Məhkəmə qərarları › İş №2(102)-3512/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3512/2025

02.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3512/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; torpaq və yol üzərindəki tikililərin sökülməsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikililərin cavabdehlərin öz hesabına sökülməsi, ərazinin ilkin vəziyyətinin bərpa edilməsi və bərkitmə işlərinin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ara larında olan daş hasarın cavabdehlərin hesabına bərpa edilməsi və əmlaka dəymiş zərərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3717/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2010cu il tarixdə İddiaçı adına 2/3 hissədə, xx.xx.2019-cu il tarixdə X1 adına 1/3 hissədə qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3203-cü məhəllədə (Yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağdaban küçəsi, 86) yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiy yət kimi Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 3203-cü məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi, ərazinin ilkin vəziyyətinin bərpa edilməsi və bərkitmə işlərinin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, aralarında olan daş hasarın cavabdehlərin hesabına bərpa edilməsi və əmlaka dəymiş zərərin aradan qaldırılması barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehlərdən Cavabdeh2 iddiaçıya məxsus olan həmin evə qonşu olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 3203-cü məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisidir, 2023-cü ilin payız aylarından başlayaraq olduqca yaxın məsafədə qanunvericilik normalarını pozaraq qanunsuz tikinti işləri aparmağa başlamış, sonradan isə həmin torpaq sahəsi digər Cavabdeh1 adına keçirmişdir. Tikinti işləri eyni şəxslər tərəfindən davam etdirilməkdədir. Aparılan tikinti işləri nəticəsində iddiaçıya məxs us evin divarlarında və bünövrəsində çatlar əmələ gəlmiş, ev qəzalı vəziyyətə düşmüş, bina əyilmişdir. Eyni zamanda tikinti işləri o qədər yaxınlıqda aparılır ki, gələcəkdə iddiaçının fərdi yaşayış evindən maneəsiz, təhlükəsiz və tikintisanitariya norma və qaydalarına uyğun istifadəsi mümkünsüz olacaqdır. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının evinin qəzalı vəziyyətə düşməsi adi gözlə müəyyən edilib, cavabdehə əyani göstərilsə də, bütün bunlara baxmayaraq, cavabdeh həmin qanunsuz tikinti işlərini davam etdirməkdədir. Verdikləri müvəqqəti təminat tədbiri barədə ərizə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-16(001)171/2024 saylı qərardadı ilə təmin edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 3203-c ü məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikinti işləri aparılmasının Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilmişdir.

5. Birinci instansiya məhkəməsi yerli baxış keçirmişdir.

6. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2(001)-3584/2024 saylı qərardadı iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Töhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin ətrafında syaylar vurulduqdan sonra aparılmış qazıntı işlə rindən sonra ərazidə hər hansı torpaq üçqun və sürüşmə olmayıb. İddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş ziyan cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmayıb.

8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6617 №li ekspert rəyində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş maddi zərərin cavabdehlərin apardığı tikinti işləri ilə hər hansı əlaqəsinin olmaması müəyyən edilib. Bundan əlavə, iddiaçıya məxsus yaşayış evi paylı mülkiyyətdə olmaqla 2/3 hissədə iddiaçının mülkiyyətində olsa da, digər 1/3 hissədə mülkiyyətçi ayrı şəxsdir və həmin şəxs iddiaçılar siy ahısında mövcud deyil. Belə çıxır ki, iddiaçı tam mülkiyyətçi olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzdi.

9. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-252/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Rəşad Qoşqarlı)

10. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Hazırda iddiaçı cavabdehlərin qanunsuz tikililər inşa etdiyini, həmin qanunsuz t ikililərin inşası zamanı onun mülkiyyətinə zərər dəydini bildirsə də, bu halları sübut edə bilməmişdir. Belə ki, məhkəmə tərəfindən hazırkı iş üzrə ekspertiza təyin olunmuş, mütəxəssislər həmin əraziya baxış keçirmiş və ekspert rəylərində də qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin ətrafında syaylar vurulduqdan sonra aparılmış qazıntı işlərindən sonra ərazidə hər hansı torpaq üçqununun və sürüşmənin olmadığı nəzərə alınaraq iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş zərərin cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmadığı müəyyən olunmuşdur.

11. Göstərilənlərə əsasən, habelə mülki p rosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehlərin hüquqazidd əməli nəticəsində mülkiyyətinə zərərin dəyməsini mötəbər sübutlarla əsaslandırla bilməmişdir. Belə olan halda da, iddia rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 152.1, 152.6, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ilə bağlı hər hansı sübut təqdim edilməməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə qətnaməsini yalnız ekspert rəyinə uyğun əsaslandırmış, işin həqiqi hallarını və sübutları nəzərə almamışdır. Halbuki işin faktiki hallarından məlum olur ki, hazırki mübahisə ilə bağlı mülki hüquq pozuntusu baş vermişdir. Hazırki mübahisənin yaranmasına səbəb cavabdehlər tərəfindən qanuni olmayan formada tikinti işlərinin aparılması və həmin tikinti işlərinin nəticəsində xüsusi iddiaçının mülkiyyətində olan evinə zərərin dəyməsidir. Evində təhlükəsiz mühitdə yaşamaq iddiaçının hüququdur. Lakin məhkəmənin işin faktiki hallarını və sübutları nəzə rə almadan yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul etməsi iddiaçını bu hüquqdan məhrum etmişdir. İddia ərizəsində göstərdiyi kimi və yerli baxış, həmçinin ekspertiza tədqiqatı aparılarkən də mübahisəsiz (gözlə) müəyyən edildiyi kimi, ev maili şəkildə çökmüş və əyilmişdir. Lakin bununla bağlı heç bir tədqiqat aparılmamışdır (məhkəməyə video və foto görüntülər təqdim edilmişdir). Həmçinin cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanuni olub-olmaması, layihədən kənara çıxılmaqla iddiaçının hüquqlarını pozması ilə bağlı dəfələrlə məsələ qaldırılsa da, cavabdeh tərəf layihə sənədlərini təqdim etməmiş, ekspert isə aparılan dərin qazıntı və tikinti işlərinin normalara uyğun olub-olmaması barədə suallardan yayınmışdır. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəki ldə pozuntusudur. Həmçinin ekspert qarşısında qoyulmuş suallar da konkret olmamış və əsasən də mübahisə predmeti ilə birbaşa bağlı olan suallar qoyulmamışdır. Eyni zamanda ekspert qeyd etmişdir ki, tikili olmadığından aparılan işlərin normalara uyğun olub-olmaması tədqiq edilməmişdir. Göründüyü kimi, ekspert qazıntı-tikinti işləri ilə tikili olmamasını fərqləndirmədən suala cavab verməkdən yayınmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3717/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəç), hakimlər Vahid Sadıqov, Sabit Bəhrəmzadə)

16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasi ya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehlərin qanunsuz tikililər inşa etdiyini bildirməklə həmin qanunsuz tikililərin inşası zamanı onun mülkiyyətinə zərər dəyməsinə istinad etmiş, iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspert rəyi ilə iddiaçıya məxsus cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində zərər vurulmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən faktiki olaraq mübahisəli ərazidə tikili inşa olunmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olur ki, ara şdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

18. İddiaçı apellyasiya şikayətində qeyd edilən rəyi mübahisələndirsə də, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı hal müəyyən edilməmiş, eyni zamanda bununla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinə dəymiş ziyanın (evin maili şəkildə çökməsi və əyilməsi) cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmam ışdır.

19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə münasibətdə həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəs b edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

20. Belə olan halda, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən, onun iddiası göstərilən hallara görə qanuni və ə saslı sayıla bilməz.

21. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, işin faktiki hallarına görə hazırki mübahisə ilə bağlı mülki hüquq pozuntusu baş vermişdir. Hazırki mübahisənin yaranmasına səbəb cavabdehlər tərəfindən qanuni olmayan formada tikinti işlərinin aparılması və həmin tikinti işlərinin nəticəsində xüsusi mülkiyyətində olan evinə zərərin dəyməsidir.

22. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Buna görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Lakin iddiaçı baş vermiş mülki hüquq pozuntusunun, yəni cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə hər hansı bir formada zərər dəyməsi barədə, həmçinin cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanunsuz hesab edilməsi üçün mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə isə cavabdehlər tərəfindən hər hansı bir təqsirli hərəkət edilməsi və bunun nəticəsində iddiaçıya zərər dəyməsini müəyyən edilməmişdir.

23. Mənzilə dəyən zərərlə bağlı apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışında işdə olan fot olara və diskə baxış keçirilmiş və göstərilən hallar, yəni evin maili şəkildə əyilməsi və qəzalı vəziyyətə düşməsi öz təsdiqini tapmamışdır.

24. Şikayətin digər dəlilləri ilə apellyasiya instansiyası məhkəməsi göstəmişdir ki, ekspert qarşısında qoyulmuş suallar konkret olmuş, mübahisə predmeti ilə birbaşa bağlı olan suallar qoyulmuşdur. Qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 152.1, 152.6, 1096.1-ci; Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq şikayətdə qeyd olunmuşdur ki, kifayət qədər mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmələr yalnız ekspert rəyinə uyğun istinadən qətnamələrini əsaslandırmış, işin həqiqi hallarını və sübutları nəzərə almamışdır. Məhkəmənin işin faktiki hallarını və sübutları nəzərə almadan yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul etməsi iddiaçını qanuni hüquqdan məhrum edir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun ta nınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcllənin 88, 103 və 206.1-ci maddələrinə uyğun qiymətləndirmiş, sübut e tmə yükünü düzgün müəyyən etmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

35. İddiaçı onun evinə cavabdehlərin tikinti aparmaları nəticəsində zərər dəyməsini bildirərək, zərərin aradan qaldırılmasını tələb edir. İddia mülki hüquq pozuntusu (delikt) nəticəsində maddi zərər vurulması barədədir.

36. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Belə olan halda, iddianın təmin olun ması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

38. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

39. İşə baxan məhkəmələr iddiaçıya hazırki vəziyyətdə zərər vurulması ilə bağlı Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan dispozitiv şərtləri müəyyən etməyiblər. Belə olan halda, gəlinən nəticə də düzgün olmuşdur. 4

0. Kassassiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iddianın və apellyasiya şikayətinin də dəlilləri olub və hər iki instansiya, o cümlədən apellyasiya instansiyası məhkəməsi işdəki sübutlar əsasında onları əsassız saymışlar.

41. Ekspert rəyinin əsasız olması barədə dəlillə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

42. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir.

43. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

44. İşdən görünür ki, iddiaçı ekspert rəyi ilə razılaşmadığını apellyasiya şikayətində göstərsə də, apellyasiya məhkəməsi onun bu dəlillərini əsassız saymışdır. (bax: 18 və 24cü bəndlər).

45. Məhkəmə kollegiyası iddiaçının ekspert rəyi ilə razılaşmaması ilə bağlı dəlillərinə apellyasiya instansiyası mə hkəməsinin həmin bəndlərdə əks edilən qiymətləndirməsini Mülki Prosessual Məcəllənin 102.1 və 102.2-ci maddələrinə uyğun hesab edir.

46. Cavabdehlərin apardığı qazıntı və tikinti işlərinin normalara uyğun olubolmamasına qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı deyil. Belə ki, məhkəmələr ekspert rəyinə əsasən iddiaçının mülkiyyətinə cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində dəyən zərər dəymədiyini müəyyən ediblər. Bir halda ki, qazıntı və tikinti işləri nəticəsində iddiaçıya zərər dəyməsi müəyyən edilməyib, belə olan halda, iddianın başqa formada həlli edilməsi baxımından, həmin işlərin tikinti norma və qaydalarına uyğun olub-olmamasının da hər hansı əhəmiyyəti qalmır.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3717/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar