Məhkəmə qərarları › İş №2(102)-3508/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3508/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3508/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-11/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 28 oktyabr tarixli 03 saylı qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə İmişli rayonu Yalavac kəndi ərazisində 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2. “Torpağa mülkiyyət hüququna dair” JN-470 saylı Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 28 oktyabr tarixli 03 saylı qərarına əsasən Cavabdeh2 daxil olmaqla onun ailə üzvlərinin mülkiyyətinə İmişli rayonu Yalavac kəndi ərazisində 1, 27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia qaldıraraq onlara məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Yalavac kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılaraq torpağın qanunsuz istifadəsinin dayandırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, onlar ailə üzvləri birlikdə İmişli rayonunun Yalavac kəndində yaşayırlar və fərdi təsərrüfatdan əldə etdikləri qazancla ailəni saxlayırlar. İmişli rayonu Yalavac kəndi ərazisində islahat nəticəsində beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə cəmi 1,33 ha torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət aktında göstərilmiş 476 və 476 Z saylı plan əsasında yeri təyin edilərək təhkim edilmişdir. 476 saylı planda göstərilmiş torpaq sahəsinin ərazisindən 0,16 ha Cavabdeh1 və 0,98 ha Cavabdeh2 tərəfindən zəbt edilərək uzun müddətdir ki, qanunsuz istifadə edilməkdədir. Torpaq sahəsinin buraxılmasını dəfələrlə tələb edilməsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmələrinə baxmayaraq edilən cəhdlər nəticəsiz qalmışdır.

5. Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişilər kəndində yaşamış və islahat zamanı həmin yaşayış məntəqəsi ərazisində kənd təsərrüfat təyinatlı torpaq sahəsi əldə etmişdir. İddiaçı1 ailə üzvlərinin mülkiyyətinə səhvən İmişli rayonu Yalavac kəndi ərazisində 1.33 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı1 torpaq sahəsi islahat zamanı onun ailə üzvlərinin mülkiyyətinə İmişli rayonu Yalavac kəndi ərazisində verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə həmsərhəddir və heç bir tərəfindən zəbt edilməmişdir. İddiaçı1 özünə məxsus olan torpaq sahəsinin hüdudlarını dədiqləşdirə bilməmişdir. Ona görə də, idia tələbi əsassız hesab edilməlidir.

6. İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(036)-2533/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz i stifadənin dayandırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı2 və qeyrilərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət aktına əsasən 476 saylı planda yeri təyin edilmiş İmişli rayonunun Yalavac kəndi ərazisində yerləşən 11.358,84 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 çıxarılması qət edilmişdir.

7. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçılar, İddiaçı2 və İddiaçı1 məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət aktına əsasən 476 saylı planda yeri təyin edilmiş İmişli rayonunun Yalavac kəndi ərazisində yerləşən 11.358,84 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Həmin torpaq sahəsinə Cavabdeh1 sahiblik etməsi müəyyən edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 157.2, 213.1,213.6 və MPM-nin 76.1,76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxslər X6, X2 və X4 tərəfindən apelyasiya şikayəti verilərək İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(036)2533/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxslər X6, X2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbl ərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, iş üzrə sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi işi kifayət qədər araşdırmayaraq iddiaçıların torpaq islahatından öncə Kürdəmir rayonu ərazində yaşamaqlarını nəzərə almamışdır. Yəni iddiaçılara Kürdəmir rayonu ərazisindən torpaq sahəsinin ayrılıb-ayrılmaması faktı dəqiqləşdirilməmişdir. Çıxarılmaları qət edilən torpaq sahəsi həm cavabdehin, həm də apellyasiya şikayətini imzalayan digər şəxslərin istifadəsindədir. Həmin şəxsləri cəlb etmədən məhkəmə qanunsuz qətnamə çıxarmışdır. Eyni zamanda, məhkəmə onların torpaq sahəsindən çıxarılmasını qət etsə də, özlərinə məxsus torpaq sahəsinin dəqiq yerləşmə yerini müəyyən etməmiş dir.

11. İddiaçı2 məhkəmə iclasında təqdim etdiyi 07 fevral 2023-cü il tarixli № 05/69-57 saylı ölüm haqqında arayışa əsasən atası (iş üzrə iddiaçı) İddiaçı1 23 mart 2021-ci il tarixdə vəfat etmişdir.

12. İddiaçı2 məhkəmə iclasında təqdim etdiyi İmişli rayon İcra Hakimiyyəti Başçısının Rəsullu kənd inzibati ərazi idarəsi üzrə Nümayəndəliyinin 06 fevral 2023-cü il tarixli 123 nömrəli arayışa əsasən, İddiaçı2 ailə üzvləri anası İddiaçı3, qardaşı X9 və bacısı İddiaçı4 olduğu qeyd edilmişdir.

13. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/6868 saylı rəyinə əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:0476 saylı Dövlət Aktı i lə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş İmişli rayonu Yalavac kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.09 ha hissəsinin yerləşdiyi ərazidə mübahisə olduğu üçün həmin ərazinin hüdudlarının koordinatları müəyyən edilmişdir; İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:0470 saylı Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş İmişli rayonu Yalavac kəndində yerləşən 1.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.03 ha hissəsinin yerləşdiyi ərazidə mübahisə olduğu üçün həmin ərazinin hüdudlarının koordinatları müəyyən edilmişdir; İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarına əsasən “Torpağa mül kiyyət hüququna dair” JN:0476 saylı Dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş İmişli rayonu Yalavac kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.09 ha hissəsi ilə İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:0470 saylı Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş İmişli rayon Yalavac kəndi ərazisində 1.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.03 ha hissəsi sənəd üzrə üst-üstə düşmür. Ancaq, İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:0476 saylı Dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş İmişli rayonu Yalavac kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.09 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur; İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş İmişli rayonu Yalavac kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.09 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-11/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər S.İ.Mayılov və İ.Q.Əsədov) Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxslər X6, X2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(036)-2533/2020 saylı qətnaməsi dəyişdirilməsi, Cavabdeh2 “Torpağa mülkiyyət h üququna dair” JN0476 saylı Dövlət aktına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 mülkiyyətlərində olan 11.358,84 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,09 ha hissəsindən çıxarılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sənədlərin tərəflərin izahatları və ekspert rəyi ilə müqayisəli təhlilinə əsasən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 iddiaçılar İddiaçı2 və qeyrilərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət aktına əsasən 476 saylı planda yeri təyin edilmiş İmişli rayonunun Yalavac kəndi ərazisində yerləşən 11.358,84 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasını qət edərkən onun məhz hansı hissədə (ölçüdə) torpaq sahəsinə müdaxiləsini dəqiqləşdirməmiş və bu məqsədlə xüsusi bilik tələb edən həmin məsələ üzrə müvafiq ekspertiza təyin etməmişdir. Belə ki, hazırkı icraat çərçivəsində aparılmış ekspertiza nəticəsində Cavabdeh2 tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin 1.09 ha hissəsinin faktiki istifadə olunduğu aşkar olunmuşdur. Bu baxımdan, kollegiya hesab etmişdir ki, Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxslər X6, X2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(036)2533/2020 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh2 Torpağa mülkiyyət hüququna dair” JN-0476 saylı Dövlət aktına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, X1 Pərvin Kamil qızı və X5 mülkiyyətlərində olan 11.358,84 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,09 ha hissəsindən çıxarı lmalıdır.

16. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxslər X6, X2 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçıların torpaq islahatından öncə Kürdəmir rayonu ərazisində yaşamaları və onlara Kürdəmir rayonu ərazisindən torpaq sahəsinin ayrılmasına dair dəlili qətnamənin ləğvi üçün əsas deyildir.

17. Həmçinin apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin həm cavabdehin, həm də ailə üzvlərinin, yəni apellyasiya şikayətini imzalayan şəxslərin istifadəsində olması göstərilmişdir. Ancaq nəzərə alınmalıdır ki, MPM-in 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 3-cü bəndinə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 238.1 və Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin, 111-ci maddəsinin 1 və 2-ci hissələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin tam ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

20. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cü, MPM-nin 88-ci maddələrinə və Ali Məhkəmənin ”Torpaq qanunvericiliyinin ümumi və iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsi” Qərarına istinad edərək, məhkəm ə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, aqrar islahat komissiyasının xx.xx.2004-cü il tarixli 03 saylı qərarı Yalavac kəndi ərazisində 1,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin sərhəddi, hüdudları Çıxarışla təsdiq olunur.Məhkəmə buna hüquqi qiymət verməmişdir. Həmin qərarın 14-cü bəndində göstərilir.Belə ki, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir.Bundan əlavə, məhkəməyə təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə bunu müzakirə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellya siya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq 25 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 26 Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməs indən sonra yaranır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 27 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 28 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29 Kassasiya şikayətinin dəlillərində qeyd olu nan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 30 Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 31 Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şi kayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 32 Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyekti v araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 33 Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-11/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar