığı bir vəziyyətdə, onun 3 otaqlı, tam təmirli mənzilində kirayə haqqı ödəmədən, yalnız kommunal xərcləri ödəməklə (halbuki, "xxxx" MMMC Mehmet Şahinin kommunal xərcləri ödəmədiyini bildirir) tam rahatçılıqla 2018-ci ildən etibarən Mehmet Şahin öz həyat yoldaşı ilə yaşa yır. Halbuki, dostluğu təbliğ edən nağıllarda belə Cavabdeh2 Mehmet Şahinə yaratdığı şərait (reallıqdan çox uzaq olması səbəbindən) nümunə və ya baş vermiş hadisə kimi göstərilə bilməz.
57. Məhkəmə kollegiyası o hala da diqqət yetirir ki, xx.xx.2020-cu il tarixli müqavilədən və maliyyə arayışından fərqli olaraq xx.xx.2011-ci il tarixli müqavilənin nömrəsi, xx.xx.2013-cü il tarixli maliyyə arayışın isə tarixi var. Həmçinin, xx.xx.2011-ci il tarixli müqavilədən fərqli olaraq xx.xx.2010-cu il tarixli müqavilənin sonunda Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin məlumatları əks etdirilməmişdir. Cavabdeh2 hazırda yeni şəxsiyyət vəsiqəsindən istifadə edir. Bu da yuxarıda müəyyən edilmiş hallar baxımından bir daha belə qənaətə gəlməyə imkan verir ki, həmin müqavilə ümumiyyətlə xx.xx.2010-cu il tarix də bağlanmamış və sadəcə olaraq həmin tarixə rəsmiləşdirildiyindən və həmin vaxt üçün Cavabdeh2 istifadəsində olan şəxsiyyət vəsiqəsi artıq dəyişdirildiyindən müqaviləyə bu barədə məlumatları daxil etmək mümkün olmamışdır.
58. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz İddiaçı sahiblik etməyə başlamışdır. Cavabdeh2 mənzili təhvil almamış və mənzildə heç vaxt yaşamamışdır. Buna uyğun olaraq, Cavabdeh3 MMC-nin mübahisəli mənzilin Cavabdeh2 deyil, məhz İddiaçı təhvil verilməsi barədə öhdəliyi yaranmışdır. Həm bu, həm də yuxarıda qeyd edilən səbəblərdən İddiaçı Cavabdeh3 MMC ilə bağladığı xx.xx.2011-ci il tarixli müqaviləsi tam etibarlı müqavilədir. Bu da öz növbəsin də Cavabdeh2 bu barədə iddiasının rədd edilməsini, qarşı tərəfin isə iddiasının təmin edilərək, onun mübahisəli mənzildən çıxarılmasını və mənzilin İddiaçı təhvil verilməsini şərtləndirir. Belə ki, İddiaçı Cavabdeh3 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması məhkəmə qaydasında öz həllini tapmış, Cavabdeh2 isə mənzilin onun istifadə və sahibliyndə olmasını bildirir. Bu səbəbdən bu mübahisənin həlli qaydasında hüquqi nəticə etibarı ilə məhz Cavabdeh2 mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir.
59. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 152.5, 157.2, 337, 385.1, 389.1, 354.1, 354.2, 404.1, 425.1, 442, 452.1, 752.1, 762.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1293/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
61. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkəmənin müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri irəli sürmək üçün subyektiv hüququnun Cavabdeh2 deyil, həmin müqavilənin tərəfi olan Cavabdeh3 MMC-yə məxsus olması ilə bağlı mövqeyi ilə bağlı bildirirk ki, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə üçüncü şəxslər də müqavilənin etibarsızlığı ilə bağlı iddia irəl i sürə bilər. Cavabdeh2 hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Nəticə etibarı ilə MTK-nın və ya başqa şəxslərin qanunazidd (1 mənzilin bir neçə şəxslərə satılması ilə bağlı) hərəkətləri nəticəsində Cavabdeh2 hüquqları pozulmuşdur. xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia müddətinin ötürülməsi ilə bağlı bildirir ki, onun bu barədə iddiasına (baxılmamış saxlanılmasına baxmayaraq) iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Cavabdeh2 Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə tərəf olmamışdır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları onun hazırki iddiasına münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyildir. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə (xx.xx.2010-cu il tarixdə) Cavabdeh3 MMC ilə İddi açı arasında bağlanmış (xx.xx.2011-ci il tarixdə) müqavilədən əvvəl bağlanmışdır. Göründüyü kimi Sahil-D Kompani” MMC ilə İddiaçı arasında müqavilə bağlananda artıq mənzil Cavabdeh2 mülkiyytində olmuşdur. Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı“çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Cavabdeh3 MMC yox bu müqavilə əsasında mənzilin sahibi olmasını iddia edən Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə verməli idi-fikri ilə bağlı isə qeyd edilməlidir ki, sözügedən mənzillə bağlı məhkəmə mübahisəsinin olması barədə Cavabdeh2 heç bir məlumatı olmamışdır. Cavabdeh3 MMC isə sözügedən məzillə bağlı mə hkəmə mübahisələrinin olması barədə Cavabdeh2 heç bir məlumat verməmişdir. Odur ki, Cavabdeh2 məhkəmə mübahisələrindən məlumatlı olmadığı üçün üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə də məhkəməyə təqdim etməmişdir. Belə olan halda Cavabdeh2 heç bir məlumatı olmadığı təqdirdə hansısa məhkəməyə üçüncü şəxs qismində çəlb edilməsi barədə ərizə verməməsi də başa düşüləndir. Məhkəmənin bu möveyi də əsassızdır. Mübahisəli mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə bağlanmasına baxmayaraq, həmin mənzilin sahibi olaraq Cavabdeh2 ilk dəfə 2020-ci ilin sonunda, yəni 10 ildən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmaqla üzə çıxmışdır (iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır). İdd iaçı mübahisəli mənzillə bağlı ilk mübahisəsi isə 2018-ci ilə təsadüf etməsi ilə bağlı da bildirirk ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 mübahisəli mənzillə bağlı hər hansı məhkəmə mübahisəsi və ya mənzilin başqa şəxslərə satılması kimi halların mövcudluğundan məlumatlı olmamıdır. İddiaçı ilə Cavabdeh3 MMC arasında yaranmış mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman Cavabdeh3 MMC qarşılıqlı iddia üzrə xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etmiş və iddiasının əsası kimi mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin ödənilmədiyini, yəni müqavilə üzrə öhdəliklərin icra edilməməsini əsas gətirmişdir. Lakin nə həmin iddia da, nə apellyasiya şikayətində, nədə ki, birinci (Bakı şəhəri Xətai Rayon Məhkəməsi) və apellyasiya instansiya məhkəməsində icr aat zamanı bu mənzilin Cavabdeh2 məxsus olduğunu və onunla xx.xx.2010-cu il tarixdə müqavilə bağlandığını bildirməmiş, yalnız məhkəmə aktının icra mərhələsində olduğu dövrdə (2022-ci il) bu mövqedən çıxış etməyə başlamış və xx.xx.2010-cu il tarixli müqaviləyə istinad etməyə başlaması- bununla bağlı bildiririk ki, Cavabdeh3 MMC-nin əvvəlki məhkəmə mübahislərində və apelyasiya şikayətində hazırki mübahisəli mənzilin Cavabdeh2 məxsus olmasını barədə və onunla xx.xx.2010-cu il tarixdə müqavilə bağlandığını bildirməməsi Cavabdeh2 heç bir günahı və təqsiri yoxdur. Elə Cavabdeh3 MMC-nin qanunsuz əməlləri nəticəsində Cavabdeh2 hazırda məhkəmələrdə qalmış, mülkiyyət hüquqları pozulmuşdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, Cavabdeh3 MMC sözügedən məzillə bağlı hər hansı məhkəmə mübahisəsinin olması barədə Cavabdeh2 heç bir məlumat verməmişdir. Cavabdeh2 nəinki 2018-ci ildə, həmçinin 2019-cu ildə mübahisəli mənzildə yaşamaması, hətta mənzilin təmirsiz olması səbəbindən yaşamasının qeyri-mümkün olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə xx.xx.2019-cu il tarixdə keçirilmiş yerində müayinənin nəticələrinə dair tərtib edilmiş protokolun məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, həmin protokolda mübahisəli mənzilin (108 saylı) istifadəyə verilmədiyi, orada yaşayışın olmadığı, mənzilin təmirsiz olduğu qeyd edilmişdir - bununla bağlı isə bildirirk ki, bu məhkəmənin bu mövqedə əsassızıdr. Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə xx.xx.2019-cu il tarixdə keçirilmiş yerində müayinə yalnız 1 mənzilə, 103 saylı mənzilə baxış keçirilmişdir. Protokola sonradan də yişiklik edilmişdir. 108 saylı mənzilə heç bir baxış keçirilməmişdir. Hətta Cavabdeh2 vəkili mülki işə baxış keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Sözügedən həmin protokolla onun vəkili və nümayəndəsinin də tanış olduğunu, protokolun saxta olduğunu və sonradan yazıldığını, kağızının 4 il əvvələ aid kağıza bənzəməməsini, işin yeni saplarla tikilməsini bildirmişdir. Məhkəmədən mülki işə baxış keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə vəsatəti təmin etməyərək işi hərtərəfli araşdırmamışdır. Məhkəmə iclas zalında Cavabdeh2 ilə yaradılmış telefon zamanı mənzildə hansı tarixdən yaşamasını və mənzili nə vaxt təmir etdirməsini xatırlamadığını hazırda onun mənzillə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmiş, mənzilin koridorunda divarların divar kağızı və ya boya olması, e vin neçə otaqdan ibarət olması, mənzilin sanitar qovşağına hansı rəngdə kafelin vurulması barədə suallara cavab verməməsi ilə bağlı bildirirk ki, Cavabdeh2 özü də qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzil aldıqdan sonra mənzilin təmirini və mənzillə bağlı bütün kommunal və digər xərcləri yaxın tanışı Şahin adlı şəxsə həvalə etmişdir. Cavabdeh2 dostu Şahinin mənzili olmadığından sonuncuya ailəsi ilə birlikdə ona məxsus mənzili təmir etdirərək orada yaşamalarını təklif etmişdir. Təmir xərcləri Cavabdeh2 tərəfindən dostu Şahinə verilmiş, Şahin isə mənzili təmir etdirərək ailəsi ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışdır. Bu hal Məhkəmə tərəfindən mübahisəli mənzilin yerində müayinəsinin keçirilməsi zamanı həmin mənzilin yerl əşdiyi bina üzrə yaradılmış "xxxx" MMMC-nin sədri X3 verdiyi izahatda da öz əksini tapmışdır. X11 mübahisəli mənzildə bir neçə ildir ki, Mehmet Şahin adlı şəxsin yaşadığını bildirmişdir. Bundan əlavə Cavabdeh2 vəkili tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə sorğu verilmiş və sorğuya aşağıda qeyd olunan məzmunda cavab verilmişdir. “Sizin xx.xx.2023-cü il 432 N-li sorğunuza cavab verərək bildirirəm ki, "xxxx" MMMC 2022ci ilin yanvar ayının 25-dən qeydiyyatdan keçmiş, Fəzail Bayramov küçəsi 1156 ünvanında yerləşən binaların idarəçiliyinə fevral 2022-ci ildən başlamışdır. Göstərilən tarixdən bina 4, mənzil 108 ünvanında Mehmet Şahin yaşayır, işıq pulunu da onun tərəfindən ödənildiyindən, "xxxx" MMMC-nin ödəniş siyahısında onun tərəfindən təqdim edilmiş maliyyə arayışına və müqaviləyə əsasən ödəniş qəbzləri Cavabdeh2 adına verilmişdir. xx.xx.2011-ci il tarixli müqavilədən fərqli olaraq xx.xx.2010-cu il tarixli müqavilənin sonunda Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin məlumatları əks etdirilməməsi ilə bağlı isə bildirirk ki, podrat və ya digər müqavilə şərtlərində şəxsiyyət vəsiqələrinin rekvizitlərinin qeyd edilib edilməməsi ilə bağlı heç bir tələb mövcud deyildir. Cavabdeh2lə MTK arasında bağlanmış podrat müqaviləsində Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatlarının olmaması sözügedən müqavilənin sonradan, lakin əvvəkli tarixlərə tərtib edilməsi anlamına gələ bilməz. Bildirik ki, ünvan 9inasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə dair Cavabdeh3 MMC və Cavabdeh2 arasında 07 aprel 2010-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərin ə görə, mənzil Cavabdeh2 təhvil verilməli, sonuncu isə mənzilin razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilnin şərtlərinə əməl etmiş, mənzilin dəyərini təşkil edən 118.200 manat Cavabdeh2 tərəfindən Cavabdeh3 MMC-yə ödənilmiş, MMC isə mənzili Cavabdeh2 təhvil vermişdir. Beləliklə də Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi hesab edilmişdir. Çünki, Cavabdeh2 və "xxxx" MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2010-cu il) Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Lakin sonradan iddiaçı Cavabdeh2 məlum olmu şdur ki, X12 adlı şəxs onun xəbəri və razılığı olmadan natamam mülkiyyətində olan 108 №-li mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və adına müvafiq çıxarış almışdır. İddiaçı Cavabdeh2 tərəfindən bununla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, çıxarışın verilməsinə əsas həmin mənzilə dair Cavabdeh3 MMC-nin direktoru M.İ.Cəfərov və cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №-li müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışı olmuşdur. Əldə edilən 176 №-li müqavilənin şərtlərinə görə, müqavilənin predmeti olan ünvan 9inasının 24-cü mərtəbəsində yerləşən ümumi sahəsi 157.6 kv.m təşkil edən 3 otaqlı 108 №-li mənzilin Cavabdeh3 MMC tərəfindən cavabdeh İddiaçı təhvil verilməsi razılaşdırılmışdır. Hesab edirik ki, xx.xx.2010-cu il tar ixdən artıq iddiaçı Cavabdeh2 hüquqları ilə yüklü olmuş 108 №-li mənzilə dair Cavabdeh3 MMC hər hansı şəxslər, o cümlədən də cavbadeh İddiaçı ilə müqavilə bağlaya bilməzdi, bağlanmış müqavilə isə etirabsız müqavilədir. Mübahisəli mənzil cavabdeh İddiaçı ümumiyyətlə təhvil verilməmiş, ondan mənzilə dair pul alınmamışdır, mənzil onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Göründüyü kimi, qeyd edilən 108 №-li mənzil 07 aprel 2010-cu il tarixdən Cavabdeh2 natamam mülkiyyət hüququ (sahiblik və istifadə hüququ) ilə yüklü olmuşdur. Belə olan halda, həmin mənzil mülkiyyətçi Cavabdeh2 razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. İddiaçı Cavabdeh2 adına verilmiş maliyyə arayışından və kassa mədaxil orderindən görünür ki, ünvan 9inasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzi lə görə 118.200 manat Cavabdeh2 tərəfindən cavbadeh Cavabdeh3 MMC-yə ödənilmişdir. Həmçinin tərəfindən mübahisəli mənzilin cavabdeh tərəfindən təmir etdirilməsini, orada yaşamasını əks etdirən fotoşəkilllər məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmçinin təqdim edilmiş sübutlara (fotoşəkillər) heç bir münasibət bildirməmiş, iddiaçının vəkilinin məhkəmə iclası zalında verdiyi izahatları da təhrif etmiş ədalətsiz qanunsuz qətnamə qəbul etmişdir. Podrat müqaviləsinin şərtlərinə görə əmlak kimə təhvil verilibsə əmlak həmin şəxsə məxsusdur. Göründüyü kimi, qeyd edilən 108 №-li mənzil 07 aprel 2010-cu il tarixdən Cavabdeh2 natamam mülkiyyət hüququ (sahiblik və istifadə hüququ) ilə yüklü olmuşdur. Belə olan halda, həmin mənzil mülkiyyətçi Cavabdeh2 razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bi lməzdi. xx.xx.2010-cu il tarixdən artıq iddiaçı Cavabdeh2 hüquqları ilə yüklü olmuş 108 №-li mənzilə dair Cavabdeh3 MMC hər hansı şəxslər, o cümlədən də cavbadeh İddiaçı ilə müqavilə bağlaya bilməzdi, bağlanmış müqavilə isə etibarsız müqavilədir. Mübahisəli mənzil cavabdeh İddiaçı ümumiyyətlə təhvil verilməmiş, ondan mənzilə dair pul alınmamışdır, mənzil onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Məntiqlə fikirləşilsə bir şəxs biləki onun sahibiliyi və istifadəsində olan məzillə bağlı məhkəmə mübahisəsi gedir, başqa bir şəxs onun mənzilinə çıxarış alıb və ya almaq istəyir necə buna etinadsız yanaşır və maraqlanmır. Bu isə inandırıcı deyil. Digər tərəfdən bildiririk ki, sözügedən mənzil İddiaçı məxsus olmuş olsaydı, 2011-ci ildən bu günə qədər 1 dəfə də olsun mənzilinə baş çəkməmiş olması inandırıcı görsənmir. Çünki, mənzil İddiaçı satılmamış, mənzilin qanuni və ilk sahibi Cavabdeh2 olmuşdur. Mənzil onun tərəfindən təmir edilmişdir. İddiaçının vəkilinin 1-ci instansiya məhkəməsində verdiyi izahatında bildirdiyinə görə mənzilin qapısı sındırılmış guya Cavabdeh2 mənzilə qanunsuz daxil olaraq mənzili təmir etdirmişdir. 2011-ci ildən alınan mənzil necə ola bilər ki, bir dəfə olsun mənzilə gəlməyib? nə üçün bununla bağlı hüquq mühafizə orqanlarına hər hansı şikayət ünvanlanmayıb? Çünki ünvan 9inasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzili İddiaçı məxsus olmamışdır. Onun tərəfindən sözügedən məzillə bağlı hər hansı ödəniş edilməmişdir. Məntiqlə fikirləşsək biz hüquqi dövlətdə yaşayırıq. Heç kim qanunsuz olaraq başqa şəxsin mənzilinə girə bilməz. Heç kim özünə məxsu s olmayan mənzilə 70.000 manatdan çox pul xərcləyib təmir etdirməzdi. Deməli sözügedən mənzil Cavabdeh2 məxsus olmuşdur ki, o da mənzili təmir etdirmişdir. İndiyə qədər bir nəfər də olsun onun qapısını döyüb deməmişdir ki, bu mənzil ona məxsusdur. Digər tərəfdən İddiaçı mənzilə cıxarış alan zaman 1 nəfər də olsun gəlib mənzilə baxış keçirməmiş, mənzilin ölçüləri götürülməmişdir. Buradan da açıq-aydın görünür ki, R.Dilufər sözügedən mənzilə çıxarışı qanunsuz yolla əldə etmişdir. Digər tərəfdən bildiririk ki, məhkəmə iclas zalında iddiaçının nümayəndəsi və vəkili, iddiaçının həmin binada 103 nömrəli mənzildə olduğunu bildirmişdir. Guya iddiaçı həmin mənzili təmir etdirib mənzildə yaşayır. Necə ola bilər ki, eyni binada mənzilin ola, orada yaşayasan, ancaq 1 dəfə də olsun sənə məxsus mənzil ə baş çəkməyəsən və necə ola bilər ki, eyni binada sənin mənzilini kimsə təmir etdirib yaşasın və sən bunu görməyəsən və bu hadisəyə qarşı etinadsız qalasan. Göründüyü kimi cavabdehin qeyd etdikləri cəfəngiyatdır və inandırıcı deyildir. Bildiririk ki, ünvan 9inasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə dair Cavabdeh3 MMC və Cavabdeh2 arasında 07 aprel 2010-cu il tarixdə müqavilə bağlanmış müqavilə hal-hazırda da qüvvədədir. O vicdanlı alıcıdır. Lakin işin bu kimi halları adi adamda şübhə doğurmasına baxmayaraq məhkəmədə bu hallar şübhə döğurmamışdır. Qeyd olunanlardan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmala işə baxmış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, nəticə etibarı ilə qanunsuz, əsassız qətn amə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Birinci iş üzrə iddiaçı Dilufər Həmidovanın nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 63.Maddə 152.2 sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
64. Maddə 152.3 istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
65. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmi ş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
66. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
67. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
68. Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
69. Maddə 337.4 eti barsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 70.Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 71.Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 72.Maddə 354.1 əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 73.Maddə 354.2 bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 74.Maddə 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 75.Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdi yi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
76. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
77. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
78. Maddə 762.1 podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, ü çüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
86. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr hər iki iş üzrə irəli sürülmüş tələblər dair dəlillərə qiymət verərək mübahisəli mənzilin İddiaçı (bunun qanuni qüvvədə olan qətnamə, şahid ifadələri, cinayətə təqibi orqanı tərəfindən verilmiş məlumatlar və s istinadən) aid olmasını, mənzilin Cavabdeh2 hər hansı aidiyyətinin olmaması ilə bağlı işin faktiki hallarını araşdıraraq sübutları qiymətləndirmişlər və yuxarıda göstərilən nəticəyə gəlmişlər.
89. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar yoxlanılmış, onlara və qarşılıqlı i ddia üzrə cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 90 Kassasiya şikayətinin əsas dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallar ının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 92 Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1293/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi