Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3504/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X5 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi, müqavilə müddəti, əmək funksiyasını daimi xarakteri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X5 Hüq uqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra mətndə-“iddiaçı” və ya “işçi”) xx.xx.1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamış, əmək müqaviləsinə xitam verildiyi günə kimi həmin nazirlikdə müxtəlif tabe qurumlarda müxtəlif vəzifələrdə əvvəlcə dövlət qulluqçusu kimi, daha sonra müddətli əmək müqaviləsi bağlamaqla çalışmışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X5 hüquqi şəxsi (bundan sonra mətndə “cavabdeh” və ya “işəgötürən”, yaxud “Agentlik”) ilə iddiaçı arasında bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Agentliyin 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2020ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi dəyişdirilmiş, əmək müqaviləsinin 2.1-ci bəndində 3 ay sözləri 6 ay sözləri ilə əvəz edilmişdir. Tərəflər arasındakı mövcud əmək münasbiətləri xx.xx.2023-cü il tarixədək davam etmişdir.
3. Agentliyin 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 saylı Əmrinə əsasən Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin X şöbəsinin müdiri vəzifəsində çalışan iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 23 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla 17 iyul 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçının ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Agentliyin 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 nömrəli əmrinin ləğv edilməsi, onun Bakı Peşə hazırlığı Xnə şöbə müdiri vəzifəsinə bərpa olunsı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməs i barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsasladırılıb ki, iddiaçı 05 fevral 1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamışdır. 05 fevral 1998-ci il tarixdə 1 il müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə bölgəsi üzrə X3 Nəzarət Şöbəsinə əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. 03 yanvar 2000-ci il tarixdən X3 Mərkəzi Aparatında aparılmış struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Gəncə bölgəsi üzrə X3 əməyin mühafizəsinin texniki məsələləri üzrə əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 01 sentyabr 2000-ci il tarixdən həmin vəzifədən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun ödən ilməklə 1 il müddətinə Gəncə bölgəsi üzrə X3 əməyin mühafizəsinin texniki məsələləri üzrə baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 01 may 2003-cü il tarixdə X4 aparılmış struktur dəyişiklikləri ilə əlaqədar Gəncə bölgəsi üzrə X9 7 nömrəli bölgə üzrə X9 adlandırılmışdır. 01 sentyabr 2013-cü il tarixdə X3 dövlət qulluqçularının vəzifələrinin adları inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğunlaşdırılaraq “baş əmək müfəttişi” vəzifəsi “baş məsləhətçi-baş əmək müfəttişi” adlandırılmışdır. 01 sentyabr 2003-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq iddiaçıya 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 19 aprel 2007-ci il tarixdən 7 nömrəli bölgə üzrə X3 “baş məsləhətçi-baş əmək müfəttişi (texniki)” ilə bağlanmış əm ək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.2-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçı 23 aprel 2007-ci il tarixdə Daşkəsən rayon X direktoru vəzifəsinə təyin edilmiş və ona 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 10 sentyabr 2009-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən həmin vəzifədən azad edilmişdir.
6. İddiaçı 30 dekabr 2009-cu il tarixdən Bakı şəhər Səbail rayon X direktor müaviniÜnvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 26 aprel 2011-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 29.3- cü maddəsinin 2-ci hissəsinə əsasən Səbail rayon X direktor müavini-Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsin dən azad edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Hüquq və kadrlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 28 may 2011-ci il tarixdə Sabirabad rayon X direktoru vəzifəsi, 09 avqust 2012-ci il tarixdə Qaradağ rayon X direktoru vəzifəsi iddiaçıya həvalə edilmişdir. 06 fevral 2014-cü il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 21.3-cü maddəsinə əsasən Nazirlik yanıda Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon X baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 28 iyul 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyun 2016-cı il tarixli 11/7-222 nömrəli əmrinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2ci maddəsinin ikinci hissəsinə əsasən Nazirlik yanında D övlət Məşğulluq Xidmətinin Sabunçu rayon X2 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 04 fevral 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinin ikinci hissəsinə və Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi vəzifəsinə keçirilmiş və Mərkəzin direktoru vəzifəsinin icrası iddiaçıya həvalə edilmişdir.14 iyun 2019-cu il tarixdə iddiaçı həmin Mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir. 16 oktyabr 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. 18 oktyabr 2019-cu il tarixdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Xidm ətin aparatının Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş şöbəsinin Yerli orqanlarla iş sektorunun müdiri vəzifəsinə müvəqqəti təyin edilmişdir. İddiaçı 16 mart 2020-ci il tarixdə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə keçirilmişdir. 02 iyun 2020-ci il tarixdə iddiaçı Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Xidmətin 2 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə müddətli müqavilə əsasında keçirilmişdir. 15 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 17 iyul 2020-ci il tarixdə Agentliyin 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmiş, 30 noyabr 2020-ci il tarixdə Agentliyin 1 sa ylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. 06 avqust 2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına, 20 sentyabr 2021-ci il tarixdə isə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. 15 mart 2022-ci il tarixdə Şirvan X8 filialına müdir müavini vəzifəsinə keçirilmişdir.
7. İddiaçı 23 iyun 2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının X müdir vəzifəsinə keçirilmişdir. 27 sentyabr 2023-cü il tarixdə onunla həmin şərtlərlə, yəni 17 iyul 2020-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək 2 il 3 ay 1 gün müddətinə yeni əmək müqaviləsi bağlanmışdır və iddiaçı Agentliyin Bakı Peşə hazırlığı Xnə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsi nin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
8. İddiaçı əmək fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyiyində müxtəlif rəhbər vəzifələrdə çalışmış, işinin öhdəsindən layiqincə gəlmişdir, dəfələrlə ona vəzifələrini layiqincə yerinə yetirdiyinə görə əmək haqqına əlavələr və mükafatlar təyin edilmişdir. İşdən azad edilməmişdən qabaq son 1 ayda iddiaçıya vəzifələrini layiqincə yerinə yetirdiyinə görə əmək haqqının 75 %-i miqdarında mükafat təyin edilmişdir. İddiaçı ilə cavabdeh arasında 17 iyul 2020-ci il tarixdə 2 il 3 ay 1 gün müddətinə, birinci ayı sınaq müddəti olmaqla, 17 iyul 2022-ci il tarixdən müqavilə bağlanmışdır. Həmin müqavilənin müddətinin bitməsinə müqavilənin 9.3-cü bəndinə əsasən 1 təqvim ayı qabaqcadan xəbərdar edilməklə xitam verilmədiyi üçün m üqavilə 17 oktyabr 2022-ci il tarixdən həmin müddətə uzadılmış hesab edilməli olduğu halda, əsassız olaraq 23 oktyabr 2023-cü il tarixində iddiaçının müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir.
9. Onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçıya heç bir xəbərdalıq edilməmişdir. İddiaçı müqaviləyə xitam verildiyi gün, yəni 23 oktyabr 2023-cü il tarixdə səhər işə gələrək, tabelə imza atmışdır. Həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Resursları Departamenti tərəfindən əməkdaşların biliklərinin qiymətləndirilməsi keçirilmişdir və iddiaçı da qiymətləndirmədə iştirak etmişdir. Qiymətləndirmədə iştirak edərkən səhhətində problemlər yarandığı üçün iddiaçı həmin tarixdən 03 noyabr 2023-cü il tarixədək işə çıxa b ilməmişdir. 04 noyabr 2023-cü il tarixdə işə çıxdığı vaxt iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə 23 oktyabr 2023-cü il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə xitam verildiyi bildirilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı həmin vaxt xəstəliyi ilə əlaqədar bülletendə olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. 04 noyabr 2023-cü il tarixdə ona əmək kitabçası təqdim edilmişdir və iddiaçı həmin vaxt jurnalda müvafiq qeydlər aparmışdır.
10. Bununla yanaşı, 27 sentyabr 2023-cü il tarixdə xidməti məruzə ilə Agentliyin tabeliyində olan Xnin müdiri vəzifəsinə rotasiya qaydasında keçirildiyi halda 23 oktyabr 2023-cü il tarixdə, yeni vəzifədə 1 aydan da az müddətdə işlədikdən sonra müqaviləyə xitam verilmişdir. İşdən azad edilməmişdən q abaq son 1 ayda iddiaçıya vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə əmək haqqının 75 %-i miqdarında mükafat təyin edilməsi iddiaçının sonuncu tutduğu vəzifədən 1 aydan az müddətdə işlədikdən sonra azad edilməyinin qərəzli xarakterli olduğunu göstərir. Əmək kitabçasında qeydlərdən və işə əlavə edilmiş əmrlərin surətindən görünür ki, Agentlikdə işlədiyi müddətdə Agentliyin rəhbərliyi tərəfindən iddiaçıya qərəzli münasibət göstərilmişdir. Agentlik yarandığı vaxtdan orada çalışdığı müddət ərzində 5 dəfə rotasiya qaydasında başqa işə keçirilmiş və bu da işin keyfiyyətinə təsir etmişdir. Belə ki, Agentlik yaradıldıqdan sonra X10 Sədrinin 17 iyul 2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən 17 iyul 2020-ci il tarixdə Agentliyin 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdir i vəzifəsinə təyin edilmişdir. 30 noyabr 2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. 06 avqust 2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına, 20 sentyabr 2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir, 15 mart 2022-ci il tarixdə X1 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. 23 iyun 2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının X müdir vəzifəsinə keçirilmişdir. İddiaçı hər dəfə rəhbərlik etdiyi kollektivə yenicə uyğunlaşıb əmək fəaliyyətinin davamlılığını və nizamintizamı təmin etdiyi, işin keyfiyyətini yaxşılaşdırdığı vaxtlarda yeni vəzifəyə keçirilmişdir. Bu hallar barədə dəfələrlə elektron email vasitəsilə X6 Sədrinə müraciətlər edərək əsassız olaraq başqa işə ke çirildiyini bildirmiş və məsələyə yenidən baxılmasını xahiş etmişdir. Lakin müraciətlərinin nəticəsi olmamışdır.
11. İddiaçı inzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu üçün Agentlik tərəfindən onunla sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanması da qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb və vəzifə funksiyalarımı layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X5 Hüquqi Şəxsi yaradılana qədər iddiaçı dövlət qulluğunda inzibati vəzifə tutmuş və ixtisas dərəcəsi isə 1-ci dərəcəli dövlət qulluqçusu olmuşdur. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2020-ci il tarixdə 2 il 3 ay 1 gün mü ddətinə, birinci ayı sınaq müddəti olmaqla, 17 oktyabr 2022-ci il tarixədək müqavilə bağlanmışdır. İddiaçı cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına müraciət etsə də, mübahisə öz həllini tapmamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Cavabdeh iddiaya etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək münasibətləri yarandığı zaman olduğu kimi əmək müqaviləsinə xitam verildiyi zaman da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi kimi 16 oktyabr 2021-ci il tarixdə iddiaçının dövlət qulluğuna xitam verilmiş, 18 oktyabr 2021-ci il tarixdən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətində müxtəlif vəzifə lərdə müddətli əmək müqaviləsi əsasında çalışmış və 15 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçının 17 iyul 2020-ci il tarixdə əmək müqaviləsinin 2 il 3 ay 1 gün müddətinə bağlanması barədə iddiaları əsassızdır. Belə ki, iddiaçı ilə 17 iyul 2020-ci il tarixdə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 3 ay müddətində bağlanmış və mütəmadi olaraq uzadılmışdır. İddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən Əmək Məcəlləsinin 47-ci maddəsini n “f” bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir. Eyni zamanda işçilərlə müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin hüququdur və Agentlik bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq bu müqaviləni bağlayaraq buna dair sərbəst iradəsini ifadə etmiş, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatlı olmuşdur. İddiaçının əmək müqaviləsinə Agentliyin 23 oktyabr 2023-cü il tarixli 3-17-2/3-4- 1666/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi bir nüans ondan ibarətdir ki, iddiaçı ilə Agentlik arasında bağlanmış müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin pozulması ilə xitam verilmişdir. Bununl a bağlı qeyd edilməlidir ki, tərəflər arasında olan müddətli əmək müqaviləsinin xitamı əmək müqaviləsinin xitamı ilə bağlı qanunvericiliyin aidiyyəti müddəalarına uyğun həyata keçirilmişdir. İddiaçını müddətli əmək müqaviləsi üzrə müqaviləsinin müddəti 17 oktyabr 2023-cü il tarixində bitmişdir. Müvafiq müqaviləyə qanunvericilikdə nəzərdə tutulan 1 həftə ərzində xitam verilmişdir. Həmçinin 23 oktyabr 2023-cü il tarixdə iddiaçı işə getmiş, davamiyyət tabelinə imza atmış, həmçinin əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sınaq imtahanında iştirak etmişdir. İşdə olarkən həmin tarixdən əmək müqaviləsinə xitam veriləcəyini bildiyi andan iş yerini tərk etmiş və özünə əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi açdırmışdır. Sözügedən davamiyyət tabelində iddiaçının i nzibati binaya girişi ilə bağlı müvafiq qeyd olsa da, özü tərəfindən çıxışla bağlı hər hansısa bir qeyd aparılmamışdır. Bunun səbəbi ondan ibarət olmuşdur ki, iddiaçı işə gəldikdən sonra ona şifahi formada əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verildiyi bildirilmiş, iddiaçı da öz növbəsində çıxışla bağlı müvafiq qrafaya imza atmadan iş yerini tərk etmişdir. Həmin gün əmək qabiliyyətini itirməsi ilə bağlı Agentliyə heç bir məlumat verməmişdir. Agentlik iddiaçının 23 oktyabr 2023-cü il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı informasiyanı ancaq iddiaçı əmək kitabçasını təhvil alan zaman şifahi formada verdiyi məlumata əsasən əldə etmişdir. Belə olduğu halda hazırki iş üzrə təqdim edilmiş SN 00008 seriyalı ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” mötəbər sübut qismində dəyərləndirilməməlidir. Bundan əlavə, iddiaçının qeyd etdiyi kimi rotasiya qaydasında iş yerinin dəyişdirilməsi iddia edildiyi kimi təktərəfli qaydada həyata keçirilməmiş, müvafiq dəyişiklərlə əlaqədar əlavələr imzalanmışdır. Əmək qanunvericiliyi baxımından sözügedən dəyişikliklər Agentliyin ümumi fəaliyyətinin təşkili ilə bağlı olmuşdur və işəgötürən öz fəaliyyətini səmərəliləşdirmək üçün işçilərin hüquq və azadlıqlarını, habelə qanunla qorunan mənafelərini pozmamaq şərtilə qeyd edilən tədbirlər görmək hüququnu özündə saxlayır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)569/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunmuş, cavabdehin 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 nömrəli əmri ləğv edilərək, iddi açı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Agentlik tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Kərim Xudayev).
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamış, əmək müqaviləsinə xitam verildiyi günə kimi həmin Nazirlikdə müxtəlif tabe qurumlarda müxtəlif vəzifələrdə əvvəlcə dövlət qulluqçusu kimi, daha sonra müddətli əmək müqaviləsi bağlamaqla çalışmışdır. Agentliklə iddiaçı arasında bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Agentliyin 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsi nə təyin edilmişdir. Həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi dəyişdirilmiş, əmək müqaviləsinin 2.1-ci bəndində 3 ay sözləri 6 ay sözləri ilə əvəz edilmişdir. Tərəflər arasındakı mövcud əmək münasibətləri xx.xx.2023-cü il tarixədək davam etmişdir. Belə ki, Agentliyin 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 saylı Əmrinə əsasən Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin X şöbəsinin müdiri vəzifəsində çalışan iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 23 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinin müdd ətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla 17 iyul 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Agentliklə iddiaçı arasında 17 iyul 2020-ci il tarixində Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq iddiaçı Agentliyin 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir.
15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəy yən edilmədən bağlanmalıdır. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.
16. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı əvvəllər cavabdeh orqanda uzun müddət ərzində dövlət qulluqçusu olub, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, cavabdeh tərəf də buna hər hansı aydınlıq gətirməmişdir. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün v ə ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdə ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlaması (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratması) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
17. Birinci instansiya məhkəməsi göstərmişdir ki, sonuncu dəfə iddiaçı Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin X şöbəsinin müdiri vəzifəsində çalışmış, əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum omuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.
18. Bununla da birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki xx.xx.2020-ci il tarixdə uzun müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümi deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlan ması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik o lması istisna edilmir, bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh uzun müddət ərzində iddiaçı ilə dövlət qulluqçusu kimi, daha sonra müqavilə bağlayaraq əmək münasibətində olmağına rəğmən onunla 3 ay müddətinə, daha sonra əmək müqaviləsinə dəyişiklik edərək 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb, sonradan isə müddətin qurtarmasını əsas gətirərək bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
19. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddiaya etiraz olaraq iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağ lanması və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi barədə dəlilləri ilə razılaşmayaraq göstərib ki, uzun müddət ərzində eyni qurumda işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3-6 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir, isəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri,sərəncamı ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68- ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
20. Bununla bağlı birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şə rh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeni diqqətə çatdırıb ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Odur ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
21. Qeyd edilənlər baxımdan birinci instansiya məhkəməsinin mövqeyinə görə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən rarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının uzun illər işlədiyi iş yerində cəmi 3 ay müddətinə, daha sonra isə dəyişiklik edilməklə 6 ay müddətinə yeni əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Odur ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Hazirki halda isə işçinin iradə və motivi müəyyən olunmur. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı olmayıb, buna görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məc əllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Bu baxımdan, həmin müəssisədə (təşkilati hüquqi forması dəyişdirilmiş) 20 ilə yaxın daimi xarakterli əmək fəaliyyəti göstərmiş iddiaçı ilə əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 75, 76, 300-cü maddələrinin müvafiq hissə və bəndləri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətində göstərilmişd ir ki, məhkəmə öz qərarında işçinin müddətli əmək müqaviləsi bağlanmasına razılığının müəyyən olunmadığını qeyd etsə də, iş materiallarından görünür ki, içşi ilə bağlanmış əmək müqaviləsi, ona edilmiş əlavə və dəyişikliklər işçinin öz imzası ilə təsdiq edilmişdir. Əmək qanunvericiliyi baxımdan işəgötürənin şəxslərlə müddətli əmək müqaviləsi bağlanması üçün işçilərin razılığının məxsusi formada sübut olunması zərurəti nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış məhz bu münasibətlər çərçivəsində müqavilə üzrə işçinin razılığı olaraq nəzərə alınmalıdır. Ümumi müqavilə nəzəriyyəsi baxımından müqavilənin bağlanmış hesab olunması üçün tərəflərin bir-birinə uyğun iradə ifadəsinin mövcudluğu zərurəti nəzərdə tutulur. Hazırkı mübahisə üzrə isə həmin razılıq əldə edilərək müddətli əmək müqavi ləsi bağlanmışdır. İddiaçı tərəfindən onun cavabdehlə müddətli müqavilə bağlanması ilə əlaqədar iradəsinin olmaması nə iddia ərizəsində mübahisələndirilmiş, nə də məhkəmə icraatı zamanı sözügedən iradəyə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində xələl gəlməsi ilə bağlı aidiyyəti sübutlar təqdim olunmamışdır. Məhkəmə iddiaçının müvafiq məhkəmə mübahisəsindən qanuni gözləntisinin xarakterini dəyişdirmiş və mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olmayaraq iddiaçı tərəfindən mübahisələndirilməyən və aididyyəti sübutlar təqdim edilməyən faktiki hala istinad edərək işin iddiaçının lehinə həlle dilməsini təmin etmişdir. İddiaçı dövlət qulluqçusu olaraq əmək müqavləsinə öz ərizəsi əsasında xitam vermiş, daha sonra müddətli müqavilə çərçivəsində əmək münasibətlərin ə daxil olmuşdur. İddiaçı qeyd edilən məsələni mübahisələndirməmişdir. Belə olduğu təqdirdə məhkəmə iddiaçının müddətli müqavilə ilə bağlı razılığınının olmaması ilə bağlı nəticəyə gələrək iddiaçının müstəqil iradə ifadəsini dolayısı ilə səhv təvsir etmişdir. Müvafiq dəyişiklik işçinin hüquqlarının pozulması ilə müşaiyət edilmişdirsə, o zaman işçi tərəfindən hüquqlarının bərpası ilə bağlı 18 oktyabr 2019-cu il tarixdən hazırkı dövrə qədər heç bir müraciət edilməmişdir. İşçi müddətli əmək müqaviləsinə daxil olarkən sözügedən müqavilənin müddət əsası ilə xitam edilməsi riskini görmüş və qəbul etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2251/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 1 8 yanvar 2023-cü il tarixli, 2(004)569/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev).
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əmək müqaviləsi, ona edilmiş əlavə və dəyişiklilərin işçinin öz imzası ilə təsdiq edilməsi, əmək qanunvericiliyi baxımından işəgötürənlə işçilər arasında müddətli əmək müqaviləsinin bağlanması üçün sonuncunun razılığının məxsusi formada sübut olunması zərurətinin nəzərdə tutulmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, əmək müqaviləsi Əmək Məcəlləsinə uyğun bağlanmış hesab olunması ehtimal edilsə belə, Əmək Məcəlləsnin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetiril məsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı işinin hallarından da göründüyü kimi, iddiaçı artıq staj və sınaq müddətini başa vuraraq uzun illər daimi dövlət qulluğunda inzibati vəzifə tutmuşdur. Beləliklə, iddiaçının yerinə yetirdiyi əmək funksiylarının daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu işin halları ilə öz təsdiqini tapır
27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dövlət qulluğuna öz ərizəsi ilə xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız sayaraq göstərmişdir ki, iddiaçının daimi dövlət qulluğundan öz arzusu ilə xitam verilərək müddətli m üqavilə bağalamağa razı olması ağalabatan olmamaqla, onun hüquqlarının və qanun mənafelərinin pozulmasının bariz nümunəsidir. Belə ki, dövlət qulluğunda olarkən ona təqdim olunan təminatlardan imtina edərək nəticəsinin onun üçün riskli olmasını bildiyi halda işçinin müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verməsi şübhə doğuran məqamlardan olmaqla yanaşı, iddiaçının bununla bağlı dəfələrlə yazılı şəkildə cavabdehə narazılığını ifadə etməsi onun iradəsinə uyğun olmayaraq müddətli əmək müqaviləsinin bağlandığı deməyə tam əsas verir
28. İddiaçının müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı iradəsinin olubolmamasını mübahisələndirməməsi barədə apellyasiya şikayətinin dəlili üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia ərizəsində iddiaçı cavabdehin onunla müddət li əmək müqaviləsinin qanunsuz olaraq bağlanmasını vurğulamış, həmçinin iddia ərizəsinə əlavə etdiyi cavabdehə dəfələrlə ünvanladığı yazılı müraciətlərdə də onunla müddətli əmək müqaviləsinin bağlanmasına narazılığını açıq-aşkar ifadə etmişdir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında da məhz bu hallara uyğun olaraq qeyd olunmuşdur ki, əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərab ərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.
30. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 3, 45, 47, 68, 73, 83-cü maddələrinin müvafiq hissə və bəndlərin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasi ya şikayətinin dəlilləri
34. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiyan şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli 2(102)1278/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, əgər tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsidirsə, bu zaman işəgötürən tərəfindən müvafiq müqavilənin müddətin bitməsi əsası ilə xitam edilməsi qanunvericiliyin tələblərinin pozulması anlamına gəlmir. Göründüyü kimi nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəmələri Ali Məhkəmənin b u tipli işlər üzrə müvafiq qərarlarla yaratmış olduğu təcrübəni nəzərə almamış, iş üzrə mövcud hüquqi təcrübə ilə uzlaşmayan qətnamələr qəbul etmişdir. Əmək qanunvericiliyində müqavilədən öncə tərəflərin iradə ifadəsinin məxsusi forması müəyyən edilməyərək hər iki tərəfin iradə ifadəsi nəticəsi olan müvafiq əmək müqaviləsini (müddətli və ya müddətsiz olmasından asılı olmayaraq) imzalaması məhz tərəflərin qarşılıqlı razılığı olaraq qiymətləndirilməkdədir. Əks halda bu yanaşma mövcud əmək bazarında tətbiq edilən bütün əmək müqavilələrinin etibarlılığı ilə bağlı suallar doğura, nəticə etibarilə hüquqi baxımdan müddətli əmək müqaviləsi anlayışının zədələnməsinə gətirib çıxa bilər. Əlavə olaraq nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsinə münasibətdə “qarşılıqlı razılıq” və “hüquq bərabərl iyi” kimi anlayışlara işçinin işəgötürənə münasibətdə daha zəif olması ilə bağlı hakim mövqeyə əsaslanaraq formal yanaşılması nəticə etibarilə Məcəllənin 47-ci maddəsinin “f” bəndinin hüquqi qüvvəsinin məhdudlaşdırılmasına, habelə müvafiq tənzimləmənin funksiyasızlaşdırılmasına gətirib çıxaracaqdır. Qeyd edilən normaya münasibətdə nəzərə alınmalıdır ki, həmin müddəa Məcəllənin 47-ci maddəsində sadalanan digər hallardan hüquqi təbiəti ilə etibarilə fərqlənsə belə, işçi və işəgötürən arasında müddətli əmək müqaviləsinin bağlanması imkanına münasibətdə müstəqil haldır. Belə olduğu təqdirdə həm birinci, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən Məcəllənin 47-ci maddəsinin “f” bəndinin 47-ci maddədə sadalanan digər hallarla qarşılaşdırılması və buna münasibətdə qərar çıxarması maddi hüquq normasının konteksdən kənar istifadəsi və düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İddiaçının əsas iddia tələbi müvafiq əmrin ləğvi və işə bərpa olduğuna görə müddətli əmək müqaviləsinin müddətin bitməsi əsası ilə əlaqədar ləğv edilməsinin qanunauyğunluğunun yoxlanması olmuşdur ki, bu ləğvetmə də əmək qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi nəzərə alınmaqla, Agentlik tərəfindən hər hansısa bir hüquq pozuntusuna yol verilməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
37. İddiaçı etirazını belə əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayətinə əlavə etdiyi qərarda qanuvericiliyə müvafiq qaydada müddətli əmək müqaviləsi bağlandıqda m üddətin bitməsi ilə müqaviləyə xitam verilməsinin qanun pozuntusu sayılmadığı göstərilir. Hazırkı halda isə onunla müddətli əmək müqaviləsi bağlanarkən artıq qanun pozuntusuna yol verildiyindən bağlanmış müqavilə qanuni sayıla bilməz. Bu baxımdan cavabdehin kassasiya şikayətində istinad etdiyi qərarın hazırkı mübahisəyə aidiyyəti yoxdur. Cavabdeh özü də kassasiya şikayətində iddiaçı ilə dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə xitam verildiyini və sonra müddətli əmək müqaviləsi bağlandığını göstərməklə qanunvericiliyin normalarının tələblərini pozduğunu dolayı yolla etiraf etmişdir. Cavabdehin kassasiya şikayətində müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi riskini əvvəlcədən bilməklə müddətli əmək müqaviləsi bağlanmasına iddiaçını razılıq verməsi bağlı qeyd edilm əlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqe diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Odur ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu baxımdan Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Kassasiya şikayətinin digər dəlili iddiaçı tərəfindən də iddia ərizəsində onun müddətli əmək müqaviləsi bağlamaq niyyətinin olmamasını mübahisələndirilməməsi və bu barədə sübutlar təqdim edilməməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, iddia ərizəsinin əksər hissəsi m əhz müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olması, bu barədə qanunvericiliyin müvafiq normalarının şərhi ilə bağlıdır. Buna baxmayaraq, kassasiya şikayətində müddətli əmək müqaviləsi bağlamaq niyyətinin olmamasının mübahisələndirilmədiyi və bu barədə sübutların təqdim edilmədiyinin göstərilməsi kassasiya şikayətinin formal mülahizələrə əsaslandığını göstərir və şikayəti verən nümayəndənin iddia ərizəsi, iddia ərizəsinə əlavə edilən sübutlar, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin qətnamələrində göstərilən hallarla lazımi qaydada tanış olmadığını deməyə əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığ ı müddətə bağlanılır. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin mü ddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300, 1hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, şikayətin dəlillərinə tam qiymət verib.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya mə hkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
46. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
48. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.
49. İşin müəyyən edilmiş halına görə iddiaçı 1998-ci ildən cavabdeh orqanda fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləyib, onunla əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması müəyyən edilib.
50. Cavabdehin iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə çevirməsi, eləcə də, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əmək müqaviləsinin müəyyən müddətə bağlanmasını zəruri edən digər əsasların olmasını apellyasiya instansiyası məhkəməsi iş materialları ilə müəyyən etməmişdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altın da əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
52. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək v ə hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
53. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, m üddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
54. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
55. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin etmiş və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.
56. Cavabdeh həmçninin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli 2(102)1278/2024 nömrəli qərarına istinadən kassasiya şikayətində göstərmişdir ki, həmin qərarda mövqe belə olub ki, əgər tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsidirsə, bu zaman işəgötürən tərəfindən müvafiq müqavilənin müddətin bitməsi əsası ilə xitam edilməsi qanunvericiliyin tələblərinin pozulması anlamına gəlmir.
57. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəm ə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının şikayətə əlavə edilmiş 16 aprel 2024-cü il tarixli 2(102)1278/2024 nömrəli qərarı üzrə işin halları tamamilə fərqli olmuşdur. Qərardan görünür ki, həmin işdə işçi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə 3 ay sınaq müddəti müəyyən edilməklə 12 ay müddətinə əmək müqaviləsi bağlanmış və 30 yanvar 2023-cü il tarixdə müddətin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir.
58. Hazırki işdə isə iddiaçının struktur dəyişiklikləri nəzərə alınmaqla 1998-ci ildən 2020-ci ilədək cavabdeh orqanda fasiləsiz işləməsi, onunla ilk dəfə yalnız 17 iyul 2020-ci il tarixdə 3 aylıq əmək müqaviləsi bağlanması halı müəyyən edilib. Üstəlik nəzərə alınmmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddsəinin 5-ci hissəsinə görə müddə tli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X5 Hüquqi şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2251/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.