Məhkəmə qərarları › İş №2(102)-3514/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3514/2025

27.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3514/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4096/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A. Bakıxanov küçəsi, 12-ci döngə, ev 4 İddiaçı adına xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-265/2024 nömrəli qətnaməsi ilə iddiaçı X2 ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 794 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

3. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh ünvan 1 ünvanında yaşayıbyaşamaması müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixində Binə qəsəbəsi İƏDüzrə nümayəndəliyinin əməkdaşı ilə birlikdə həmin ünvana baxış keçirilmişdir. Baxış keçiri lən zaman vətəndaş Cavabdeh həmin ünvanda tək yaşaması faktı müəyyən olunmuşdur. Eyni zamanda sözü gedən ünvanda digər şəxlərin də yaşayıb yaşamaması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. Cavabdeh onun qızının keçmiş əridir. İddiaçı cavabdehə mülkiyyətindəki evdə müvəqqəti yaşamağa razılıq vermişidir. Hazırda isə, onun iradəsinə zidd olaraq evdən çıxmır. Bununla da onun mülkiyyət hüququnu məhdudlaşdırır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək bildir mişdir ki, iddiaçını qızı X2 ilə 2007-ci ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra 2011ci ildə mübahisəli mənzil alınmışdır. Həmin mənzil alınarkən mənzilin alınmasına 30.000,0 manat pul vermişdir. Mənzili alarkən iddiaçının adına qeydiyyat aparıldı. 2011-ci ildən öz ailəsi ilə həmin mənzildə yaşayıb. Hal-hazırda mübahisəli mənzildə yaşayır. İddia tələbinin rədd olunmasınə xahiş edir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Emin Məmmədli) iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı mənzildən çıxarılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəs i, 12-ci döngə, 4 saylı mənzili daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ əmələ gəlmişdir.

9. Məhkəmə ilk növbədə bildirmişdir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdi r.

10. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı mənzili daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ əmələ gəlmişdir.

11. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun o lmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçın göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıaxrılmasını tələb etməkdə haqlıdır.

13. Cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmadığından İddiaçı öz mülahizəsinə görə mübahisəli mənzildən istifadə edə bilmir. Odur ki, iddia təmin edilməlidir.

14. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı ünvanda yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı mənzildən çıxarılm alıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 178.1, 203.1-ci maddələrinə, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, “Akimova Azərbaycana qarşı iş üzrə” AİHM-in qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hüseynov Cavabdeh Lalə Nazim qızı ilə 14 iyun 2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Həmin nikahdan 12 iyul 2009-cu il tarixdə Nazim adlı, 15 avqust 2016-cı il tarixdə Firəngiz adlı övladları olmuşdu r. Ailə qurduqdan sonra 2011-ci ildə mübahisəli mənzil alınmışdır. Mənzili alarkən iddiaçının adına qeydiyyat aparıldı. 2011-ci ildən öz ailəsi ilə həmin mənzildə yaşayır və hal-hazırda həmin mənzildə yaşadığını bildirir. Bildirir ki, qeyd olunan evi Binə sakini Tehran Məşkurov adlı şəxsdən 60.000 manata alınmışdır. Həmin mənzilin qiymətinin 30.000 manatını onun tərəfindən, qalan 30.000 manatı isə İddiaçı tərəfindən ödənilmişdir. İlk öncə həmin ev sənədsiz olmuşdur. İşləri çox olduğundan və vaxtı olmadığı üçün evin sənədləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinə sənədlərin təqdim edilməsi, mülkiyyət hüquqlarının qeydə alınması üçün İddiaçı tərəfindən həyata keçirilmişdir. Evin onun adına mülkiyyət hüququ üzrə qeydə alınmasına heç bir etiraz etməmişdir. Daha sonra qonşudan 0.30 hektar torpa sahəsini 16.500 manata almış və öz həyətyanı torpaq sahəsinə birləşdirmişlər. Həmin torpaq sahəsinin də, 5000 manatı onun tərəfindən, 11.500 manatı isə İddiaçı tərəfindən ödənilmişdir. Ona görə ki, qayınanaı İddiaçı tək yaşayırdı, onun bizdən başqa heç kimi yoxdur. Ona görə də, qızı və onun yoldaşı ilə birlikdə yaşayırdı. Heç bir fərq qoymadığını, həm də, ona çox etibar etdiyini bildirir. Sonradan ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyini düşünmürdü. Birinci instansiya instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli q anunlar düzgün tətbiq edilməmişdir. Belə ki, işə baxan birinci intansiya məhkəməsi aşağıda qeyd olunan maddi və İşin faktiki hallarına nəzər yetirərək müəyyən edə bilərsiniz ki, həqiqətən qeyd olunan evi Binə sakini Tehran Məşkurov adlı şəxsdən 60.000 manata alınmışdır. Həmin mənzilin qiymətinin 30.000 manatı onun tərəfindən, qalan 30.000 manatı isə İddiaçı tərəfindən ödənilmişdir. Qeyd etmişdir ki, məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmadığından İddiaçı öz mülahizəsinə görə mübahisəli mənzildən istifadə edə bilmir. Odur ki, iddia təmin edilməlidir. Bildirmişdir ki, heç kimin həmin evdən istifadə etməsinə heç bir maneçilik törətmir. Həyat yoldaşı Lalə Hüseynova ona qarşı nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmişdir. Bundan sonra heç bir məlumat vermədən evdən çıxıb getmiş, hazırda İddiaçı ilə birlikdə yaşayırlar. Nə keçmiş həyat yoldaşı Lalə Hüseynovanı nə də ki, İddiaçı evdən çıxarmamışdır. Hətta nikahın pozlamasına və ailənin dağılmasına etiraz etmişdir. Bütün bunların səbəbkarı, İddiaçı olmuşdur. Məqsədi 90000 manat pul vəsaitinə və evə sahib çıxmaq olmuşdur. İddia tələbindən görünür ki, istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilərdi ki, hazırda isə iddiaçının belə bir tələbi olmamışdır. Birinci instansiya məhkəməsi onun həmin evdən istifadə hüququnun olub-olmamasını müəyyən etmədən, evdən çıxarılmağı barədə qənaətini əsassız hesab edir. Məhkəmə tərəfindən iddia ərizəsi üzrə qeyd etdiyi məqamlara, məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, hər tərəfli baxmam ış, hüquq normalarına müvafiq qiymət verməmişdir. Məhkəmə mübahisə üzrə həqiqəti müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi lazımı qaydada araşdırma aparmamış, işin faktiki hallarına diqqət yetirməmiş, təqdim edilmiş sübutlara lazımi qaydada qiymət verməmiş, işə səthi yanaşa raq, iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4096/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yaşayır. Cavabdeh iddiaçının qızı ilə evli olmuş və cavabdeh ailə üzvləri ilə mübahisəli mənzildə yaşamışlar. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-265/2024 saylı qətnaməsi ilə X2 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur.

20. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçın göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğunda n o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

21. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı mənzili daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ əmələ gəlmişdir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halla rı aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəfindən həmin mənzilə istifadə hüququ olması sübuta yetirilməmişdir. Belə olan halda, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğu halda cavabdehin həmin evdə qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozulması kimi qiymətləndirilir.

22. Bununla belə, kollegiya cavabdehin apellyasiya şikayətinin pul məbləğinə dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh göstərilən tələbə dair məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququna malikdir.

23. Beləlikl ə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

24. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 178.1, 203.1-ci maddələrinə, “Akimovanın Azərbaycana qarşı işi”nə dair AİHM qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. C avabdeh (vəkili – Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4096/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir

27. Mübahisəli mənzildən qanunsuz istifadə etmir. Həmin mənzil iddiaçı ilə birlikdə birgə pul vəsaitləri hesabına əldə olunmuşdur. İşin faktiki hallarına nəzər yetirərək müəyyən edil ə bilər ki, həqiqətən qeyd olunan ev Binə sakini Tehran Məşkurov adlı şəxsdən 60.000 (altmış min) manata alınmışdır. Həmin mənzilin qiymətinin 30.000 (otuz min) manatı onun tərəfindən, qalan 30.000 (otuz min) manatı isə İddiaçı tərəfindən ödənilmişdir.

28. Heç kimin həmin evdən istifadə etməsinə heç bir maneçilik törətmir. Həyat yoldaşı Lalə Hüseynova ona qarşı nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmişdir. Bundan sonra heç bir məlumat vermədən evdən çıxıb getmiş, hazırda İddiaçı ilə birlikdə yaşayır. Nə keçmiş həyat yoldaşı Lalə Hüseynovanı nə də ki, İddiaçı evdən çıxarmamışdır. Hətta nikahlarının pozulmasına və ailələrinin dağılmasına etiraz etmişdir. Bütün bunların səbəbkarı, İddiaçı olmuşdur. Məqsədi 90000 (doxsan min) manat pul vəsaitinə və evə sahib çıxmaq olmuşdur. 2

9. İddia tələbindən görünür ki, istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilərdi ki, hazırda isə iddiaçının belə bir tələbi olmamışdır. Birinci instanisiya məhkəməsi onun həmin evdən istifadə hüquqununun olubolmamasını müəyyən etmədən, evdən çıxarılmağı barədə qənaətini əsassız hesab edir.

30. Hazırkı iş üzrə məhkəmələrin qəbul etdiyi qərarlar fundamental konstitusion prinsiplərə zidd olmuşdur. Belə ki, mübahisəli mənzil ailə münasibətləri dövründə, həm onun, həm də İddiaçı birgə vəsaitləri hesabına əldə edilmişdir. Mənzilin dəyərinin yarısı tərəfindən ödənilmiş, torpaq sahəsinin alınmasında da maddi iştirakı sübuta yetirilmişdir. Lakin, məhkəmələr bu faktları nəzərə almadan, onun faktiki mülkiyyət payını və istifadə hüququnu tanımamış, nəti cədə mülkiyyət hüququnun dövlət tərəfindən müdafiə olunması prinsipini pozmuşdur. Mülkiyyətin toxunulmazlığı prinsipi yalnız formal qeydiyyatla deyil, mülkiyyətin faktiki əldə olunma mənbəyi, ailə birliyinin birgə əmlakı və tərəflərin maddi iştirak dərəcəsi ilə müəyyən edilməlidir. Bu meyarlar nəzərə alınmadan, yalnız bir tərəfin adına qeydiyyat faktına əsaslanaraq qərar qəbul edilməsi, Konstitusiyanın 13-cü maddəsinin birbaşa pozulması deməkdir. Belə ki, məhkəmələr tərəfindən ona məxsus payın mövcudluğuna baxmayaraq, mənzildən çıxarılma qərarı qəbul olunmaqla, onun qanuni mülkiyyətinə və istifadə hüququna qanunsuz müdaxilə edilmiş, mülkiyyət toxunulmazlığı prinsipi faktiki olaraq təmin edilməmişdir. Nəticə etibarilə, məhkəmələrin qərarları ilə Azərbaycan Respublikası Konstitusiyasının 13- cü maddəsi ilə təmin olunan mülkiyyət hüququnun dövlət tərəfindən qorunması təmin olunmamış, mülkiyyətin toxunulmazlığı və müdafiəsi prinsipi pozulmuşdur

31. Hazırkı iş üzrə məhkəmələr Konstitusiyanın 60-cı maddəsinin tələbini pozmuşdur. Belə ki, həm birinci instansiya, həm də apellyasiya məhkəmələri tərəfindən tərəflərin maddi və faktiki iştirak dərəcəsi tam araşdırılmamış, təqdim edilmiş sübutlar (ödənilmiş vəsaitlər,ailə birliyi dövründəki əməkdaşlıq və birgə mülkiyyət faktları) qiymətləndirilməmiş, məhkəmə araşdırması hərtərəfli, tam və obyektiv aparılmamışdır. Nəticədə, Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilən məhkəmə müdafiəsinə çıxış hüququndan faktiki olaraq məhrum edilmişdir. Çünki məhkəmə onun təqdim etdiyi dəlillərə və izahlarında göstərilən faktlara hüquqi qiymət verməmiş, Sübutları birtərəfli qiymətləndirərək obyektiv araşdırma aparmamış, ədalət mühakiməsinin əsas prinsiplərindən olan bərabərlik və ədalətlilik tələblərini pozmuşdur. Məhkəmə tərəfindən işin bu şəkildə səthi araşdırılması və bir tərəfin mövqeyinin üstün tutulması məhkəmə müdafiəsinin real təmin edilməməsi, yəni Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulması deməkdir. Əslində, onun hüququ yalnız məhkəməyə müraciət etməklə deyil, həm də həmin müraciət üzrə ədalətli və əsaslandırılmış qərar almaqla təmin olunmalıdır. Lakin, təqdim edilmiş qərarlar bu prinsipə uyğun olmayaraq, ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmişdir.

32. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157, 228-ci, Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsinin 9.1, 77.1, 88, 217.1, 217.2 və 217.3-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 178.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksliya). Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı mənzili daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində onun mülkiyy ət hüququ əmələ gəlmişdir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəfindən həmin mənzilə istifadə hüququ olması sübuta yetirilməmişdir. Belə olan halda, iddiaçı mübahisə li mənzilin mülkiyyətçisi olduğu halda cavabdehin həmin evdə qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozulması kimi qiymətləndirilir. Bununla belə, kollegiya cavabdehin apellyasiya şikayətinin pul məbləğinə dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh göstərilən tələbə dair məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququna malikdir.

52. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi nin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət olmadığını hesab edir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4096/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar