Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-351/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıXXXnın Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-351/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 25 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçıXXXnın Cavabdeh qarşı “pul” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-287/2021 nömrəli, 25.05.2021-ci il tarixli qətnaməsindən iddiaçıXXX və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər ər-arvad olmuşlar. Birgə nikah dövründə "xxxx" ASC iləXXX arasında bağlanmış 11.05.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 25,32% dərəcəsi ilə 16.335 manat kredit verilmiş və müqavilənin bitdiyi 11.05.2022-ci il tarixinə ödəniləcək məbləğ əsas borc üzrə 16335 manat və faiz borcu üzrə 9805,96 manat olmaqla 26.140,96 manat təşkil edir. İddiaçı həmin borcun bir hissəsinin evin təmiri üçün götürülmüş keçmiş borcun bağlanmasına ödənildiyini, qalan məbləğə cavabdehə avtomaşın alındığını, bundan sonra nikahla pozulduğunu, təmir olunan ev və avtomaşının cavabdehdə qaldığını, lakin kredit onun tərəfindən ödənildiyini əsas tutaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçıXXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu Şəkərçik kəndində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayan Cavabdeh 11 may 2018-ci il tarixdə "xxxx" ASC-dən 108CLM********** saylı müqavilə ilə onun adına götürülmüş kredit üzrə əsas və faiz ödənişlərinə görə ödənilməli olan 26140,96 manat, 11 may 2018-ci il tarixdə "xxxx" ASC-dən “BİR KART” vasitəsilə 1500 manat məbləğində kredit limitindən istifadəyə görə ödənilməli əsas məbləğ və faizlər, cəmi 28000 (iyirmi səkkiz min) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Füzuli Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(064)-722/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Y.Həşimov) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçıXXXnın xeyrinə 8917,5 (səkkiz min doqquz yüz on yeddi manat əlli qəpik) manat pul tutulması qət edilmişdir.
4. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən tərəflərin izahatları və bank sənədləri ilə müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı birgə nikah dövründə ailənin ümumi maraqları naminə bankdan 16.335 və 1500 manat olmaqla cəmi 17.835 manat kredit götürmüşlər. Həmin kreditin bir hissəsi ailənin maraqları üçün əvvəllər götürülmüş 8000 manat kreditin ödənilməsinə sərf olunmuş, əvvəl götürülmüş kredit isə əsasən tərəflərin birgə yaşadıqları evin təmirinə xərclənmiş, qalan hissəsinə isə avtomobil alınmış və nikah pozulduqdan sonra həmin avtomobil Cavabdeh tərəfindən satılmışdır.
5. Cavabdeh götürülmüş kreditin 10.300 manat hissəsinin onun təərfindən ö dənildiyini əsas gətirərək, məhkəmədən iddiaçının xeyrinə 3700 manat məbləğində pulun tutulmasına razı olduğunu bildirmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, bankdan birgə nikah dövründə birgə təsərrüfat aparılan zaman ailənin ümumi maraqları və ehtiyacları üçün cəmi 17.835 manat pul götürülmüş və bu pulun bir hissəsi hazırda Cavabdeh istifadə və sahibliyində olan (həmin ev dövlət tərəfindən məcburi köçkünlərin müvəqqəti istifadəsinə verildiyindən heç kimin mülkiyyətində olmamışdır) fərdi yaşayış evinin təmirinə və avtomobil alınmasına sərf olunmuşdur. Qeyd olunan avtomobil isə nikah pozulduqdan sonra Cavabdeh tərəfindən İddiaçı razılığı olmadan satılmışdır. Məhkəmə hesab etmişdir ki, götürülmüş kreditin ödəniş müddəti hələ 2022-ci ilin may ayında bitəcək, cəmi 9805,96 manat faiz borcunun əsa s borcla birlikdə tərəflər arasında bölünməsi yolverilməzdir. Odur ki, məhkəmə birgə nikah dövründə bankdan nağd götürülərək ailənin ümumi maraqları üçün xərclənmiş cəmi 17.835 manat məbləğində pulun bölünməklə, yarısının, yəni 8917,5 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasını əsaslı hesab etmişdir.
7. Məhkəmə Cavabdeh götürülmüş kreditin 10.300 manat hissəsinin onun tərəfindən ödənilməsinin nəzərə alınmasına dair mülahizələrini də cavablandıraraq bildirmişdir ki, əvvəla, cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş ödəniş qəbzlərində onun deyil İddiaçı adı qeyd olunmuşdur. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, Cavabdeh onun tərəfindən birgə nikah dövründə ailənin ümumi ehtiyacları üşün xərc kimi ödənilmiş 10.300 manat pulun yarısının İddiaçı onun xeyrinə tutulması tələbinə dair ayrıca iddia ilə məhkəməyə müraciət etməlidir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçıXXX və Cavabdeh apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-287/2021 nömrəli, 25.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) iddiaçıXXX və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(064)722/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə əsaslandırmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçıXXX və Cavabdeh kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçıXXX kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinə uyğun olaraq belə əsaslandırmışdır ki, götürülmüş kredit evə və avtomobilə xərclənmiş, həmin əmlaklar isə cavabdehdə qalmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr qanunun analogiyasını tətbiq etməklə yanlış nəticəyə gəlmiş, birgə nikah dövründə ailənin ümumi və zəruri xərcləri ilə əlaqədar götürülmüş krediti borca verilmiş pul kimi qiymətləndirərək qanunvericiliyin tələbini pozmuşdur. Həmçinin, onun yaşadığı ev məcburi köçkünlər üçün nəzərdə tutulmuş ev olmaqla dövlətə məxsusdur, odur ki, həmin ev dövlətə təhvil veriləcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
18. Maddə. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə. 472.1. Borclu zaminliklə təmin e dilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
20. Maddə. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
21. Maddə. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
22. Maddə. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlak dakı payları bərabər hesab edilir.
23. Maddə. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halı bundan ibarətdir ki, tərəflər birgə nikah dövründə ailənin ümumi maraqları naminə bankdan 16.335 və 1500 manat olmaqla cəmi 17.835 manat kredit götürmüşlər. Həmin kreditin bir hissəsi ailənin maraqları üçün əvvəllər götürülmüş 8000 manat kreditin ödənilməsinə sərf olunmuş, əvvəl götürülmüş kredit isə əsasən tərəflərin birgə yaşadıqları evin təmirinə xərclənmiş, qalan hissəsinə isə avtomobil alınmış və nikah pozulduqdan sonra həmin avtomobil Cavabdeh tərəfindən satılmışdır.
31. Göründüyü kimi, kr edit birgə nikah dövründə götürülsə də, tərəflərin ailə münasibətləri pozulduğundan, həmin kreditdən ailənin ümumi xərcləri üçün istifadə edilməsi mümkün olmamışdır. Belə ki, kredit müqaviləsinin müddəti hələ 2022-ci ilin may ayında bitməli olsa da, tərəflərin ailə münasibətləri 2019-cu ildə pozulmuşdur.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bankla cavabdeh arasında 11.05.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.
33. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcə llədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı ilə birlikdə (kredit müqaviləsinin tərəfi) borcun qaytarılması üçün birgə məsuliyyət daşıyır. Məhkəmələr hazırkı işdə əldə edilmiş məbləğin yarısının tutulmasını qət etmişlər. Gələcəkdə bankın öhdəliyi yerinə yetirilmədikdə hər iki tərəf bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan sonra tutulmalı olan məbləğ, borca hesablanmış faizlər və digər əlavələr hər iki tərəfin öhdəliyidir. Cavabdeh zamin kimi kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində iddiaçı ilə birlikdə cavabdehlik daşıyır və ailə münasibətlərinin pozulması onu bu vəzifədən azad etmir.
36. Odur ki, Ailə Məcəlləsin in tələblərini rəhbər tutan apellyasiya məhkəməsi birgə nikah dövründə bankdan nağd götürülərək ailənin ümumi maraqları üçün xərclənmiş pulun bölünməklə, yarısının cavabdehdən tutulması barədə düzgün qənaətə gəlmişdir.
37. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
39. Beləliklə, kassatorların formal mülahizələrə əsaslanan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.
40. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-287/2021 nömrəli, 25.05.2021-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.