Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3509/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən çıxarılma) 13.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(105)-65/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X məhkəmədə ca vabdehlər Cavabdeh1 və Cavabdeh2 X qarşı iddia qaldıraraq,, cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsində yerləşən 54 saylı evdən istifadə hüquqlarına xitam verilməklə, əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Məmmədov) iddia təmin edilərək, cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsində yerləşən 54 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, 29 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsində yerləşən 54 saylı ev iddiaçının xeyrinə ipoteka qoyulub. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq ödəmədiyindən iddiaçı ona qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırıb və Abşeron rayon məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 sözügedən borcun tutulması və tutmanın ipoteka predmeti olan sözügedən evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra evin boşaldılması qət edilib. Sonradan Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilərək, iddianın qismən təmin edilməsi barədə yeni qətnamı qəbul edilib. Bundan sonra qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X1” MMC-nə göndərilib. Lakin, ipoteka predmeti satılmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən iddiaçıya təklif edilib və 20 dekabr 2018-ci il tarixdə “X1” MMC ilə iddiaçı arasında “hərracın yekunları haqqında” protokol imzalanıb və “alqı-satqı müqaviləsi” bağlanıb. 08 fevral 2019-cu il tari xli Çıxarışa əsasən sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Bundan əlavə, yuxanda qeyd olunan ipoteka müqaviləsi bağlanarkən, evdə qeydiyyatda olan Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək qeydiyyatda olduğu fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirib. Lakin, ipoteka predmeti olan ev artıq iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər həmin evi tərk etməmişlər. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron rayon məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normaları nın tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yən i məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqa vilə şərtləri qoymaqda sərbəstdirlər; 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin fakt iki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahış olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayə tində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 29 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsində yerləşən 54 saylı ev iddiaçının xeyrinə ipoteka qoyulub. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq ödəmədiyindən iddiaçı ona qarşı “kredit borcunun tut ulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırıb və Abşeron rayon məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 sözügedən borcun tutulması və tutmanın ipoteka predmeti olan sözügedən evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra evin boşaldılması qət edilib. Sonradan Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilərək, iddianın qismən təmin edilməsi barədə yeni qətnamı qəbul edilib. Bundan sonra qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifar işinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X1” MMC-nə göndərilib. Lakin, ipoteka predmeti satılmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən iddiaçıya təklif edilib və 20 dekabr 2018-ci il tarixdə “X1” MMC ilə iddiaçı arasında “hərracın yekunları haqqında” protokol imzalanıb və “alqı-satqı müqaviləsi” bağlanıb. 08 fevral 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Bundan əlavə, yuxanda qeyd olunan ipoteka müqaviləsi bağlanarkən, evdə qeydiyyatda olan Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək qeydiyyatda olduğu fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirib. Lakin, ipoteka predmeti olan ev artıq id diaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər həmin evi tərk etməmişlər. Hazırda iddiaçı, cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsində yerləşən 54 saylı evdən istifadə hüquqlarına xitam verilməsini və onların əşyaları ilə birlikdə həmin evdən çıxarılmalarını iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdi rildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən evi əvəzi qabaqcadan ödənilməklə qanuni əsaslarla əldə etdiyindən və hazırda həmin ev mülkiyyət hüquq üzrə onun adına qeydə alındığından, Cavabdeh1 həmin ev üzərində hər hansı hüququ saxlanılmadığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh1 kassasiya şikayətində apelly asiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(105)-65/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3509/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3509/2022
13.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver