Məhkəmə qərarları › İş №2(102)-3521/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3521/2024

06.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3521/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2107/2024 nömrəli, 22 may 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh keçmiş gəlinidir. İddiaçı 7 dekabr 2004-cü il tarixdə cavabdehin oğlu X2 ilə birgə nikaha daxil olaraq, həmin mənzilə gəlin köçmüşdür və həmin vaxtdan başlayaraq, 2022-ci ilədək ünvanda yaşamışdır. İddiaçı ilə cavabdehin oğlu arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(011)-575/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur.

2. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, iddiaçı hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. 3. ünvan 3l ilkin olaraq 1997-ci il tarixli orderə əsasən cavabdehə verilmiş, daha sonra ünvan 3l 2008-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İdd iaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qızı X3 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 4 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 dekabr 2005-ci il tarixdən ünvan 4-də qeydiyyata düşmüşdür. Belə ki, həmin mənzil Cavabdeh xüsusi mülkiyyətində olmuşdur və hal-hazıradək cavabdehin mülkiyyətindədir. 7 dekabr 2004-cü il tarixdə cavabdehin oğlu X2 ilə birgə nikaha daxil olaraq, həmin mənzilə gəlin köçmüş və həmin vaxtdan başlayaraq, 2022-ci illədək ünvanda yaşamışdır. Lakin cavabdehin oğlu ilə nikahları pozulmuşdur. Hal-hazıradək həmin mənzildə ona məxsus olan əşyalar cavabdehin istifadəsindədir: 1 ədəd divan, 2 ədəd kreslo, yataq dəsti: 1 ədə d çarpayı, 1 ədəd paltar dolabı, 1 ədəd güzgülü tremo, 2 ədəd tumboçka, 6 ədəd stul, 1 ədəd soyuducu Beko, 1 ədəd paltaryuyan Samsung, 1 ədəd Cebelon Aura su filtri, 1 ədəd LG markalı televizor, 1 ədəd Siemens markalı tozsoran, 2 ədəd lustra, yemək servizi - 12 ədəd хогəк boşqabı, 12 ədəd salat üçün qab,1 ədəd böyük şorba qabı, 12 ədəd balaca boşqab, 2 ədəd bulud, 2 ədəd duz qabı və istiot üçün qab, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd bıçaq, 6 ədəd çəngəl, çay dəsti: 12 ədəd çaşka, nəlbəki və çay qaşığı, 2 ədəd qənd qabı, 12 ədəd mürəbbə nəlbəkisi, 2 ədəd xrustal mürəbbə qabı, qazan dəsti: 5 ədəd qazan, 1 ədəd aş süzən, 3 ədəd tava, 2 ədəd pərdə, 1 ədəd paltar dolabı, 1 ədəd LG markalı kondisioner, 1 ədəd televizor altlığı, 1 ədəd ətçəkən maşını. Sadalananların hamısı cavabdeh t ərəfindən həmin ünvanda istifadə olunur. Bundan başqa həmin mənzildə iddiaçıya məxsus 20 qram çəkisi olan 583 əyar 1 ədəd qızıl boyunbağı, 10 qram çəkisi olan 583 əyar 1 ədəd qızıl qolbaq, 15 qram çəkisi olan 583 əyar 1 ədəd sırğa və üzük, 1 ədəd 5 qram çəkisi olan nişan üzüyü, 15 qram çəkisi olan 1 ədəd 750 əyar boyunbağı və kulon vardır. Hal-hazırda iddiaçının yaşamağa evi yoxdur və məcburi olaraq X3 ilə birlikdə icarədə yaşayır. Dəfələrlə mənzilə daxil olmağa cəhd olunmasına baxmayaraq, cavabdeh iddiaçını mənzilə buraxmır. İddiaçı tərəfindən həmin mənzil üzrə 22 il ərzində kifayət qədər vəsait xərclənmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə iddia təl əbinin iddiaçının ünvan 4 ünvanına köçürülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin oğlunun arasında münasibətlər 2004cü ildə yaranmışdır. Tərəflərin nikahı 19 aprel 2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Məhkəmə araşdırması zamanı iş materialları və iddiaçının verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ilədək mübahisəli ünvanında yaşamış, hazırda həmin ünvanda yaşamır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir.

9. Qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın mövcudluğu və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehə məxsus mənzilə dair istifadə hüququ olmadığından mənzilə köçürülmə tələbi təmin edilə bilməz.

11. Məhkəmə iddiaçının qızı X1 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmağı zəruri hesab etmişdir.

12. Beləliklə, məhkəmə qeyd etmişdir ki, X3 cavabdehin nəvəsi olmaqla, ondan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə X3 ananın yanında saxlanılmaqla onun himayəsinə verilib, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanın yaşayış yeri də valideyninin yaşayış yeridir.

13. Məhkəmə hesab etmişdir ki, sözügedən mənzilə İddiaçı istifadə hüququ olmadığından iddia tələbi X1 ünvan 4 ünvanına köçürülməsinə dair hissədə də rədd edilməlidir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının, qızı X3 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 4 ünvanına köçürülmələri barədə iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.1ci, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, həmin mənzilə 2004-cü il tarixdən başlayaraq yaşayarkən, 2005-ci il tarixdə mənzilə qeydiyyata düşmüşdür. Beləliklə, həmin mənzildə 2021-ci ilin dekabr ayına qədər yaşayırdı. Həmin mənzildə ona məxsus əşyala r, cehizlər və qızıl zinyət əşyaları vardır. O, isə həmin mənzildə 30 ildir ki, qeydiyyatdadır və orada yaşayır. Bu səbəbdən qeyd edilənlər məhkəmə tərəfindən ətraflı araşdırılmamış və nəzərə alınmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2107/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Sabit Bəhrəmzadə-sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, İddiaçı övladı X3 ilə birlikdə Bakı şəhəri, Xətai Rayonu, Elçin Əliyev küçəsi, ev 7, 61 saylı mənzilə köçürülməsi qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

20. Belə ki, məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab etmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi, mübahisəli mənzil xx.xx.1997-ci il tarixli order əsasında cavabdehə verilmiş, 2004-cü il tarixdə iddiaçı cavabdehin oğlu ilə rəsmi nikaha daxil olmaqla həmin mənzilə köçmüş, həmin vaxtdan 2022-ci ilədək də həmin mənzildə yaşamışdır (ona məxsus əşyalarda hazırda mənzildədir). Sözügedən mənzil sonradan, xx.xx.2008-ci il tarixdə isə həmin mənzil cavabdehin adına özəlləşdirilərkən iddiaçı tərəfindən də razılıq ərizəsi verilmiş və cavabdehin həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda da onun mülkiyyətindədir. Lakin mübahisəli mənzil cavabdehin adına qeydiyyata alınarkən belə tərəflər arasındakı münasibətlər dəyişməmişdir. Yəni mülkiyyətçi yenisi ilə əvəz edilməmişdir. İddiaçının isə köçməsini tələb etdiyi mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə razılıq verməsi onun həmin mənzilə olan istifadə hüququnun məhdudlaşdırılması kimi qəbul edilə bilməz.

22. Belə ki, iddiaçı ilə cavabdehin oğlunun arasında münasibətlər 2004-cü ildə yaranmışdır. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Müddət etibarı ilə İddiaçı mənzil mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alındığı 2008-ci ildən iddiaçının cavabdehin oğlu ilə nikahının pozulduğu günədək mübahisəli mənzildə (birgə nikahdan doğulmuş X3 ilə birlikdə) yaşamışdır. Həmin mənzili müvəqqəti tərk eməsinə səbəb isə onunla keçmiş yoldaşının arasında yaranan problemlər olmuşdur. Yəni, onun mənzildən çıxması başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalmağı ilə bağlıdır. Yəni, cavabdehin onun orada yaşamamasına imkan verməməsi səbəbindən evi tərk etmişdir. Bundan əlavə cavabdeh tərəfin də bildirməsinə görə iddiaçının cehiz əşyaları da hal-hazırda mübahisəli mənzildədir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmaqla bu münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuşdur) tələbləri baxımından İ ddiaçı həmin mənzildən istifadə hüququ yaranmışdır və hazırda da mövcuddur. Bu səbəbdən iddiaçının bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini haqlı olaraq tələb edir.

24. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının həmin mənzilə köçürülməsini qanunla istisna edən hər hansı maneə yoxdur. Keçmiş qaynana olan iş üzrə cavabdehin isə ona manelər yaratması qanuni və əsaslı hesab edilə bilməz.

25. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzildə yaşamaq üçün ora köçürülməsi barədə tələbi qanuni olmaqla sonuncu həmin mənzilə qızı X3 (mülki qanunvericiliyin tələblərinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılı r, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır) ilə köçürülməlidir. Sözügedən istifadə hüququna xitam verilməsi isə yalnız müvafiq kompensasiya verilməsi yolu ilə mümkün ola bilər.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq etməməklə mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qe ydiyyat haqqında” Azərbaycan Respublikasının Qanuna istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mübahisəli evin mülkiyyətçisidir və hal-hazırda iddiaçı onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən mülkiyyətçiyə məxsus evdə qeydiyyatda olması formal xarakter daşıyır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifad ə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır.Bundan başqa məhkəmə kollegiyası MİKS arayışı və akta da düzgün qiymət verməmişdir. b)

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi

32. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarəda rın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

33. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

34. Maddə

60. İcarədar və ya onun ailə üzv ləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

35. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun 36. 1-ci maddəsi. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş ş ərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 37. 5-ci maddəsi. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 38. 12-ci maddəsi. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarı

39. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İzah edilsin ki, icarəd ar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin y arandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2004-cü ildə cavabdehin dövlət mənzil fonduna aid olan mənzilinə ailə üzvü kimi köçdüyündən onun həmin mənzilə istifadə hüququ həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən yaranmış və mənzil 2008-ci ildə iddiaçının da razılığı ilə özəlləşdirilmişdir. Bundan sonra da iddiaçı həmin mənzildə 2022-ci ilədək yaşamışdır.

50. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Re spublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında müəyyən etmişdir ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm konstitusiya prinsiplərinə, həm də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun məqsədlərinə cavab verir. Azərbaycan Respublikasında M ənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 12-ci maddəsi ilə qanunverici cavabdehin özəlləşmiş mənzilə əvvəllər əldə etdiyi və mahiyyətcə məhdud əşya hüququ olan istifadə hüququnu təmin etmək məqsədilə, mənzilin hazırki mülkiyyətçisi kimi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır.

51. Konstitusiya məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərildiyi kimi, iddiaçının mənzilin cavabdehin adına özəlləşdirilməsinə razılığı həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, cavabdehin mənzilin mülkiyyətçisi kimi mülkiyyət hüququndan onun mənzilə olan istifadə hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib ona etimad göstərərək vermişdir. Bu səbəbdən cavabdeh mənzilə mülkiyyət hüququndan iddiaçı tərəfindən ona göstərilən etimada zidd şəkil də istifadə edərək iddiaçını həmin mənzildən istifadə hüququndan məhrum edə bilməz.

52. Hazırda iddiaçı ilə cavabdehin oğlu arasında nikah münasibətlərinə xitam verilsə də, iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanıldığından, onun istifadə hüququnun əlavə olaraq tanınmasına zərurət qalmır, lakin onun bu hüququna, əsasən də onun istifadə hüququ olduğu mənzilə köçürülməsi tələbi tam əsaslıdır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsini n iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)-2107/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar