Məhkəmə qərarları › İş №2(102)-3512/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3512/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3512/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı mübahisələr, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2024-cü il tarixli 2(104)-969/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) və digərlərinin Cavabdeh (bundan sonra – cavabdeh) əri X1 yaşadığı Tərtər rayonunun Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

2. Qətnamənin icrası ilə bağlı xx.xx.2023-cü ildə icra vərəqəsi verilmişdir.

3. İcra zamanı tərəfələr arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 10000 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsasland ırılmışdır ki, iddiaçı icra sənədinin icrası ilə bağlı icra məmurlarının və əmisinin iştirakı ilə icra yerinə gedərkən cavabdeh qışqır-bağır salaraq icranın həyata keçirilməsinə maneçilik törətmiş və ətrafda olan şəxslərin gözü qarşısında onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. İddiaçı icra yerinə gedərkən əvvəlcədən mobil telefonunun “səsyazma” funksiyasını açıq qoyub cavabdehin səsini telefona yazmışdır. Cavabdeh iddiaçını üzünə nalayiq ifadələrlə söyüb, şərəf və ləyaqətini alçaltmaqla ona mənəvi zərər vurmuşdur. Həmin hərəkət nəticəsində iddiaçıya 10.000 manat miqdarında mənəvi zərər dəymişdir.

6. Məhkəmə baxışında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı iddiaçı icra məmurlarının və əmisinin i ştirakı ilə onların həyətinə gələrkən aralarında mübahisələri olsa da, o, iddiaçının söyüb təhqir etməmişdir. Həmin vaxt əsəbi olduğu üçün evlərinin içərisində olan qulluqçu kimi tanıdığı Kəmalə adlı başqa bir şəxsin ünvanına nalayiq ifadələr işlətsə də, iddiaçının ünvanına nalayiq ifadələr işlətməmişdir.

7. Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(061)-1039/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən mənəvi zərərə görə 300 manat pul tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Tahir Qubadov)

8. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə tədqiq edilən iddiaçının DİSKdəki səs yazısına əsasən müəyyən etmişdir ki, xx.xx.2023-cü ildə tərtib edilmiş icra vərəqəsinin icrası ilə bağlı icra məmurları, hazırkı iddiaçı və əmisi icra yerinə gedərkən cavabdeh hay-küy, qışqır-bağır salmış və iddiaçıya xitabən nalayiq ifadə işlətməklə, hazırkı iddiaçını təhqir etmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh həmin vaxt əsəbi olduğu üçün həmin ifadəni evlərinin içərisində olan qulluqçu kimi tanıdığı Kəmalə adlı başqa bir şəxsin ünvanına işlətdiyini bildirərək iddiaya etiraz etsə də, etirazını isbat edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin icra zamanı onun üzünə yuxarıda qeyd edilən nalayiq ifadələri işlətməsi nəticəsində mənəvi sarsıntı keçirmiş, cavabdehin həmin qanunsuz hərəkəti iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Nəticədə iddiaçıya məvəvi zərər dəymişdir. Cavabdeh iddiaçıya qarşı icr a prosesinin gedişində kəskin mübahisə fonunda əsəblərinin gərginləşdiyi vəziyyətdə olmaqla, hadisələrin təsadüfi axarında bir dəfə nalayiq ifadə işlətsə də, cavabdeh həmin hərəkəti etməkdə, yəni iddiaçının ünvanına nalayiq ifadə işlətməkdə haqlı olmamışdır və həmin hərəkətinə görə məsuliyyət daşımalıdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mənəvi zərərə görə cavabdehdən tutulacaq pul məbləğinin miqdarı müəyyənləşdirilərkən, tərəflərin hər ikisinin də qadın olması və kəskin mübahisə fonunda əsəblərinin gərginləşdiyi vəziyyətdə olmaqla hadisələrin təsadüfi axarında cavabdehin bir halda özünü cilovlaya bilməyib nalayiq ifadə işlətməsi nəzərə alınmalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvens iyanın 41-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsi, 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115-ci maddələrinə, həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəmə sinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin işlətdiyi nalayiq təhqirə görə dəymiş mənəvi zərərin əvəzinin 300 manat müəyyən edilməsi qanunsuzdur. Çünki cavabdehin bütün cəmiyyət içərisində bir qadına qarşı işlətdiyi məlum təhqiredici ifadənin kompensasiyası 300 manat ola bilməz. Əks təqdirdə, cavabdeh tərəfdə arxayınlıq yaranar, kimi istəsə təhqir edib 300 manatını ödəyib öz əməllərinə davam edər. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçını təhqir edərək, nüfuzuma xələl gətirmişdir. Qanunvericilik kompensasiya məbləğini konkret olaraq müəyyən etməsə də, lakin onun ağlabatan həcmdə olmasını şərtləndirmişdir. Ədalət mühakiməsi həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqəti nəzərə alınmalıdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-969/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Mustafa Mustafayev)

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, məlumatların yayılma dərəcəsi biri nci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş kompensasiya məbləğinə uyğundur. Müəyyən olunmuş zərərin məbləği ağlabatan, keçirilmiş mənəvi əzaba adekvatdır. Belə ki, iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın məhz hansı səbəblərdən 10.000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamış və bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, iddiaçı apellyas iya instansiyasında məhkəmə iclasına iki gün qalmış, yəni 24 aprel 2024-cü il tarixdə AZ1020/********** nömrəli teleqramla iddiaçının Bakı şəhərində yaşadığını, qeyd olunan saatda məhkəmə iclasına gələ bilməyəcəyini göstərərək, işə baxılmasını nahar fasiləsindən sonraya təxirə salınmasını məhkəmədən xahiş etsə də, məhkəmə təyin olunmuş vaxtda şikayətə baxaraq qəbul etdiyi qətnamədə qeyd olunan teleqrama ümumiyyətlə toxunmamış, tərəflərə işin baxılmasının vaxtı və yeri barədə məlumat verilməsini əsas tutaraq, onların məhkəməyə gəlmədiyini göstərmiş və işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə zəng də etmiş və teleqramın məhkəmə tərəfindən vaxtında alındığı, lakin məhkəmə iclasının artıq keçirildiyi barədə məlumatlandırılmışdır. Beləliklə də, məhkəmə ədalət mühakiməsinin çəkişmə prinsipini pozmaqla qətnamə qəbul etmişdir. Bu isə iddiaçının ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinin alçaldılması faktının cəmiyyət tərəfindən qəbul olunan məlum adət və əxlaq normalarına zidd olması, nəticə etibari ilə iddiaçının mənəvi iztirab çəkməsi birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən tam nəzərə alınmamış, iddiaçı tərəfindən tələb olunan on min manat məbləğində təzminat formal adlandırılmış və nəticədə iddiaçının konstitusion hüququ olan şərəf və ləyaqətinin ədalətli məhkəmə müdafiəsi və mənəvi zərərə görə ədalətli təzminat hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı eti raz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi il ə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmay araq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etd iyi üçün məhkəmə kollegiytası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya intsansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən, yəni mənəvi zərərin məbləği hissəsi ilə bağlı olmuşdur. Bu baxımdan, qətnaməni tam yoxlanması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İş üzrə apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləği ilə bağlı iddianın təmin edilməyən hissəsində əsaslı və qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi şərəf və ləyaqəti ləkələyən məlumatlar nəticəsində dəymiş mənəvi zərərin tutulması barədədir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləği ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə düzgün hüquqi dəyərləndirmə aparm ışdır.

38. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, analoji işlərdə ilkin olaraq yayılmış məlumatların şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edilməsi, başqa sözlə iddiaçının hüquqularının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Hazırkı işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmış, pozuntu nəticəsində dəymiş mənəvi zərər qismində cavabdehdən pul da tutulmuşdur. Bu isə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası deməkdir. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X3 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə, mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.

40. Həmçinin mənəvi zərərin miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, bu məbləğ əsassız var lanmaya gətirib çıxarmamalıdır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-969/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar