Məhkəmə qərarları › İş №2(102)-3502/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3502/2023

27.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3502/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlu ibarət tərkibdə, İddiaçı Cavabdeh (Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə ) qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(104)236/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Orucov X6 Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup Qarabağ əlilidir.

2. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Gəncə şəhəri, M.Hacıyev küç, 15 saylı yataqxananın 133 saylı mənzilində yaşayan iddiaçı Gəncə şəhər İcra Hakimiyyətində 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülmüşdür.

3. İddiaçı 11 may 2011-ci ildə cavabdeh X8 ilə nikaha daxil olmuşdur və birgə nikahlarında n 09 iyul 2012-ci il təvəllüdlü X9 və 24 oktyabr 2013-cü il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilin yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının çıxarışının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir və ailə tərkibi 2 nəfərdir. Sahəsi 12 kv.m olan 1 otaqda 2 nəfər yaşayırlar.

5. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin verdiyi xx.xx.2022-ci il Ə-538 saylı məktubun surətindən görünür ki, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon 20 saylı binada yerləşən yaşayış sahəsi 42,5 m2 olan 2 otaqlı sosial təyinatlı 19 saylı mənzili, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 8 noyabr 2010-cu il tarixli 1/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 25 dekabr 2010-cu il tarixli iclasının Qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli 2(044)3367/2015 saylı qətnaməsi ilə hər uşağın saxlanılması üçün İddiaçı 75 manat, cəmi 150 manat alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir.

7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-75/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə c avabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anası X4 himayəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup Qarabağ əlili olaraq ona verilmiş ünvan 1 ünvanından Cavabdeh əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, nikahları pozulduqdan sonra mübahisəli mənzildən çıxaraq getmişdir ki, cavabdeh uşaqlarına baxıb böyütsün və rahat yaşasınlar. Bundan əlavə olaraq o, məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment borcundan əlavə olaraq artıqlaması ilə pul vermişdir. Sonuncu dəfə bir neçə gün əvvəl cavabdeh onu mediasiy aya dəvət edərək alimentin artırılması istəmişdir. Bir neçə ay bundan öncə qonşular ona zəng edərək cavabdehin əxlaqsızlıq etməsini, evə bir neçə dəfə müxtəlif şəxslərin gəldiyini bildirmiş və ona cavabdehin evdən çıxarılmasını demişlər. Hazırda o, İİ-ci qrup Qarabağ əlili olaraq dövlət tərəfindən ona verilmiş evdən məhrum olmuşdur və kirayə yaşayır. O, bütün bunlara qatlaşır ki, cavabdeh uşaqlarına şərəflə baxsın. Lakin o, əxlaqsızlıq edir və alimentin artırılması üçün ona qarşı iddia qaldırır. Hazırda onlar boşanmışlar və cavabdeh onun ailə üzvü deyildir. Ona görə də, o, cavabdehin mübahisəli evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

10. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, mənzilin iddiaçıya evli olduğu üçün verildiyini bildirmiş və i ddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İş materiallarına əlavə olunmuş Gəncə şəhər 3-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 316-7944-1222 saylı və 316-7943-1222 saylı məktublardan görünür ki, Cavabdeh tərəfindən qazi və şəhid ailələrinin üvanına nalayiq və təhqiramiz ifadələrinin işlətməsi yol verilməzdir və belə hadisələrin qarşısı dərhal alınmalıdır. Cavabdeh əməllərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Qazi və Şəhid ailələrinin şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir.

12. İş materiallarında olan Gəncə şəhər 3-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 316-5977koll-322 saylı məktubundan görünür ki, Gəncə şəhəri Y.Gəncə qəsəbəsi bina 20 mənzi l 19-da yaşayan Cavabdeh pozğun həyat tərzi keçirməsi ilə əlaqədar tərəflərindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh izahat verərkən yaşadığı mənzilə X1 gəlməsini və onunla qeyri-rəsmi əlaqədə olduğunu etiraf etmiş və gələcəkdə ailə qurmaq arzusunda olduğunu bildirmişdir. Cavabdeh əri İddiaçı rəsmi olaraq boşandığını, ancaq buna baxmayaraq hal-hazırda keçmiş əri İddiaçı məxsus evdə yaşadığını izahatında göstərmişdir. Mənzildə qeyri-etik hərəkətlərin edilməsi qarabağ qazilərinin hissiyyatına toxunduğundan Kəlbəcər rayon sakini X3 polis bölməsinə dəvət edilmiş və onunla tərbiyəvi mövzuda söhbət aparılaraq qanunvericilinin tələbləri nəzərinə çatdırılmış və T.Qasımov səhvini etiraf edərək bir daha yuxarıda göstərilən ünvana gəlməyəcəyinə söz vermişdir. 13. ünvan 2qust 2023-c ü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi təmin edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh mübahisəli mənzilə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, Cavabdeh həmin mənzilə aidiyyatı və (ya) hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Cavabdeh iddiaya etirazın əsası kimi, onunla evli olduğu üçün mübahisəli mənzilin iddiaçıya verildiyini bildirmişdir. Lakin xx.xx.2011-ci il tarixli iclasının çıxarışında İddiaçı evli olması barədə qeyd mənzilin verilməsi üçün deyil, verilən mənzilin ayrılma normasına təsir göstərən əsas ola bilər. Belə ki, ayrılma norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş dəyərləndirmə amillərinə əsasən müəyyən edilir. Halbuki, İddiaçı xx.xx.2003-cü il tarixli sərəncama əsasən 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülmüş və 25 dekabr 2010-cu il tarixli iclasının qərarına əsasən mübahisəli mənzil Qarabağ Müharibəsi əlili qismində istifadəsinə verilmişdir. Bundan başqa, 25 dekabr 2010-cu il tarixli iclas qərarı ilə mübahisəli mənzilin habelə Cavabdeh da istifadəsinə və sahibliyinə verilməsi göstərilməmiş, belə hüququ təsbit edən sənəd təqdim edilməmişdir. Cavabdeh isə iddiaçının keçmiş ailə üzvü olmaqla, sonuncunun istifadəsinə verilmiş mənzildə yaşayır.

15. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin qanuni sahibi olduğundan o, öz mülahizəsinə görə qanuna mü vafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildə yaşamağa davam etməsi və əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı istifadəsinə verilmiş mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

16. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.8, 157.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1, 17.2, 48.1, 19.1, 49.2, 59.1, 59.2, 59.3, 66.1, 66.2 və 146.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi b arədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

18. Apellyasiya şikayəti işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, cavabdehin birgə nikahdan anadan olmuş uşaqları ilə birlikdə 2011-ci il tarixdə mübahisəli mənzilə qeydiyyatda olmaqla yaşamaları, cehiz əşyalarının həmin evdə olması nəzərə alınmamışdır.

19. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının həmin mənzildə yaşamasına etiraz etmir. Lakin onun iki azyaşlı uşaqla birlikdə yaşamaq üçün başqa yeri yoxdur.

20. Məhkəmə kollegiyası tərəfindən Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, sözügedən mənzil sosial mənzil olmaqla, iddiaçın iki nəfər ailə üzvünün istifadəsinə verilmişdir. Mənzil İcra Hakimiyyətinin balansındadır, sosial mənzillər özəlləşdirilə bilməz. İddiaçı və cavabdeh, eləcə də onların iki uşağı həmin mənzildə qeydiyyatdadırlar. İndiyədək mənzildə yaşayanlarla bağlı hər hansı şikayətlə müraciət edilməmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-236/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin e dilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmçinin iş materiallarından görünür ki, sözügedən mənzil iddiaçıya ayrılan zaman o evli olmuş, bu hal nəzərə alınmaqla ona ikiotaqlı mənzil ayrılmışdır. Bundan başqa, mənzil sosial mənzil olmaqla, iddiaçının istifadəsinə verilmiş, yəni sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər bütün hüquq və vəzifələrə malikdirlər.

24. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1, 68.1, 68.2, 97.1, 97.2 və 146.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, 25 dekabr 2010-cu il tarixli qərara əsasən mübahisəli mənzil Qarabağ Müharibəsi əlili qismində iddiaçının istifadə və sahibliyinə verilmiş, cavabdehin istifadə və sahibliyinə verilməsi göstərilməmişdir. Belə hüququ təsbit edən sənəd məhkəməyə təqdim edilməmişdir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

28. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

29. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayə də olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

31. Maddə 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xü susi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

32. Maddə 97.2. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir.

33. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və i şi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutla rı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(104)-236/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar