Məhkəmə qərarları › İş №2(102)-3521/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3521/2020

20.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3521/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmık haqqının və mənəvi ziyanın tutulması”tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1347/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəf indən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2019-cu il tarixli, H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının, mənəvi ziyana görə 50000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)5788/2019 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, H/010-19-02 №-li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev - sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)1347/2020 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti rədd edilmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5788/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, “xxxx” MMC-dən mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamə qalan h issələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsininxx xxxxxx 2020-ci il tarixli, 2(103)-1347/2020 nömrəli qətnaməsinin mənəvi zərərin ödənilməsi hissəsində dəyişdirilməsi və iddianın həmin hissədə tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin cavabdeh “xxxx” MMC direktoru xxxnın və vəkil X1 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsininxx xxxxxx 2020-ci il tarixli, 2(103)1347/2020 nömrəli qətnaməsininləğv edilməsi, İddiaçı iddia ələbinin “xx xxxx 2019-cu il tarixli H/010-19-02 saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” hissəsində mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmə si, iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın mənəvi zərərin tutulması hissəsində qanunsuzdur. Məhkəmə tərəfindən iddiaçıya mənəvi zərərin vurulması qəbul edilsə də, tutulan 1000 manat ədalətsiz olmuşdur. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli əmr cavabdeh MMC-nin xx xxxxxxx 2019-cu il tarixli əmri və MMC-nin təsisçilərinin həmin tarixli əmri ilə ləğv edilmiş, iddiaçı işə bərpa olunmuşdur. Bunun la da, iddiaçının irəli sürdüyü tələbin “əmrin ləğv edilməsi və işə bərpa olunması” hissəsində mübahisə predmeti qalmamış, həmin mübahisə məhkəmədən kənar həll olunmuşdur. İddiaçı tərəfindən birinci instansiyası məhkəməsində “əmrin etibarsızlığı” tələbini irəli sürsə də, məhkəmə “əmrin ləğv edilməsi” barədə yalnız və səhv qətnamə qəbul etmişdir. İddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş, birinci instansiya məhkəməsi həmin ərizə üzrə əsaslandırma aparmamış, apellyasiya instansiyası məhkəməsi isə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizədən imtina etdiyinə istinad etmişdir. Halbuki, nümayəndə belə izahat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinin sübut olunmadığı halda, mənəvi ziyanla bağlı tələbi qismən təmin etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin, habelə vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edil mədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxx” MMC ilə İddiaçı arasında xx xxxxxx 2013-cü il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı müxtəlif vəzifələrdə həmin Cəmiyyətdə işləmişdir. “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx xxxx 2019-cu il tarixdən xitam verilmişdir. Lakin müəyyən olunmuşdur ki, İddiaçı məxsus əmək kitabçasında müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”xxxx“xxxx” MMC-nin təsisçisi xxx, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli yazılı izahatında MMC-nin direktorunun xx xxxx 2019-cu il tarixli əmrinə əsasən iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad edildiyini, həmin əmrdə əsas kimi işçinin öz xahişi ilə işdən çıxarıldığı, yaxın ailəvi münasibətlərə görə işçinin əmək kitabçasının korlanmaması, gələcəkdə ona problemin yaranmaması üçün qeyd edildiyini göstərmişdir. “xxxx” MMC-nin təsisçisinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə MMC-nin direktorunun xx xxxx 2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı əvvəlki işinə, yəni baş mühəndis vəzifəsinə bərpa olunmuşdur. “xxxx” MMC-nin direktorunun 50 saylı, xx xxxxxxx 2019-cu il tarixli əmri ilə İddiaçı işdən azad edilməsi haqqında xx xxxx 2019-cu il tarixli əmr qüvvədən düşmüş hesab edilmiş, o, əvvəlki iş inə bərpa olunmuş və əmrdə xx xxxxxxx 2019-cu il tarixdən əmək funksiyalarının yerinə yetirilməsinə başlanılması qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsi haqqında “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli əmrinin işçinin xahişi barədə ərizəsi olmadan qəbul edilməsi işin mübahisəsiz hallarıdır. Lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-2-ci bəndələrinin tələbləri pozulmuşdur. Bu səbəbdən İddiaçı işə bərpa olunması və məcburi iş buraxmaya görə ona aylıq əmək haqqı ödənilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin 50 saylı, xx xxxxxxx 2019-cu il tarixli əmri ilə İddiaçı işinə bərpa olunmasına görə mübahis ənin aradan qalxması və işə xitam verilməli olması haqqında cavabdehin dəlilinə münasibət bildirərək göstərmişdir ki, iddiada İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri olmuş, işə bərpa haqqında əmrdə bu məsələlər öz əksini tapmamış, məcburi iş buraxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi həll edilməmiş, habelə mənəvi zərər tələbi ilə bağlı tərəflər arasında mübahisənin qalmadığına dair məlumat və sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, “xxxx” MMCnin iddiaçının işinə bərpa edilməsi haqqında 50 saylı, xx xxxxxxx 2019-cu il tarixli əmri elektron informasiya sisteminə daxil edilmədiyi üçün hüquqi qüvvəyə minmiş sayılmır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-2-ci bəndlərinə görə, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məcəllənin 49-cu maddəsinin 1-2-ci bəndlərinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunverici, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün bu münasibətlərin yaranması, dəyişməsi və xitamı ilə bağlı məlumatların işçinin əldə edə biləcəyi elektron informasiya sisteminə daxil edildi kdən sonra hüquqi qüvvəyə minməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu qayda, işəgötürənin isə vəzifəsi olduğu üçün ona riayət edilməməsinə görə işəgötürən məsuliyyət daşıyır. Baxılan işdə isə “xxxx” MMC-nin nümayəndəsi etiraf etmişdir ki, İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair məlumat elektron informasiya sisteminə işlənsə də, onun işə bərpa olunmasına dair xx xxxxxxx 2019-cu il tarixli əmr barədə bildiriş həmin sistemə daxil edilməmişdir. Bu barədə sübut da cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı da işə bərpa olunmadığını bildirərək bu tələbinə baxılmasında israr edir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC xx xxxxxxx 2019-cu il tarixli əmri qəbul etsə də, onun qüvvəyə minməsi üçün lazımi qanuni tədbirləri görməmişd ir. Başqa sözlə, həmin əmr hüquqi müstəvidə əmək münasibətlərinin bərpası nəticəsini doğurmadığı üçün tərəflər arasındakı işə bərpa mübahisəsinin aradan qalxması qənaətinə gəlmək mümkün deyil. Cavabdehin kassasiya şikayətinin qeyd olunan hissəsi üzrə dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh onun nümayəndəsi tərəfindən apellyasiya məhkəməsinə yuxarıda qeyd olunan məzmunda izahat vermədiyini göstərsə də, məhkəmə iclas protokolunda öz əksini tapmış və həmin protokola qanunvericiliklə müəyyən olunmuş qaydada qeyd verilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən əmrin elektron informasiya sisteminə daxil edilməsi barədə sübutlar məhkəmələrə təqdim olunmamışdır. İddia müddətinin tətbiqinə dair ərizəsinin nəzərə alınmaması ilə bağlı apellyasiya instansiyası məhkəm əsi qeyd etmişdir ki, “xxxx” MMC, irəli sürülmüş tələbdən müdafiə vasitəsi kimi xx xxxxxxx 2019-cu il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə vermiş, lakin xx xxxxxxx 2019-cu ildə həmin müdafiə vasitəsindən imtina etməsini göstərən hərəkətlər sərgiləmişdir. Belə ki, “xxxx” MMC, İddiaçı işdən azad edilməsi haqqında xx xxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasına dair xx xxxxxxx 2019-cu il tarixdə 04 №-li qərar və 50 №-li əmr tərtib etmiş, habelə apellyasiya baxışında cavabdehin nümayəndəsi, İddiaçı işə bərpa edilməsi ilə bağlı qərar və əmr çıxardıqları üçün iddia müddətinin tətbiqi haqqında ərizədən imtina etdiklərini bildirmişdir. Nəhayət apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilmə sinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarlarına istinad edərək qeyd etmişdir ki, iddiaçının işdən qanunsuz və əsassız şəkildə azad edilməsi, bununla əlaqədar istifadəsində olan avtomobilin cavabdehin müraciəti əsasında yol polisi tərəfindən yolda saxlanılaraq duracağa yerləşdirilməsi, iddiaçının hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqi nə ehtiyac yoxdur. Məhkəmə iddiaçının öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdehin onu bu əsasla işdən azad etməklə Əmək Məcəlləsinin tələblərini qəsdən və nümayişkəranə şəkildə pozmasını, mübahisənin davam etmə müddətini, iddiaçının yaşını, eləcə də cavabdehin qeyd edilən pozuntunu etiraf edərək onu aradan qaldırmağa çalışmasını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərə görə 1000 manat pulun tutulması ədalətlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli ola n maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Həm iddiaçının, həm də cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlu tərəfindən, habelə cavabdeh “xxxx” MMC direktoru xxx və vəkil X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləritəmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1347/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar