Məhkəmə qərarları › İş №2(102)-352/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-352/2020

21.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-352/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X9 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Əbülhəsən qızının kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov, iş № 2(060)-xx/19) iddia tələbi təmin olunaraq Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsi nə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən X1 adına verilmiş 06.08.1986-cı il tarixli 317 saylı order və həmin order əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinin özəlləşdirilməsi əsasında X1 adına verilmiş 22.11.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv olunmuş, cavabdehlər X4, X7, X8 və X2 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı mənzilindən çıxarılmaları, İddiaçı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X4, X7 apellyasiya şikayəti vermiş və şikayətlərində qə tnaməni cavabdehlərin mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi hissəsində mübahisələndirmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov-sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov, iş № 2(105)-xx/19) apelyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərinmənzildən çıxarılması, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin cavabdehlərin mənzildən çıxarılması və id diaçının mənzilə köçürülməsi tələbinin rədd edilməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Əbülhəsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 14, 10 saylı mənzilə dair Cavabdeh adına verilmiş orderin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 14, 10 saylı mənzilə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh, cavabdehin qızı X5 uşaqları ilə birlikdə (uşaqları 2006-cı il təvəllüdlü X8 və X6) həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunma sını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona verilmiş Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ev 14, 10 saylı mənzil cavabdeh tərəfindən qeyri-qanuni şəkildə özəlləşdirilmişdir. Bununla əlaqədar olaraq o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx xxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ev 14, 10 saylı mənzilin kirayəçisi və istifadəçisi cavabdeh X3 order əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7, 40 saylı mənzil ayrılmış, lakin mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğundan o, həmin ünvana köçə bilməmişdir. Bu səbəbdən 2007-ci ildə ünvan 1zil 10 Cavabdeh tərəfindən özəlləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişd ir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərə k, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cuil tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, müvafiq orderlər əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədəki 14 saylı evin 10-cumənzili İddiaçı Əbülhəsən qızına, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 7 saylı evin 40-cımənzili isə cavabdeh X3 verilmişdir. Cavabdeh R.İsrafılovaya məxsus mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğundan o, həmin ünvana köçə bilməmişdir. Order əsasında İddiaçı məxsus olan 7-8-12-ci məhəllədəki 14 saylı evin 10-cu mənzili 2007-ci ildə Cavabdeh tərəfindən özəlləşdirilmiş və onun həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan xəbər tutan İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi Sumqayıt şəhəri 7-8-12-ci məhəllədəki 14 saylı evin 10-cumənzilinə dair Cavabdeh adına verilmiş orderin etibarsız hesab edilməsi, həmin mənzilin özəlləşdirilməsinin etibarsız hesab olunması, özəlləşdirmə nəticəsində verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 337, 339-cu, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddələrinə istinad e dərək iddianı təmin etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız mənzildən çıxarılma və mənzilə köçürülmə tələblərinin təmin olunması hissəsində mübahisələndirmişlər. Bu baxımdan apellyasiya baxışının predmeti yalnız həmin hissədən ibarət olmuşdur. Qətnamənin qalan hissəsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya baxışının predmeti olan hissədə yoxlayaraq qətnaməni həmin hissədə ləğv etmiş və həmin tələbləri rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə nə qədər ki cavabdehlər order əsasında onlara məxsus olan və məcburi köçkünlər tərəfindən tutulan mənzilə köçə bilmir və bu səbəbdən mübahisəli mənzili boşalda bilmirlər, idd iaçı da həmin mənzil boşaldılmayanadək ora köçürülə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən maddi hüquq norması kimi yalnız mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə istinad etmişdir. Həmin maddədə orderin yaşayış sahəsinə köçmək üçün yeganə əsas olduğu və yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən normaya düzgün istinad etmiş olsa da, onu düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 48-ci maddəsinin tətbiq olunması nəticəsində iddia tələbi rədd yox, yalnız təmin edilə bilər. Belə ki, həmin norma mübahisəli mənzilə cavabdehləri n deyil, iddiaçının hüququ olduğunu təsbit edir. Digər tərəfdən, qüvvədə olan məhkəmə qərarlarından göründüyü kimi, Cavabdeh da eyni əsaslarla özünə məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 7 saylı evin 40-cımənzilindən məcburi köçkünlərin çıxarılması barədə iddia qaldırmış və məhkəmə mənzilin order əsasında Cavabdeh məxsus olduğunu nəzərə alaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən hazırkı iş üzrə iddia tələbinə cavabdehlərin mübahisəli mənzildə hansı hüquqi əsasla yaşamaları baxımından qiymət verilməlidir. İşdən göründüyü kimi, hazırda onların mübahisəli mənzildə yaşamaları üçün hər hansı hüquqi əsas mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, apellyasiya qaydasında mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Əbülhəsən qızının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(105)-xx/19 saylı qətnaməsi ləğv olunsun, iş apellyasiya qaydasında yenidə n baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar