Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3510/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) qarşı ilk; Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, maddi və mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X ıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı QSC-nin cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, maddi və mənəvi zərər” tələbinə dair ilkin, Cavabdeh4 İddiaçı QSC-yə qarşı “fərdi yaşayış evindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, maddi və mənəvi zərər” qarşılıqlı iddia tələbi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3419/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-13649/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 manat əsas borc və 5.800 manat cərimə məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyriyaşayış, 43.2 kv.metr köməkçi, 109 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.
2. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və həmin əmlakın İddiaçı QSC tərəfindən alınması barədə xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alğı-satqı sı barədə müqavilə və protokol tərtib edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il tarixli elektron çıxarışa əsasən ünvan 1 ünvanında dövlət mülkiyyətində olan 0.005343 ha torpaq sahəsində yerləşən 71.2 kv.metr ümumi sahəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Eyni zamanda, həmin ünvanda 185.1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin iddia üzrə Cavabdeh4 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC cavabdehlər "xxxx" Firması və Cavabdeh2 (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsinin, orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, yaradılmış maneələrin aradan qaldırılması və yaşayış evinə sərbəst girişin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində onun mülkiyyətində olan fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxi lə edilmiş, həyətyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən iddiaçının işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişdilər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olmaq mümkün olmamışdır.
7. Daha sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində məhkəmə icraatına cəlb olunmalarını xahiş etmişdir. 8. xx.xx.2021-ci il tarixdə Cavabdeh4 birinci instansiya məhkəməsinə ilk iddiaya etiraz və qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, göstərmişdir ki, onun Ba kı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 185,1 kv.metr təşkil edir və həmin evin texniki pasportu da mövcuddur. Mülkiyyət hüququnu təsdiq edən sənəddən də göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə ona məxsusdur. Hesab edir ki, İddiaçı QSC-nin əməkdaşları ona məxsus fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılaraq ona təhvil verilməlidir. Həmçinin İddiaçı QSC-nin əməkdaşlarının ona məxsus fərdi yaşayış evini zəbt etmələri nəticəsində ona 50.000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, İddiaçı QSC-nin əməkdaşlarının mülkiyyətində olan əmlaka açıq-aşkar şəkildə qəsd etmələri, ona qarşı zorakılıq etmələri, bu azmış kimi, ona qarşı məhkəmədə əsassız iddia qaldırmaları və s. hərəkətləri nəticəsində ona 50.000 manat məbləğində mənəvi zərər dəymişdir. Dövlət rüsumu üçün 30 manat məbləğində pul ödəmişdir. Odur ki, İddiaçı QSC-dən onun xeyrinə ümumilikdə 100.030 manat məbləğində pul tutulmalıdır.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında ilkin iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, “X17” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, fərdi ya şayış evinin həyətyanı sahədən ayıran arakəsmə divarının Cavabdeh3 tərəfindən sökülməsi nəticəsində iddiaçıya 1.184 manat məbləğində maddi zərər vurulmuşdur. Sonradan sökülmüş divarın bərpa edilməsi və digər bərpa işlərinin aparılması üçün iddiaçı tərəfindən podratçı təşkilatla müqavilə bağlanmış və 2.716,24 məbləğində vəsait ödəmişdir. Həmçinin, Cavabdeh3 tərəfindən iddiaçının əmlakına açıq şəkildə qəsd edilməsi, məhkəmə və hüquq mühafizə orqanlarında, üçüncü şəxslərə özünü qonşu evin sahibi kimi təqdim etməsi və iddiaçıya məxsus olan fərdi yaşayış evinin də onun olduğunu iddia etməsi, məhkəmə proseslərində özünü Cavabdeh4 qardaşı kimi təqdim etməsi və heç bir sənəd və etibarnamə təqdim etməyərək iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr verməsi mənəvi zərərin vurulması kimi qiymətləndirilir. Cavabdeh4 adına tərtib edilən məktub, ərizə və şikayətlərdə də iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr mövcuddur. Bu səbəbdən ona 10.000 manat məbləğində mənəvi zərər dəymişdir. Dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir. Odur ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ilkin iddia üzrə İddiaçı QSC-nin xeyrinə qeyd olunan məbləğlərdə pul tutulmalıdır.
11. Həmçinin həmin məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mülki məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə tə min olunmuşdur.
12. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardad qəbul edilərək, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, təqdim olunmuş fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur. Faktiki vəziyyətdə yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi təcrid şəkildə iki hissəyə bölünmüş dür. Belə ki, yarımzirzəmi mərtəbəsində yerləşən 2, 4 və 5 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 2, 4, 5 və 6 saylı tikililər ‘Lukoyl-Azərbaycan” QSC-nin istifadəsində, yarımzirzəmi mərtəbəsində yerləşən 1 və 3 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 1 və 3 saylı tikililər Cavabdeh4 faktiki istifadəsindədir. Eyni zamanda istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi mişar daşı ilə hasara alınaraq İddiaçı QSC-nin istifadəsində, qalan hissəsi Cavabdeh4 faktiki istifadəsindədir. Baxış zamanı Cavabdeh4 faktiki istifadəsində olan hissədə fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olunmuşdur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda is tifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, eləcə də baxış zamanı İddiaçı QSC-nin istifadəsində olan sahəyə dair hər-hansı texniki parametrləri əks etdirən sənəd təqdim olunmadığından, **********18-10301 reyestr nömrəli Çıxarışda göstərilmiş ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyəti, ölçüləri, mərtəbəliliyi, ayrı-ayrı otaqlarının yerləşmə vəziyyəti və.s. texniki parametrlərinin iş materiallarında olan Cavabdeh4, başqalarının adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasporta uyğun olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evi olduğu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evinin 119,3 kv.metr hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reye str nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair texniki pasport sənədi təqdim olunmadığından həmin fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün olmamışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (e-2(001)33/2024 nömrəli mülki iş üzrə, hakim N.Nəbizadə) qətnaməsi ilə ilkin iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSCnin ünvan 1 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməm əsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-dən tutularaq Cavabdeh4 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən tutulması qət edilmişdir.
15. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Tex niki Pasport sənədinə uyğundur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evinin 119,3 kv.metr hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi İddiaçı QSC tərəfindən istifadə edilir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən – cavabdeh İddiaçı QSC-nin ünvan 1 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,1 k v.metr. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evi boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin digər hissələrdə hazırkı vəziyyətdə təmin edilməsini mümkün hesab etməmişdir. Belə ki, maddi ziyan hissəsində ərizə ümumiyyətlə əsaslandırılmamış, mənəvi ziyana dair hissənin təmin edilməsi üçün isə qanunvericiliklə müəyyən edilmiş elementlərin tam həcmdə mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 152, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, bi rinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının qətnamə ilə çıxarılması müəyyən edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ mövcuddur. İş materiallarından göründüyü kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlə Reyestri Xidməti tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, həmin fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçının xüsusi mülkiyyətindədir. Qətnamədə isə iddiaçının həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həm çıxarışda, həm qətnamədə ünvanların eyni olduğu açıqaydın görünür. Bununla da, iddiaçının mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Sözügedən fərdi yaşayış evi ilə bağlı ilkin iddia üzrə iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyatı mövcud olduğuna və həmin qeydlər ləğv edilmədiyinə, qeyridəqiqliyi sübuta yetirilmədiyinə, bu barədə məhkəmə qərarı mövcud olmadığına görə, qeydlər həqiqi və tam hesab edilir. Məhkəmə qarşılıqlı iddianın qismən təmin edilməsinin əsası kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini göstərmişdir. Ekspert rəyində xx.xx.2020-ci il tarixli, Cavabdeh4 və başqalarının adına tərtib edilmiş texniki pasporta istinad edilərək mübahisəli fərdi yaşayış evinin Cavabdeh4 mülkiyyətinə verilmiş sahəsi 185.1 kv.metr olan fərdi yaşayış evi olduğu qeyd edilir. Göründüyü kimi, ekspert rəyində hüquqi məsələyə yalnış münasibət bildirilməsinə ba xmayaraq, məhkəmə həmin rəyə əsaslanmış və yalnış nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli texniki pasport heç bir halda həmin əmlakın Cavabdeh4 aid olduğunu təsdiq etmir. Texniki pasportun adından da göründüyü kimi, texniki pasportda qeyd edilən əmlak tək Cavabdeh4 deyil, digər şəxslərə də məxsusdur. İş materiallarında olan əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə nəzər yetirdikdə açıq-aydın görünür ki, bu texniki pasportda qeyd edilən başqaları qismində məhz ilkin iddia üzrə iddiaçı çıxış edə bilər. Məhkəmə ekspertizanın səlahiyyətlərinə aid olmayan hüquqi məsələnin həllində ekspert rəyinə əsaslanaraq tamamilə yalnış nəticəyə gəlmişdir. Burda xüsusilə qətnamənin 18-ci səhifəsinin 5-ci abzasında qeyd edilən “Cavabdeh4 adına tərtib edilmiş texniki pasport” ifadəsinə di qqət edilməlidir. Belə ki, məhkəmə texniki passportun ilkin iddia üzrə cavabdehin adına deyil, cavabdehin və başqalarının adına tərtib edildiyini bilə-bilə qətnamədə texniki passportun cavabdehin adına olduğunu göstərir. Bu hallar qətnamənin ləğvi üçün birbaşa əsas təşkil edir. Ümumiyyətlə, texniki passport hüquqmüəyyənedici deyil, texniki sənəddir. İş materiallarında olan hüquqmüəyyənedici sənədlərə nəzər yetirdikdə görünür ki, ilkin iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il tarixli elektron çıxarış verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli əmlak bir neçə hissəyə bölünmüş, iki hissəsi üçün Cavabdeh2 ayr ı-ayrı çıxarışlar əldə etmiş və bu iki hissənin bir hissəsi ilkin iddia üzrə iddiaçıya, digər hissəsi isə cavabdehə gəlib çatmışdır. Bu sənədlər açıq-aydın göstərir ki, mübahisəli fərdi yaşayış evinə ilkin iddia üzrə iddiaçının hüquqları qanuni şəkildə qeydə alınmışdır və əmlak ona məxsusdur. Əmlakın bu səbəbdən iki ayrı girişi və bir-birindən təcrid olunmuş hissələri mövcuddur. Hər iki hissənin cavabdehə məxsus olduğunu qeyd etmək isə həm yuxarıda qeyd edilən mülkiyyət hüququnu təsdiq edən sənədlərə, həm də heç bir məntiqə uyğun deyil. Bundan başqa, məhkəmə qətnamənin 12-ci səhifəsində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına istinad edərək xüsusilə vurğulayır ki, mübahisəli fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri p ublik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş və fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililərinin sökülməsi müəyyən edilmişdir. Məhkəmənin bu hissəni xüsusilə vurğulamaqda məqsədi ilkin iddia üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi barədə dəlilin mövcudluğunu göstərməkdir. Qeyd edilən məhkəmə işi üzrə ilkin iddia üzrə iddiaçının tələbi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi, 109 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı, 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun düzgün qeydiyyata alınmaqla dövlət reyestrindən yeni çıxarışın verilməsi və həmin çıxarı şa uyğun texniki passportun verilməsidir. İlkin iddia üzrə iddiaçı fərdi yaşayış evini hərrac vasitəsilə əldə etməmişdən əvvəl həmin fərdi yaşayış evinin ümumi sahəsi çıxarışda 109 kv.metr olaraq göstərilsə də, iddiaçının adına olan çıxarışda sahə 71.20 kv.metr qeyd edilmişdir. Qeyd edilən məsələdən narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun düzgün qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmənin gəldiyi yekun nəticəyə əsasən isə bu yalnışlıq sübuta yetirilə bilmədiyindən iddiaçının iddiası təmin edilməmişdir. Göründüyü kimi, qeyd edilən işin mahiyyətinin hazırkı işlə hər hansı bir əlaqəsi mövcud deyil. İstinad edilən qərarda qeyd edilən sökülmə halı isə heç bir halda iddiaçının qeydiyyata alınmış 71.20 kv.metr sahəsi olan fərdi yaşayış evinə aid ed ilə bilməz. İlkin iddia üzrə iddiaçının çıxarışla qeydiyyata alınmış mülkiyyət hüququnun qeydinin ləğv edilməsi barədə cavabdeh məhkəməyə müraciət etsə də, məhkəmə cavabdehin ziyanına qərar çıxarmış və həmin qərar qüvvəyə minmişdir. Qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız başqa məhkəmənin maraqlı şəxsin tələbi əsasında bu barədə qərarı olduqda əmlakın məhv olması nəticəsinə gələ bilərdi. Belə bir qərar mövcud olmadığına görə, ilkin iddia üzrə iddiaçının qeydiyyata alınmış mülkiyyət hüququ əsas meyar kimi çıxış etməlidir. Bundan başqa, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırsa da, qeyd edilən iddia da qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə rədd edilmişdir. xx.xx.2021-ci il tarixində məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilmiş, həyatyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən ilkin iddia üzrə iddiaçının işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişlər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olmaq mümkü n olmamışdır. Bunun nəticəsində ilkin iddia üzrə iddiaçıya ziyan dəymişdir. İddiada qeyd edilən ziyan “X17” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymətləndirmə aktında təsdiq edilmişdir. İddiaçının qeydiyyata alınmış mülkiyyət hüququ ilə istifadə etdiyi daşınmaz əmlaka qanunsuz olaraq cavabdehlər tərəfindən müdaxilə olunmuşdur. Bu səbəbdən ilkin iddia ərizəsi üzrə iddiaçının tələbi təmin edilməlidir. Məhkəmə heç bir dəlil ilə mübahisəliəmlakın tamamilə cavabdehə aid olduğunu və ya ilkin iddia üzrə iddiaçının qeydə alınmış mülkiyyət hüququ ilə mövcud olan əmlakın mübahisəli əmlak olmamasını təsdiq etmədən qətnaməni çıxararaq yalnış nəticəyə gəlmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3419/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə (İ.Cəfərov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Rüstəmli və A.İsgəndərov) ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
21. İddiaçı və cavabdehin tələblərini ayrı-ayrılıqda araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün zəruri araşdırmalar aparılmış, ekspertiza təyin edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində ilkin iddia üzrə iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinin harada yerləşməsi müəyyən edilə bilməmiş, hüquqmüəyyənedici sənədlər onların texniki sənədləri ilə birlikdə yoxlanıldıqda aydın olmuşdur ki, hazırda mübah isələndirilən fərdi yaşayış evi istər çıxarış, istərsə də texniki pasportda göstərilmiş məlumatlara əsasən cavabdehin mülkiyyətinə verilmiş fərdi yaşayış evi ilə uyğunluq təşkil edir.
22. Keçirilmiş ekspertiza ilə ünvan 1 ünvanında yerləşən 185.1 kv.metr ümumi sahəli fərdi yaşayış evinin cavabdehə məxsus əmlak olması öz təsdiqini tapmış, iddiaçının 71.2 kv.metrlik əmlakının isə harada yerləşməsi müəyyən edilə bilməmişdir. Nəticədə, cavabdehin tələbinin əsaslı olması sübuta yetirilmişdir.
23. İddiaçının əsas gətirdiyi dəlil isə həmin ünvanda çıxarış əsasında ona məxsus fərdi yaşayış evinin yerləşməsi olmuşdur. Bununla bağlı qeyd edilmişdir ki, şəxsin adına əmlakın dövlət qeydiyyatına alınması barədə çıxarışın olması, mütləq şəkildə həmin əmlakın faktiki mövcudluğunu sübut etmir. Bu baxımdan sadəcə hüquqmüəyyənedici sənədin olması dəlilini rəhbər tutaraq, mövcudluğu sübut edilə bilməyən əmlaka dair iddia irəli sürülməsi əsaslı hesab edilə bilməz.
24. Bununla yanaşı, digər məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizada (əsas - xx.xx.2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi), habelə iddiaçının sifarişi ilə keçirilmiş mütəxəssis baxışında da (əsas - xx.xx.2022-ci il tarixli, 07-78/22 nömrəli mütəxəssis rəyi) mübahisələndirilən fərdi yaşayış evinin cavabdehin adına olan sənədlərlə uyğunluq təşkil etməsi, iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinin isə harada yerləşməsinin müəyyən olunmaması nəticəsinə gəlinmişdir.
25. Apellyasiya şikayətindəki növbəti dəlil isə texniki pasportun yalnız Cavabdeh4 deyil, o və başqalarının adına tərtib olunmmasıdır. Həmin dəlil ə görə, əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə nəzər yetirdikdə müəyyən edilə bilər ki, texniki pasortda qeyd olunmuş başqaları qismində məhz iddiaçı çıxış edə bilər.
26. Məhkəmə kollegiyası bununla bağlı izah edir ki, əmlakın mülkiyyətçiləri dəyişmiş olsa da, hazırda hər iki tərəfin ayrı-ayrı fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar mövcuddur. xx.xx.2020-ci il tarixli çıxarış ilə 185.1 kv.metr sahəli fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin çıxarış verilməmişdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur və hüquq subyektləri kimi “Cavabdeh4 və başqaları” qeyd olunmuşdur. Bununla yanaşı, həmin sənəd də fərdi yaşayış evinin ümumi sahəsi 185.1 kv.metr kimi göstərilmişdir. İddiaçının adına olan fərdi yaşayış evi isə 71.2 kv.metrlik ümumi sahəyə malikdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli texniki pasport məhz cavabdehin hazırda mülkiyyətində olan 185.1 kv.metr sahəli fərdi yaşayış evinə münasibətdə tərtib olunmuşdur və oradakı məlumatlar iddiaçıya yox, cavabdehə məxsus fərdi yaşayış evinin ölçüləri ilə uyğunluq təşkil edir. Əgər texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi ilə cavabdehin çıxarışındakı ümumi sahə, yəni 185.1 kv.metr arasında kəskin fərq olsa idi, o zaman iddiaçıya məxsus 71.2 kv.metrlik fərdi yaşayış evinin texniki göstəricilərinin də məhz həmin texniki pasort daxilində yer alması nəticəsinə gəlmək müəyyən dərəcədə əsaslı olardı. Nə qədər ki, belə hal mövcud deyil və cavabdehin çıxarışındakı məlumatlarla texniki pasportdakı məlumatlar tam olaraq uyğunluq təşkil edir, belə olan halda, texniki pasportda hüquq subyektləri qismində qeyd olunmuş “başqaları” ifadəsinin iddiaçıya aid edilməsi xüsusatı əsassızdır.
27. Apellyasiya məhkəməsi həmçinin apellyasiya şikayətindəki digər dəlillərə münasibətdə qeyd etmişdir ki, fərdi yaşayış evinin iki ayrı girişinin və bir-birindən təcrid olunmuş hissələrinin mövcud olması, həmin hissələrdən birinin iddiaçıya, digərinin isə cavabdehə məxsus olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, fərdi yaşayış evinin iki hissəyə ayrılması halları zəbtetmə nəticəsində də yaranmış ola bilər. Nəzərə alınmalıdır ki, cavabdehin hazırkı tələblə məhkəməyə müraciət etməsi də həmin fərdi yaşayış evi üzərindəki mülkiyyət hüquq unun müdafiəsi məqsədini daşıyır. Belə olan halda, bu faktorlar fərdi yaşayış evinin iddiaçıya məxsus olduğuna əsas vermir. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi iş materiallarında öz təsdiqini tapmır, lakin həmin əmlakın harada yerləşməsi ekspertizaların keçirilməsinə baxmayaraq, müəyyən edilmədiyindən, mövcudluğu da şübhə altındadır.
28. İlkin iddia tələbinin maddi zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmuşdur ki, iddiaçı fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilməsini əsas gətirərək, maddi zərərin tutulmasını tələb etsə də, məhkəmə tərəfindən onun tələbinin “əmlaka dair mülkiyyət hüququnun müdafiəsi” hissəsi təmin edilmədiyindən və mübahisəli əmlakın cavabdehə məxsus olduğu müəyyən olunduğundan hansısa qanunsuz müdaxilədən söhbət g edə bilməz. Odur ki, həmin hissə üzrə birinci instansiya məhkəməsi tərəfindən tələbin rədd edilməsi qanunamüvafiq olmuşdur.
29. İlkin iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İlkin iddia üzrə iddiaçı isə hüquqi şəxsdir. Hüquqi şəxsdə insan fərdinə xas mənəvi duyğular mövcud olmadığından mənəvi sarsıntı və iztirab keçirməsi, nəticədə mənəvi zərərin əvəzini tələb etməsi də mümkünsüzdür.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin A zərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İlkin iddia üzrə İddiaçı QSC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin göstərilmişdir ki, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərə nəzər yetirdikdə görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə uyğun olaraq iddiaçı tərəfindən alınmış və xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli elektron çıxarış vermişdir. Bundan əvvəl olan hüquqmüəyyənedici sənədlərdən isə görünü r ki, Bakı Apellyasiya Məhkəməsinin Müki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk263/2007 nömrəli, 23 may 2007-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin X4 iddia tələblərinə aid hissədə qismən ləğv edilməsi, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 19/17 saylı fərdi yaşayış evinin X7 adına qalmış 3/20 hissəsinə X8, X9 və X4 hər birinin 1/20 pay hüququnun tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qalan hissədə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin dəyişdirilməsi: X6 2657.94 manat alınaraq Kərimova Xanım-Sultan Fərman qızına verilməsi, Kərimova Xanım-Sultan Fərman qızının pay hissəsi digər hissələrdən təcrid olunduqdan sonra, onun mülkiyyətinə aid, əv əzi X11 tərəfindən ödəniləcək 2.46 kv.m yaşayış və 2.94 kv.m yardımçı sahələrə onun mülkiyyət hüququnun tanınması qət edilmişdir. AN-İ ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən isə satıcı Kərimova Xanım-Sultan Fərman qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini bütünlüklə alıcı X5 mülkiyyətinə verir. Əsədov Ramil isə bu hissəni 2006-cı ildə Cavabdeh2 satır. AN-İ ******* nömrəli, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən isə Əliyeva (Kərimova) Sara Rafiq qızı, Əbilova (Kərimova) Bəsti Rafiq qızı, X2 ünvan 1 ünvanında f aktiki 0.05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahəsi 162.2 kv.m olan 3 otaqlı evdən paylı mülkiyyət hüququ üzrə öz paylarına düşən hissələri bütünlüklə Əliyeva (Kərimova) Sara Rafiq qızına məxsus 1/20 hissə, Əbilova (Kərimova) Bəsti Rafiq qızına məxsus 1/20 hissə və X1 məxsus 1/20 hissədən y/s 2.46 kv.m, k/s 2.94 kv.m alıcı Cavabdeh2 mülkiyyətinə verir. AN-İ ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə onun adına verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında istifadədə olan 0.01688 ha torpaq sahəsində yerləşən, yaşayış sah əsi 70.7 kv.m, yardımçı sahəsi 162.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 3 otaqdan ona aid 4/20 hissəsini alıcı X3 mülkiyyətinə verir. Qeyd edilən sənədlərdən göründüyü kimi, mübahisəli əmlak bir neçə hissəyə bölünmüş, iki hissəsi üçün Cavabdeh2 ayrı-ayrı çıxarışlar əldə etmiş və bu iki hissənin bir hissəsi nəticədə İddiaçıya, digər hissəsi isə Cavabdehə gəlib çatmışdır. Bu sənədlər açıqaydın göstərir ki, mübahisəli fərdi yaşayış evinə İddiaçının hüquqları qanuni şəkildə qeydə alınmışdır və əmlak İddiaçıya məxsusdur. Əmlakın bu səbəbdən iki ayrı girişi və birbirindən təcrid olunmuş hissələri mövcuddur. Hər iki hissənin Cavabdehə məxsus olduğunu qeyd etmək isə həm yuxarıda qeyd edilən mülkiyyət hüququnu təsdiq edən sənədlərə, həm də heç bir məntiqə uyğun deyil. Məhkəmə bütün bu hallara baxmayaraq, yalnız ekspert rəyini əsas gətirməklə yalnış nəticəyə gəlmiş və işi tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
36. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz ist ədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 157.2. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır.
39. Maddə 157.4.Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır.
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qey diyyatına alınmalıdır.
42. Maddə 139.2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
43. Maddə
140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
45. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
46. Maddə 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
47. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi d əlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
54. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. İlkin iddia üzrə iddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaya raq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.
60. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
61. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
62. İ şin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə hər iki tərəfin mülkiyyətində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak vardır. İddiaçıya aid çıxarışda 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71.2 kv.metr fərdi yaşayış evi, cavabdehə aid çıxarışda isə hər hansı torpaq sahəsi göstərilmədən 185.1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi göstərilmişdir.
63. Apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun müdafiəsinə dair tələbinin əsassız, cavabdehin isə həmin tələbinin əsaslı olması qənaətinə gələrkən ona əsaslanmışdır ki, keçirilmiş ekspertiza zamanı iddiaçının mülkiyyətində olan əmlaka dair texniki pasportu olmadığından onun mülkiyyətində olan fərdi yaşayış evinin harada yerləşməsi müəyyən edilə bilinməmiş, həmin ünvanda mövcud olan fərdi yaşayış evi və tikililə r cavabdehin adına tərtib edilən texniki pasportda göstərilmiş məlumatlara uyğun olduğundan həmin fərdi yaşayış evi cavabdehin mülkiyyəti hesab edilərək, iddiaçı həmin əmlakdan çıxarılmışdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qarşılıqlı iddianın təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinin 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisəli ünvanda iddiaçının da mülkiyyətində fərdi yaşayış evinin olması barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış mövcuddur. Həmin çıxarışda göstərilən 71,2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair texniki pasportun iddiaçıda olmaması onun mülkiyyətində və faktiki sahibliyində olan əmlaka sahibliyinin qanunsuz olması qənaətinə gəlmək üçün yetərli deyildir.
65. Belə ki, texniki pasp ort daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla, qanunvericilikdə qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində texniki pasport daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir.
66. Məhkəmə kollegiya xüsusilə qeyd edir ki, eyni ünvan üzrə hər iki tərəfə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sənədlərdə əks olunan fərdi yaşayış evinin eyni sahə olubolmamasının müəyyən edilməsi hazırkı iddianın həll edilməsi üçün əhəmiyyətli haldır. Belə ki, əgər ey ni sahə hər iki tərəfin əmlakı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdırsa, bu hal artıq iddianın qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin birini, yəni əmlaka sahibliyin qanunsuz olduğunu istisna edən haldır. Belə olan halda, artıq tərəflər həmin sənədləri onları verən inzibati orqana qarşı mübahisələndirməlidirlər.
67. Tərəflər arasında inzibati mübahisəyə dair qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-639/2022 saylı qərarında da müəyyən edilmişdir ki, nə qədər ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə yanaşı İddiaçı QSCnin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, 3-cü şəxsin (İddiaçı QSC-nin) adına olan qeydlər mübahisələ ndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməmiş, bu barədə məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığından, həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə olan halda cavabdehin (DƏDKR Publik hüquqi şəxsi 1 saylı BƏİ) mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq iddiaçının (Cavabdeh4) adına qeydiyyata almasından imtina etməsi qanunazidd hesab edilməməlidir.
68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, xx.xx.2020-ci il tarixli texniki pasport heç bir halda həmin əmlakın Cavabdeh4 aid olduğunu təsdiq etmir. Texniki pasportun özündən də göründüyü kimi, texniki pasportda göstərilən əmlak Cavabdeh4 və başqalarının adına tərtib edilmişdir. İş materiallarında olan əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə (2 cild, iş v 230-250) nəzər yetirdikdə açıq-aydın görünür ki, bu texniki passportda qeyd edilən başqaları qismində məhz iddiaçı çıxış edə bilər.
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
70. Məhkəmə kollegiyası kassasi ya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, qanunvericiliyin tələblərinə cavab verməyən ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
71. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməl idir. Çünki iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud deyildir.
72. İşə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2024-cü il tarixli 2(103)3419/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışı