Məhkəmə qərarları › İş №2(102)-3521/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3521/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3521/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillərin dövlət qeydiyyatlarının ləğvi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili İsmayılov Azər Salman oğlunun və Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperat ivi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və digərlərinə qarşı mənzillərin dövlət qeydiyyatının ləğvi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5369/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr H 5-ci il tarixli 322 saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonu ərazisində sakinlərin mənzilməişət şəraitini n yaxşılaşdırılması məqsədilə qəzalı vəziyyətdə olan, şəhərin görünüşünə xələl gətirən və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi, binalar söküldükdə orada yaşayan sakinlərin yeni mənzil verilənədək kirayə mənzillərə köçürülmələri nəzərdə tutulmuşdur. Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 29.03.2016-cı il tarixli 95 saylı Sərəncamı ilə ünvan 1 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni mənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Qeyd edilən sərən cama əsasən İddiaçı MTK qəzalı vəziyyətdə olan həmin binada yaşayan sakinləri tikinti işlərini həyata keçirən şirkət hesabına kompensasiya verməklə kirayə köçürərək müqavilə şərtlərini tam şəkildə yerinə yetirmişdir. Qeyd edilən ərazidə yerləşən bina artıq sökülmüşdür. Yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatmış və sakinlərə tam təmirli mənzillər verilmişdir. Yeni mənzillərin dövlət qeydiyyatına alınmasına zərurət yarandığından köhnə mülkiyyətçilərin adına aparılmış dövlət qeydiyyatı ləğv edilməlidir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4, Cavabdeh9 qızına, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 mənzillərin dövlət qeydiyyatının ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Mənzil Tikinti Kooperativi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 cavabdehlikdən çıxarılaraq X3 cavabdeh qismində işə cəlb edilərək, Seriya RX № 0310026 saylı, 07.01.2014-cü il tarixli X1 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzilin dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəb ul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı Mənzil Tikinti Kooperativi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qızı, Cavabdeh10, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 cavabdehlikdən çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında yerləşən xüsusi mülkiyyətdə olan mənzillərin dövlət qeydiyyatı ləğv olunmadığına görə yeni tikilmiş çoxmənzilli, hündürmərtəbəli binanın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Buna görə də, Seriya MH № 057377 saylı, 15.01.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında X6 məxsus Bakıxano v qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 20, 17.12.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh5 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, 14.11.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, 16.12.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, 11.08.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 6, 16.07.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh14na məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 7,Seriya ÖM № 097153 saylı, 07.12.2001-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus Bakıxanov qəsəbəsi Mehmand arov küçəsi 19, mənzil 2,Seriya MH № 01666122 saylı, 21.06.2008-ci il tarixli Çıxarışla Cavabdeh18 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli Çıxarışla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsiMehmandarov küçəsi 19, mənzil 4,Seriya MH № ******* saylı, 26.11.2011-ci il tarixli Çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzillərin dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmalıdır.

6. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)701/2020 saylı qətnaməsi ilə (hakim.Ə.Səmədov) iddia təmin edilərək, Seriya MH № 057377 saylı, 15.01.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında X6 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 20, 17.12.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında C avabdeh5 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, 14.11.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, 16.12.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, 11.08.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 6,Seriya MH № ******* saylı, 12.04.2006-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 10, 07.12.2001-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 2,Seriya MH №01666122 saylı, 21.06.2008-ci il tarixli Çıxarışla Cavabdeh18 m əxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli Çıxarışla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 4,Seriya MH № ******* saylı, 26.11.2011-ci il tarixli Çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzil, Seriya RX №0310026 saylı, 07.01.2014-cü il tarixli X2 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzillərin dövlət qeydiyyatı ləğv edilməsi qət olunmuşdur.

7. Məhkəmə iddianı təmin edərkən Mülki Məcəlləsinin 149.2, 153.4, 157.1, 157.2, 157.8, 424.2, 424.3-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin seriya MH N 057377 saylı 15.01.1997-ci il tarixli qeydiyyat vəsiqəsi ilə ona məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, mənzil 27 dövlət qeydi yyatı ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5369/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Sarıyev (sədrlik edən və məruzəçi) E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(008)701/2020 saylı qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilmiş; iddia təmin edilmiş; Seriya MH № 057377 saylı, 15.01.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında X6 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 20, 17.12.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh5 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, 14.11.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, 16.12.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, 11.08.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 6,Seriya MH № ******* saylı, 12.04.2006-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 10, 07.12.2001-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 2,Seriya MH № 01666122 saylı, 21.06.2008-ci il tarixli Çıxarışla Cavabdeh18 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli Çıxarışla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 4,Seriya MH № ******* saylı, 26.11.2011-ci il tarixli Çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzil, Seriya RX №0310026 saylı, 07.01.2014-cü il tarixli X2 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzillərin dövlət qeydiyyatıın ləğv edilməsi qət edilmişdir..

10. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1, 153.4-cü maddələri ilə əsaslandırmışdır.

11. Cavabdeh5 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh5 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və i şin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin qeyd edilmişdir ki, ona verilən mənzil yaxşı təmir olunmayıb və qüsurları mövcuddur. Lakin iddiaçı tərəfindən onunla razılaşma əldə edilərək, həmin qüsurlar aradan qaldırılacağı bildirilmişdir. Sadəcə qeydiyyat ləğv olunduğu təqdirdə qüsurların aradan qaldırılmasını tələb edə bilməyəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçının vəkili İsmayılov Azər Salman oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə. 150. 1 Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

19. Maddə. 153.4 Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apelyasiya Məhkəməsi iddianın təmin edilməsi ilə bağlı qərar qəbul etməkdə haqlı olmuşdur.

25. Məhkəmə müəyy ən etmişdir ki, “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə” Sabunçu rayon Hakimiyyəti Başçısının 29.03.2016-cı il tarixli 95 saylı Sərəncamı ilə ünvan 1 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək, yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Qeyd edilən sərəncam əsasında ünvan 1 ünvanlarda yerləşən binalar sökülərək yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşası başa çatmış “xxxx” MTK qəzalı vəziyyətdə olan həmin binada yaşayan sakinləri tikinti işlərini həyata keçirən şirkət hesabına kompensasiya verməklə kirayə köçürərək müqavilə şərtlərini yerinə yetirmiş və sakinlərə tam təmirl i mənzillər təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında yerləşən xüsusi mülkiyyətdə olan mənzillərin dövlət qeydiyyatı ləğv olunmadığına görə yeni tikilmiş çoxmənzilli, hündürmərtəbəli binanın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qəzalə vəziyyətdə olan daşınmaz əmlakın sökülməsi və yerində yeni daşınmaz əmlakın tikilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuşdur.

26. İşin müəyyən edilən hallarına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 avqust 2020-ci il tarixli, **********84 saylı məktubuna əsasən tədqiqat obyeklərinə mütəxəsislər tərəfindən texniki baxış keirilmişdir. ünvan 2 ünvanlarda yerləşən qəzalə vəziyyətdə olan çoxmənzilli yaşayış binaları sökülərək, yerində İddiaçı MTK tərəfindən yeni 12 mərtəbəli yaşayış binaları inşa edilmişdir.

27. Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavininin 26 avqust 2020-ci il tarixli, 1/1280 saylı məktubunda qeyd edilmişdir ki, “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə “Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 29.03.2016-cı il tarixli, 95 saylı Sərəncamı ilə ünvan 3 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış bi nalarının sökülərək yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-nə icazə verilmişdir. Qeyd edilən sərəncam əsasında ünvan 1 ünvanlarda yerləşən binalar sökülərək yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşası başa çatmış və sakinlərə tam təmirli mənzillər təhvil verilmişdir.

28. Göründüyü kimi, əvvəlki mülkiyyətçilərin evlərinin sökülməsi, yerində çoxmənzilli yaşayış binası inşa edilməsi və əvvəlki mülkiyyətçilərə həmin evlərin əvəzi olaraq mənzillər verilməsi halı sübuta yetirilmişdir. Mülkiyyətçilərin əvvəlki qeydiyyatı artıq formal xarakter daşıyır. Çünki həmin evlər artıq məhv olmuşdur. Ona görə Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 150.1. maddəsini tətbiq etməkdə haqlı olmuşdur.

29. Kas satorun mənzilinin keyfiyyətsiz təmir olunması və bəzi qüsurların hazırda da mövcudluğu hazırkı iddianın təmin olunmasına mane olan hal hesab edilə bilməz. Cavabdeh həmin qüsurların aradan qaldırılmasını tikinti şirkətindən tətəb etməkdə haqlıdır və bununla bağlı ayrıca məhkəmə mübahisəsi aça bilər.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-5369/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar