Məhkəmə qərarları › İş №2(102)-3504/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3504/2019

23.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3504/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(051)-2165/2018 nömrəli qətnaməsi (hakim U.Osmanova) ilk iddiа tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid edilməsi, qarşılıqlı iddiаnın qismən təmin edilməsi, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 mənzilindən istif аdə hüququna xitam verilməsi qət edilmişdir. Qarşılıqlı iddia tələbinin qeydiyyatdan çıxarılması hissəsi üzrə işin icraatına 16 oktyabr 2018-ci il tarixli qərardadla xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-273/2019 saylı, 03 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Mahmudov, E.Hüseynov və M.Hüseynov) Mingəçevir şəhər Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(051)2165/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-273/2019 saylı, 03 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1-yə köçürülməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun anası x1 mülkiyyətində olmuş, sonuncu tərəfindən həmin mənzil qardaşı X3 bağışlanmışdır. x1 1997-ci ildə həmin mənzili qardaşı, hazırki iş üzrə cavabdehə bağışlamış və həmin vaxtdan mənzil cavabdehin mülkiyyətindədir. Cavabdeh sonradan onun və anasının mənzildən faktiki istifadə hüquqlarını pozduğu üçün onlar məhkəmədə iddia qaldırmış, Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinə əsasən onun və anası x2sözügedən mənzildə istifadə hüquqları tanınmış və Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010cu il tarixli qətnaməsinə əsasən sözügedən qətnamə dəyişdirilmədən saxlanıl mışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və qətnamə icra olunmuşdur. O, 2017-ci ilin yanvar ayınadək həmin mənzildə yaşamış, sonradan cavabdeh istifadə hüququ ilə bağlı süni mübahisələr yaradaraq onu mənzilə buraxmamışdır. Bu səbəbdən də o, 2017-ci ilin mart ayında Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş, orada ona tələbinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra mübahisə ilə bağlı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə müraciət etsə də, orada ona məhkəmənin 29.04.2010cu il tarixli qətnaməsi icra olunduğundan icra işinə xitam verildiyi bildirilmişdir. Cavabdeh İddiaçı qarşı məhkəməyə müraciət edərək cavabdehin mənzildən yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılmas ını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 1996-cı ildə bacısı Kərimova (Qəribova) Aygün Rəşid qızı saxta sənədlərlə öz adına rəsmiləşdirmişdir. 2001ci ildən sözügedən mənzilin mülkiyyətçisi odur və ondan başqa mənzildə heç kimin əmlak payı yoxdur. Belə ki, iddiaçı 02 fevral 2004-cü ildə saxta sənədlər əsasında mənzilə qeydiyyata alınmışdır. İddiaçı arvadı Əfasənə Məmmədovanın onun mülkiyyətçisi olduğu mənzilə qeydiyyata aldırmaq üçün məhkəməyə müraciət etsə də, onun tələbi təmin edilməmiş və sonuncu mənzildən çıxarılmışdır. Bundan sonra 2011-ci ildən hazırki vaxtadək iddiaçı arvadı x3 və iki uşağı ilə birlikdə Abşeron rayon, Ceyranbatan qəsəbəsində özlərinə məxsus şəxsi mənzillərində yaşayır və orada işləyir. O, iddiaçının onun mənzilində yaşamasına heç vaxt maneəçilik törətməmiş, iddiaçı özü könüllü olaraq mənzili tərk edib getmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-273/2019 saylı, 03 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün he sab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 15 noyabr 2001ci il tarixdə 4807 inventar nömrə ilə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 həmin tarixdə Cavabdeh adına qeydə alınmış və 6505c nömrəli reyestr kitabında yazılmışdır. İşdə olan Şəki Apellyasi ya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli 2(107)472/2010 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsi ilə X4 və İddiaçı ünvan 1nə istifadə hüququ tanınması barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2011-ci il tarixli 8(051)-31/2011 saylı qərardadının surətindən görünür ki, X4 və X2 şəhər ünvan 1 mənzilində qeydiyyatda olduqları üçün Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2(051)-241 saylı icra vərəqi üzrə icraata xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər 9 saylı MİS tərəfindən verilmiş 25.06.2018-ci il tarixli 437 saylı arayışdan görünür ki, Qəribov X2 ünvavn 1 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 2 2018-ci il tarixli 450 saylı arayışdan, 17 avqust 2018-ci il tarixli aktdan və 28 avqust 2018-ci il tarixli 589 saylı arayışdan görünür ki, İddiaçı 2011-ci ildən 2016-cı ilədək ünvan 1nə anası həbs olunana qədər onu görmək məqsədi ilə gəlib getmiş, 2016-cı ildən hal-hazırki vaxtadək İddiaçı həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş h ədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. m addələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası nəticəyə gəlir ki, yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması, eləcə də ilk İddiaçı cavabdehə məxsus yaşayış evində qeydiyyatda olmasına baxmayaraq xeyli müddətdir ki, çıxıb getməsi və qeydiyyatda olduğu evdə yaşamaması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, kənar şəxslərin qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan evdə qeydiyyatda qalması ona məxsus olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüq uqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanu nvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına ə sas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı sözügedən mənzilin keçmiş sаkini olmuş, о, işləmək və daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və hazırda Bakı şəhəri, Binəqədi rayonu 6-cı mk-da yerləşən Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində nəzarətçi vəzifəsində işləməklə, uzun müddətdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayır. Beləliklə müəyyən olunur ki, iddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası be lə qənaətə gəlir ki, ilk İddiaçı mütəmadi olaraq mübahisəli mənzildən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan Cavabdeh mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də cаvаbdehin «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi də qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə q ənaətə gəlir ki, qarşılıqlı iddia tələbinin qismən təmin olunmasında da apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgündür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğundan və o, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində olmadığından, habelə cavabdehin ailə üzvü hesab edilmədiyindən onun cavabdehə məxsus mənzilə köçürülməsi barədə tələbi əsassızdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən v ə Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar