Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3519/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı iddiaçı qızının Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh iddiaçı qızına qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iddiaçı qızı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1280/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 30 mart 2007-ci il tarixli ƏN-İ seriyalı 083576 №-li Etibarnaməyə əsasən X1 oğluna Suraxanı RİH tərəfindən verilmiş 04 dekabr 1998-ci il tarixli 2127 saylı sərəncama əsasən yaşadığı evin yanında 3x4 metr ölçüdə yardımçı təsərrüfat otağına sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi əlaqədar adından ərizə verməyi etibar etmişdir. Etibarnamə əlli il müddətinə verilib və 30 mart 2057-ci ilədək qüvvədədir. X7, X8, Cavabdeh tərəfindən tərəfindən tərtib edilmiş 30 mart 20 07-ci il tarixli aktla, X7in özünə məxsus 3x4 ölçüdə olan yardımçı təsərrüfat otağı Cavabdeh verilərkən, həmin sahədə hər hansı bir əmlak və əşyanın olmadığı, göstərilən sahənin boş olaraq (tam boş sahə) təhvil verildiyi qeyd edilmişdir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 mart 2009-cu il tarixli 77 №-li “Qarajın Cavabdeh adına sənədləşdirilməsi haqqında” Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı raonu, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən sahəsi 33,00 kvadrat metr olan daş qaraj Cavabdeh adına sənədləşdirilmişdir. Cavabdeh məxsus əmlakının məhv edilməsinə dair HK-1 N72 saylı və İddiaçı mülkiyyətinə qəsd edilməsi ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 19 mart 2018-ci il tarixli “cinayət işi başla nmasının rədd edilməsi haqqında” Qərarla tərəflər arasında yaranan mübahisənin predmeti mülki xarakterli olduğundan toplanmış material üzrə İddiaçı və Cavabdeh əməlində cinayət tərkibi olmadığı nəzərə alınıb, barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təsərrüfat otağının boşaldılması və ona təhvil verilməsi, ona vurulmuş 10000 manat məbləğində maddi ziyan və 10000 manat mənəvi ziyanın tutularaq ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyətinin 04 dekabr 1998-ci il tarixli 2127 №-li sərəncamına əsasən yaşadıqları evin, yən i Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin yanında yardımçı təsərrüfat otağının ər-arvad münasibətində olduğu vaxt birgə vəsait hesabına inşa etmiş və istifadə, sahiblik etmişdir. X12 1982-ci ildə qeydə alınan nikah 15 dekabr 2006-cı ildə pozulmuşdur. 2008-ci ilin əvvəlində o, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətində olan əmlakda payların müəyyən edilməsi, ayrılması barədə iddia tələbi ilə cavabdeh keçmiş həyat yoldaşı X9ə qarşı müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2009-cu il tarixli 2(103)-4376/2009 saylı qətnaməsi ilə onun və X9in arasında “VAZ-21074” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 və mənzilin 1/2 hissəsi üzərində bə rabər paylar müəyyən edilsə də, onun birgə vəsait hesabına tikilmiş təsərrüfat otağı tələbinə dair hissədə qərardadla baxılmamış saxlanılmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 19 mart 2009-cu il tarixli i/k-8 saylı məktuba əsasən, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzil 39-da yaşayan X5 məxsus 24 kvadrat metrlik mövcud qaraj üçün torpaq icarə müqaviləsi 30 mart 2007-ci il tarixli etibarnamə əsasında 9 may 2007-ci ildə C.Qurbanov küçəsi, 95/63 ünvanda yaşayan Cavabdeh ilə bağlanmış və icarə haqqı həmin şəxs tərəfindən vaxtlı-vaxtında ödənilir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 mart 2009-cu il tarixli 77 saylı Sərəncam ilə qaraj Cavabdeh adına rəsmiləşdirilmişdir. Ona görə də o, həmin yardımçı təs ərrüfat otağından onun istifadə hüququnun müəyyən edilməsi və həmin tikiliyə Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinin 17 mart 2009-cu il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə sərəncam verənə və alana qarşı müraciət etmişdir. Cavabdeh Ramiz oğlu isə X9in adına mübahisəli tikilinin rəsmləşdirilməsi barədə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 04 dekabr 1998-c il tarixli 2127 №-li sərəncamının etibarsız hesab edilməsinə dair ona Ramizə və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və yekun olaraq Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli 2(010)-1065/2010 saylı və Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 2(103)-1201/2011 saylı qətnamələri ilə hər iki idd ia tələbi rədd edilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 04 dekabr 1998-ci il tarixli 2127 №-li sərəncamı əsasında nikah dövründə tikilmiş təsərrüfat otağı ər-arvad birgə vəsaiti hesabına onun razılığı olmadan guya keçmiş əri X9in verdiyi 30 mart 2007-ci il tarixli etibarnaməyə əsasən 29 may 2007-ci ildə Cavabdeh ilə bağlanmış icarə müqaviləsi əsasında sonuncun adına tikiliyə dair 17 mart 2009-cu ildə həmin icra hakimiyyəti tərəfindən Sərəncam verilmiş və həmin Sərəncamda Cavabdeh verilmiş qarajın ünvanının başqa yerdə yerləşdiyi göstərilmişdir. Həmin məhkəmə çəkişməsi gedişatında müəyyən olunmuşdur ki, X9in adından Cavabdeh adına etibarnamə mövcud deyil. Sonrakı illər üzrə polis və prokurorluq orqanları tərəfindən dəfələrlə onun ərizələri araşdırılmış və nəticədə Bakı şəhəri Suraxanı RPİ 32-ci Polis Bölməsində olan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, 17 mart 2019-cu ildə Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilmiş 77 saylı “Sərəncam” saxtadır və müvafiq qanunvericiliyin tələblərinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyünə görə həmin fakt üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 19 mart 2018-ci ildə qərar qəbul edilmişdir. 2008-ci ildən başlayaraq cavabdeh ona məxsus təsərrüfat otağını zəbt edərək içində olan bütün əmlakları talamış, qıfılını dəyişmişdir. O, həmin qıfılı dəyişərək öz hüququnu bərpa etsə də, cavabdeh öz qanunsuz əməllərindən əl çəkməyərək qıfılını dəyişib, hazırda orda tikinti materiallarını saxlayaraq anbar kimi istifadə edir. Beləliklə də, cavabdeh onun əşya hüququnu pozmuş və həmin pozma nəticəsində davamlı olaraq maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən ona məxsus 300 ABŞ dolları məbləğində 1ədəd arakəsmədən seyf qapı, 200 ABŞ dolları məbləğində 1 ədəd böyük dəmir şkaf, 7000 ABŞ dolları məbləğində 2 ədəd sex üçün toxuma maşınları, 1000 ABŞ dolları məbləğində 2 ədəd qırmızı polirovkalı fıstıq taxtasından taxta çarpayılar, 300 ABŞ dolları məbləğində 1 ədəd xalça, 300 ABŞ dolları məbləğində 2 ədəd ter xəlisi, 300 ABŞ dolları məbləğində 2 ədəd yemək servizi, 1000 ABŞ dolları məbləğində 4 ədəd dekorativ qablar, 50 ABŞ dolları məbləğində 2 ədəd yataq dəsti, 100 ABŞ dolları məbləğində 4 ədəd pakrıval və adiyal, 50 ABŞ dolları məbləğində 10 kq yorğan yunu talamış və nəticədə ona ümumilkdə 10.000 manat məbləğində maddi ziyan dəymiş və bu fakt Bakı şəhəri Suraxan ı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin araşdırılması nəticəsində öz təsdiqini tapmışdır. Eləcə də bu hadisələrlə əlaqədar onda xəstəliklər yaranıb və ona 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçı qızına qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı qızından 2500 manat məbləğində zərərin və 5000 manat cərimə məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, ilk iddia tələbi əsassızdır. Belə ki, iddiaçı mübahisəli tikili ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət etmiş, lakin iddiaları əsassız olduğundan rədd edilmişdir. Mübahisə olunan daş qaraj 17 mart 2009-cu ildən Suraxanı rayon İcra Hakimiyyətinin 77 saylı Sərəncamı i lə ilk iddia üzrə cavabdehin adına rəsmiləşdirilmiş, lakin 2007-ci ilin may ayından bu günədək Qaraçuxur Bələdiyyəsinə torpaq vergisi ödəyir. Artıq 12 ildən artıq bir vaxtdır ki, həmin qaraj onun tam istifadəsindədir. Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarxli 2(010)1065/2010 saylı qətnaməsi ilə İddiaçı X3 və qeyrilərinə qarşı sərəncamın ləğvi və yardımçı otaqdan istifadə hüququnun müəyyən edilməsinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Beləliklə də, iddiaçı qızının mübahisə olunan qaraja dair heç bir hüququnun mövcüd olmaması öz təsdiqini tapmışdır. Eləcə də məhkəmə araşdırması zamanı o da təsdiq olunmuşdur ki, İddiaçı keçmiş həyat yoldaşı Mustafayev Ramizlə ər-arvad münasibətləri korlandıqdan sonra o qarajda məskunlaşmış və qarajda Emmaya məxsus hər hansı b ir əşyanın olmadığı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların borgə mülkiyyəti sayılır. Lakin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən X3 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsinə dair sərəncam İddiaçı ilə birgə nikahda olduqları dövrdə verilsə də, onların birgə mülkiyyəti sayıla bilməz. Belə ki, yardımçı təsərrüfat otağının yerləşdiyi torpaq sahəsi Suraxanı RİH-nin balansında olmuş və hal-hazıradək sonuncunun balansındadır. X7 isə istər torpaq sahəsinə, istərsə də yardımçı təsərrüfat otağına mülkiyyət hüququ əldə etməmişdir. Eyni zamanda iddiaçının Polis orqanlarına və məhkəmə instansiyalarına əsassız şikayətləri Cavabdeh vaxtını alır. Ona görə də qarşlıqlı iddia tələbinin təmin edilərək İ ddiaçı 2500 manat məbləğində zərərin və 5000 manat cərimə məbləğinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Bakı Apellyasiya Məhkəməsindən götürülmüş 2(103)11201/2011 saylı mülki iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı X6 cavabdehlər X3, Cavabdeh və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi və yardımçı otaqdan istifadə hüququnun müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyətinin 17 mart 2009-cu il tarixli 77 saylı sərəncamının ləğv edilməsi və Qaraçuxur qəsbəsi 4042/60 məhəllə, ev 1,39 saylı mənzilin yanında yerləşən yardımçı təsərrüfat otağından onun istifadə hüquqlarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 04 dekabr 1998-ci il tarixli sərəncamının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli 2(010)-1065/2010 saylı qətnaməsi ilə əlaqədar verilmiş apellyasiya şikayətinə baxıldığı zaman Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 2(103)-1201/2011 saylı qətnaməsi ilə müəyən olunmuşdur ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 №-li 04 dekabr 1998-ci il tarixli X3 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən sonuncuya yaşadığı evin yanında 3x4 ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmiş, təxminən 1-2 il sonra X7 orada 3x4 ölçüdə qaraj tikdirmiş və həmin tikilidən qaraj kimi istifadə etmişdir. Faktiki olaraq qaraj tikilisi gəlirlər hesabına əldə olunmuş əmlak hesab edilmir. Həmin tikili müvafiq icra hakimiyyətinin balansında olan tikili hesab olunur ki, X9 həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmişdir. X9 qaraj tikintisinə mülkiyyət hüququ əldə etməmişdir. Mülkiyyət hüququ olmadan qaraj tikintisinin uzun müddətli istifadə etmək, həmin əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti yaratmır və ər-arvadın ümumi mülkiyyət qaydaları həmin münasibətə şamil edilmir. X2 izah edilməlidir ki, birgə nikah dövründə yardımçı təsərrüfat otağının tikintisinə vəsait sərf etmişsə, sərf etdiyi vəsait barədə tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2011-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin arxivindən götürülmüş 2(010)-81/2014 saylı mülki iş materiallarına əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı cavabdeh X3 qarşı “etibarnamənin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaraçuxur qəsbəsi 4042/60 məhəllədə yerləşən 1 saylı evin yanında yardımçı təsərrüfat otağına dair X7 tərəfindən Cavabdeh verilmiş 30 mart 2007-ci il tarixli etibarnaməni və onunla bağlı irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2014-cü il tarixli, 2(010)-81/2014 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və iş üzrə müəyyən olunmuş ha llar ondan ibarət olmuşdur ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 №-li 04 dekabr 1998-ci il tarixli X3 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən sonuncuya yaşadığı evin yanında 3x4 ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Həmin tikili Suraxanı rayon İcra Hakimiyətinin balansında olan tikili hesab olunmaqla, X9 həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmiş və mülkiyət hüququ əldə etməmişdir. Mülkiyyət hüququ olmadan həmin tikilidən istifadə etmək, həmin əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyətini yaratmır və ər-arvadın ümumi mülkiyyətin qaydaları həmin münasibətələrə şamil edilə bilməz. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 2(010)-711/2019 nömrəli iş üzrə 14 may 2019- cu il tarixli qətnaməsi ilə ilk və qarşılıdlı iddialar rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, mübahisəli təsərrüfat otağı (daş qarajı) ilə əlaqədar çıxarılmış məhkəmə qərarları və eləcə də mülki iş materialları ilə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 № li 04 dekabr 1998-ci il tarixli X3 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən sonuncuya yaşadığı evin yanında 3x4 ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Həmin tikili Suraxanı rayon İcra Hakimiyətinin balansında olan tikili hesab olunmaqla, X9 həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmiş və mülkiyyət hüququ əldə etməmiş, bununla da həmin əmlak sonuncu ilə İddiaçı ər-arv ad dövründə əldə olunmuş birgə mülkiyyəti hesab olunmamışdır. Məhkəmə qeyd ermişdir ki, mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Subutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, İddiaçı mübahisəli təsərrüfat otağına hüququ olduğuna qiymət verməsi və həmin qətnamələrin qəbul olunması üçün əsas olmuş bir sıra sənədlərin qanuna uyğun olamamasına istinad etməsi əsassızdır. Məhkəmə iclasında da İddiaçı bu faktla bağlı hər hansı yeni sübut təqdim etməmişdir. Belə ol an halda isə mübahisələndirilən təsərrüfat otağının boşaldılaraq ona təhvil verilməsi barədə iddiası əsaslı hesab edilə bilməz. Mənəvi zərərin tutulması ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, vurulan mənəvi ziyana görə maddi təzminatın göstərdiyi miqdarında hesablanmasının əsaslandırmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya ins tansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Subutetmə predmetinə daxil olan, tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Cavid İsmayılzadənin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarı). Məhkəmə qeyd etmişdir ki, İddiaçı mübahisəli təsərrüfat otağına hüququ olduğuna qiymət verməsi və həmin qətnamələrin qəbul olunması üçün əsas olmuş bir sıra sənədlərin q anuna uyğun olamamasına istinad etməsi əsassızdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yer i və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bi lməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddialar rədd edilmiş, cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən ilk iddia tələbinin rədd edilən hissədə yoxlamışdır. Ona görə də, mübahisələndi rilməyən hissələri hazırkı kassasiya baxışının həddlərini də təşkil etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razıl aşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1280/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.