Məhkəmə qərarları › İş №2(102)-3524/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3524/2023

25.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3524/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi zəbt olunmuş torpaq sahəsinin istifadəyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-3124/2023 nömrəli qətnaməsindən iddiaçı “X6 Kompani S.A” Şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncama əsasən Suraxanı qəsəbəsi, 4-cü Mədən, 290 nömrəli evin qarşısındakı yaşadığı 289 nömrəli evin sahəsinə bitişik olan sahədə 600 km torpaq sahəsi fərdi ev tikintisi üçün ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadəsinə ayrılmış, həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon İcra Hakim iyyəti Başçısı H.Abutalıbov tərəfindən təsdiq edilmiş cizginin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncam əsasında Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 290 nömrəli evin qarşısındakı sahədə istifadə olunan 600 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh üçün nəzərdə tutulmuşdur. Torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 39 T 415954.72 m B 447387 5.87 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC Suraxanı filialının AZ69A1İB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X6 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı bloku nun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X6 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X6 Kompanı S.A. ” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, əməliyyat şirkətinin balansında olan 39 T 415954.72 m B 4473875.87 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təstiq edən sənəd təqdim etməmişdir. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.

5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)17/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.H.Mirzəyeva) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabde h tərəfindən təqdim edilmiş sərəncamdan görünür ki, qeyd olunan ərazidə ona fərdi yaşayış evinin tikintisinin aparılması üçün qanuni şəkildə icazə verilmişdir. İddiaçı cavabdehə verilmiş torpaq sahəsi ilə bağlı Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişdir. Gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsini yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 13 9.1, 146.1, 152.1, 152.2-ci və MPM-nin 14.2, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apelyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(001)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi hal da əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, “X6 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəalarıbu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqacür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından t am aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********79 saylı, xx.xx.2022-ci tarixli məktub ilə təsdiqlənmişdir. Lakin, birinci instansiya Məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

10. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-3124/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərov və V.N.Sadıqov ibarət tərkibdə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(001)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materillarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №li Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Suraxanı qəsəbəsi, 4-cü Mədən, 290 nömrəli evin qarşısındakı yaşadığı 289 nömrəli evin sahəsinə bitişik olan sahədə 600 km torpaq sahəsi fərdi ev tik intisi üçün ünvan 1 ünvanında yaşayan Cavabdeh mülkiyyətinə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı H.Abutalıbov tərəfindən təsdiq edilmiş cizginin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncam əsasında Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 290 nömrəli evin qarşısındakı sahədə istifadə olunan 600 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh üçün nəzərdə tutulmuşdur və həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir.Göründüyü kimi, mübahisəli torpaq sahəsi cavabdehə Dövlət orqanı tərəfindən xx.xx.1999-cu il tarixli sərəncamla ayrılmış, qeyd olunan torpaq sahəsi cavabdehə ayrıldıqdan məhz bir neçə il sonra torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət tərəfindən iddiaçının istifadəsinə verilmişdir.Həmin sərəncam iddi açı tərəfindən mübahisələndirilməmiş, beləliklə də, öz hüquqi qüvvəsini itirməmişdir.Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsi qanunsuz zəbt edilməmiş, orada özbaşına tikinti işləri aparılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, mülki qanunvericiliyin müddəalarından göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

13. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət rey estrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin(o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər 14. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əha tə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

15. Beləliklə, Dövlət tərəfindən öz mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək hüququ cavabdehə verilmiş, yəni cavabdehin həmin torpaq sahəsinə “qanuni gözləntisi” var. 16. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyi l: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 17. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012- ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqə lər yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” qərarında da öz əksini tapmışdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə “X1 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılm az şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər.”

21. Kollegiya onu da qeyd edir ki, işdə olan xəritədən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmiş, küçələr salınmışdır.

22. Belə olan vəziyyətdə iddiaçının həmin ərazinin, xüsusilə də cavabdehə ayrılmış topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyil.

23. Məhkəmə qeyd edir ki, torpaq sahəsindən cavabdehin çıxarılması, onun üzərində inşa edilmiş tikilinin sökülməsi yalnız ona kompensasiya ödənilməklə həyata keçirilə bilər.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olduğu müəyyən edildiyindən, həmin torpaq sahəsinə cavabdehin “qanuni gözlənti”si olduğundan, onun üzərində inşa edilmiş tikilinin sökülməsini, həmin evdən çıxarılmasını tələb etməyə iddiaçının həm də subyektiv hüququ yoxdur.

25. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İ-İV hissələrinə, Mülki Məcəllənin 139-1.1.1, 152.1, 152.5, 180.1, 180.4, Torpaq Məcəlləsinin 5.1, 46, 111, Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

26. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-3124/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün BakıApellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinin tələbinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatıtəyinatlıtorpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat,rabitə, müdafiə və digərtəyinatlı torpaqlar;

28. Bildirmək istəyirlər ki, məhkəmə işin bu halını aydınlaşdırmamış, cavabdehin qanunsuz tikili inşa edərək yaşadığı evin altında olan torpaq sahəsinin təyinatına görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmasına əhəmiyyət verməmişdir.

29. Torpaq Məcəlləsinin 6-cı maddəsinin pozulduğunu bildirərək qeyd etmişdir ki, torpaq münasibətlərinin tənzimlənməsisahəsində dövlətin səlahiyyətlərindən biri də bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. İşin halından da görünür ki, mübahisəlitorpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncama əsasən cavabdehə ayrılmışdır. Bununl a əlaqədar bildirmək istəyir ki, İcra Hakimiyyətinin sənaye təyinatlı torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün ayırmaq səlahiyyəti olmayıb, bu baxımdan həmin sərəncam, mübahisələndirilməməsinə baxmayaraq,əhəmiyyətsizdir.

30. İnzibati İcraat haqqında Qanunun 65.1.2-ci və 65.2-ci maddələrinin tələbinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

31. Bu baxımdan İcra hakimiyyətinin sənaye təyinatlı torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün ayırmaq səlahiyyəti olmadığına görə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncam qəbul edildiyi andan ya rarsız (əhəmiyyətsiz) sayılır.

32. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

33. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi(qoruyucu, sanitariya vəs.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

34. İddiaçı öz qanuni istifadəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmək üçün əhalinin təhlükəsizliyini təmin etməli olduğuna görə bu sahədə olan qanunsuz tikil ilərin sökülməsini tələb etməkdə haqlıdır. Çünki neft hasil edilən zonada inşa edilmiş qanunsuz tikili həmin tikilidə yaşayan şəxslər üçün xüsusi ilə təhlükəlidir

35. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədlitəyinatına və hüquqistatusuna uyğun olaraq verilir.

36. Qeyd edilən torpaq sahəsi "xxxx" Şirkətinin istifadəsinə həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilmişdir və həmin torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi qanunsuzdur.

37. Texniki təhlükəsizlik haqqında Qanunun 2- ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış yanğın, radi oaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

38. Əlavə 1-ə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri, neft-kimya, neftemalı və qaz təchizatı sahələri təhlükə potensiallı obyektlər sayılırlar.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin siyahısı” nın 6.2-ci bəndinə əsasən neft, qaz, qaz kondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma obyektləri tə hlükə potensiallı obyektlər hesab edilirlər. 40. “X6 Kompani S.A”Şirkətinin fəaliyyəti təhlükə potensiallı obyektlərin siyahısına daxildir və artıq “X6 Kompani S.A” Şirkətinin fəaliyyətgöstərdiyi sahədə yaşayış sahəsi salmaq qanunsuzdur.

41. Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yəni iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair onun əmlak hüquqları vardır və o bu hüquqlarını müdafiə edə, pozulmaqdan qoruya bilər. 42. “X6 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 20 05-ci il tarixli Saziş Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixliAzərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstəişlərdən üstündür. Belə hesab edirlər ki, məhkəmə iddiaçının iddia tələbinə baxan zaman “həmin torpaq sahəsinin iddiaçı şirkətin i stifadəsinə 1999-cu ildən sonra verilməsinə və həmin torpaq sahəsində yaşayış evlərinin və küçələrin mövcud olmasına istinad etməkdə haqlı olmamışdır.

43. Belə ki, qeyd edilən torpaq sahələri 2005-ci ildən iddiaçının qanuni istifadəsinə verilsə də, həmin torpaq sahəsi ARDNŞ-ə məxsusdur və sadəcə həmin Sazişlə ARDNŞə məxsus olan hüquqlar iddiaçıya ötürülmüşdür və bu üzdən hansı vaxtdan tikilməsinə baxmayaraq iddiaçının qeyd edilən torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ vardır.

44. Mülki Məcəllənin nin 708.2-ci maddəsi tələbinə əsasən İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur.

45. Göründüyü kimi iddiaçı “X6 Kompani S.A” Şirkətinin ARDNŞ-ə məxsus olan torpaq sahəsinin təyinatına uyğun lazım i qaydada istifadə etmək, bunun üçün zəruri tədbirləri görmək öhdəliyi vardır.

46. Məhkəmə torpağın təyinatının nə olmasını, həmin sahədə neft hasilatı başlanan zaman cavabdehin ailəsi ilə birlikdə hansı təhlükədə olmasını ətraflı araşdırmalı idi

47. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi onunla əsaslandırılıb ki, "Dövlət tərəfindən özmülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək hüququ cavabdehə verilmiş, yəni cavabdehin həmin torpaq sahəsinə “qanuni gözləntisi” var”.

48. BakıApellyasiya Məhkəməsinin qətnaməsinin əsaslarından da görünür ki, məhkəmə qətnamədə cavabdehin mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etməsi və həmin sahədə tikinti işlərini qanuni əsaslarla aparması qənaətinə gəlmişdir.

49. Halbuki, iddiaçı hazırki iddiası ilə onun qanuni istifadəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməməsini əsas gətirib onun pozulmuş hüquqlarının bərpa edilməsini - yəni torpaq sahəsinin boşaldılmasını tələb etmişdir.

50. İddiaçı dövlət orqanı deyil və dövlət orqanları onun qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində yaşayış evinin tikilməsinə icazə vermişdirsə, bu iddiaçının təqsiri deyil və iddiaçının evi olmayan şəxsləri öz hesabına evlə təmin etmək öhdəliyi yoxdur.

51. Eyni zamanda məhkəmə neft hasilatı bölgəsində yaşayış evlərinin tikilməsi və həmin evdə yaşamanın nə qədər təhlükəli ola biləcəyi məsələsini aydınlaşdırmamış, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədinə əhəmiyyət verməmişdir.

52. Belə ki, iddiaçı “X6 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağın ın daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. İddiaçı neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması üçün köhnə quyularda bərpa işləri görməli, yeni quyular qazımalıdır. Lakin yaşayış evləri olan ərazidə neftin və ya qazın çıxarılması xüsusi ilə təhlükəlidir ki, bu təhlükənin qarşısının alınması, neftin hasil edilməsi prosesində təhlükəsizliyin təmin edilməsi iddiaçının əsas prioritetlərindən biridir.

53. Məhkəmə kollegiyası həmçinin öz qətnaməsində qeyd etmişdir ki, torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olduğu müəyyən edildiyindən, həmin torpaq sahəsinə cavabdehin “qanuni gözlənti”si olduğundan, onun üzərində inşa edilmiş t ikilinin sökülməsini, həmin evdən çıxarılmasını tələb etməyə iddiaçının həm də subyektiv hüququ yoxdur.

54. Bununla əlaəqdar bildirmək istəyir ki, məhkəmə ilk əvvəl tərəflərin irəli sürdüyü sübutları hüquqi cəhətdən müqayisə etməli idi. Yəni iddiaçı məlum torpaq sahəsinin ona ayrılması barədə Sazişi və xəritəni məhkəməyə təqdim edir, cavabdeh isə həmin torpaq sahəsinin ona ayrılması barədə İcra Hakimiyyətinin sərəncamını sübut kimi göstərir.

55. Bu zaman hər iki sübuta müqayisəli şəkildə qiymət verilməli idi. Torpaq sahəsinin Sazişlə neft hasil edilməsi üçün iddiaçının istifadəsinə verilməsi, yəni torpaq sahəsinin sənaye təyinatlı olması işin mübahisə edilməyən halıdır. Lakin sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün cavabdehə ayrılması barədə sərəncam isə özü-özlüyün də əhəmiyyətsizidir ki, məhkəmə buna qiymət verməli idi.

56. Yəni İcra Hakimiyyətininsənaye təyinatlı torpaq sahəsini fərdi yaşayış evi tikilməsi üçün ayırmaq səlahiyyəti yoxdur. Məhkəmə isə işin bu halına düzgün qiymət verməmişdir.

57. Kassator qeyd etmişdir ki, apelyasiya məhkəməsi yuxarıda istinad olunan qnunvericilik aktlarının normalarını tətbiq etməli olduğu halda, həmin maddi hüquq normalarını tətbiq etməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:

59. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

60. Maddə

29. İ-İV. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

61. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

62. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

63. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

64. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

65. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

66. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

67. Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

68. Maddə

46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təs diq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

69. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbay can Respublikasının Qanunu

70. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyət-yanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

71. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının1 saylı Protokolunun 1-ci maddəsi

72. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir.Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutu lmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

73. Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 76.1-ci tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Maddə 76.2-ci bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Maddə 77.1-ci hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 217.4-cü məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kasasiya baxışının hədləri:

82. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

83. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəti cə və əsaslandırma ilə razılaşır.

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

87. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X6 Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli 2(103)3124/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar