Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3502/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-285/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 656 nömrəli reyestr kitabının 60151 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında 11 mart 2023-cü il tarixli ******* saylı arayışa əsasən, İddiaçı mülkiyyətində olan mənzildə X5, Cavabdeh1, Cavabdeh2 Ruslan oğlu və X7 qeydiyyatdadırlar.
3. Yasamal Rayon Məhkəməsinin e-2(004)-2444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasə n, iddiaçılar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 cavabdehlər X1 və X3 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
4. Ali Məhkəmənin 2(102)-1301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 «bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair birgə verdikləri kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 10 7 saylı mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun övladı X2 qayınanası olmuşdur. Qızı Fidan cavabdehin oğlu Cavabdeh3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Buna görə də, o, qohumluq münasibətlərini nəzərə alaraq cavabdehin və sonuncunun ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 107 saylı mənzilində yaşamalarına icazə vermişdir. Lakin qızı ilə cavabdehin oğlunun nikahları 2022-ci ildə rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulmuş və bundan sonra da onların arasında olan münasibətlər kəskin şəkildə pisləşmişdir. Təbii ki, belə bir vəziyyətdə artıq cavabdehin və sonuncunun ailə üzvlərinin onun mülkiyyətində olan mə nzildə qalmaları qeyri-mümkün idi. O, bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh bu günə kimi onun mülkiyyətində olan mənzili boşaltmaqdan yayınır. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı etiraz ərizəsi verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı həmin mənzilin onun mülkiyyətində necə olması barədə hər hansı bir məlumat vermir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə, hal-hazırda Cavabxan küçəsi, ev 11, mənzil 107 ilkin olaraq Cavabdeh2 tərəfindən öz qohumu X4 adına 20 iyun 2002-ci ildə alınmışdır, yəni həmin mənzilə iddiaçı tərəfindən heç bir vəsait ödənilməmiş və həmin mənzil cavabdeh tərəfindən hələ iddiaçı ilə qohumluq münasibətləri y aranmamışdan əvvəl əldə edilmişdir. Sonradan iddiaçı qızı ilə Cavabdeh3 nikahlarını pozacağı adı ilə şantaj edərək mənzilin Cavabdeh3 adına sənədləşdirilməsinə nail olmuşdur. Daha sonra həmin mənzilin yenə də nikahın pozulacağı adı ilə şantaj edərək qızı Fidanın adına keçirilməsinə nail olmuş, daha sonra yenə də şantaj yolu ilə öz adına keçirmiş və xx.xx.2018-ci ildə öz adına çıxarış almışdır. Cavabdehlər mənzil alınan gündən bu günə kimi həmin mənzildə yaşayırlar. Mənzil cavabdehlər tərəfindən təmir edilib. İddiaçının qızı ilə nikah münasibətləri pozulduqdan sonra evin geriyə sənədləşdirilməsi barədə iddiaçıya müraciət olunmuşdur. İddiaçı başqa məhkəmə işlərində istədiyinə nail ola bilməyəndən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin olaraq cavabdeh kimi Cavabdeh1 Bərh am qızının mənzildən çıxarılmasını, sonradan isə iddia tələbinə dəqiqləşdirmə verərək Cavabdeh2 və Cavabdeh3 də mənzildən çıxarılmaları məsələsini qoymuşdur. Mənzilin alınması barədə ilkin sənəd, kooperativ binada mənzil tikintisi üçün 20 iyun 2002-ci il tarixli 20/107 saylı X4 adına alınması barədə müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Digər sənədlərin alınması üçün Reyestr Xidmətinə sorğu verilmişdir. Həmçinin hal-hazırda binanın saxlanması üçün idarə edən «Nəsimi 6» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 09 yanvar 2024-cü il tarixli 181 saylı Arayışı təqdim edilmişdir. Arayışda göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, 107 saylı mənzilin saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı Cavabdeh2 tərəfindən ödənilir. Həmin mənzil iddiaçı ilə qohumluq münasibətləri yaranmamışdan əvvəl cavabdehlər tərəfindən 2003-cü ildə tam təmir olunub və həmin ildən də həmin mənzildə yaşayırlar. «Nəsimi 6» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 184 saylı arayış əlavə edilmişdir. Mənzilin şantaj yolu ilə sənədləşdirilməsinə dair ilkin sənədlər reyestr xidmətindən əldə olunduqdan sonra həmin sənədlərin etibarsızlığı və ləğvi barədə məhkəmədə ayrıca iddia qaldırılacaqdır. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Nəsimi Rayon Məhkəməsinin (hakim - Ceyhun Tağıyev) 2(006)-734/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsii ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan Bak ı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılması qət edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır.
10. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının hüquqlarına Dövlət tərəfindən müvafiq qanunvericiliyə əsasən təminat verilir və o mülkiyyətçi kimi məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə haqlıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehlər buna hər hansı hüquqları olmadan yaşalar da, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqları pozulur. Bu səbəbdən, məhkəmə iddianı əsaslı sayaraq təmin edilməsi nəticəsinə gəlir.
11. Məhkəmə həmçinin cavabdehin iddiaya etirazının əsası kimi istinad edilən hallara da qiymət verərək hesab etmişdir ki, irəli sürülən dəlillər cavabdehlərin mənzilə hər hansı formada hüquqlarının olması və beləliklə də iddianın əsassız olmasını təsdiq etmir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddənin İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdehlər (nümayəndə və Vəkil1) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar tərəfindən iddiaya qarşı etiraz verilərək, iddiaçının mənzil üzərində yaranmış hüququ mübahisələndirilmişdir. Məhkəmə etirazda göstərilənlərlə iddiaçının iddia ərizəsində göstərdikləri arasında olan ziddiyyətlərə (mənzilə hüquqların əldə edilmə əsasları barədə) heç bir münasibət bildirməmiş və tərəfin həmin mənzili öz adına sənədləşdirməsinin necə baş verməsi barədə göstərilənləri (bağışlama müqavilələrini) araşdırmamış və aydınlaşdırmamışdır. Məhkəmənin qətnamədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, iddiaçının mübahisəli mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Cavabdxan ( Gəncə xanı) küçəsi ev 11 mənzil 107) mülkiyyətçisi olmasını işin mübahisəsiz halı kimi q iymətləndirməsi tam əsassızdır. Belə ki, onlar, həmin sənədi başqa məhkəmədə mübahisələndirmiş və bu barədə qətnamə qəbul edilməmişdən əvvəl məhkəməyə məlumat vermiş və məhkəmədə iş üzrə icraatın dayandırması barədə qərardad qəbul edilməsi barədə vəsatət vermişlər. Məhkəmə tərəfindən vəsatətləri təmin edilməmiş və qətnamə qəbul olunmuşdur. İddiaçının adına olan çıxarış mübahisələndirildiyindən o, həmin əmlakı başqasından geri tələb edə bilməz. Məhkəməyə təqdim etdikləri sənədlərə məhkəmə tərəfindən hər hansı bir münasibət bildirilməmiş, həmin sənədlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən göstərilən maddi hüquq normalarının tələbləri pozulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-285/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətna məsi ilə (hakimlər İkram Şirinov-sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Namiq Cəfərov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xüsusi mülkiyyətçi olmasına əsaslanaraq cavabdehlərin ona məxsus mənzildən çıxarılmasına dair iddia qaldırmışdır.
17. Ali Məhkəmənin 2(102)-1301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, «bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə hazırkı iş üzrə cavabdehlərin iddiaları təmin olunmamış, son olaraq da kassasiya şikayəti təmin edilməmiş və təsdiqini tapmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır.
18. Məhkəm ə hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa və Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarına əsasən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır.
19. Cavabdehlər sözügedən mənzildə hazırda buna hüquqları olmadan yaşayırlar, belə ki, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqlarını pozurlar. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaş dırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır.
21. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü maddəsinin İ, 43-cü maddənin İ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəll əsinin 5.3, 152.2, 157.8, 159, 161-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372, 380.1. 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlər (vəkil - Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli 2(103)-285/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi kimi nəz ərə almamışdır ki, mənzil 2002-ci ildə cavabdehlər tərəfindən alınmış, 2003-cü ildə təmir edilib və bu günə kimi həmin mənzildən istifadə edirlər. Mənzil 2006-cı ildə Cavabdeh3 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 2008-ci ildə o, həmin mənzili ailəsini qorumaq üçün qaynanasının - hazırki iş üzrə iddiaçının təhdidi ilə arvadına bağışlamışdır. 2018-ci ildə isə yenə də qaynanasının - hazırki iş üzrə iddiaçının təhdidi ilə ( yenidən ailəni dağıdacağı- boşadacağı hədəsi ilə ) qızından özünə bağışlanmasına nail olmuşdur. Nəhayət 2022-ci ilin yanvarında qızı ilə Cavabdeh3 arasında nikahın pozulmasına nail olmuşdur. Mənzil cavabdehlərin həm mülkiyyətində olmuş və onlar orada 23 ildən artıq yaşayırlar. Deməli, onların həmin mənzildən istifadə hüquqları var. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hüssəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bildirir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İlk olaraq Cavabdeh3 adına. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2ci maddəsinə əsasən, Yaşayış binasının tıərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qayda sında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, maddənin tələbinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Deməli, iddiaçı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edəndə mütləq mənzilə istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə müvafiq kompensasiya verilməklə çıxarılmanı qoya bilərdi. Birinci instansiya məhkəməsi kimi məhkəmə kollegiyası da işin bu halına aydınlıq gətirməmiş, yalnız iddiaçının 2018-ci ildən mənzilə mülkiyyət hüququnun olmasına əsaslanmışdır.
24. Azərbaycan Respublikası Mülki Məcəllənin 22 8.5-ci maddəsinin tələbinə əsasən, həmin mənzildən istifadə hüququ mülkiyyəıtçi ilə ailə münasibətlərinəı xitam verildiyi halda da saxlanılır. Ailə üzvlərinin mənzildən istifadə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvəyə mindiyi gündən - 1 sentyabr 2000-ci il tarixindən yaranmışdır. Cavabdehlərin mənzilə istifadə hüquqları isə 20 iyun 2002-ci il tarixdən, yəni mənzili aldıqları vaxtdan yaranmışdır Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman cavabdehlərin mənzildən istifadə hüquqları pozulmuşdur. Mülkiyyət hüququnun iddiaçıya keçməsi cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən Mülki Məcə llənin maddələrinin tələbləri pozulmuşdur.
25. Bildiirəm ki, qətnaməni qəbul edərkən məhkəmə öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Bununla da məhkəmə tərəfindən yuxarıda göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin göstərdikləri ilə kifayətlənmiş, mənzilə istifadə hüququ barədə hər hansı bir mövqe, münasibət bildirməmişdir ki, bu əsaslandırılmamış və qanunsuz qətnamənin qəbulu ilə nəticələnmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək əvəzinə, qətnaməni dəyişdirlmədən saxlamaqla prosessual pozuntulara yol vermişdir.
26. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.3, 228.4 və 228.5-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinin tələblərinin pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edi lmiş imkanıdır.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir
34. Maddə
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol
35. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin poz ulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, daşınmaz əmlakın dövlə t reyestrindən verilmiş çıxarışa və Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarına əsasən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Cavabdehlər sözügedən mənzildə hazırda buna hüquqları olmadan yaşayırlar, belə ki, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqlarını pozurlar.
48. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-285/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.