Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3511/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiаçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin şəxsi öz hesabına sökülərək torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-93/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və cavabdeh yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatdadırlar.
2. Mübahisə predmeti olan torpaq sahəsi Göygöl rayonu, Yeni Zod kəndində yerləşir. 3. 28 iyul 2010-cu il tarixli, AN-İ N-0204249 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən iddiaçı, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,1 ha torpaq sahəsini 12000 manat pul ödəməklə X4 almışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışına və 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,1 ha tor paq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin şəxsi öz hesabına sökülərək torpaq sahəsindən çıxarılması tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, mülkiyyətində olan Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0,1 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq zəbt edilmiş torpaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,1 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestrində 18 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmış iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli çıxarış verilmişdir. Bir neçə müddət əvvəl həmin torpaq sahəsi iddiaçının tanımadığı şəxslər tərəfindən zəbt edilmiş, orada tikinti işləri aparılmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin şəxs Cavabdehdur. İddiaçı dəfələrlə Cavabdeh zəbt etdikləri torpaq sahəsindən çıxaması ilə bağlı müraciət etsə də o, bundan imtina etmişdir. İddiaçı bu səbəbə görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2023-cü il tarixli, 10/8299 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, cavabdeh tərəf ekspertiza baxışında iştirak etmədiyindən, aparılan araşdırma iddiaçının vəkili olaraq özünü təqdim edən, X1 mübahisələndirdiyi torpaq sahəsinə istinadən aparılmışdır. İddiaçının vəkili olaraq özünü təqdim edən, X1 mübahisələndirdiyi torpaq sahəsi, faktiki olaraq daş hasarla hasarlanmışdır. Daş hasarla hasarlanmış torpaq sahəsinə giriş qapı isə bağlı olduğundan, torpaq sahəsinə keçmək mümkün olmamışdır. Cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbə bindən, daş hasarla hasarlanmış mübahisələndirilən sahənin kimin faktiki istifadəsində olduğunu müyyən etmək mümkün deyildir. Araşdırma nəticəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,1 ha (1000 kv metr) həyətyanı torpaq sahəsinin 920 kv metr hissəsi, iddiaçının vəkili olaraq özünü təqdim edən, X1 mübahisələndirdiyi, daş hasarla hasarlanmış torpaq sahəsində yerləşir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin hasarlanmış torpaq sahəsində yerləşir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 80 kv metr hissəsi isə mübahisəli torpaq sahəsində deyil, ərazidə mövcud olan yol ilə üst-üstə düşür. Yuxarıda qe yd olunduğu kimi cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən daş hasarla hasarlanmış mübahisələndirilən sahənin kimin faktiki istifadəsində olduğu müəyyən etmək və eləcədə torpaq sahəsinə keçmək mümkün olmadığından sualın cavablandırılması mümkün deyildir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən daş hasarla hasarlanmış mübahisələndirilən sahənin kimin faktiki istifadəsində olduğunu müəyyən etmək və eləcədə, torpaq sahəsinə keçmək mümkün olmadığından, daş hasarla hasarlanmış sahədə tikili və qurğunu əhatə edən daş hasarın 17 metr hissəsi xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı oğılunun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən, daş hasarla hasarlanmış sahədə tikili və qurğunun mövcud olub olmadığını müəyyən etmək mümkün deyildir. Mübahisəli sahəni əhatə edən daş hasarın 17 metr hissəsi xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən daş hasarın kim tərəfindən inşa edildiyini müəyyən etmək mümkün deyildir
8. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(066)-06/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MA seriyalı, ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,1 ha torpaq sahəsinin 920 kv metr hissəsindən çıxarılması və zəbt edilmiş 920 kv metr torpaq sahəsinində inşa ed ilmiş daş hasarın 17 metr hissəsi cavabdehin öz vəsaiti hesabına sökülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu və mütəxəssis rəyinə görə ödənilmiş 215 (iki yüz on beş) manat pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Ə.Kərimov)
9. Birinci instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıy a məxsus torpaq sahəsinin hal-hazırda cavabdeh tərəfindən zəbt olunması faktı məhz Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verimiş 05 yanvar 2023-cü il tarixli, 10/8299 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə və həmin Məcəllənin 101.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Buna görə də cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməli və mübahisəli torpaq sahəsindən cavabdehlər çıxarılmalıdır.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 560.1 və 560.2-ci, Torpaq Məcəlləsinin 49, 55, 66, 82, 84 və 111-ci və Mülki Prosessual Məcəllənin 97.5, 107, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinı və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mad di və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, ekspertiza tətqiqatı keçirilən zaman Torpaq sahəsinin plan və ölçüsünə istinad olunmamış, eləcədə bu hal məhkəmə qətnaməsində əks olunmamamışdır. Halbuki, torpaq sahəsinin koordinatları əks olunan sənədlər nəzərə alınmalı, eləcədə daş hasara alınmış sahənin nə qədər təşkil olunduğu müəyyən olunmalıydı. Eksper rəyindən belə nəticəyə gəlmək olur ki, reyestr xidməti tərəfindən iddiaçıya məxsus çəxarış səhvən, yəni həm mübahisəli torpaq sahəsinə, həmdə yolun üzərinə işlənmişdir. Ona görədə çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlər məhkəməyə təqdim olunmalı və ekspertiza tətqiqatı həmin sənədlər əsasında aparılmalıdır.
14. Məhkəmə iclasında iştira k edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, istər birinci instansiya, istərsə də apellyasiya icraatı zamanı alınmış ekspert rəyi ilə razı deyil. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Yenidən ekspertiza keçirilməsi zəruridir. X2 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9698 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin y erquruluşu üzrə mühəndisi Sevindik Həsənovun tərtib etdiyi 16 noyabr 2023-cü il tarixli 3-21-3-33/2- 10754/2023 nömrəli mütəxəssis rəyinə əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış və 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsindən mülkiyyətçi (iddiaçı) İddiaçı faktiki olaraq istifadə etmədiyi müəyyən olunmuş; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010- cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış və 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Göygöl ray onu Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsinin müəyən hissəsinin faktiki olaraq cavabdehin istifadəsində olduğu; 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1 (1000 kv metr) həyətyanı torpaq sahəsinin 920 kv metr hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə, 80 kv metr hissəsi isə mübahisəli torpaq sahəsində deyil ərazidə mövcud olan yol ilə üst-üstə düşür. Cavabdeh tərəfindən faktiki istifadə sahəsinin ətrafında inşa edilmiş daş hasarın 17 metr hissəsi, 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1 (1000 kv metr) həyətyanı torpaq sahəsində yerləşir. Cavabdeh tərəfindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaç ı mülkiyyətində olan 0,1 (1000 kv metr) həyətyanı torpaq sahəsində daş hasardan əlavə tikinti müəyyən olunmamışdır.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 26 fevral 2024-cü il tarixli, 2(104)-93/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(066)-06/2023 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni “Cavabdeh MA seriyalı, ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 920 kv metr hissəsindən çıxarılması və zəbt edilmiş 920 kv metr torpaq sahəsinində inşa edilmiş daş hasarın 17 metr hissəsi cavabdehin öz vəsaiti hesabına sökülməsi” hissədə dəyişdirilmədən sa xlanılması, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Fikrət Mehtiyev ).
17. Rayon məhkəməsinin mövqeyi ilə ümumən razılaşan apellyasiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin faktiki halıdır.
18. İddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə m addi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün kollegiya tərəfindən əsaslar müəyyən edilməmişdir.
19. Birinci instansiya məhkəməsində icraat zamanı təşkil olunmuş tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizasının nəticəsi olaraq ekspertin mübahisəli torpaq sahəsinə iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsi üzrə tədqiqat aparıb müvafiq rəy verdiyindən, apellyasiya icraatı zamanı yenidən iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizalarının təyin edilməsinin zəruriliyini məhkəmə kollegiyası diqqətə çatdırmaq istəmişdir.
20. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi bu nəticəy ə gəlmişdir ki, ekspertiza tədqiqatı keçirilən zaman torpaq sahəsinin plan və ölçüsünə istinad olunmaması, reyestr xidməti tərəfindən iddiaçıya məxsus çıxarışın səhvən, yəni həm mübahisəli torpaq sahəsinə, həm də yolun üzərinə işlənməsi barədə apelyasiya şikayətində göstərilən bu cür dəlillərin heç bir hüquqi əsası yoxdur və iddianın qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 140, 152.1, 152.5, 157.4, 170.1 və 170.2ci, Mülki Prosesual Məcəllənin 14.1, 77.1, 87.2, 88, 124.1, 217.3, 384.0 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri:
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-93/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 157-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddi hüquq normasını tətbiq edərkən, məhkəmə mübahisəli torpaq sahəsinin məhz cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh faktiki istifadəsində olub-olmadığını ümumiyyətlə aydınlaşdırmamış və yalnız iddiaçının bildirdikləri əsasında bu qənaətə gəlmişdir. Halbiki, mübahisəli torpaq sahəsinə Cavabdeh heç bir aidiyyəti yoxd ur. Məhz məhkəmənin mübahisəli torpaq sahəsinin faktiki kimin istifadəsində olmasını aydınlaşdırmaması, yuxarıda qeyd edilən maddi hüquq normasının cavabdeh qismində əsassız cəlb edilən Cavabdeh münasibətdə səhv tətbiqinə səbəb olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində yalnız Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9698 nömrəli ekspert rəyinə əsaslanmışdır. Məhkəmə rəydə göstərilənləri tədqiq etməmiş, torpaq sahələrinin üst-üstə düşməsinin necə müəyyən edildiyi, üst-üstə düşən torpaq sahələrinin elektron baza sistemində kimlərə məxsus olduğunu, hasara alınmış ərazinin bütövlükdə kimə məxsusluğunu aydınlaşdırmamışdır. Belə ki, qətnamədə göstərilən daş hasar və həmin hasarın daxilində yerləşən torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti yoxdur. Həmin daş hasarın və daxilində yerləşən torpaq sahəsinin mülkiyyətçisi başqa şəxsdir. Ekspertlərin rəyindən də aşkar bəlli olur ki, iddiaçıya məxsus olan torpaq sahəsi başqa şəxs (kimliyi məhkəmə tərəfindən müəyyən olunmamış şəxs) tərəfindən daha geniş torpaq sahəsini əhatə edən əraziyə qatılaraq (birləşdirilərək), ümumi hasar daxilinə yerləşmişdir. Belə vəziyyətdə, ekspert rəyinə görə həmin hasarın daxilində olan, iddiaçının da torpağını əhatə edən, torpaq sahəsinin kimə məxsus olduğunu aydınlaşdırmaq məhkəmə üçün maraqlı olmamışdır. Bu da məhkəmənin işə birtərəfli yanaşdığını tam təsdiq edir.
21. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Mülki Prossesual Məcəllənin 14.1 və 174.2-ci maddələrinə istinad edilmişdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 13 (hissə 2). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar i stisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazı rkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, akt bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
38. Cavabdeh Kazımov Yusif Xudaverdi oğlunun kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Cavabdeh hazırkı iddiaya cavab verməli şəxs olmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal nə birinci, nə də apellyasiya məhkəməsində işə baxılan zaman, habelə apellyasiya şik ayətində irəli sürülməmiş, aşağı instansiya məhkəməsinin baxış predmeti olmamışdır.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düz gündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-93/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.