Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3500/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın geri qaytarılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi iə, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs mağazası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1422/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin 2011-ci ildən faktiki nikah münasibətlərində olmaları mübahisəsiz haldır. Həmin münasibətlərdən 12 fevral 2013-cü il təvəllüdlü X1 doğulmuşdur. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 23.12.2019-cu il tarixli 01150517 saylı müqaviləyə əsasən, iddiaçı 1 ədəd İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu almışdır. Mobil telefonun qiyməti (ilkin ödəniş daxil olmaqla) 4360,2 manat təşkil edir. Mobil telefon cavabdehin istifadəsindədir. Həmin telefona görə kredit məbləği ödənilməmişdir. İddiaçı İphone 11 Pro Max markalı telefonun ona məxsus olduğunu, cavabdehin q anunsuz sahibliyindən alınmalı olduğunu, cavabdeh isə sözügedən telefonun əvvəllər faktiki nikah münasibətlərində olduğu İddiaçı ona hədiyyə olaraq verdiyini bildirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh (Maraqlı şəxs mağazası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hazırda istifadəsində olan, 27 dekabr 2019-cu il tarixdə Maraqlı şəxs mağazasından öz adına kreditlə götürülmüş qiyməti 3456 manat təşkil edən İphone 11 Pro MAX-256GB markalı mobil telefonun cavabdehin qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27.12.2019-cu il tarixdə Ayna Sultanova he ykəlinin yaxınlığında yerləşən Maraqlı şəxs mağazasından cavabdeh kreditlə İphone 11 Pro Max-256 GB markalı telefon (qiyməti 3456 manat) götürmək istəmiş, mağazanın kredit şöbəsinin mütəxəssisi telefonu götürmək üçün 1800 manat məbləğində ilkin ödəniş etməli olduğunu bildirmiş, cavabdeh bu məbləğdə ödəniş etməyə imkanı olmadığından, ondan xahiş etmişdir ki, ona kreditlə telefon almasına köməklik etsin, özü hər ay ödənişi vaxtında həyata keçirəcəkdir. Kredit üzrə mütəxəssis onu tanımışdır, çünki o, həmin mağazadan bir neçə dəfə elektrik avadanlıqları almışdır. Kredit üzrə mütəxəssis bildirmişdir ki, onun adına krediti rəsmiləşdirsələr, ilkin ödəniş 450 manat olmaqla hər ay 320 manat ödənişlə telefonu götürmək olar. Günay bir daha onu əmin etmişdir ki, kreditin ödənişi ilə bağlı heç bir prob lem yaranmayacaq. O, cavabdehə inanmış və şəxsiyyət vəsiqəsini təqdim etmişdir ki, Günayın götürdüyü telefonla bağlı kredit müqaviləsi və ödəniş cədvəli onun adına rəsmiləşdirilsin. Cavabdeh 450 manat məbləğində pulu kreditin ilkin ödənişi kimi mağazanın kassasına ödəmiş, sonra Kredit müqaviləsini, kreditin aylıq ödəniş cədvəlini və telefonun texniki sənədlərini götürmüşdür. Telefona görə kreditin aylıq ödəniş vaxtı çatanda, mağazadan ona zəng gəlmiş, o da Günaya götürdüyü telefonun aylıq ödənişinin artıq vaxtı çatdığını və ödəməsini bildirdikdə, Günay götürdüyü telefonla əlaqədar ödəniş etməyəcəyini bildirmişdir. Bu zaman o, başa düşmüşdür ki, Günay onun inamından sui-istifadə etmişdir, hazırda telefondan istifadə edir. Onun hazırda maddi imkanları məhdud olduğundan Günayın onu aldadaraq ələ keçirdiyi telefona görə ödəniş etmək üçün pul vəsaiti yoxdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(005)1494/2020 saylı qətnaməsi (hakim. S.Ədilova) ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə iddianı rədd edərkən Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 666.1, 666.2, 667.1, 668.1.3, 670.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov ) 15.02.2021-ci il tarixli, 2(103)-1422/21 nömrəli qətnaməsi ilə İddiaçının apelyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1494/2020 saylı iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edil miş; Cavabdeh istifadəsində olan İphone 11 Pro Max256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonun ondan alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09.12.2019-cu il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 600.1, 606.4; Tərəflər arasında bağlanmış müqavilənin 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasi ya şikayətinin dəlilləri
8. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin müəyyən edilən faktiki halarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Onların faktiki nikahda olmaları, uzun illər əlaqələrinin olması, bir uşaqlarının doğulması, əvvəllər dəfələrlə aralırında məhkəmə mübahisəsi olması və.s kimi hallara düzgüun qiymət verilməmişdir. İddiaçı aralarında yaranmış münasibətlər fonunda mübahisə predmetini (mobil telefonu) cavabdehə bağışlamışdır. Məhkəmə həmin əmlakın geri qaytar ılması barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Eyni zamanda məhkəmə iclasında onun iştirakını təmin etməməklə çəkişmə prinspini pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki l Məcəlləsi:
13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyy ətsiz əqdlər ola bilər.
14. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
15. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqav ilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
18. Maddə 606.4. Alqı-satqı müqaviləs ində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Tərəflər arasında bağlanmış müqavilə
19. Bənd 2.3. Müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra ABC malı ona təqdim edir.
20. Bənd 2.4. Müştəri malı qəbul edir və yalnız Mala istifadə hüququ ona keçir.
21. Bənd 2.5. Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal ABC-nin əmlakı hesab olunur və Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi t əqdirdə mala mülkiyyət hüququ Müştəriyə keçir.
22. Bənd 2.6. ABC-nin sərəncamı ilə mala mülkiyyət hüququ Müştəriyə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, tərəflər 2011-ci ildən faktiki nikah münasibətlərində olmuşlar. Həmin münasibətlərdən 12 fevral 2013-cü il təvəllüdlü X1 doğulmuşdur. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 23.12.2019-cu il tarixli 01150517 saylı müqaviləyə əsasən, iddiaçı 1 ədəd İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu alınmışd ır. Mobil telefonun qiyməti (ilkin ödəniş daxil olmaqla) 4360,2 manat təşkil edir. Mobil telefon cavabdehin istifadəsindədir. Həmin telefona görə kredit məbləği ödənilməmişdir və cavabdeh ödənişin iddiaçı tərəfindən aparılmalı olduğunu bildirir.
28. İşə baxan məhkəmə “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 23.12.2019cu il tarixli 01150517 saylı müqavilə şərtlərinə istinad edərək hesab etmişdir ki, mübahisə predmeti olan mobil telefonun mülkiyyətçisi hal-hazırda da “xxxx” MMC hesab olunduğundan həmin telefon bağışlama müqaviləsinin predmeti ola bilməzdi. Məhkəmənin qənaəti aşağıdakı kimi əsaslandırılmışdır.
29. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu hal da alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 606.1-ci maddəsinin tələbinə görə, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə hal ında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 606.4-cü maddəsinin tələbinə görə isə alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə görə Müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra AB C malı ona təqdim edir, 2.4-cü bəndinə görə Müştəri malı qəbul edir və yalnız Mala istifadə hüququ ona keçir, 2.5-ci bəndinə görə isə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal ABC-nin əmlakı hesab olunur və Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ Müştəriyə keçir. 2.6-cı bəndinə görə ABC-nin sərəncamı ilə mala mülkiyyət hüququ Müştəriyə keçir. Göründüyü kimi ABC-Telecom MMC ilə İddiaçı arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə malın dəyəri tam ödənilənə qədər mal MMC-nin əmlakı hesab olunur və bu müddət ərzində müştəri, yəni iddiaçı tərəfindən malın hər hansı formada özgəninkiləşdirilməsi yolverilməz olmuşdu r. Belə olan halda aydın olur ki, əgər cavabdehin qeyd etdiyi kimi telefon ona iddiaçı tərəfindən bağışlanmışdırsa, belə müqavilənin şərtlərinə görə iddiaçının belə bir hüququ olmamışdır ki, həmin telefonu bağışlama müqaviləsinə əsasən və ya əvəzsiz istifadəyə verməklə və ya hər hansı digər formada özgəninkiləşdirməklə cavabdehə versin. Odur ki, hansı formada olmasından asılı olmayaraq, həmin əqd (yəni iddiaçı tərəfindən nisyə alqısatqı müqaviləsi əsasında alınmış telefonun dəyəri tam ödənilməmiş cavabdehə verilməsi barədə) etibarsız əqd olmuşdur.
30. Apelyasiya Məhkəməsinin mübahisə ilə bağlı yuxarıda qeyd olunan qənaəti qanuni və əsaslıdır. Şəxs özünə məxsus olan əşyanı (Mülki Məcəllənin 666-cı maddəsi) başqasına bağışlaya bilər. Başqasına məxsus olan əşyanın bağışlanması səlahiyyətsiz ş əxsin bağladığı əqd kimi dəyərləndirilir. Belə əqdin etibarlılığı üçün isə səlahiyyətli şəxsin onu bəyənməsi (Mülki Məcəllənin 358-ci maddəsi) gərəkdir. Hansıki, mülkiyyətçinin belə bir iradəsinin olmaması mübahisəsizdir. Beləki, Maraqlı şəxs mağazasının problemli kreditlərə dair təqdim etdiyi qəbzin surətindən görünür ki, İddiaçı telefonu “de aktiv” etdirmişdir.
31. Həmçinin kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi və çəkişmə prinsipinin pozulması dəlili ilə bağlı qeyd edir ki, cavabdehin vəkili Vəkil1 12.01.2021-ci il tarixdə sms bildiriş göndərilmiş və ona çatmışdır.
32. Kollegiyanın mövqeyi belədir ki, nə qədər ki, mobil telefonun qanuni istifadəçisi hal-hazırda iddiaçı hesab olunur, ona görə onun hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmuşdur.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qərar çıxarır. Ona görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlar keçərli deyil.
35. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1422/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.