Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3518/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(104)-4016/2018 saylı qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(076)-2780/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim K.C.Mə mmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” barədə iddiası təmin edilərək, iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən, cavabdehlərin sahibliyində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(104)-4016/2018 saylı qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev sədrlik edən, məruzəçi, F.Ə.Mehtiyev və N.N.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəmkir rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “evə köçür ülmə” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 əri, Cavabdeh3 qaynatası, Cavabdeh2 isə qaynanasıdır. 17 avqust 2005ci il tarixdə Cavabdeh1la ailə qurmuş və birə nikahlarından 24 iyun 2006-cı ildə X, 05 sentyabr 2010-cu ildə X1 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh1la ailə qurduqdan sonra sonuncunun yaşadığı Şəmkir şəhəri, C.Məmmədquluzadə küsəçində yerləşən üç otaqlı 16 saylı evə gəlin köçmüşdür. Cehiz əşyalarını həmin evə yığmış və uşaqları da həmin evdə doğulmuşdur. Hazırda iki uşaqları ilə birlikdə həmin evdə qeydiyyatdadır. Cavabdeh1la bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də cavabdeh X3la aralarında bağlanmış nikah Şəmkir rayon məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən pozu lmuşdur. Nikahları pozulmasına baxmayaraq 2017-ci ilin sentyabr ayınadək bir evdə yaşamışlar. Lakin 2017-ci ilin sentyabr ayında işə düzəldiyi üçün cavabdehlər onu uşaqları ilə birlikdə evdən qovmuşlar və hazırda validenylərinə məxsus olan evdə yaşayır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qər ar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləməmişdir. Cavadeh Cavabdeh3 vəkili Vəkil və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının cavabbehlərin razılığı ilə mübahisəli evə gəlin köçməsinə, onların həmin evdə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmələrinə, iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi üçün əsasların olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandımışıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 17 avqust 2005-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurmuş və onların birə nikahından 24 iyun 2006-cı ildə X, 05 sentyabr 2010-cu ildə X1 adlı iki uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh1la ailə qurduqdan sonra sonuncunun yaşadığı Şəmkir şəhəri, C.Məmmədquluzadə küsəçində yerləşən üç otaqlı 16 saylı evə gəlin köçmüşdür. İddiaçı cehiz əşyalarını həmin evə yığmış və uşaqları da həmin evdə doğulmuşdur. İddiaçı hazırda iki uşaqları ilə birlikdə həmin evdə qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi Şəmkir şəhəri, C.Məmmədquluzadə küsəçində yerləşən üç otaqlı 16 saylı ev 2017-ci ilin sentyabr ayınadək, yəni iddiaçı üç uşaqları ilə birlikdə evdən çıxarılanadək mülkiyyət hüququ üzrə heç kimin adına qeyd alınmamışdır. Daha sonra işə əlavə edilmiş digər sübutlardan görünür ki, mübahisəli ev 1978-ci ildə inşa edilmişdir və həmin ev ümumi sahəsi 107 kv.metr, yaşayış sahəsi 46,4 kv.metr, yardımçı sahəsi 60,7 kv.metr olan 2 otaqdan ibarətdir. 04 sentyabr 2018-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 87,7 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına, evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsi isə hər birinin payı 0,035 ha olmaqla mülkiyyət hüququ üzrə Cavabdeh3 və digərlərinin adlarına qeydə alınmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli evə gəlin köçərkən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcud olmuş və cavabdehlər həmin evdən yaşayış sahəsi kimi istifadə etmişlər. Cavabdehlər həmin evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştl ərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, o, mübahisəli evə köçürülməlidir. Ona görə də birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının ol maması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olanAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideyn lərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onl ar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəm əsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh3 kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından da əsassızdır. Belə ki, həmin maddənin mənasına görə,heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçünc üsü, məhrum edilmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. Ona görə də üçüncü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o, halda qanuni sayıla bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və sair) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İşdən görünür ki, iddiaçı mübahisəli evə gəlin köçərkən hüquqi statusuna görə həmin ev özbaşına tikili olmuş, nə iddiaçının, nə də cavabdehin həmin ev üzərində qanunla qorunan hər hansı hüqu qları əmələ gəlməmişdir və tərəflər mübahisəli evə münasibətdə faktiki olaraq bərəbər statusda olmuşlar. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdən məcburi qaydada çıxarma; sonradan evə buraxmama) ilk gündən qanunsuz olmuşdur və cavabdehlər yuxarıda qeyd olunan maddənin qadağanedici tələblərini pozmuşlar və pozuntunun nəticələri bu gündə davam etməkdədir. Digər tərəfdən kassasiya instansiyası məhkəməsi hesab edir ki, konstitusiyanın norması birbaşa hüquqi qüvvəyə malikdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən maddənin pozuntusunu aradan qaldırmaqla, iddia ərizəsini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayətinin d əlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(104)-4016/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3518/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3518/2019
04.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver