Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3500/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi, borcun ekspert rəyinə əsasən hesablanması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2909/2024 n ömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış fərdi evinə (abunə kodu: **********40023) quraşdırılmış elektrik sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı evin 1-ci mərtəbəsində fəaliyyət göstərən şirniyyat bişirmə yerinə aid olan elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi, sayğaca müdaxilə izləri aşkar edilmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilərək xx.xx.2023-cü il tarixədək **********40023 saylı abonent kodu üzrə adına olan elektrik sayğacına hesablanmış 9453 manat qalıq pul borcunun ödənişinin təmin edilməsi bildirilmişdir.
3. Mübahisə həmin borcun qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “cavabdeh” və ya "xxxx") tərəfindən ünvan 2 ünvanında iddiaçının adına qeydə alınmış **********40023 saylı abonent kodu üzrə xx.xx.2023-cü il tarixli, 034453 saylı 57221 nömrəli protokol əsasında hesablanmış 9453 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, qalıq borcun ödənilməsinə dair xəbərdarlığı alan kimi iddiaçı cavabdeh quruma müraciət edərək elektrik ene rjisinin sərfiyyatına görə onun cavabdehə heç bir borcunun olmadığını bildirmişdir. Oradan isə cavabdehə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə sayğac dəyişdirilən zaman iddiaçının adına olan **********40023 saylı abunə kodlu əvvəlki işıq sayğacının alt qapaq möhüründə müdaxilə izlərinin göründüyü üçün xx.xx.2023-cü il tarixli, 034453 saylı 57221 nömrəli protokol əsasında köhnə sayğac yoxlanılma məqsədilə laboratoriyaya göndərilmişdir. Elə həmin gün 034453 nömrəli akt tərtib edilərək iddiaçıya 9453 manat cərimə yazılmış, xx.xx.2023cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılmışdır.
6. İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, xx.xx.2023-cü il tarix də ərizə təmin edilmiş, qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir. Lakin cavabdeh qurum elektrik enerjisinin verilməsini bərpa etməmişdir. Bakı şəhər Nəsimi rayon İcra şöbəsi inzibati protokol tərtib edərək məhkəmə qərarını icra etməməyə görə cavabdehin inzibati qaydada cərimə edilməsini xahiş etmişdir.
7. Müvəqqəti təminat tədbiri barədə ərizə əsasında qəbul edilmiş qərardad müvəqqəti xarakterli olduğu üçün xx.xx.2023-cü il tarixə kimi qüvvədə olması bildirilmişdir. Buna görə də cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 034453 saylı 57221 nömrəli protokol əsasında hesablanmış 9453 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18, 26-cı maddələrinə və “Elektrik enerjisindən istifadə qaydaları”nın müvafiq bəndlərinə istinad etmişdir.
9. Cavabdehin müayəndəsi iddianın əsassız olmasını bildirərək, onun təmin edilməməsini xahiş etmişdir.
10. Nəsimi Rayon Məhkəməsinin 2(006)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli akt əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvanına əsassız hesablanmış 9453 manat məbləğində cərimə borcunun "xxxx" ASC tərəfindən İddiaçı **********40023 saylı abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əfsanə Heydərova)
11. Birinci instansiya məhkəməsi ilk olaraq iddianın xx.xx.2023-cü il tarixli, 034453 saylı aktın etibarsız hesab edilməsi tələbi il ə bağlı qeyd etmişdir ki, həmin akt İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvan üzrə yerləşən elektrik sayğaca baxışın keçirilməsi zamanı tərtib edildiyindən və bu, iş materiallarında olan CD-disklərlə sübuta yetirildiyindən və etibarsızlıq üşün əsaslar mövcud deyil, buna görə də iddia bu hissədə təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi akta görə hesablanmış cərimənin silinməsi barədə isə göstərmişdir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir (həmçinin bununla bağlı cavabdeh təşkilat akta görə məhkəməyə qarşılıqlı iddia ərizəsi verilməmişdir).
13. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir.
14. Beləliklə akt əsasında iddiaçının abunə h esabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun iddiaçının abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 9453 manat borc iddiaçının abunə hesabından silinməlidir.
15. Birinci instansiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, hazırda cavabdehin iddiaçıdan həmin mübahisəli akt üzrə hesablanmış cərimə ilə bağlı məhkəməyə iddia ilə müraciət etmək hüququ istisna edilmir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 560.2-ci, “İstehlakçıların müdafiəsi haqqında” Qanununun 13-cü (8-ci bənd), 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci, 6.1, 6.3, 6.4 və 8.1-ci bəndlərinə istinadla əsaslandırmışdı r. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış fərdi evinin (abunə kodu: **********40023) quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı iddiaçının evinə və evinin 1-ci mərtəbəsində fəaliyyət göstərən şirniyyat bişirmə yerinə aid olan elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi, sayğacın dövlət möhürünün igliyində, gurğuşunda və alt qapaq möhüründə müdaxilə izləri göründüyü müəyyən edilmişdir. Cavabdehin əməkdaşlar tərəfindən, iddiaçının nümayəndəsinin (Hüseyn) iştirakı ilə xx.xx.2023-cü il tarixli NDM 034453 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Həmin sayğac xx.xx.2023-cü il tarixdə 572201 saylı protokola əsasən götürülərək müvafiq yoxlamaya təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 017591 saylı tərtib olunmuş protokolda qeyd edilmişdir ki: elektrik sayğacının 59262 nömrəli dövlət möhürü və 778348 nömrəli alt qapağın möhürü pozulmuşdur; elektrik sayğacın “A” və “C” fazalarının cərəyan naqilləri kəsilərək daxili sxemə müdaxilə olunmuşdur. Bu səbəbdən elektrik sayğac istifadə olunan elektrik enerjisinin sərfiyyatını 66,5% xəta faizləri ilə az hesablamışdır. Cavabdehin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə v ə texniki sahələr üzrə tələblərə dair xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli NDM 034453 saylı akt üzrə 72.726 kvts (12,6kvt-0,74kvt*(0,7)*24saat*365gün) itirilmiş elektrik enerjisinin dəyəri 9454 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********40023) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
19. Apellyasiya baxışı zamanı iddiaçının adına qeydə alınmış **********40023 saylı abonent kodlu elektrik sayğacına kənar müdaxilənin olub-olmaması, eləcə də müdaxilə olduğu müəyyən edildiyi halda, elektrik e nerjisi sərfiyyatına görə hesablanmış cərimənin doğru olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis (ekspert) rəyi alınması üçün qərardad qəbul edilmiş və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunmuşdur.
20. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 10 iyun 2024-cü il tarixli mütəxəssis rəyi ilə sayğacın yoxlama nəticəsinə əsasən sayğaca müdaxilə edildiyi məlum olmuşdur. Həmçinin hesabat aparılarkən laboratoriyada yoxlanma zamanı müəyyən edilmiş 66,7% xəta faizi nəzərə alınmamış, Qaydaların 8.17-ci bəndində göstərilən üç ay müddət nəzərə alınmayaraq hesabat 365 gün müddətinə aparılmış, eyni zamanda Tarif (Qiymət) Şurasının qərarına əsasən tarif qiymətləri düzgün nəzərə alınmayaraq 1 kVts sərfiyyatın dəy əri birbaşa olaraq 0,13 manatdan hesablanmışdır. Laboratoriyada sayğacın 66,7 % xəta ilə işləyərək sərfiyyatı az qeydə aldığını, Qaydaların 8.17-ci bəndini və Tarif (Qiymət) Şurasının qərarını nəzərə alaraq hesabatın aşağıdakı formada aparılması məqsədə uyğun hesab olunmuşdur: 3 ay müddətində xəta faizi nəzərə alınaraq xx.xx.2023-cü il tarixdən sayğac dəyişdirdiyi xx.xx.2023-cu il tarixədək olan dövr üçün 33, 3% sərfiyatı qeyd edərək sayğac 1341 kVts sərfiyyat qeydə alıb, 66,7% isə sərfiyyatı qeyd almayıb - X kVts, X=66,7%/33,3%x1341=2682. 3 ay üçün tarif qiymətləri nəzərə alınsa, 600 kVts x 0,08 manat = 48 manat, 300 kVts x 0,09 manat = 27 manat, 2682 kVts (600 kVts + 300 kVts) = 1782 kVts, 1782 kVts x 0,13 = 231,66 manat, ümumi olaraq hesablanmış məbləğ 48 manat + 27 manat +231,66 manat = 306,66 manat olmalıdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2909/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunmuş, birinci instasiya məhkəməsinin qətnaməsinin silinməli cərimə borcunun məbləği hissəsində dəyişdirilmiş, İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvanına əsassız hesablanmış silinməli cərimə borcunun məbləğinin 9146,34 (9453 – 306.66 = 9146.34) manat məbləğində müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Namiq Cəfərov)
22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, aparılmış araşdı rmalar nəticəsində iddiaçının elektrik sayğacına müdaxilə edilməsi halı aşkar edildiyindən iddiaçıya ziyan dəyməsi sübut olunur. Lakin cavabdeh tərəfindən hesabat aparılarkən laboratoriyada yoxlanma zamanı müəyyən edilmiş 66,7% xəta faizi nəzərə alınmamış, Qaydaların 8.17-ci bəndində göstərilən üç ay müddət nəzərə alınmayaraq hesabat 365 gün müddətinə aparılmış, eyni zamanda Tarif (Qiymət) Şurasının qərarına əsasən tarif qiymətləri düzgün nəzərə alınmayaraq 1 kVts sərfiyyatın dəyəri birbaşa olaraq 0,13 manatdan hesablanmışdır.
23. Apellyasiya instansiya məhkəməsi təqdim edilmiş mütəxəssis rəyinə istinadən göstərmişdir ki, hesablanmış məbləğ 306.66 manatdır. Cərimə məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Cavabdeh 9453 manat məbləğində cərimə borcunun olması barədə əsaslı və ş übhədənkənar sübutlar təqdim edə bilməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların müdafiəsi haqqında” Qanununun 13 (8-ci bənd) və 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci, 6.1, 6.3, 6.4 və 8.1-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndini rə hbər tutaraq elektrik enerjisi sərfinin hesablaşma dövrünü 12 ay yox, 3 ay müəyyən edilməsi barədə səhv qənaətə gəlmişdir. Halbuki həmin Qaydaların 8.17-1-ci bəndinə istinad edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu Maddı 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Maddə
17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və d igər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları” Bənd 4.1. Enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, i stehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. Bənd 6.3. Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qay dası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. Bənd 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müv afiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etm ək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tari xindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə sa atı nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübut ları, o cümlədən mütəxəssis rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
34. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
35. Kassasiya şikayətində cavabdeh hesabatın əslində “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə əsasən son 12 ay ərzində aparılmalı olması, məhkəmənin bu müddəti səhvən 8.17-ci bəndə əsasən 3 ay götürməsini qeyd etmişdir.
36. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndi istehlakçının (o cümlədən məişət abonentinin) elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması halına aiddir və həmin halda paylayıcı qur ğulara keçirilmiş sonuncu baxış tarixindən 12 iki aydan çox olmayan müddətdə hesablaşma aparıla bilər. 37. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndi isə 3 aylıq hesabatın elektrik sayğaclarının zədələnməsi (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) hallarına aiddir.
38. Hazırki işdə isə iddiaçının sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması halı müəyyən edilməyib. Əksinə, cavabdehin özünün tərtib etdiyi və hesabatın aparılmasına əsas vermiş 23 sentyabr 2023-cü il tarixli aktda da sayğacın dövlət möhürünə və alt qapağına müdaxilə edilməsi göstərilib. Yəni aktda göstərilən fakt qeyd edilən Qaydaların 8.17-ci bəndinə uyğun olaraq 3 aylıq hesabat aparılmasına əsas vermişdir. Buna görə də hesabatın “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə əsasən deyil, 8.17-ci bəndinə əsasən olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2909/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən h issədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.