Məhkəmə qərarları › İş №2(102)-3511/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3511/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3511/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, kompensasiya ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X3 14.08.2014-cü il tarixdə nikaha girmişlər və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 17 nömrəli, 5 mərtəbəli binanın 50 saylı mənzilində yaşamışlar. Həmin mənzil 12.04.2008-ci il tarixdən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06.04.2019-cu il tarixdə qeydiyyat aparılmışdır.

3. Qeyd edilən mənzildən Ülviyyə Hacıyevanın istifadə hüququna xitam verilməsi ilə bağlı tərəflər aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 06.03.2020-ci ildə Cavabdeh qarşı iddia ərizə si ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Kərimova (Hacıyeva) Ülviyyə Şahin qızının Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsi, 17 saylı evin 50 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 27 iyul 2017-ci il tarixdə uşağı evdə qoyaraq, könüllü evi tərk edib atası evinə getmişdir. Həmin vaxtdan tərəflər faktiki olaraq ər-arvad kimi yaşamamışlar, birgə təsərrüfat aparmamışlar. Daha sonra tərəflər arasında faktiki olaraq formal olan nikahın pozulması ilə əlaqədar Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişlər. Məhkəmə qətnaməsi ilə İddiaçı, cavabdeh X3 ar asında olan 14 avqust 2014-cü il tarixli nikah ləğv edilmiş və X1 anası X2 yanında saxlanması qət edilmişdir. Tərəflər arasında olan nikah pozulduğundan, İddiaçı yeni ailə qurduğundan, ona məxsus mənzil bir otaqlı olduğundan, İddiaçı cavabdeh X3 ilə birgə yaşaması mümkün olmadığından və əsası isə X3 özünə başqa yaşayış yeri seçdiyindən mövcud iddia tələbi irəli sürülür.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 15.000 manat kompensasiya verildiyi təqdirdə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, 27 iyul 2017-ci ildə uzun sürən mübahisədən sonra əri onu və uşağı evdən çıxarıb, cehiz əşyaları və geyimləri həmin evdə qalıb. İş üzrə iddiaçı iş üzrə cavabdehi gəlin köçdüyü evdə yaşamağına imkan vermədiyinə görə iş üzrə cavabdeh Bakı şəhər, Sabunçu rayon məhkəməsindən onu və birgə nikahlarından olan 18 may 2015-ci il təvəllüdlü Umiyyə Ağarza qızını gəlin köçüb yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən evə köçürülməyi, evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, iş 2 (008)-5329/2018 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı övladı 18 may 2015-ci il təvəllüdlü X4 ilə birlikdə X ünvanına köçürülməsi və onların oraya istifadə hüququnun tanınması qət edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 23 sentyabr 2020-ci il tarixli, 2 (008)-2756/2020 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanda yerləşən evin 50 saylı mənzilinə dair istifadə hüququna xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququna 15.000 manat kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış nikah münasibətlərinə xitam verildiyinə görə iddiaçının mülkiyyətində olan ünvan 2 evin 50 saylı mənzilinə dair cavabdehin istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş materiallarına əlavə olunmuş, yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılan Sabunçu Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsinə sübut kimi hüquqi qiymət verərək hesab etmişdir ki, qeyd olunan qətnam ə çıxarılarkən tərəflər arasında nikah pozulmamış, bu əsasla da Cavabdeh mübahisəli ünvana istifadə hüququnun olması müəyyən olunmuşdur. Lakin, hazırki halda iddiaçı ilə cavabdehin nikahının artıq rəsmi qaydada pozulması Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Cavabdeh istifadə hüququna xitam verilməsi üçün əsasdır. 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsində istifadə hüququna xitam verilərkən kompensasiya ödənilməsi nəzərdə tutulmadığına görə həmin tələb təmin oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 02 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, onun tərəfindən verilmiş iddianın təmin edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətində işin faktiki hallarına, o cümlədən Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə köçürülməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən a ilə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əl də etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Maddə

416. Kassasiya inst ansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

26. Tərəflər 14 avqust 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 17 nömrəli, 5 mərtəbəli binanın 50 saylı mənzili tam mülkiyyət hüququ əsasında 12.04.2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydlər kitabında 06.04.2019cu il tarixdə 147 saylı akt qeyd aparılmışdır. Sabunçu Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsi ilə, X2 azyaşlı övladı 18.05.2015-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 3 ünvanına köçürülməsi və onların istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.10.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24.01. 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər 14.08.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanmış nikah 06.04.2019-cu il tarixdə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunur. Odur ki, iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun itirilib-itirilməməsi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar ” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.10.2019-cu il tarixli qərarı əsasında mübahisəli mənzilə pasport qeydiyyatına düşərkən həmin mənzil iddiaçının mülkiyyətində olmuş və tərəflər arasındakı nikah pozulmamışdır. Lakin, nəzərə almaq lazımdır ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən tərəflərin nikahı pozulmuşdur. Belə olan halda isə Cavabdeh İddiaçı ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ saxlanılmır.

31. Kollegiya həmçinin qeyd e tmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmadığından, onun istifadə hüquqlarına kompensasiya ödənilməsi ilə xitam verilə bilməz.

32. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, ilkin iddiaçı, nikahın pozulmasından sonra hazırkı tələblə məhkəməyə müraciət etdiyi üçün mübahisənin yuxarıda göstərilən qaydada həll edilməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğundur.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar