Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3509/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək Neftçala şəhəri, Ki mya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh Neftçala şəhəri, “Zəhmət” heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. Cavabdeh vəsatət verərək işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh işin aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatəti rədd edilmişdir. Cavabdeh qərardaddan şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. (hakim Samir Quliyev) Məhkəmə tərkibi hesab edir ki, ş ikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilməmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən maddələrindən də görünür ki, məhkəmə aidiyyətindən verilən şikayətlər əsasən kassasiya şikayətlərinə bərabər tutulur, kassasiya şikayətinə münasibətdə irəli sürülən tələblər bir qayda olaraq məhkəmə aidiyyətindən olan şikayətlərə də şamil edilir. Hazırki şikayət isə vəkil tərəfindən tərtib edilməmişdir. Vəkil tərəfindən tərtib edilmədiyi üçün nəticə etibarilə vəkilin orderi də şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə n əzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi cavabdehin şikayətinə qeyd edilən prosessual hüquq normalarını pozmaqla (şikayətin elektron qaydada və vəkil tərəfindən verilməli olması, vəkilin orderinin şikayətə əlavə edilməsi barədə tələblərə əməl etmədən) baxmış, eyni zamanda kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 408.2ci maddəsinin tələblərinə də əməl etməmişdir. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiya sı məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3509/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3509/2024
12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver