Məhkəmə qərarları › İş №2(102)-3514/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3514/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3514/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi, əkilmiş ağacların çıxarılması, torpaq sahəsindən istifadə edilməməsi müddətinə görə zərərin ödənilməsi və ödənilmiş xidmət haqqının qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)63/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN-0756 nömrəli, 80108018 kodlu Dövlət Aktına əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonunun Siyəkü kəndində cizgidə göstərilən sərhəd daxilində 0,55 hektar torpaq sahəsi İddiaçı Şöyüb oğlunun və ailə üzvləri X16, X7, X17, X18, X8 və X9 mülkiyyətinə verilmişdir.

2. Torpağa mülkiyyət hüququna dair JN-1329 nömrəli, 80108018 kodlu Dövlət Aktına əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 0 1 saylı qərarı ilə Astara rayonunun Siyəkü kəndində cizgidə göstərilən sərhəd daxilində 0,29 hektar torpaq sahəsi Cavabdeh2 və ailə üzvləri X10, X14 və X3 mülkiyyətinə verilmişdir.

3. Astara RİHB-nin 07 avqust 2006-cı il tarixli, 71 saylı sərəncamından çıxarışın surətinə əsasən Miki kənd sakini Cavabdeh3 Miki bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 saylı qərarı ilə alğı-satqı yolu əsasında aldığı 0,06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Siyəkü kənd İnzibati Ərazi Dairəsində yerləşən torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz istifadə və sahibliyindən azad edilərək ona təhkim edilməklə təhvil verilməsi, 50 ədəd ağacın çıxarılması və ziyana görə cavabdehlərdən 10000 manat və dövlət rüsumunun ödənilməsinə görə 30,40 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN-0756, Kod80108018 nömrəli Dövlət aktına əsasən, Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində yerləşən 0,55 hektar pay torpaq sahəsi ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Mülkiyyətlərində olan 0,55 hektar torpaq sahəsinin 0,4 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, 0,4 ha torpaq sahəsini Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilərək qanunsuz istifadə edilir. İddiaçıya və ailə üzvlər inə məxsus torpaq sahəsi Cavabdeh2 torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahəsi cavabdehlərdən tələb edilsə də, onlar torpaq sahəsini qaytarmaq istəmirlər. Torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər edilmişdir. Cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etdiyi və torpaq sahəsinin azad edilərək təhvil verilməsi onların nəzərinə çatdırılsa da, onlar torpaq sahəsindən qanunsuz istifadə edilməsini davam etdirirlər. Cavabdehlərin torpaq sahəsindən istifadə etdikləri müddətə görə onlardan 10000 manat pul tələb edir. Zəbt edilən torpaq sahəsində cavabdehlər 50 ədəd mandarin, limon, feyxoa ağacları əkmiş və torpaqdan istifadə etməklə ondan faydalanırlar.

6. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, həmçinin, onu məhkəmədə təmsil edən nümayəndə və vəkil üçün ödədiyi 200 manatın da ona ödənilməsinin qət edilməsini xahiş etmişdir.

7. Məhkəmə tərəfindən mülki iş üzrə ekspertiza təyin edilmişdir. 8. “X12” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyində göstərilir ki, mübahisələndirilən ərazi üzrə naturada qeydə alınan döngə nöqtələrinin koordinatları əsasında Kompleks Yerquruluşu Layihəsi Xəritə materialı üzərində aparılan tədqiqat zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN-756, kod 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha torpaq sahəsinin 756 saylı konturu üzrə mübahisələndirilən 0,363 9 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Məlum olmuşdur ki, 756 saylı kontur üzrə mübahisələndirilən 0,3639 ha torpaq sahəsinin 0,0372 ha hissəsi cavabdeh X4 istifadəsində olan metal torla hasara alınmış torpaq sahəsi daxilindədir. Müəyyən olunan torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir.

9. Astara Rayon Məhkəməsinin 2(018)-04/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddianın qismən təmin olunması, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0756 nömrəli (KOD: ********) Dövlət Aktında qeyd edilən, Astara rayonu, Siyakü kəndi ərazi sində yerləşən 0,55 hektar torpaq sahəsinin 0,0372 hektar hissəsinin cavabdeh X4 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilməsi, həmin 0,0372 hektar torpaq sahəsində əkilmiş ağacların cavabdeh X4 hesabına oradan çıxarılması, iş üzrə ekspertiza xərci olan 250 manatın 200 manat hissəsinin cavabdeh X2 alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat məbləğindəki pulun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmətlərin aparılması üçün iddiaçı tərəfindən ödənilmiş 200 manatın 150 manat hissəsinin cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, iddianın ziyana görə 10000 manat hissədə, dövlət rüsumuna görə 5 manat hissədə və hüquqi xidmətlərin aparılmasına görə 50 manatın tutulmasına dair hissədə təmin edilməməsi qət edilmişdi r.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh X13 tərəfindən zəbt edilmişdir.

11. Ekspert rəyinə istinad etməklə məhkəmə qeyd etmişdir ki, həmin 0.3639 hektar torpaq sahəsinin 0,0372 hektar hissəsi cavabdeh X4 qanunsuz sahibliyindən azad edilməli və torpaq sahəsinin həmin hissəsində əkilmiş ağaclar cavabdehin hesabına çıxarılmalıdır.

12. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)-717/2022 nömrəli qərardadı ilə ekspertizanın aparılması və müvafiq ekspertiza rəyinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mərkəzin 18 oktyabr 2021-ci il tarixli, 10/5471 nömrəli “tədqiqat obyektinə baxış keçirilməsi və iş əlav ə üzrə materialların təqdim edilməsi” barədə ekspert vəsatətinə əsasən ekspertizanın keçirilməsi 20 dekabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilmiş və müvafiq sənədlərin təqdim olunmasını xahiş etmişlər. Astara Rayon Məhkəməsinin Azərbaycan Respublikası İİN yanında ƏMDX-nin rəisi cənab Mətin Eynullayeva və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti cənab YYY ünvanlandırılmış 01 noyabr 2021-ci il tarixli məktubu ilə 30 dekabr 2021-ci il tarixə, saat 10:00-a mütəxəssislərin iştiraklarının, həmçinin ekspert vəsatətində qeyd edilən sənədlərin təmin edilməsi xahiş edilmişdir. 29 dekabr 2021-ci il tarixə, saat 15:00-da tərəflərin və mütəxəssislərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyin in Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 10/5474 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə məlumatına əsasən ekspertiza keçirilmədən iş üzrə materiallar geri qaytarılmışdır. Beləliklə də ekspert müvafiq rəy verməkdən yayınmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası “X12”-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyi ilə kifayətlənməyi əsaslı hesab etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona vurulmuş ziyana görə 10.000 manat məbləğindəki pulu cavabdehlərdən tələb etsə də, həmin zərərin nədən ibarət olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, maddi və prosessual hüquq normaları məhkəmə tərəfindən pozulmuş, o, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. İddia ərizəsində onun adı düzgün yazılmamışdır. Belə ki, onun adı Cavabdeh1 yazılmalı olduğu halda, Cavabdeh3 şəklində yazılmış və bu hala məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən MPM-in 9-cu və 387.2.2-ci maddələrinin tələbləri pozulmaqla işə baxılmışdır. İşdə olan sübutlar tam araşdırılmamış və tam qiymət verilməmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə onun ailə üzvlərinə 0,29 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Bundan əlavə, Miki bələdiyyəsinin 24 may 2004-cü il tarixli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Ümumiyyətlə, mülkiyyətlərində olan torpaq sahəsində uzun müddətdir ki, limon, mandarin, feyxo a ağacları əkib becərmişdir. Əkilən ağaclar məhsul verir. O, eləcə də onun ailə üzvləri iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. İddia tələbi tamamilə əsassızdır. Həmçinin, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etsə, iş materiallarından da göründüyü kimi, iş üzrə ekspert rəyi verilməmişdir. Mütəxəssis tərəfindən istinad nöqtəsi və ölçü işləri düzgün aparılmamışdır. Torpaq sahələri əvvəlcə X11, sonra iddiaçının, daha sonra isə Cavabdeh1 verilən torpaq sahələridir. X15 iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir və oradan yol kimi istifadə edir. Əgər torpaq sahələrinin istinad nöqtəsi Xalid Məmmədovun torpaq sahəsindən ölçülərsə, onda dedikləri öz təsdiqini tapacaqdır.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: 1) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı (Şöyüb) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,55 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,36 ha hissəsi yerləşir və 0,36 ha torpaq sahəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,36 ha torpaq sahəsi Torpaqların elektron kad astr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,35 ha ölçüdə öz əksini tapmışdır (torpaq sahəsinin qalan 0,01 ha hissəsi isə ərazidə torpaq çatışmazlığına görə kəsr olaraq qalmış, bu hal da zəbt olunan torpaqlar hesabına (gələcəkdə qəbul ediləcək qərarlara uyğun) verilməsi məsələsinə baxıla bilər). İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan (iddiaçı tərəfindən göstərildiyi kimi) torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən olundu və həmin torpaq sahəsinin ölçüsünün 0,27 ha olması məlum oldu. Torpaq sahəsinin (elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,35 ha torpaq sahəsinin) digər 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinə bitişik cənub istiqamətində olması müəyyən olundu. H əmin 0,08 ha torpaq sahəsinin isə hazırkı mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müşahidə edildi. 2) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-1329 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,29 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,13 ha hissəsi yerləşir və 0,13 ha torpaq sahəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,13 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun, ümumi ölçüsü s axlanılmaqla öz əksini tapmışdır. 3) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh3 satılmış Siyəkü bələdiyyəsinin ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçülərini özündə əks etdirən xəritədən çıxarış), ayrıc aktı mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadı. 4) JN-1329 nömrəli (KOD ********) Torpağa mülkiyyətə hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,13 ha hissəsi ilə JN-756 nö mrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşməməsi müəyyən olundu. 5) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh3 satılmış Siyəkü bələdiyyəsinin ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini təyin etmək mümkün olmadığından həmin 0,06 ha torpaq sahəsi ilə JN-756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha ( faktiki 0,35 ha) hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. 6-7) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,35 ha (ilkin hüquqmüəyyənedici sənəddə 0,36 ha) hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (əvvəlki adı Cavabdeh3) tərəfindən istifadə edilməməsi müəyyən olundu. Əlavə olaraq bildirilir ki, Torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) dövlət mülkiyyətində olan (islahatdan artıq qalan) 0,01 ha torpaq sahəsinin olması müəyyən olundu. Həmin 0,01 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olundu.

18. Apellyasiya icraatı zamanı mülki iş üzrə ekspertiza təyin edilmişdir. 19. 31 mart 2023-cü il tarixli, 10/18 saylı ekspert rəyində aşağıdakılar müəyyən olunmuşdur: 1) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı (Şöyüb) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,55 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,36 ha hissəsinin xəritədə sərhədləri v ə koordinatları müəyyən edilmişdir. Sözügedən 0,36 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,35 ha ölçüdə öz əksini tapdığı müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan (iddiaçı tərəfindən göstərildiyi kimi) torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən olundu və həmin torpaq sahəsinin ölçüsünün 0,27 ha olması məlum olmuşdur. Elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,35 ha torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinə bitişik cənub istiqamətində olması müəyyən olundu. Həmin 0,08 ha torpaq sahəsinin isə hazırkı mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müşahidə e dilmişdir. 2) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-1329 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,29 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,13 ha hissəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,13 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapdığı müəyyən edilmişdir. 3 və 5) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə Cav abdeh3 satılmış Siyəkü bələdiyyəsinin ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçülərini özündə əks etdirən xəritədən çıxarış), ayrıc aktı mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin 0,06 ha torpaq sahəsi ilə JN-756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 4) JN-1329 (K OD ********) nömrəli Torpağa mülkiyyətə hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,13 ha hissəsi ilə JN-756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. 6-7) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində ye rləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,35 ha (ilkin hüquqmüəyyənedici sənəddə 0,36 ha) hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (əvvəlki adı Cavabdeh3) tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastrı uçotu məlumat bazasında İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) dövlət mülkiyyətində olan (islahatdan artıq qalan) 0,01 ha torpaq sahəsinin olması müəyyən olundu. Həmin 0,01 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-63/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və İlham Əsədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-04/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ərazidə yerləşən limon, mandarin, feyxoa kimi ağaclardan ibarət meyvə bağı cavabdehlər tərəfindən birgə yaradılmışdır və qətnamə digər cavabdehə münasibətdə qismən təmin edilmiş olsa da, cavabdehlərin hər ikisinin maraqlarına toxunur. Həmçinin, Cavabdeh1 qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edil miş hissələrində mübahisələndirmişdir. Hazırda mübahisə predmeti bölünməz olduğundan və qətnamənin icra olunacağı təqdirdə Cavabdeh1 də mənafelərinə zərər dəyəcəyindən, məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir.

22. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN-0756, Kod-80108018 olan Dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonunun Siyəkü kəndində yerləşən 0,55 hektar pay torpaq sahəsinin 0,4 ha hissəsindən istifadə edə bilməməsi, həmin sahənin cavabdehlər tərəfindən zəbt e dilərək qanunsuz istifadə edilməsi və orada 50 ədəd mandarin, feyxoa və limon ağaclarının əkilməsi ilə əsaslandırmışdır. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə Astara Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(018)-06/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin birinci instansiya məhkəməsi sadəcə olaraq “X12” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyini almaqla kifayətlənmiş, ekspert rəyinin alınmasını təmin etməmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində haqlı olaraq bu məqamı qeyd etmişdir. Həmçinin, “X12” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyində cavabdehlərdən Cavab deh2 adı səhv olaraq X1 qeyd edilmiş, birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və qəbul edilmiş qətnamənin nəticə hissəsində yalnız X6 qarşı iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə hazırkı işə aidiyyəti olmayan Nazim Rəhimov adlı şəxslə bağlı olmuş, məhkəmə tərəfindən sonradan həmin yanlışlığın aradan qaldırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yenidən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi və 31 mart 2023-cü il tarixli, 10/18 saylı ekspert rəyi əldə edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/18 saylı, 31 mart 2023-cü il tarixli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması, həmin 0,55 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,36 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,35 ha ölçüdə öz əksini tapması, iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan (iddiaçı tərəfindən göstərildiyi kimi) torpaq sahəsinin naturada ölçüsünün 0,27 ha olması, elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,35 ha torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinə bitişik cənub istiqamətində olması, həmin 0,08 ha torpaq sahəsinin hazırkı mülki işdə adı çəkilməyən digər şəxs v ə ya şəxslərin istifadəsində olması, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,35 ha (ilkin hüquq müəyyənedici sənəddə 0,36 ha) hissəsinin cavabdehlər tərəfindən istifadə edilməməsi, Torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) dövlət mülkiyyətində olan (islahatdan artıq qalan) 0,01 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, Astara rayon A qrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən istifadə olunmamasına dair 13 fevral 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 10/18 saylı, 31 mart 2023-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.

24. Bundan əlavə, iddiaçı da özünün və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehlərin iddiaç ıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri saymışdır ki, Torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) 0,01 ha torpaq sahəsinin (islahatdan artıq qalan) Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən edilsə də, Cavabdeh2 istifadə etdiyi həmin ərazi dövlət mülkiyyətində olmaqla, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə aid deyil.

25. İddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi torpaq sahəsindən 50 ədəd ağacın çıxarılması his səsində də əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilməməsi halı iş materialları ilə müəyyən edildiyindən, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə edərək həmin ərazidə 50 ədəd ağac əkməsi də təkzib olunur. Apellyasiya şikayətində Cavabdeh1 limon, mandarin və feyxoa ağacları əkərək meyvə bağı saldığını qeyd etmişdir. Bu meyvə bağının cavabdehlərin öz mülkiyyətində olan torpaq sahəsində salındığı ekspert rəyi ilə müəyyən olunur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, digər hissələrdə iddia tələbi rədd edildiyindən, məhkəmə xərclərinə dair iddianın təmin olunmuş hissələrində də iddia tələbi rədd edilməli, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 25 manat hissəsi və hüquqi xidmətlərin aparılmasına görə ödəni lmiş 200 manatın 150 manat hissəsi ilə bağlı da iddia təmin olunmamalı, həmin xərclər iddiaçının özünə aid edilməlidir. Bundan başqa, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış “X12” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyinin verilməsinə görə 250 manat məbləğində ekspertiza xərcinin 200 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də qətnamə ləğv edilməli, həmin ekspertiza xərci iddiaçının özünə aid edilməlidir.

27. Məhkəmə kollegiyası həmçinin onu da bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı iddiaçıdan tutularaq Cavabdeh1 verilməli, 10/18 saylı, 31 mart 2023-cü il tarixli ekspert rəyinin verilməsin ə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması üçün ekspert rəyinin alınmasını təmin etmədiyindən, gəldiyi nəticə işin hallarına uyğun olmadığından, cavabdehin soyadı Rəhmanov olduğu halda, yanlış olaraq X6 münasibətdə iddia tələbi qismən təmin edildiyindən, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmaması halı mütəxəssis və ekspert rəyləri ilə müəyyən edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmuş hi ssəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

29. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 3-cü hissələrinə, 111-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,0372 hektar torpaq sahəsini Cavabdeh1 (əvvəlki adı və soyadı Cavabdeh3) tərəfind ən tutularaq istifadə edilir. Torpaq sahəsindən istifadənin qanuniliyini təsdiq edən heç bir sübut yoxdur. Mübahisəli torpaq sahəsində Cavabdeh1 fərdi yaşayış evi tikmiş və hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayırlar. Qətnaməyə görə (səh: 2/12) Cavabdeh1 apelyasiya şikayətində qeyd edir ki, işdə olan sübutlar tam araşdırılmamışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə onun ailə üzvlərinə 0,29 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. İstər ekspert rəyi ilə, istərsə də apelyasiya məhkəməsinin qətnaməsi ilə həmin xüsusatlar, yəni JN-1329 nömrəli, 80108018 kodlu Dövlət Aktı Cavabdeh1 və ailə üzvlərinə məxsusluğu ilə bağlı ətraflı araşdırılmadığı təsdiq olunur. Bunlarda mübahisəli ərazidə Cav abdeh1 və onun ailə üzvlərinin torpaq sahəsinə malik olduğu sübutlarla təsdiq olunmur. Apelyasiya şikayətində istinad edilmiş JN-1329 nömrəli, 80108018kodlu Dövlət Aktı Cavabdeh1 və onun ailə üzvlərinə məxsus deyil, X6 və onun ailə üzvlərinə məxsusdur Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı əsasında JN- 1329 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və onun ailə üzvlərinə Astara rayonun Siyəkü kəndi ərazisində üç hissədən ibarət verilmiş torpaq sahəsinin 0,13 hektarı torpaq sahəsi ilə həmsərhəd olan ərazidə Torpağa mülkiyyət hüququna dair “ Dövlət Aktı”nın mülkiyyətə verilmiş torpaq sahəsinin planında /cizgisi/ mülkün nömrəsi 756, sahəsi 3639.06 kv.m olan torpaq sahəsinin qonşu sərhədləri JN0756 Dövlət Aktının planşet — mülki nömrəsi 756 sahəsi 3639.06 kv.m. mülkiyyətə verilmiş torpaq sahəsinin planı /cizgisi/ da 180 182 döngə nöqtələri olan yerdə(1328) Cavabdeh2 ilə qonşudurlar və Cavabdeh1 həmin yerdə qonşu kimi göstərilməmişdir Qətnaməyə görə (səh: 7/12) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh3 satılmış Siyəkü bələdiyyəsinin ərazisindən yerləşən 0,06 hektar torpaq sahəsinin konkret yerləşmə yeri müəyyən edilməmişdir. Yəni Cavabdeh1 torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd deyildir. İddiaçı və ailə üzvlərinin torpaq sahəsi ilə Cavabdeh2 ilə torpaq sərhədi var və 180-182 döngə nöqtələrində Cavabdeh2 ilə sərhəddə 0, 0372 hektar torpaq sahəsini Cavabdeh1 ( Cavabdeh3) zəbt edərək istifadə edir. Cavabdeh2 tərəfindən Astara rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(018)-04/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməməsi 0, 0372 hektar torpaq sahəsini Cavabdeh1 tərəfindən (Cavabdeh3) zəbt edilərək istifadə edildiyini təsdiq edir. Mübahisəli ərazidə torpaq sahəsinə malik olmayan Cavabdeh1 tərəfindən torpaq sahəsi zəbt edildiyi səbəbindən Cavabdeh2 apelyasiya şikayəti verməmişdir. Buna görə də istər ekspert rəyində (səh:4/6), istərsə də apelyasiya məhkəməsinin qətnaməsində 0,01 hektar torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alaraq istifadə edilməsi müəyyən olunduğu qeyd edilmişdir. Həmin çəpər daxilindəki torpaq sahəsi 0,01 hektar deyil, 0,36 hektar olmaqla İddiaçı və ailəsinə mənsub 0,0372 hektar torpaq sahəsi də oraya daxildir. Faktiki həmin torp aq sahəsi 0, 36 hektar təşkil edir və mütəxəssis rəyində məlum olmayan səbəblərə görə 0.01 hektar göstərilmişdir. Həmin boşluğu əlavə ekspertiza nəticəsində aradan qaldırmaq mümkünlüyü yalnız apelyasiya məhkəməsinin qətnaməsini ləğv edilərək mülki işi apelyasiya məhkəməsinə göndərilməsi tələb olunur. Həmin ərazidə Cavabdeh2 torpaq sahəsi olduğuna görə həmin 0,01 hektar torpaq sahəsi onun adına göstərilmişdir.

32. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası ekspert rəyinə əsaslanmış və mübahisəli ərazidə olan torpaq sahəsinə dair heç bir hüquq təsdiqedici sənədi olmayan Cavabdeh1 apelyasiya şikayətini təmin etmişdir. Belə ki, JN-0756 nömrəli “Dövlət Aktı”na əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin Dövlət Aktında göstərilən konfiqurasiya ilə torpaq sahə sinin naturadakı sərhədləri 0.36 hektar torpaq sahəsinin Cavabdeh1 torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Halbuki İddiaçı və ailə üzvlərinin 0, 36 ha torpaq sahəsi ilə Cavabdeh1 torpaq sahəsi qonşu deyil, həmin torpaq sahəsi ilə sərhədləri yoxdur. Yəni 0,36 hektar torpaq sahəsi Cavabdeh2 torpaq sahəsi ilə qonşudur və Cavabdeh1 Cavabdeh2 ilə qonşu olan JN-0756 nömrəli “Dövlət Aktının 180-182 aralığında döngə nöqtələrində torpaq sahəsini Cavabdeh1 zəbt etmişdir. Bunlar ekspert rəyi ilə müəyyən edilməmişdir. Ekspert rəyi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsaslanmış dır. Həmin mütəxəssis rəyi və onun əsasında verilmiş ekspert rəyini də apellyasiya şikayətinin təmin edilməsi üçün mötəbər sübut hesab edilməsi əsaslı və qanuni deyil. Belə ki, mütəxəssis rəyi əsasında verilmiş ekspert rəyində torpaq sahəsinin yerləşmə yeri xəritədə sərhədləri və koordinatları müəyyən edilmiş əsası ilə, torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun verilmişdir. Halbuki həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində deyil, Cavabdeh2 mülkiyyətindədir. Astara rayon məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilməməsi Cavabdeh2 Astara rayon məhkəməsinin qətnaməsi ilə razı olduğunu, iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsini Cavabdeh1 tərəfindən əsassız olaraq 0,0372 hektar torpaq sahəsini zəbt edərək istifadə edildiyi təsdiq edir. Qeyd edilir ki, kassasiya şikayətinə əlavə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-343/2-850/ 2023-cü il tarixli məktubla təqdim edilmiş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişə görə JN-0756 nömrəli “Dövlət Aktı”na əsasən yeni elektron uçot xəritəsində əks olunan torpaq sahəsinin ölçüsü faktiki olaraq azalmaqla işləndiyindən uyğunsuzluq yaranmışdır. Bunlarda yeni elektron uçot xəritəsində əks olunan torpaq sahəsinin ölçünə əsaslanmağı istisna edir və JN-0756 nömrəli “Dövlət Aktı” na əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş to rpaq sahəsinin Dövlət Aktında göstərilən konfiqurasiya ilə torpaq sahəsinin naturadakı sərhədləri üst-üstə düşüb -düşməməsinin müəyyən edilməsi üçün əsas Dövlət Aktı hesab olunur və ekspert rəyi ilə həmin xüsusatı müəyyən edilməsi mümkünsüzdür. Bunları müəyyən edilməsi tələb olunur və bunları müəyyən etmədən məhkəmə aktının qanuni və əsaslı hesab edilə bilməz. Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsində qeyd edilir ki, (səh.9/12) elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0, 35 ha torpqa sahəsinin 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində torpaq sahəsinə bitişik cənub istiqamətində olması, həmin 0,08 ha torpaq sahəsinin hazırkı mülki işdə adı çəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması dəlillərinin əsassız olduğunu Astara rayon məhkəməsinin 09 iyun 2008-ci il tarixli, 2(018)-138/2008-ci il tarixli qətnaməsi təsdiq edir. Həmin qətnamədə İddiaçı və ailə üzvlərinin torpağın sahəsinin 0,08 hektar hissəsinin cənub istiqamətində olduğuna dair Şirvan Apelyasiya məhkəməsinin əsaslarını təkzib edir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan cənub istiqamətində torpaq sahəsinin zəbt etmiş şəxslər Astara rayon məhkəməsinin 09 iyun 2008-ci il tarixli, 2(018) 138/ 2008-ci il tarixli qətnaməsinə müəyyən edilmiş və bunlarda ekspert rəyinin əsassızlığını təsdiq edir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsində Astara rayon məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya dair mütəxəssis rəyi ilə razılaşmamasının səbəblərini Şirvan Apelyasiya Məhkəməsi göstərməmiş və bunu əsaslandırmamışdır. Qət namədə “X12” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyində X4 İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,0372 hektar torpaq sahəsi metal torla hasara alınmış torpaq sahəsi daxilindədir. Metal torla hasara alınmış torpaq sahəsinin yerləşmə yeri və ölçüsü müəyyən edilməməsi əsasları məlum deyil.

33. Kassasiya şikayətində qeyd edilmişdir ki, ekspert rəyindən və məhkəmə qətnaməsindən görünür ki, JN-0756 və JN-1329 nömrəli “Dövlət Akt”larındakı torpaq sahəsinin konfiqurasiyası ilə torpaq sahəsinin naturada sərhədləri müəyyən edilməmişdir. Bunlarda mülki iş üzrə obyektiv və qanuni nəticəyə gəlməyini şərtləndirir və bunları da ekspertiza keçirilməsi nəticəsində həll edilməsi mümkün olduğuna görə mülki işi apelyasiya məhkəməsinə göndərilməsini tələb edirlər.

34. Kassa siya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 238.1, MPM-in 88, 101.3, 206.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 392.1.5, 392.2-ci maddələrinə, həmçinin məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlil kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3025/2021 saylı qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

37. Maddə 84, 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qo runur.

38. Maddə 84, 3-cü hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

39. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MPM

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-63/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar