Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3511/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 10 avqust 2023-cü il. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Yaqub qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-xxx/2023 saylı qətnaməsindən Cavabdeh1 vəkili tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş, ümumi istifadədə olan, avtomobil yolunun zəbtdən azad edilməsi və onların özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissi yasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə verilmiş, JN-154A (KOD:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh1 tərəfindən hasara alınaraq istifadə edilən avtomobil yolunun Cavabdeh1 tərəfindən açılması, mülki işə üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq dövlət hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin “Cavabdeh2 nisbətdə yolun açılması hissəsində” və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən Cavabdeh1 apellyas iya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməsi, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər Cavabdeh2 tərəfindən zəbt edilmiş avtomobil yolunun bilavasitə Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə “yolun açılması” hissəsində və “cavabdehin özbaşın alıq hərəkətlərinə son qoyulması” hissəsində isə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-807/2023 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. Cavabdeh1 vəkili həmin qətnamədən kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-807/2023 saylı qətnaməsinin ləğv edilməsi və, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmiş 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər Cavabdeh2 tərəfindən zəbt edilmiş avtomobil yolunun digər Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə «yolun açılması» hissəsində və «cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması» hissəsində isə təmin olunmaması haqqında qər ar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
7. Maddə 407.3 Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
8. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan v ə ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...
9. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
10. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri -mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfin dən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
14. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, o cümlədən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmasını, qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədi n əlavə edildiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil tərəfindən elektron qaydada imzalansa da, kassator Cavabdeh1 özü tərəfindən imzalanmamış,habelə kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayəti verə bilmək səlahiyyətini verən etibarnamə işə əlavə olunmamışdır.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyrim ümkün hesab edilməlidir.
17. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x 2023-c ü il tarixli, 2(106)xxx/2023 saylı qətnaməsindən Cavabdeh1 vəkli tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.