Məhkəmə qərarları › İş №2(102)-3506/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3506/2024

27.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3506/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iş üzrə QƏRARİ  (kateqoriya: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, ƏM-in 70-ci maddəsinin ç və e bəndi, (işə bərpa tələbi) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum edilmiş müdd ət üçün bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-855/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X2 2 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə işinə qəbul olunmuş, 8 fevral 2023-cü il tarixli 12 nömrəli əmrə əsasən, İddiaçı olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və "xxxx" bəndləri ilə xitam verilmişdir.

2. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi F uad Bayramovun imzaladığı arayışa əsasən, İddiaçı ilə olan əmək müqaviləsinə 10 aprel 2023-cü il tarixli 12 nömrəli əmrlə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 8 fevral 2023-cü il tarixli 12 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında kombinatın zibil yükləyən fəhlə işinə bərpa olunması və 8 fevral 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Quliyevin 8 fevral 2023-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 31 iyul 2023-cü il tarixli 39 nömrəli arayışına əsasən 10 aprel 2023-cü il tarixli 12 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildiyi qeyd olunsada, faktiki olaraq 8 fevral 2023-cü il tarixdə işdən azad edilmiş və həmin vaxtdan ona əmək haqqı ödənilməmişdir. Halbuki, əmək müqaviləsi üzrə vəzifələrini daima yerinə yetirmiş və pozuntulara yol verməmişdir. Belə olan halda Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 8 fevral 2023-cü il tarixli, 12 nomrəli əmri əsasında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və "xxxx" bəndləri ilə işdən azad edilməsi qanunsuz olmuşdur. İşdən azad edilmə barədə əmrdə hansı əmək pozuntusunu törətdiyini görə işdən azad edilməsi işəgötürən tərəfindən qeyd edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və "xxxx" bəndləri ilə işdan azad olunması həmin Məcəllənin 76-cı maddəsinin tələblərinə ziddir. Ona görədə məcburi iş buraxma günləri üçün Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 hissəsinə əsasən işəgötürəndən əmək haqqını tələb etmək hüququ yaranmış olur. Məhkəmədə iddia qaldırmamışdan əvvəl Mediasiya Şurasına müraciət etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamış və buna dair 22 iyul 2023-cü il tarixli arayış verilmişdir.

5. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-856/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli q ətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Gədəbəy Rayon Kommunal X1 Nəzər Məhəmməd oğlunun işdən azad edilməsi və onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, 8 fevral 2023-cü il tariхdən işə bərpa olunan günədək məcburi iş buraхmağa görə əmək haqqı hеsablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç və e bəndlərinə əsasən xitam vermiş, lakin həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, iddiaçı tərəfindən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməməsi ilə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. Bununla da əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün əsas olan qanun pozuntusuna yol vermişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 44, 68, 70, 71, 72, 76.1, 76.2, 287, 292, 296 və 300-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 185.6, 217.4, 216-220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı xx xxxxxx 1949-cu il təvəllüdlü olmaqla 74 yaşı var. X2 çalışmanın son yaş həddinə çatdığına görə işə bərpa olunması qeyri- mümkündür.

10. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmr 8 fevral 2023-cü il tarixdə verilsədə, əmək müqaviləsi sistemdə aktiv olduğuna görə 10 aprel 2023-cü il tarixdə aktivliyi ləğv etmək üçü n özü sistemə bildiriş yerləşdirmişdir. Əmr 70-ci maddənin “ç” və "xxxx" bəndləri ilə verilsədə, iddiaçının 74 yaşı var, belə olan halda onun işə bərpa olunması istisna olunur.

11. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə iki əsasla xitam verilməsi əmək qanunvericiliyinə ziddir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

12. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X3 göstərmişdir ki, işin 39-cu vərəqində olan 10 aprel 2023-cü il tarixli 12 nömrəli əmr (sistemə yerləşdirilmiş) əmr imzalanmadığından hüquqi qüvvəsi olmamışdır. İddiaçı X2 ilə ba ğlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” və "xxxx" bəndi, yəni iki əsasla xitam verilib. Halbuki, əmək qanunvericiliyində işçinin iki əsasla işdən çıxarılmasına yol verilmir. Ona görə də 8 fevral 2023-cü il tarixli əmr qanuni və əsaslı hesab oluna bilməz.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-855/2024 nömrəli mülki iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Mustafa Mustafayev və Fikrət Mehtiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin “qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin p ozulması ilə çıxarılması, iddiaçınin 74 yaşı olduğuna və çalışmanın son yaş həddinə çatdığından işə bərpa olunması qeyri mümkündür” dəlilini əsassız saymış və hesab etmişdir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Çünki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” və "xxxx" bəndləri ilə işdən azad edilmişdir. Halbuki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. İşəgötürən isə əmək qanunvericiliyinin tələblərini pozaraq işçini iki əsasla işdən azad etmişdir. Ona gör ə də iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 71, 76, 287, 292, 294-296 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-855/2024 saylı 10 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda işçi ilə əmək müqaviləsinə xitam verilir. İddiaçının işdən çıxarılması barədə əmr 8 fevral 2023-cü il tarixdə verilsə də, əmək müqaviləsi sistemdə aktiv olduğuna görə 10 aprel 2023-cü il tarixdə aktivliyi ləğv etmək üçün özü sistemə bildiriş yerləşdirmişdir. Əmr 70-ci maddənin “ç” və “e" bəndləri ilə verilsə də, iddiaçının 74 yaşı var, belə olan halda onun işə bərpa olunması istisna olunmuşdur.

19. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: -ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məc əllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; -e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

22. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Maddə

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci m addələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

24. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək ha qqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

34. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə iddiaçı X2 2 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə işinə qəbul olunmuş, 8 fevral 2023-cü il tarixli 12 nömrəli əmrə əsasən, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və "xxxx" bəndləri ilə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan h allarda əmək vəzifələrini kobud şəkildə pozması və işçinin çalışmanın yaş həddinə çatması əsasları ilə xitam verilmişdir.

35. İddianın təmin olunması barədə rayon məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya məhkəməsi qənaətinə görə iddiaçı ilə olan əmək müqaviləsinə əmək qanunvericiliyində göstərilən əsaslardan yalnız biri ilə xitam verilə bilərdi, əmək müqaviləsinə iki əsasla xitam verməkdə işəgötürən haqlı olmamışdır, əmr əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri işin müəyyən edilmiş hallarına və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş və bu hal düzgün olmayan qətnamənin çıxarılmiası ilə nəticələnmişdir.

37. İşdə olan Gədəbəy rayon KMK-nın rəisinin 08 fevral 2023-cü il tari xli12 nömrəli əmrindən görünür ki, kombinatın zibil yükləyən fəhləsi işləmiş iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və "xxxx" bəndlərinə əsasən işdən azad edilmişdir. ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə, yəni çalışmanın son yaş həddinə çatması əsası mübahisəsiz olsa da, “ç” bəndi ilə, yəni iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, yaxud da əmək vəzifələrini kobud şəkildə pozmasıına dair iş materiallarında hər hansı bir sübut yoxdur, işəgötürən cavabdeh müəssisənin nümayəndələri də işə baxılan zaman iddiaçının sonuncu əsasla işdən azad olunmasını irəli sürməmiş, niyə görə əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin göstərilməsini də izah etməmiş, məhkəmə tərəfin də də bu barədə onlardan izahat tələb olunmamışdır. ƏM-nin 76-cı maddəsinin 1 və 2-ci hissələri və 300-cü maddəsinin 1-ci hissəsinin təfsir edən aşağı instansiya məhkəmələri qanunun hərfi mənasına varmış, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə olan nöqsanın texniki səhv olub-olmadığını müəyyən etməmiş, bu faktın əmək müqaviləsinə xitam vreilməsi barədə işəgötürənin əmrinin ləğvi, yaxud da əmrdə düzəliş edilməsi üçün əsas olub-olmadığını müəyyən etməmişdir.

38. İşdən həmçinin görünür ki, işəgötürənin mübahisələndirilən əmrindən sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 02 mart 2023-cü il tarixli Bildirişdə, təkrarən verilmiş 10 aprel 2023-cü il tarixli 12 saylı əmrdə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi, yəni çal ışmanın yaş həddinə çatması göstərilmişdir. Apellyasiya məhkəməsi həmin sənədlərə də hüquqi qiymət verməmişdir.

39. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-855/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar