Məhkəmə qərarları › İş №2(102)-3501/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3501/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3501/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, iddianın növünə görə dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka kreditinin verilməsindən imtina barədə qərarın ləğvi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5407/2025 nömrəli, 22 sentyabr 2025-ci il t arixli qərardadından cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İpoteka və Kredit Zəmanət Fondu”nun vəsaiti hesabına İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə cavabdeh "xxxx" ASC-nin (bundan sonra “cavabdeh” və ya “Bank”) qərarının və onun nəticələrinin ləğv edilməsi və 4000 manat maddi zərərin ödənilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e2(004)2998/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı 70000 (yetmiş min) manat məb ləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsinin və bununla bağlı müqavilə bağlamaq öhdəliyinin Bankın üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fariz Əlizadə)

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5407/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev)

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qiy mətləndirlən iddialar üzrə iddianın qiyməti iddiaçı tərəfindən göstərilməli, eləcə də tələb bir neçə müstəqil hissədən ibarət olduqda, iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən olunmalıdır.

6. İddia ərizəsinə görə iddiaçı cavabdeh Bank tərəfindən ona güzəştli şərtlərlə 100.000 manat ipoteka kreditinin verilməsindən imtina barədə qərarı mübahisələndirərək, ona müvafiq məbləğdə kreditin verilməsini, eləcə də 4000 manat dəymiş ziyanın ödənilməsini xahiş etmişdir.

7. Belə olan halda isə, qətnamədən apellyasiya şikayəti vermək üçün iddiaçı tərəfindən qanunvericliyin tələblərinə uyğun məbləğdə (həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsi nəzərə alınmaqla) dövlət rüsumu ödənilməli idi.

8. Birinci instansiya məhkəməsi iddianı qismən 70000 manat hissədə təmin etmişd ir. Lakin, şikayətə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən cəmi 50 manat dövlət rüsmu ödənilmişdir ki, bu da qanunveriliklə müəyyən olunmuş məbləğdən kifayət qədər aşağıdır.

9. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə iddia ərizəsi üzrə cəmi 100 manat dövlət rüsumunun ödənilməsi halı da vəziyyəti dəyişdirmir. Çünki, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu faktiki birinci instansiya məhkəməsinə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində deyil, qanunla ödənilməli olan müvafiq məbləğin 50 faizini təşkil edir.

10. Bundan başqa, MPM-in 361.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqq ında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir.

11. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayət qanunla müəyyən edilmiş formaya (MPM-ə 2 saylı Əlavədə göstərilmiş müvafiq qrafalar şəklində və s.) uyğun tərtib olunmadan verilmişdir.

12. Elektron kabinet vasitəsilə daxil olmuş eyni məzmunlu digər apellyasiya şikayəti isə elektron qaydada deyil, fiziki imzalanmaqla, skan olunmuş formada əlavə edildiyindən MPM-in 10-1.3-cü maddəsinin normaların tələblərinə cavab vermir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Dövlət rüsumu haqqında” Qanunun 1.1, 8.1.3, 8.6-cı, Mülki Prosessual Məcəllənin 112.1, 112.1.1.10, 112.2, 112.5, 363.1.2 və 363.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil Firudin oğlu) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırılib iddia ərizəsindən də göründüyü kimi iddiaçı öz iddiasında Bankdan konkret pul məbləği olaraq 100 000 (yüz) manat və 4 000 (dörd min) manat dəymiş zərər deyil, yalnız maddi zərər olaraq 4 000 manat tələb etmişdir. İddiaçının cavabdehə qarşı iddiası qismən təmin edilmiş, iddiaçıya 70.000 manat məbləğində illik 4 faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh Bankı üzərinə qoyulmuşdur. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Hətta həmin qətnamədən Bank tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən birinidə məhz birinci instansiya məhkəməsinin iddia tələblərindən kənara çıxaraq fərqli qərar qəbul etməsidir. Ədalətlilik prinspi baxımından da hesab edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi Bankın dövlət rüsumunun qanunla müəyyən edilən məbləğdə ödənilmədiyi qənaətinə gəlirdisə də belə, o zaman apellyasiya şikayətini icraata qəbul edərək apellyasiya baxışında Bankı bununla bağlı məlumatlandıra və iddiaçıya isə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin az olduğunu bildirirərək ödənilməmiş kəsr məbləğinin ödənilməsi üçün müə yyən vaxt verə bilərdi. Apellyasiya instansiyası məhkəməsinin isə mövqeyi bundan ibarət olmuşdur ki, Bank iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin az olduğunu bilməli və qanunla iddiaçının hansı məbləğdə dövlət rüsumu ödəməli olduğunu müəyyən etməli və daha sonrada buna uyğun olaraq müvafiq dövlət rüsumunu ödəməli idi. Apellyasiya məhkəməsi isə Bankın şikayətinin qeyrimümkün hesab edilməsi ilə bağlı səhv nəticəyə gələrək, iddianı “qiymətləndirilən iddia” kimi qiymətləndirmiş, iddianın nəyə görə qiymətləndirilən iddia olması nəticəsinə gəldiyini qanuni cəhətdən əsaslandırmamış və yalnız dövlət rüsumunun “Dövlət rüsumu” haqqında qanunun 8.1.4-cü bəndinə uyğun olaraq ödənilməli olduğunu qeyd etmişdir. Halbuki iddianın predmetindən də görünür ki, iddia ərizəsi qiym ətləndirilməyən iddia növüdür. Hətta qeyd edilən iddia ərizəsi “qiymətləndirilən iddia” ərizəsi hesab edilsəydi belə, iddiaçının tələb etdiyi “4000 manat məbləğində dəymiş zərərin ödənilməsi” hissəsində hesab edilə bilərdi ki, dövlət rüsumu da həmin tələbə uyğun ödənilməli idi.

16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, MPM-in 361.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vas itəsilə verilsə də, şikayəti qanunla müəyyən edilmiş formaya (MPM-ə 2 saylı Əlavədə göstərilmiş müvafiq qrafalar şəklində və s.) uyğun tərtib olunmadan verilmişdir. Elektron kabinet vasitəsilə daxil olmuş eyni məzmunlu digər apellyasiya şikayəti isə elektron qaydada deyil, fiziki imzalanmaqla, skan olunmuş formada əlavə edildiyindən MPM-in 10-1.3-cü maddəsinin normaların tələblərinə cavab vermir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya şikayətinin elektron məh kəmə portalına daxil edilən forması tam qanuna uyğun tərtib edilmişdir. Məhkəmə formal xarakterli əsasla apellyasiya şikayətini geri qaytarmışdır. Belə ki, məhkəmənin dediyi “skan” formasından əlavə elektron kabinetə şikayətin elektron forması da əlavə edilmişdir. Həmin formadan da aydın görünür ki, şikayət qanunauyğun formada tərtib edilib. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 112.1.1. Pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Maddə 112.1.10. Bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qi yməti bütün tələblərin ümumi məbləği ilə müəyyən olunur. Maddə 112.2. İddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. Maddə 112.3. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Maddə 112.5. İddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsat ət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. D övlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Maddə 8.1.3. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

20. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən ilk in olaraq iddianın qiymətləndirilən iddia olması və cavabdehin iddianın qiymətinə uyğun dövlət rüsumu ödəməməsinə istinad etmişdir.

24. Məhkəmə kollegiyası bununla razılaşmır.

25. Belə ki, iddiaçı tələbində “İpoteka və Kredit Zəmanət Fondu”nun vəsaiti hesabına mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə Bankın qərarının və onun nəticələrinin ləğv edilməsi, həmçinin 4000 manat maddi zərərin ödənilməsini xahiş etmişdir.

27. İddia qismən təmin olunaraq, iddiaçıya 70000 manat məbləğində illik 4 faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi Bankın üzərinə qoyulmuş, 4000 manat maddi zərərlə bağlı iddia isə təmin edilməmişdir.

26. Göründüyü kim i, iddianın birinci hissəsi Bankın imtina qərarının mübahisələndirilməsindən ibarət olmuşdur ki, bunun da qiymətləndirilən iddia kimi qəbul edilməsi düzgün olmamışdır. Bu baxımdan, həmin iddianın hansı formada və təmin edilən hissəsinin hansı məbləğdə olmasından asılı olmayaraq, bu hal iddianın qiymətləndirilən iddia kimi qəbul edilməsi üçün əsas ola bilməz.

27. İddianın ikinci – 4000 manat maddi zərər hissəsi isə qiymətləndirilən iddiadır, həmin iddia tələbi də təmin edilməyib.

28. Buna görə də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissə üzrə iddianın qiymətləndirilən iddia olması və dövlət rüsumunun 70000 manata münasibətdə ödənilməli olması barədə gəldiyi nəticə düzgün olmamışdır.

29. Eləcə də, cavabdehin dövlət rüsumunu az ödəməsi qeyd edilsə də, qeyd edilən hansı (qiymətləndirilən və qiymətləndirilməyən) tələblər üzrə və miqdarda rüsum ödənilməli olması da qərardadda göstərilməyib. Halbuki bu əsasla şikayət mümkün sayılmadığı halda, iddianın qiymətinə görə hansı tələb üzrə nə qədər məbləğdə dövlət rüsumu ödənilməli olması qərardadda şərh edilməli idi.

30. Həmçinin apellyasiya şikayətinin MPM-in 361.1-ci maddəsinin tələbinə uyğun olmaması barədə gəlinən nəticəni də məhkəmə kollegiyası düzgün hesab etmir.

31. Apellyasiya şikayətində pozuntu hesab edilən maddi və prosessual hüquq normaları və pozuntunun nədən ibarət olması göstərilib.

32. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

33. Yuxarıd a göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar