Məhkəmə qərarları › İş №2(102)-352/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-352/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-352/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-114/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakıları müəyyən etdi: İşin halları 1. 16 mart 2022-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqə əsasən, “mən X4 12850 manat dəyərində Kərimdən heyvan götürdüm, iyulun 30-na kimi ödəyəcəyəm” sözləri yazılmış və imza edilmişdir.

2. X5 15 iyul 2022-ci il tarixdə ölmüşdür.

3. Əliyeva X1 Səfər Sərvər oğlunun arvadıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 30 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat borcun və 129 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 12979 ( on iki min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etmək lə tələbini belə əsaslandırmışlar ki, xx.xx.2022-ci il tarixdə Ordubad rayon Gəncə kənd sakini X4 ondan 75(yetmiş beş) baş yanı balalı xırda buznuzlu heyvan satın almış, 5 nəfər şəxsin iştirakı ilə 4 ay müddətində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müddətin bitməsinə 15 gün qalmış özünə qəsd edərək özünü öldürmüşdür. Bildiyinə görə həmin heyvanları o satmış və əldə olunan pul vəsaitini ailəsinin ehtiyacları üçün xərcləmişdir. Aza kənd sakini Cahangir adlı şəxsin 3 “Qazel” markalı avtomaşını ilə heyvanları yığıb ona təhvil vermişdir. Vasitəçilər Emil, Yaqub və Samir olmuşdur. Heyvanları satandan 1 həftə sonra ona heyvanı alan X2 dələduzluqla məşğul olduğunu demişlər. Həyat yoldaşı, o və Dizə kənd sakini Əli onların evinə getmişlər. Bu zaman Səfərin əmisi Kamil evə gələrək “get Ordubada a raşdır, biz indiyə qədər heç kimin malın mənimsəməmişik, narahat olma, ona zamin dururam” demişdir. Bundan sonra onlar qayıtmışlar, bir daha onlara müraciət etməmişlər. Səfər vəfat etdikdən sonra o, mərhumun evinə getmiş, Səfərin həyat yoldaşı və atası “Səfər ölübsə pul da ölüb” demişlər və bu qapını bir də açmamağını söyləmişlər.

6. Birinci instansiya məhkəməsində cavabdeh göstərmişdir ki, iddiaçı ilə mərhum həyat yoldaşı arasında bağlanmış borc müqaviləsindən xəbəri olmamışdır. Eyni zamanda hazırda onun adına həyat yoldaşından qalma hər hansı bir əmlak yoxdur. Vərəsə kimi heç bir əmlak qəbul etməmişdir. Mərhum həyat yoldaşının sağlığında o valideyinlərinə və qayınanasına məxsus evdə qalmış, hətta bir müddət kirayədə yaşamışlar.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Ş ahid1 ifadəsində iddiaçının onlara gələrək Səfərə heyvan verdiyini, gedib onların evini tapıb pulu almalarını dediyini bildirmişdir.

8. Şahid Həsənov X3 2022-ci ilin qış ayında Səfər ilə İddiaçı evinə gedərək üç qazel heyvan yığaraq aparmişlar. Sonradan Kərimin ona zəng edərək heyvanların Səfərgildən geri götürmək istədiyini bildirdiyini, Səfərin əmisi Kamilin onlara “narahat olmayın pulunuz çatacaq” dediyini bildirmişdir.

9. Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf Ca vabdeh Mərdan qızından 12850 manat borcun və 129 manat dövlət rüsumunun, ümumilikdə 12979 manatın alınaraq ona qaytarılmasını tələb etsə də, Cavabdeh Mərdan qızı mərhum X2 yaşayış evi, həyətyanı və kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmadığından qəbul etməmiş, Cavabdeh Mərdan qızı mərhumun vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi almamış və heç bir əmlak qəbul etməmişdir. İş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmiş və iddiaçı tərəfindən də həmin sübutlar təqdim edilməmişdir.

11. Rayon məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 739.2, 1133.1, 1133.2, 1151.1,1151.2, 1243. 1, 1243.2, 1321.1, 1321.2 və 1321.3-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 77.1, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddianın dəlilləri ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli araşdırılmadan iddianın rədd olunması barədə nəticəyə gəlmişdir.

15. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində aprelin 15-i xəstəliyi ilə bağlı Bakıya getməli olduğunu, oğlunda birinci arvadından boşa ndıqdan sonra 2012-ci ildən psixoloji problemlərin yarandığını, o getdikdən sonra, oğluna kiminsə “get heyvan al gətir sat” dediyini, Səfərin Nehrəm kəndinə getdiyini, ordan-burdan kimdə heyvan olduğunu soruşduqda Kərimdə olduğunu öyrəndiyini, Səfərin heyvandan başı çıxmayan adam olduğunu görən Kərimin ona dişi yox, erkək, südsüz heyvanları verdiyini, bu heyvanların südü olmadığını, dişi olmadığını, təzdən qaytarılacağını düşünərək, Səfərin ona 800 manat verəcəyi olduğundan ondan 500 manat aldığını, Səfərin gətirdiyi heyvanlardan çoxusunun qırılıb, keçindiklərini, oğlunun başı pozulduğundan əti aparıb 4 manat 50 qəpiyə-5 manata qəssablara verdiyini, 200 manatlıq heyvanı 350-500 manata satdığını, iyul ayının əvvəlində Kərimin zəng vurub pulunu istəməyə başladığını, Səfərin ona pulun olmadığ ını dediyini, Kərimin iyulun 9-da gəlib qapını döyüb Səfəri çölə çıxararaq “3 gün vaxt verirəm, ya pulumu ver ya da səni öldürərəm, evini yandıraram” dediyini, o getdikdən sonra Səfərin ondan bundan pul istəməyə başladığını, heç kimdən bir qəpikdə əldə edə bilmədiyini, ayın 14-ü gecəsi evi yuxuya verdikdən sonra gedib həyətin dibində istifadəsiz hamamda lezvanı götürüb özünü kəsdiyini, ayın 15-də səhər saat 5-də yoldaşının onu qanın içində ölüb hamamda qaldığını gördüyünü, prokurorun, müstəndiqin tökülüb gəldiklərini, sonra ona zəng edib tez özünü yetir deyildiyini, Səfəri Gənzə kəndində dəfn etdiklərini, 4-cü günü onu Kənan müəllim çağıraraq kimlərinsə oğlundan şikayətçi olduğunu, ona “gəl danış biz yazaq pozaq, bizim borcumuzdur” dediyini, uşağının ölüb getdiyini, qapısının bağlandığını dediyini, iddiaçının 20 qoyun balası sataraq bu pulu çıxaracağını, oğlunun ölən günün 11- də iddiaçının gəlib qapını döyərək Səfərin evinin olub-olmadığını soruşduğunu, özünün ona “Səfərin evi idi, sənin üzündən indi torpağın altındadır” deyərək qapını çırpmaq istədiyini, Kərimin müqavimət göstərdiyini, istədi yıxılsın özünü saxladığını, Kərimə “məndən nə istəyirsən, o prokuror, o müstəntiq, o birsinin də torpağın altında olduğunu” dediyini, uşaqların hələdə ondan “baba ata niyə Moskvada qalır, niyə gəlmir?” soruşduqlarını, iddiaçıda vəkələtnamənin, şahidin, sübutun, etibarnamənin olmadığını, ona pul vermədiyini, özünün onu qovaladığını, Kərimin çıxlb getdiyini, sonra özünün Bakıya getdiyini, dekabra qədər xəstəliyi ilə bağlı gedib-gəldiyini, 18 aydan sonra Növrəstəyə Ordubad Rayon Məhəməs inə getməsi barədə neçə səfər ərizənin gəldiyini, narahat olub xəstələnməməsi səbəbindən Növrəstənin ona qorxub zəng vurmadığını, onun isə heç nədən xəbərinin olmadığını, Ordubad Rayon Məhkəməsinin də vəziyyətin nə yerdə olduğunu görüb əfv verdiyini, Kərimin də yəqin Ordubad olduğundan, onun qohumlarının məhkəmə ilə araları yaxşı olduğunu fikirləşib şikayət yazdığını, mayın 14-dü Bakıdan qayıtdığını, Növrəstənin ona “ mən sənə deməmişdim, məni məhkəmədən 3-4 dəfə çağırıblar, gedib izahat vermişəm” dediyini, biraz narahat olduğunu, ayın 14-ü poçtalyonun məktub gətirdiyini, məktubu açıb oxuduqda İddiaçı Ordubad Rayon Məhkəməsinin onun xeyrinə qərar vermədiyindən ona inanmayıb aparıb Ali Məhkəməyə şikayət verdiyini, ondan sonra Kərimin yoldaşı ilə gəlib pulunu istəyərkən Növrəstənin onlara “p ulunu Səfər aparıb get ondan al” dediyini, onun da “elə etmə ki, uşaqlarını girov götürüm”dediyini, gəlininin isə “uşaqları girov götürmə, apar bazarda sat öz pulunu götür, qalanı da gətir ver mənə” dediyini, 2 gün sonra birdə gələrək “elə etmə ki qardaşını öldürüm, gətirim basdırım onun yanında” dediyini, gəlininin isə “birini öldürdün, indi də keçdin o birisinə, niyə sən reketsən?”cavab verdiyini, özünün qapıya çıxandan sonra Kərimin “elə etmə ki orqanlara 100.000 pul töküm, bu işi həll edim” dediyini, onun qara günə qaldığını, xırda nəvəsinin “ deyiblər atan ölüb” deməsinə “o başqa Səfərdir, atan deyil, sənin atan Moskvadadır, pasportunu düzəldib gələcək” cavab verdiyini, bazara gedəndə uşaqlar yesin deyə birinin qovun, birinin qarpız, birinin çörək,1 kq ət alıb verdiklərini, bu vəziy yətdə, bu yetimçiliklərinə baxmayaraq Kərimin gəlib onlardan pul tələb etdiyini, özünün şikayət etmədiyini, etdiyi halda Kərimi 3 günü içəri saldıracağını, pulu ölüb bunun halal xoş, özünün də balası ölüb halal xoş dediyini, vəziyyətin gəlib bu yerə çatdığından, gəlinini məhkəmələrdə fırladıb ora-bura, isti maşında gedib-gəldiyinə görə ondan üzr istəməsini, uşaqların birinin 6 yaşında o birisinin 9 yaşında olduqlarını, bu uşaqlar həddi-buluğa çatana kimi hərəsinə 100 manat ödəməsini istədiyini, məktubda 75 baş heyvanın verildiyinin yazıldığını, başqa heç bir hesabı görmədiyini, Səfərin heyvanları satdığını, qırılanların qırıldığını, evdə 1 manatın qalmadığını, qonşuya heyvan almasını atasına bildirməməsini dediyini, Səfərin satdığı heyvanların pullarını birindən alıb başqasına verdiyini, g ələndən sonra həyətdə 1 baş da heyvan olmadığını, oğlundan sonra 2 uşaqdan başqa heçnə qalmadığını, oğlunun onun evində yaşadığını, özünün yoldaşının koronadan rəhmətə getdikdən sonra Bakıda qaldığını, onların heçnəyi, toyuğun belə olmadığını, evi 2007-2008-ci ildə Bakıdakı oğlunun remont elədiyini, evin pərdələrinin gəlininin mamasının 4000 manat kredit götürüb aldığını, hərdən 1000-1500 manat gətirib qızının dolanışığı üçün verdiyini, oğlunun əvvəllər Moskvada olduğunu, 2012-ci ildən birinci yoldaşından ayrıldıqdan sonra heyvan satışı ilə məşğul olduğunu, ona 22 baş heyvan aldığını, qəşənglərini qəssaba satdığını dediyini, onları satdıqdan sonra əldə olduğu 6500 manatın da, heyvanların da getdiyini, oğlunun heyvan gətirib satdığını ordan burdan eşitdiyini, bunu Bakıdan gələndən sonra bil diyini, oğlunun birindən 20 manat, birinə ot biçib pul aldığını, hərdən onun kartından da pul aldığını, oğluna “inək al yoldaşın südünü sağsın, apar sat belə dolan, 5000-6000 var, yesən onu yerinə gətirə bilməyəssən” deyib evdən çıxdığını, aprelin 15-də Səfərə may ayında 6000 manat ödəməli olduğunu, 7000 manat olsa 1000 manatını xərcləməsini, may ayına əl vursan əngələ düşəcəyini dediyini, o getdikdən sonra Səfərin 6000 manatı da xərclədiyini eşitdiyini, günahın öləndə olduğunu, Kərimin pulu ölübsə, onun da oğlunun öldüyünü, oğlunun heyvanları yararsız görüb dəyər dəyməzinə hamısını satdığını göstərmişdir.

16. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində vətəndaşların heç birini şəxsən tanımadığını, məhkəmədən ona bildiriş gəldikdən s onra bu məsələni bildiyini, vəfat edən şəxsi tanımadığını, sadəcə vəfat etdiyi vaxtda şəhərdə heyvan alış- verişi etdiyi barədə söhbətlər yayıldığını, kimnənsə heyvan alıb pul müqabilində, aparıb başqa şəxslərə aşağı qiymətə satdığını, pulu da xərclədiyini, ondan buna bundan ona vəziyyətdə olduğunun bildirildiyi, onlarda kiminsə əmlakının olub-olmaması şəhər içi nümayəndəlikdə qeydə alınmadığını, əmlaklar daşınmaz əmlaka məxsus olduğundan, kiminsə adına əmlakın olub-olmadığının oradan öyrənildiyini, Səfərin heyvan alıb satdığını qıraqdan eşitdiyini, onun əmlakı barəsində məlumatın qeydə alınmadığını, baytarlıq idarəsindən gedib heyvanlara baxıb, onlara məlumat verildikdən sonra onların qeydə aldıqlarını, təsərrüfat kitablarının ildə bir dəfə yazıdığını, hər ilin ilk yanvar ayında qeydiyyat apardıqlarını, ona görə həmin ayda olsa qeydə alınmalı idi, hər bir məlumatın ildə bir dəfə toplanıb yazıldığını, təsərrüfat başı kitablarının onlara 2022-ci ildə verildiyini, həmin ilə qədər onlarda o kitabların olmadığını, statistika idarəsində olduqlarını, 2022-ci ildən bu günə qədər məlumatların vardırsa olacaqlarını, yoxdursa olmayacaqlarını, ümumi Naxçıvan Muxtar Respublikasında icra nümayəndəliyinə təsərrüfat başı kitabların 1 yanvar ayının 2022-ci ildə veridiyini, ondan bir gün əvvəlki məlumatlarının artıq onlarda olmadığını, təsərrüfat başında ailə üzvlərinin adlı siyahısının, onlara bildirilən heyvanların, evin kvadratına aid olan məlumatların qeyd olunduğunu, kitabdan çıxarışı təqdim edə biləcəyini bildirmişdir.

17. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-114 /2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.G.Kuimova (sədrlik edən və məruzəçi), S.Ş.Bəylərli və Ə.K.Allahverdiyev) apellyasiya şikayəti təmin olunmış, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat borc və 129 manat məbləğində dövlət rüsumu, ümumilikdə 12979 ( on iki min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin izahatları, şahid ifadəsi ilə iddiaçının və məhrum X2 arasında alğı-satqının baş tutması, alınan heyvanların X4 tərəfindən Ordubada aparıb cavabdehin bugün də yaşadığı həyətə yığması, onların satılması, iddiaçının həyat yold aşı ilə qoyunların qaytarması məqsədi ilə Səfərin qapısına getməsi, heyvanlardan birinin kəsilərək hətta bişmiş yeməkdən onların da qabağına qoyulması, cavabdehin də həmin vaxt orada ərini tərifləməyə başlaması, iddiaçının pulları ilə Səfərin özünə mətbəx düzəltməsi, ailəsini dolandırması, iddiaçının Səfərin evinə pulu almaq üçün gedərkən mərhumun yoldaşının “Səfər ölübsə, borc da ölüb” deməsi, alınmış heyvanların satılması ilə Cavabdeh bəhrələnməsi, hal-hazırda həmin evdə yaşamasının davam etdirilməsi tam sübuta yetirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunun sübut etməsi ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh ona irəli sürülmüş iddia üzrə məsuliyyətdən azad oluna bilməz.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyərək hazırkı iş üzrə səhv nəticəyə gəlmiş, buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 1306.1, 1307-ci, MPM-in 14.2, 76.1, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 384.0.2, 385.1.1, 385.1.3 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti Mülki Məcəllənin 385.1, 1306-cı, MPM-in 14.2, 77.1 və 372.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh notariat qaydada ölmüş əri X2 varisi elan edilmədiyindən, həmçinin vərəsəliyi qəbul etmədiyindən ölmüş ərinin İddiaçı olan həmin borcunu ödəməyə borclu deyildir, heç bir öhdəlik daşımır. Apellyasiya instansiyası məhkəməsi yalnız İddiaçı öğlunun təqdim etdiyi sübutlardan istifadə etmiş, cavabdehin təqdim etdiyi sübutları və izahatında göstərdiyi dəlilləri və iş materiallarında olan rəsmi sənədləri araşdırmamış və onlardan istifadə etməmiş, əlyazmanı araşdırmadan, həmin əlyazmanın həqiqətən borclu X4 tərəfindən icra olunub, imzalanmasını müəyyənləşdirmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edib rəy almadan, nəhayət həmin əlyazmanın birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbini aydınlaşdırmadan həmin əlyazmanı qanunsuz olaraq sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payina mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

27. Maddə 1307. Mirasın notarius təfəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və məhkəmə iclaslarında verdiyi izahatlarında göstərdiyi dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsi haqlı olaraq mübahisənin həllində Mülki Məcəllənin 1307-ci maddəsini tətbiq etmişdir. 4

0. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-114/2024 nömrəli iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar