Məhkəmə qərarları › İş №2(102)-3500/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3500/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3500/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmunu ilə bağlı tələblərə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə İddiaçı (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3950/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı (vəkil-Vəkil) Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3950/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-233/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, kassasiya şikayətində Mülki Məcəlləsinin 415.1-415.7, 416.1-416.2, 445.2, 445.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1 və 217.3-c ü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9.1, 9.2, 10.1, 10.4, 13.1 və 15-ci maddələrinin mətni qeyd edilmiş, lakin həmin maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, şikayət cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilmə lidir. İddiaçının kassasiya şikayəti qeyd edilən məzmunda olmadığı üçün şikayətdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hansı dəlillər üzrə yoxlanmasını müəyyən etmək mümkün olmur. Bu baxımdan, kassasiya şikayəti mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi də kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407 -ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilmədiyi üçün), on un icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da izah edir ki, şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (vəkil-Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3950/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar