Məhkəmə qərarları › İş №2(102)-3521/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3521/2023

11.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3521/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Hafız oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlaka hüquqların qeydə alınması üçün ölçü işlərinin aparılmasına maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(107)39/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfində n verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Balakən rayonunun Qazbinə kəndində 0,09 ha həyətyanı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə X1 xüsusi mülkiyyətinə verilmişdir.

2. X4 23 mart 2013-cü il tarixdə ölmüşdür.

3. Miras qoyanın vərəsəsi olan İddiaçı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin 01 dekabr 2021-ci il tarixli bildirişində göstərilmişdir ki, ərizəsinin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inve ntarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahələrinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılması təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınma z əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Balakən rayonu Qazbinə kəndində mərhum atası X3 verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında onun atasından miras qalmış əmlak ilə bağlı vərəsəlik işi açılmışdır. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmasına baxmayaraq, çıxarış olmadığı üçün notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin yalnız torpaq sahəsinə dair çıxarış təqdim edildikdən sonra mümkün olması barədə arayış verilmişdir. Həyətyanı torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmiş, ərizəsinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRX-nin Zaqatala rayon 18 saylı ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ölçmə işlərinin aparılmasının zəruri olduğu torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Cavabdehlərin torpaq sahəsinə dair iddiaçının hüquqlarının DƏDRX-də qeydiyyata alınması üçün ölçmə işlərinin aparılmasına törətdiyi maneələr nəticəsində vərəsəlik və mülkiyyət hüququndan məhrum olmuşdur.

6. Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(019)-259/2022 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia təmin olunmuş, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Balakən rayonu Qazbinə kəndində İddiaçı mərhum atası X3 verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Ca vabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər tərəfindən hüquqdan sui-istifadə edilməklə iddiaçının atasından qalmış mirasla bağlı vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneələr yaradılmışdır. Ona görə də, bu məqsədlə sözügedən 0,09 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 157.4, 165.1, 560, 1133.1, 1151.1, 1 157-1.1, 1157-2.2, 1159.1, 1243 və 1255-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1, 7.1, 7.2, 8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(019)-259/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mübahisələndirilən ərazidə 1990-cı ildən yaşayırlar. Cavabdehin qayınanası X7 Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə 0,09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 546A saylı 401080 38 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X4 1999-cu ildə torpaq sahəsinin bir hissənin onun mülkiyyətinə verildiyini, bunun üçün torpaq sahəsinin pulunun verilməsini xahiş etmişdir. Həmin vaxt Qəndab Mirzəyeva və yoldaşı X13 Saramanova 2000 ABŞ dolları pul vermişlər. Hazırda JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qayınanası X7 verilmiş 0,09 ha torpaq sahəsindən onun ölümündən sonra oğlu olan, apellyatorun həyat yoldaşı Hafiz Mirzəyev və ailə üzvləri istifadə edirlər. Orada ev, naves tikmiş, torpağın kənarına hasar çəkmiş, orada bağ salmışlar. İddiaçı inventarlaşdırma işlərinin aparılması tələb etdiyi torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdehin qanuni istifadəsində ol an torpaq sahəsinə JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğundan, həmin torpaq sahəsində ölçmə işlərinin aparılması cavabdehlərin iradəsinə zidd həyata keçirilə bilməz və bu hüquqdan sui-istifadə hesab oluna bilməz.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(107)-39/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(019)-259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı əsasında Balakən rayonu Qazbinə kəndində X5 adına JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə 0,09 ha, JN-242A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə 0,10 ha, X1 adına JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir.

13. Bu halın aydınlaşdırılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq verilmiş 08 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən r ayon şöbəsi tərəfindən tam mülkiyyət üzrə X5 adına 0,10 ha həyətyanı torpaq sahəsinə dair JN-242A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə əsasən 14 avqust 2009-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X5 adına qeydiyyata alınmış fərdi yaşayış evi Balakən Dövlət notariat kontorunun 15 noyabr 2011-ci il tarixli, 4Ə362 nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmiş və 18 fevral 2012-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin olması ilə bağlı ərazi idarəsində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin 07 sentyabr 2022-ci ildə keçirilmiş baxış iclasında cavabdeh tərəf X5 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin əslini məhkəməyə təqdim etdiklərindən, eyni kod və nömrə (JN546A KOD 40108038 saylı) altında olan X1 və X6 adına verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdən hansının düzgün ilkin sənədlər əsasında verilməsi məsələsinə və hər üç Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi məsələsinə aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan A zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən rayon Aqrar islahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı əsasında Balakən rayonu Qazbinə kəndində X1 adına JN546 KOD 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədi ilə 0,09 ha torpaq sahəsi və Balakən rayonu, Qazbinə kəndində X7 adına JN-242 KOD 40108038 saylı Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə sənədində isə 0,10 ha torpaq sahəsi işlənmişdir. Həmin JN-546 və JN-242 saylı Şəhadətnamələrdə göstərilən torpaq sahələrinin hər hansı bir hissəsi üst-üstə düşmür.

15. Ape llyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı əsasında Balakən rayonu Qazbinə kəndində X6 adına verilmiş JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və X1 adına verilmiş JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdən hansının düzgün ilkin sənədlər əsasında verilməsi məsələsinə heç bir münasibət bildirilməsə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İda rəsinin 08 avqust 2022-ci il tarixli məktubu ilə Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi və onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 mart 2023-cü il tarixli ekspert rəyinin müqayisəli təhlili onu deməyə əsas verir ki, X5 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi mövcud olmamışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə İddiaçı atası X3 məxsus olması və İddiaçı həmin torpaq sahəsinə olan hüquqları yuxarıda göstərilənlərlə təsdiq edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehlərin süni şəkildə yaratdığı maneələr iddiaçının hüquqlarını pozur və bu baxımdan iddiaç ılar hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar.

17. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 26 aprel 2023cü il tarixli, 2(107)-39/2023 nömrəli xüsusi qərardad qəbul etməklə, cavabdehlər Cavabdeh2 Hafız oğlu, Cavabdeh1 və Cavabdeh3 və ya onlara Balakən rayonu Qazbinə kəndində X6 adına JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədini vermiş olan digər şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə müəyyən edilmiş rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə cinayətinin əlamətləri mövcud olduğundan Balakən Rayon Prokuroruna xəbər verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(107)-39/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140, 152.1, 158.4, 560.1-560.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 7.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə cavabdehlərin anası X5 adına 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinə JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinə JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğundan həmin torpaq sahəsində ölçmə işlərinin aparılması cavabdehlərin iradəsinə zidd həyata keçirilə bilməz. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edildiyindən həmin hüquqların həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Hazırki mübahisə inzibati xarakterli iddiadır və iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı ünvanlandığı 01 dekabr 2021-ci il tarixli **********31 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasından inzibati icraat qaydasında aidiyyəti üzrə İnzibati Məhkəmələrə müraciət etməli idi. Məhkəmə işin hallarını araşdırmayıb, sübutlara düzgün hüquqi qiymət verməmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Kon stitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyy ət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsa sən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, müəyyən olunan işin faktiki hallarına hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin onun mərhum qayınanasının mülkiyyətinə verilməsini göstərsə d ə, apellyasiya məhkəməsi araşdırma nəticəsində X5 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi verilməməsi nəticəsinə gəlmişdir.

30. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmasına dair kassasiya şikayətinin dəlili də əsaslı hesab oluna bilməz. Belə ki, daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın iddiaçıya verdiyi imtinanın əsası həmin orqanın fəaliyyəti ilə bağlı deyil, məhz cavabdehlərin ölçmə işlərinin aparılmasına maneçilik törətməsi olmuşdur.

31. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(107)-39/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar