Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-350/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 70-ci maddəsinin “e” bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3966/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 28 avqust 2001-ci il tarixdə 1 saylı Uşaq İncəsənət məktəbinə fortepiano ixtisası üzrə müəllim təyin edilmişdir.
2. Cavabdeh 29 dekabr 2023-cü il tarixli 38 nömrəli əmri ilə İddiaçı - fortepiano ixtisası üzrə müəllim, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 38 nömrəli əmrin ləğv olunması, məktəbdə yenidən “fortepiano müəllimi” kimi işə bərpa olunması və işləmədiyi dövr üçün ödənilməyən əmək haqlarının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, işlədiyi 42 il ərzində qüsursuz, nümunəvi müəllimə kimi fəaliyyət göstərmişdir və dəfələrlə təşəkkürlər almışdır. Hal-hazırda həyat yoldaşı ilə birgə yaşayır və yoldaşı ağır ürək xəstəsidir. Ailənin gəliri onun və yoldaşının birlikdə aldığı 850 manat əmək pensiyası məbləğindən ibarətdir. Oğlu Vətən mübaribəsi qazisidir. Həmçinin Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.5-ci maddələrinə əsasən, onun 65 yaşı olmasına baxmayaraq Cavabdeh direk toru tərəfindən onunla 1 ildən çox olmamaqla, ən çoxu 5 il müddətinə müqavilə bağlanaraq məktəbdə çalışma müddəti uzadıla bilərdi. Belə ki, halhazırda məktəbdə 100-dən çox əməkdaş çalışır, lakin 65 yaşı olmuş və çalışma müddəti uzadılmış yalnız bir müəllimə var. Yəni məktəbin rəhbərliyi tərəfindən hal-hazırda bir müəllimənin də çalışma müddəti uzadıla bilərdi.
5. Cavabdeh direktoru X1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı işlədiyi müddətdə nizam-intizamlı işçi olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.5-ci maddəsində qeyd edilir ki, “Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərini n sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.” İddiaçı ərizəsində hal-hazırda məktəbdə 100 nəfərdən çox əməkdaş çalışdığını, 65 yaşı bitmiş və çalışma müddəti uzadılmış yalnız 1 müəllim olduğunu qeyd etsə də, bu iddia həqiqətə uyğun deyildir. Belə ki, S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbində işçilərin sayı 2023-cü ilin sentyabr ayında 96, oktyabr ayında 97 və dekabr ayının sonunda 96 nəfər olmuşdur ki, onlardan da çalışmanın yaş həddinə çatmış iki işçinin çalışma müddəti uzadılmışdır. İddiaçının yaşı çalışmanın yaş həddinə çatdıqda isə artıq çalışmanın yaş həddinə çatmış iki işçi müəssisədə çalışırdı. İddiaçı xx.xx.2024-cü il tarixli hazırlıq iclasında təxmini olaraq bu səpkidə qeyd etmişdir ki, məktəbin di rektoru müəssisənin ümumi işçilərinin sayına aid deyildir və bu səbəbdən də direktor sözügedən qanunun 10-1.5-ci maddəsində göstərilən işçilərin ümumi sayının 2 faizinə daxil deyildir. Lakin qeyd edir ki, müəssisədə çalışma müddəti uzadılacaq işçilərin sayının müəyyən edilməsi üçün həmin müəssisədə müxtəlif vəzifələrdə çalışan bütün işçilərin sayı nəzərə alınaraq işçilərin ümumi sayının 2 faizi müəyyən olunur. İddiaçının iddia ərizəsində 42 il ərzində qüsursuz fəaliyyətini, ailəsinin maddi vəziyyətinin aşağı olmasını, oğlunun Vətən Müharibəsində və antiterror əməliyyatında şücaətlə iştirak etməsini əsas gətirərək qazi anası kimi barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrin ləğv olunmasını, yenidən işə bərpa edilməsini və işləmədiyi dövr üçün ödənilməyən əmək haqqının ödənilməsi tələbini irəli sürmüşdür. Lakin qeyd olunanlarla bağlı 65 yaşına çatmış işçinin çalışma müddətinin uzadılması ilə əlaqədar qanunvericilikdə hər hansı güzəştlər nəzərdə tutulmur. Belə ki, qanunu pozaraq yuxarıda qeyd olunanlara görə və xüsusilə də müharibə veteranlarının valideynlərinə güzəşt məqsədilə müəssisədə 65 yaşına çatmış işçilərin sayının 2 faizindən artıq işçinin çalışma müddətinin uzadılması ilə bağlı qanunvericilikdə hər hansı bir qeyd yoxdur. Əlavə olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddiaçı etiraf etmişdir ki, məktəb rəhbərliyi tərəfindən qəbul edilən qərar qanunauyğundur. İddiaçının oğlunun antiterror əməliyyatılarında iştirakı təqdirə layiqdir və bu ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində qeyd edilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Məcəllənin qeyd edilən maddəsindən də göründüyü kimi, işçinin çalışma müddətinin mütləq olaraq uzadılması ilə bağlı müəssisə rəhbərinin üzərinə qanunvericiliklə hər hansı bir vəzifə qoyulmamışdır. Yəni müəssisədə çalışma müddəti uzadılmış işçilərin olmadığı halda belə 65 yaşına çatmış bu və ya digər işçinin çalışma müddəti uzadıla və uzadılmaya bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hər bir halda qanunauyğundur və qanun pozuntusuna yol verilməmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 aprel 2024-cü il tarixli, 2(011)- 2893/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin edilməmişdir.
7. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin yaş həddinə çatmış işçisi ilə əmək müqaviləsinin uzadılması barədə qanunvericinin müvafiq norması (Əmək Məcəlləsinin 10-1.2-ci maddəsi) imperativ (məcburi) deyil, dispozitiv (subyektlərə digər davranış imkanları verən) xarakterli normadır. Odur ki, iddiaçının işdən azad edilməsi qanunvericiliyin tələbləri qaydasında həyata keçirildiyindən və onunla əmək müqaviləsinin uzadılmasının məcburiliyi barədə şərt qanunvericilikdə nəzərdə tutulmadığından, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə, 70-ci maddəsinin “e” bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasının (çalışmanın yaş həddinə çatması) ona tətbiq edilərək əmək müqavilənin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Zərurilik yaş həddinə çatmağı kimi əsaslandırıla bilməz. Çünki çalışmanın ya ş həddinə çatmağı əmək müqaviləsinin ləğv edilməsinin əsasıdır. Yəni o, 65 yaşına çatdığına görə onun əmək müqaviləsinə xitam verilə bilər, amma o iddia qaldırsa, məktəbin direktoru niyə əmək müqaviləsini uzaltmadığına görə zərurliliyi əsaslandırmalıdır. Bu zərurilik, məsələn, 2 faiz məsələsi ola bilər və digər zərurilik ola bilər. Bundan başqa, Əmək Məcəlləsinin 12-ci maddəsinin "f" bəndinə əsasən işəgötürən işçini işdən azad edərkən işçilərə eyni yanaşma və bərabər imkanlar yaratmalıdır. Yəni məktəbin direktoru əmək müqaviləsini uzadan zaman qanuni əsaslara söykənməlidir. Qısa məzmunda çalışma müddəti uzaldılmış işçinin əmək müqaviləsinə xitam verilmiş işçidən iş baxımından üstün olması direktor tərəfindən aydınlaşdırılmalıdır. Şəxsi istəklərinə uyğun müqavilənin uzaldılması qanunveric ilikdə yoxdur. Qətnamədə iddianın təmin edilməməsinə əsas olan Əmək Məcəlləsinin 10-1.5-ci maddəsinin ona tətbiq olunması ilə bağlı Süleyman Ələsgərov adına 1 Saylı Uşaq İncəsənət Məktəbinin ştat sayını sübut edən heç bir sənədin tarixi və nömrəsi qeyd edilməyib. Qətnamədə sözügedən məktəbdə çalışma müddəti əmək müqaviləsi ilə uzaldılmış işçilərin sayını sübut edən heç bir sənəd nömrəsi və tarixi qeyd olunmayıb. Əmək müqaviləsinin uzaldılmasının məcburiliyi barədə şərtin qanunvericilikdə nəzərdə tutulmaması əsasında iddiası təmin olunmayıb ki, qətnamədə bu əsasın əsaslandırılması üçün Əmək Məcəlləsinin 70-ci, 71-ci və 12-ci maddəsinə heç bir yerdə istinad olunmayıb. Halbuki, bu maddələr məcburilik şərtinin bəzi hallarda tətbiqini zəruri edir.
11. Cavabdeh apellyasiya şikayətinə qarşı etira z verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində verdiyi etiraza əlavə olaraq, iddiaçının qaldırdığı digər məsələlərin, o cümlədən Əmək Məcəlləsinin 10-1.5-ci maddəsinin onun işdən azad edilməsinə və ya edilməməsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hər bir halda qanunauyğundur və qanun pozuntusuna yol verilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3966/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş ü zrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmamışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, cavabdeh tərəfindən 29 dekabr 2023cü il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilmiş, cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə, 11-ci maddəsinin “b” bəndinə, 68.1-ci maddəsinə və 70-ci maddəsinin “e” bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, 65 yaşa çatmış işçi ilə əmək münasibətlərinin davam etdirilməsinin işəgötürən müvafiq dövlət orqanının rəhbərinin vəzifəsi kimi əmək qanunvericiliyində əks olunmamasına istinad etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin mətninin dispozitiv konteksi, uzadılma müddətinin hər dəfə 1 ildən çox olmamasını ehtiva edir. Belə ki, müvafiq cümlənin məntiqi davamı kimi həmin maddədə “çalışma müddətinin 5 ildən çox uzadılması na yol verilmir” məzmununda ikinci cümlə təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, heç bir əsas göstərilmədən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçilərin bir qismi ilə əmək münasibətlərinin davam etdirilməsi, bir qismi ilə əmək münasibətlərinə xitam verilməsi isə özlüyündə ayrı-seçkiliyə və hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Göründüyü kimi həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsi, eləcə də Məcəllənin 68.1-ci və 70-ci maddələri düzgün tətbiq olunmamışdır.
17. Bundan başqa, məhkəmə işi üzrə apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obye ktiv araşdırmamışdır. Belə ki, Cavabdeh ştat sayını, həmçinin həmin müəssisədə çalışma müddəti uzadılmış işçilərin sayını sübut edən heç bir sənəd məhkəmə prosesləri zamanı təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
20. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalı şma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
21. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
22. Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
23. Maddə 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisən in çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
24. Maddə 11. “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
25. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. Maddə 70. “e” bəndi. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, dövlət büdcəsindən maliyyə ləşən müəssisədə çalışan iddiaçının müvafiq yaş həddinə çatmasına görə əmək müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi əmək qanunveriiciliyinə uyğun olmuşdur. Bununla yanaşı məhkəmələr müəyyən etmişlər ki, müəssisədə 100 ştat vahidi olduğundan güzəştli şərtlərə uzadılmış müqavilələrin sayı iki faiz həddində olmalıdır. Həmin müəssisədə bu qaydada iki müqavilənin bağlanması müəyyən olunur.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə r azılaşır.
38. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3966/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.