Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3523/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)2785/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayə tinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qardaş-bacıdırlar. 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96,8 kv.m, yaşayış sahəsi 76 kv.m olan 5 otaqlı mənzil 09 mart 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən tərəflərin ataları olan X1 tərəfindən İddiaçı mülkiyyətinə verilmiş, sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 12 mart 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Cavabdeh2 əlildir və Cavabdeh1 12 oktyabr 2021-ci il tarixdən etibarən onun qəyyumudur. Onlar birlikdə yaşayırlar.
4. Cavabdeh2 13 avqust 1987-ci il tarixdən, Cavabdeh1 isə 16 dekabr 1989-cu il tarixdən mübahisəli mənz ildə qeydiyyatdadırlar.
5. Bakı Apellyasiya Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə, miras qalmış əmlak Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 verilmiş 5000 ABŞ Dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilmişdir. İddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı Cavabdeh2 12548 manat, X2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X3 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 27 ildir ki, ailə qurmuş və mübahisəli mənzilə yalnız qonaq kimi gəlmişdir. Digər Cavabdeh2 bacısı Cavabdeh1 himayəsinə verildiyindən yaşayış yeri qəyyumun olduğu yer üzrə müəyyən edilməlidir. Cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarından, orada qeydiyyatda qalmaları formal xarakter daşıyır və iddiaçının mülkiyyət hüquqlarını pozur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 19 yanvar 2024-cü il tarixli, e-2(011)-458/2 024 nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia qismən təmin edilərək, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 1987-1989-cu illərdə yarandığından hazırkı mübahisə qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir.
10. Məhkəmənin Cavabdeh1 münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 6 aydan uzun müddətdə mübahisəli mənzildə yaşamamadığından, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçdüyündən, eyni zamanda başqa yaşayış yeri və mülkiyyətində başqa daşınmaz əmlakı olduğundan mübahisəli mənzilə istifadə hüququnu itirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hal-hazırda Cavabde h1 mübahisəli mənzilə istifadə hüququnun mövcud olmadığını, bu səbəbdən də iddia tələbinin ona münasibətdə təmin edilməli olmadığını qeyd etmişdir.
11. Məhkəmənin Cavabdeh2 münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayılır. Cavabdehin qəyyumu Cavabdeh1 həmin mənzildən istifadə hüququ olmadığını, faktiki həmin ünvanda yaşamadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, onun mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 152.3 və 152.5-ci maddələrinə; “İnsan Hüquql arının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna; 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü maddələrinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə si və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməklə, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)2785/2024 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və G.T.Axundovadan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmi n edilməsi, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Aprellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə qismən razılaşaraq ilk öncə qeyd etmişdir ki, məhkəmə haqlı olaraq tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 1987-1989-cu illərdə yarandığından hazırkı mübahisəni qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına əsasən həll etmişdir. Hazırki halda əsas dəyərləndirilməli olan məqam cavabdehlərin tərk etdikləri yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiy idir.
17. İş materiallarından da göründüyü kimi cavabdehlərdən Cavabdeh1 1995-ci ildən etibarən mübahisəli mənzili tərk etmiş, könüllü olaraq 27 ildən artıq olan uzun müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra onun və qəyyumluğu altında olan digər cavabdehin hüquqlarının mövcudluğuna və yalnız kompensasiya verilməklə xitam verilməli olduğuna istinad etmişdir. Cavabdehin tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olmasının, məcburi şəkildə çıxarıldığının və s. təsbit edilməsi üçün iş materiallarında hər hansı sübut mövcud deyildir, cavabdeh bu hallara da apellyasiya şikayətində istinad etməmişdir.
18. Eləcə də, cavabdehlərdən fəaliyyət qabiliyyəti olmayan xx xxxx 1960-cı il təvəllüdlü Cavabdeh2 üzərində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 12 oktyabr 2021-ci il tarixli 320 nömrəli Sərəncamına əsasən, bacısı Cavabdeh1 qəyyum təyin edildiyi, həmin tarixdən də, onun, sonuncunun yaşayış yerinə köçdüyü müəyyən edilmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayıldığından, Cavabdeh2 2021-ci ildən həmin ünvandan üzərində qəyyum təyin olunmuş digər cavabdehin yanına köçürüldüyündən, qəyyumu olan Cavabdeh1 öz növbəsində mübahisəli mənzildən istifadə hüququnun mövcudluğu, hər hansı bağlılığı müəyyən edilmədiyindən, hazırkı vəziyyətdə onun da iddiaçıya məxsus mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunun müəyyən edilməsi üçün əsaslar aşkar edilməmişdir.
19. Əksinə hazırkı iş üzrə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən ehtiyaclarının aradan qalxması iş üzrə müəyyən olunan hallardandır. Halbuki yaşayış sahəsindən istifadə hüququ mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Cavabdehlərin daimi yaşamaq üçün köçüb başqa yerə getməsi habelə yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu hal onu göstərir ki, cavabdehlər uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa y erdə qarşıladıqları üçün onların mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeləri aradan qalxmış, onlar, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişlər.
20. Göstərlənlərdən aydın olur ki, cavabdehlərin başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyaclarının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılıqlarının qalıb-qalmaması, digər yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçüb-köçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir.
21. Apellyasiya kollegiyası hesab etmişd ir ki, rayon məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini düzgün müəyyən etsə də, Cavabdeh1 münasibətdə səhv nəticəyə gəlmiş, gəldiyi nəticə hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil etmişdir.
22. Belə ki, mübahisələndirilən qətnamədən görünüdüyü kimi birinci instansiya məhkəməsi iddianın Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən cavabdehlərin istifadə hüquqlarının məhz itirilməsi tələbindən ibarət olmasına baxmayaraq Cavabdeh2 münasibətdə iddianı qismən təmin etməklə, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməli olduğu barədə qətnamə çıxarmışdır.
23. Məhkəmə kollegiyası digər cavabdehlə eyni hüquqi vəziyyətdə olan Cava bdeh1 münasibətdə məhkəmənin iddianın rədd edilməsi barədə nəticəsini qətnamənin ümumi məzmununa uyğun gəlmədiyini qeyd etmiş və hesab etmişdir ki, bu cavabdehə münasibətdə məhkəmənin qeyri-müəyyən nəticəyə gəlməsi iddiaçının yenidən məhkəməyə müraciət etməsinə, uzun müddət davam edəcək məhkəmə çəkişmələrinə məruz qalmasına səbəb olacaq, bununla da onun dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nu pozulacaqdır.
24. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə Cavabdeh1 aid hissədə ləğv edilməli, onun da ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
25. Qeyd edilənlərə əsasən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qətnamənin həmin şikayət ilə mübahisələndirilən hissəsi üzrə faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin bu hissədə ləğvi üçün əsas təşkil etmir.
26. Apellyasiya şikayətində göstərilənlərlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh istinad etdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması, istifadə hüququ sahibi olaraq mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurmamasına dair aydın şəkildə izahat verə bilməmişdir.
27. Cavabdeh tərəfin başqa yaşayış sahəsinin olmamasına dair dəlilə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verir. Beləl iklə də cavabdehlərin istinad etdikləri halların onların mübahisəli mənzildən yaranmış hüquqlarının, bu yaşayış sahəsindən müvafiq şəkildə istifadə etmədikləri təqdirdə itirilmiş hesab edilməsi üçün əngəl deyildir.
28. Həmçinin, məhkəmə qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi.
29. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 32-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci, Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tar ixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 60.1, 60.6, 87.2, 123-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)-2785/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 10, 60-cı, Mülki Prosessual Məcəllənin 217, 218-ci maddələri pozulmuşdur.
32. Belə ki, məhkəmə Cavabdeh2 atasının vəfat etdiyi 2021-ci il tarixəd ək mübahisəli mənzildə yaşaması faktını, cavabdehlərin atalarından qalmış mənzildə deyil başqa yerə köçüb yaşamalarını araşdırmamışdır. Cavabdeh2 qəyyumluq altında olması onun yaşayış sahəsinə ehtiyacının aradan qalxmasını şərtləndirmir. Həmçinin cavabdehlərin yaşayış sahəsindən istifadə ehtiyaclarının aradan qalxmasına dair iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim edilməməsinə və məhkəmə tərəfindən də bu cür sübutun əldə edilməməsinə baxmayaraq, məhkəmənin istifadə hüquqlarının itirilmiş hesab etməsi anlaşılan deyildir. Ən azından ona görə ki, Cavabdeh1 müəyyən əşyaları hazırda iddiaçının mənzilində qalmaqdadır. Məhkəmə əsassız olaraq sübutetmə yükünü yanlış bölüşdürmüşdür. İddiaçı tərəfindən cavabdehlərin yaşayış sahəsinə ehtiyaclarının olmaması sübut edilməli olduğu halda, məhk əmə cavabdehlərin yaşayış sahəsinə ehtiyacının sübut etməli olmasını yükünü onların üzərinə qoymuşdur. Məhkəmə heç bir sübut olmadan cavabdehlərin könüllü şəkildə mənzildən çıxmalarını qeyd etmişdir. Lakin tərəflər arasında ataları vəfat etdikdən sonra məhkəmə çəkişmələri olduğu, polisə müraciət edilməsi, hazırda da Nizami Rayon Məhkəməsində yeni çıxmış qətnamənin mövcud olduğu məhkəməyə aydın idi. Bu hallar özü tərəflərin mübahisəli olduğunu, dolayısı ilə cavabdehlərin qardaşı tərəfindən evə buraxılmamasını təsdiq edən hallardır.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanu nvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Apellyasiya instansiyası məhkəməsin in qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
38. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab ed ilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır.
43. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.
44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
45. Hazırki iş üzrə cavabdehlərin uzun müddət mübahisəli yaşayış sahəs indən istifadə etməməsi və belə istifadənin mümkünsüzlüyü cavabdehlərin kassasiya şikayətinin dəlilləri də müəyyən olunmuşdur. Odur ki, apellyasiya məhkəməsi cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacının aradan qalxmasını müəyyən etdiyindən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şi kayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)-2785/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.