Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3505/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli 2(107)225/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin (hakim C.İmanov) 12.10.2018-ci il tarixli 2(075)-3909/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “maddi və mənəvi zərər, dövlət rüsumu” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, A.Mahmudov, M.Əsədli) 08.01.2019-cu il tarixli 2(107)-225/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “maddi və mənəvi zərər, dövlət rüsumu” tələbinə dair iddia ərizəsi ilə 28.08.2018-ci il tarixdə məhkə məyə müraciət edərək, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada bir baş 6 yaşında 7 aylıq boğaz inəyin, olmadıqda onun dəyəri olan 2000 manat pulun, 500 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə əks tərəfin verdiyi izahatı sübut etməklə işə birtərəfli yanaşmış, iddiaçıya prosessual hüquqlarının həyata keçirilməsinə köməklik etməmiş, işin faktiki hallarına əhəmiyyət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli 2(107)-225/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM- in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.01.2019cuiltarixliqətnaməsi ilə İddiaçı apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Şəki rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı hər gün inəyini naxıra sürmüşdür. 27 iyul 2018-ci il tarixdə inəyini nəzarətsiz buraxmış, iddiaçının həyat yoldaşı in əkləri axtararkən cavabdehlərə məxsus maşınları orada görmüşdür. Axtarış nəticəsində inəyin qatar yolunda öldüyü aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən inəyin cavabdehlər tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan öldürülməsi ilə iddiaçıya ziyan vurması öz sübutunu tapmamışdır. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə cavabdehlər tərəfindən ona 2000 manat maddi və 500 manat mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı sübutunu, bununla da iddia tələbinin sübuta yetirəcək və eləcə də cavabdehlərin həmin iddia tələbinə aidiyyatını sübut edə biləcək hər hansı bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişiklik edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən b aşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli 2(107)-225/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3505/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3505/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver