Məhkəmə qərarları › İş №2(102)-3522/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3522/2024

18.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3522/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Faiq oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlundan (məruzəçi), Əhmədov Əhməd Abbas və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3816/2024 nömrəli, 12 iyul 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 0,3 574 ha torpaq (bundan sonra mübahisəli torpaq sahəsi) sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir. 2. "xxxx" MMC-nin 15 may 2023-cü il tarixli, 02-71/23 №-li mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.3574 ha torpaq sahəsinin zəbt edilmiş hissəsində metal konstruksiyalı, tikintialtı sahəsi 35,0 kv.metr olan vaqon-konteyner və ona bitişik daş konstruksiyalı, tikintialtı sahəsi 4,0 kv.m olan köməkçi tikili və vaqon konteynerə digər tərəfdən bitişik yüngül konstruksiyalı, tikintialtı sahəsi 34.5 kv.metr olan qeyri-qanuni özbaşına tikili mövcuddur. Mütəxəssis rəyində oda qeyd edilmi şdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında əsas yola baxan hissədə L=11.3 metr, H= 1.0 metr, köməkçi yola baxan hissədə L=4.7 metr, h=1.0 metr tək daş hasarın söküntüsü nəticəsində mülkiyətçiyə dəymiş ziyanın məbləği (material və işçilik haqqı daxil olmaqla) 307 (üç yüz yeddi) manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh Faiq oğluna, qarşı «qanunsuz tikililərin sökülərək torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni özbaşına tikilmiş metal konstruksiyalı, tikintialtı sahəsi 35,0 kv.metr olan vaqon-konteyner və ona bitişik daş konstruksiyalı, tikint ialtı sahəsi 4,0 kv.m olan köməkçi tikilinin və vaqon konteynerə digər tərəfdən bitişik yüngül konstruksiyalı, tikintialtı sahəsi 34.5 kv.metr olan tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin təmizlənib boşaldılması, iddiaçının çəkdiyi daş hasarın cavabdeh tərəfindən bərpa olunması və ya ona vurduğu 307 manat maddi zərəri pul ifadəsində ödəməsi, torpaq sahəsini boşaldaraq iddiaçının istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında olmuş və 2020-ci ilin əvvəli mülkiyyətində torpaq sahəsinə nəzarət edən əmisi oğlu Vidadi Alıyev ona zəng vuraraq, torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt olunduğunu, torpaq sahəsinin hasarı sökülərək orada ticarət köşkü kimi 2 ədəd vaqon-konteyner qoyulduğunu bildirmişdir. Daha sonra həmin vaqon-kontenyerləri tanımadığı Cavabdeh adlı şəxsin qoyduğunu öyrənmişdir. İddiaçı dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsinin könüllü boşaldılmasını, sökdüyü hasarı bərpa etməsini tələb etsə də müsbət cavab ala bilməmiş, cavabdeh iddiaçının tələbini yerinə yetirməmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək, Cavabdeh qarşı verdiyi iddianın cavabdeh tərəfindən uçurulmuş daş hasarın və ya onun 307 manat dəyərində pulun ödənilməsi hissəsinini azaldılaraq iddiadan xaric edilməsini xahiş etmi şdir.

6. Cavabdeh iddiaya qarşı etiraz edərək qeyd etmişdir ki, o, uzun müddətdir ki, həmin ərazidən istifadə etmiş və 2020-ci ildən işıq pulu ödəmişdir. İddiaçıdan əvvəl Vidadi adlı şəxs gələrək onun ərazidən çıxmasını bildirmişdir. Lakin həmin torpaq sahəsini pul verərək əldə etmişdir. Ona dəyən zərərin ödənildikdən sonra mübahisəli torpaq sahəsindən çıxmasına razı olacağını bildirmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq 3504,0 kv.m təşkil etmişdir. Texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan (********* *63 reyestr nömrəli) 3574,0 kv.m torpaq sahəsinin 70,0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Həmin zəbt olunan hissədə hasar sökülüb. Digər sualın cavablandırılması idarənin səlahiyyətləri xaricində olduğundan cavablandırmaq mümkün olmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-1616/2-10/6511 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyin ə əsasən aşağıdakılar müəyyən olunur: qərardadın 1-ci sualı üzrə: göstərilən torpaq sahəsi faktiki olaraq 3504.0 kv.m təşkil etmişdir. Texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyest nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən zahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə bir mərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edi lmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Qərardadın 4- cü sualı üzrə: İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyriyaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qərardadın 5-ci sualı üzrə: İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin zəbt olunan hissədə hasar sökülüb. Qeyd: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində n tərtib edilmiş müvafiq mütəxəssis rəyində qərardadın 5-ci sualında qeyd olunan hasar tikilisinin texniki parametrlərinə dair hər hansı bir məlumat olmadığından həmin hasar tikilisinin bərpa edilməsi üçün çəkiləcək xərcin müəyyən edilməsi mümkün olmamışdır.

9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(003)128/2024 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilmiş, mübahisəli torpaq sahəsinin 70,0 kv.metr hissəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış obyektinin cavabdehın hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torp aq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsini qanunsuz zəbt edərək, torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən tikililər cavabdeh tərəfindən onun üçün ayrılmayan və iddiaçıya məxsus torpaq sahəsində və buna lazımi icazələr alınmadan tikilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslıdır. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsini zəbt edərək, qeyd edilən 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsini qanunsuz zəbt edərək, torpaq sahəsində birmərtəbəli qeyriyaşayış obyekti (vaqon-konteyner, ona bitişik daş konstruksiyalı tikili və yüngül konstruksiyalı tikili mağaza) tikilisi inşa etməklə, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsini, cavabdehin 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m sahəsindən çıxarılmasını, torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ olmamış, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunaraq, hüquqlarını pozmuşdur. Ona gö rə də, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin 70,0 kv.metr hissəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

14. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

15. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları xüsusi mülkiyyət hüququ ilə **********63 reyestr nömrəsi dövlət qeydiyyatına alınmış, onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, İddiaçının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 3574,0 kv.metr torpaq sahəsinin 70,0 kv.metr hissəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti( vaqon-konteyner, ona bitişik daş konstruksiyalı tikili və yüngül konstruksiyalı tikili mağaza) cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü və 29.2-ci maddələri, Mülki Məcəllənin 152.1, 157.2, 157.8 -ci maddələrinin, Torpaq Məcəlləsinin 111, 11.1, 111.2, 111.3, -ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra – MPM) 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(103)3816/2024 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) apellyas iya şikayəti təmin edilməmiş, iş üzrə Xəzər Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansıyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 3574,0 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətindədir, mülkiyyət hüququ xx.xx.2021-ci ildə reyestrdə qeydə alınıb, bu barədə reyestr çıxarışı var. Həmin torpaq sahəsinin 70,0 kv.m hissəsi cavabdeh tərəfindən zəbt edilib. Zəbt edilən hissədə cavabdeh tərəfindən 1 mərtəbəli qeyri-yaşayış obyekti (mağaza) inşa edilib. Bu, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-1616/2-10/6511 nömrəli rəyi ilə təsdiq olunub. Həmin tikiliyə dair cavabdehin hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci maddələrinin və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti v erərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin bütün kommunal xidmətləri cavabdehin adına qeydiyyatdan keçmiş və bu günədək həmin əmlakdan fasiləsiz, istifadə edərək, kommunal xidmətlərə görə ödənişlər ödəmişdir. İddiaçı ümumiyyətlə mübahisəli torpaq sahəsini bu günədək istifadə etməmişdir. İddiaçı mübahisəli torpaq sahəsini cavabdehə satmadığını desə də, lakin bu həqiqəti əks etdirməmişdir. Əgər həmin torpaq sahəsini cavabdeh qanunsuz istifadə edirdisə, hansı səbəblə 4 il müddətinə iddiaçı cavabdehi həmin əmlakdan çıxmağını tələb etməmişdir? İddiaçı ca vabdehi mübahisəli torpaq sahəsindən çıxmağını əmlakın yerləşdiyi əraziyə avtomobil yolu çəkildikdən sonra, əmlakın satışı ilə bağlı bazar qiyməti artdığından o, şikayətçini mübahisəli torpaq sahəsindən boşaltmağını tələb etmişdir. Göründüyü kimi iddiaçı hüquqdan sui-istifadə etməklə cavabdehin əmlaka faktiki sahiblik hüquqlarını pozmağa cəhd etmiş, lakin hər iki instansiya məhkəməsi qeyd olunan halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, mübahisəli qətnaməni dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisəli tikililərin yerləşdiyi daşınmaz əşyanın mülkiyyətçisidir. Cavabdeh torpaq sahəsində həmin tikililəri qanunsuz inşa edib sahibliyində saxlamaqla iddiaçının mülkiyyətindən istifadəsinə maneələr törədir. Belə olan halda iddiaçı həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə cavabdehdən tələb edə bilər.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş in hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3816/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar