Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3524/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisi, Salyan rayon 2 saylı notariat ofisi və "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1841/2025 nömrəli, 2025-ci il 24 iyul tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X16 ilə X28 qabaqcadan əlbir olmaqla cinayətkar əlaqəyə girərək ** BZ *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı və Toyota Prius markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillərə sərəncam vermək hüququ verən etibarnamə əldə edərək, həmin avtomobilləri iddiaçıya dəyəri ödənilməklə satmışdırlar. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, 26 yanvar 2024-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli 1(103)874/2024 qərarı ilə hər iki şəxs təqsirli bilinərək məhkum edilmiş, “Opel Zafira" markalı "77-BZ891” dövlət qeydiyyat nişanlı avtomobil ilkin qanuni mülkiyyətçisi Hüseyn Cə fərova, “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin qanuni mülkiyyətçisi Fərrux Rəcəbova qaytarılmışdır;
3. Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, 26 yanvar 2024-cü il tarixli hökmündə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentində 12 yanvar 2011-ci il tarixdə qeydiyyata alınmış (VÖEN **********) əsas fəaliyyət istiqaməti taksi park xidmətinin göstərilməsindən ibarət olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə təkrarən talamağa cəhd etmiş, rəsmi sənədlərə bilə-b ilə yalan məlumatları daxil etmiş, hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə- bilə həmin saxta sənədlərdən istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə, qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını ələ keçirməklə və əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentində 12 yanvar 2011-ci il tarixdə VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmış və əsas fəaliyyət istiqaməti taksi-park xidməti göstərilməsindən ibarət olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən 15 oktyabr 2021-ci il tarixdə X3 məxsus **-BZ-*** dövl ət qeydiyyat nişanlı, Opel Zafira markalı avtomobili gündəlik taksi fəaliyyətində istifadə edib 36 ay ərzində ona hər ay 750 manat ödəniş etdikdən sonra avtomobili öz mülkiyyətinə keçirəcəyi barədə şifahi razılığa gələrək həmin tarixdə Bakı şəhəri 16 saylı Notariat Ofisində sərəncamvermək hüququ olmadan daşınar əmlakın istifadəsinə verilməsinə dair öz adına etibarnamə əldə edib avtomobili icarəyə verərək Hüseyn Cəfərova bir müddət gündəlik ödənişlər etdikdən sonra ona etibar edilmiş 12.500 manat dəyərində özgə əmlakı olan “Opel Zafira" markalı "77-BZ891” dövlət qeydiyyat nişanlı avtomaşını qulluq mövqeyindən istifadə etməklə tanışı X21 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarın a gəlmiş və bu məqsədlə 22 oktyabr 2021- ci il tarixdə Hacıqabul rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən əməkdaşların diqqətsizliyindən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxslərə avtomaşınların icarəyə verilməsində ona köməklik edən və törətdiyi cinayətdən məlumatsız olan X21 adına sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə etməklə qanuni mülkiyyətində olmayan, yalnız istifadə hüquqi verən etibarnamə əsasında ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən “7E4690" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında 12.500 manat dəyərində olan “**-BZ-***” dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə və adından alqısatqı müqaviləsi bağlayıb qanuni mülkiyyətçinin sərəncamından çıxarmaqla X15 7 000 manata satıb özgəninkiləşdirərək, 12.500 manat dəyərində özgə əmlakını talayıb mənimsəməklə X3 xeyli miqdarda ziyan vurmuşdur.
4. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentində 12 yanvar 2011-ci il tarixdə VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmış və əsas fəaliyyət istiqaməti taksi-park xidməti göstərilməsindən ibarət olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən təxminən 2021-ci ilin iyul ayının əvvəllərində X22 ilə sonuncunun övladları, X4 mülkiyyətində olub hər birinin dəyəri 12500 manat olan “Toyota Prius” markalı, “**-RY-***” və “**-RY-***” dövlət qeydiyyat nişanlı və dəyəri 11500 manat olan “Toyota Prius” markalı “**-RY-***” dövlət qeydiyyat nişanlı avtomobilin və X10 mülkiyyətində olmaqla dəyəri 11500 manat olan “99-VJ- 913" dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı cəmi 04 ədəd avtomobili gündəlik taksi fəaliyyətində istifadə etməklə 36 ay ərzində hər ay 750 manat ödəniş etdikdən sonra avtomobilləri öz mülkiyyətinə keçirəcəyi barədə şifahi razılığa gəlmiş və xx.xx.2021-ci il tarixdə X11 və etibarnamə əsasında Oqtay Mədətovun səlahiyyətli nümayəndəsi olan X22 ilə Bakı şəhəri 52 saylı Notariat Ofisində icarə müqavilələri bağlayıb həmin avtomobilləri taksi fəaliyyəti göstərməsi məqsədilə icarəyə götürərək göstərilən avtomaşınlardan istifadə hüquq una dair “7E-6178” və “7E-6181” reyestr nömrəli etibarnamələr əldə edib avtomobilləri taksi fəaliyyətinə cəlb edərək aralarında olan razılaşmaya əsasən 2021-ci ilin oktyabr ayınadək aylıq olaraq ödənişlər etmiş, lakin daha sonra təkrarən ona etibar edilmiş xeyli miqdarda özgə əmlakı olan 4 ədəd “Toyota Prius” markalı avtomobili qulluq mövqeyindən istifadə etməklə tanışı X21 və qohumu X12 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamələr əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarına gəlmiş və 25 oktyabr 2021-ci il tarixdə Salyan rayon Notariat Ofisində orada işləyən əməkdaşların diqqətsizliyindən istifadə edərək “**-RY-***”, “**-RY-***", “**-RY-***” dövlət qeydiyyat nişanlı 03 ədəd avtomobilə onun törətdiyi cinayətlər barədə m əlumatı olmayan xalası oğlu X12 adına “**RY-***" dövlət qeydiyyat nişanlı avtomaşına “7E-7060” reyestr nömrəli, “**-RY-***” dövlət qeydiyyat nişanlı avtomaşına “7E-7061” reyestr nömrəli, “10-RY- 336" dövlət qeydiyyat nişanlı avtomaşına “7E-7052" reyestr nömrəli və ona avtomaşınların taksi fəaliyyəti ilə məşğul olan şəxslərə istifadəyə verilməsi işlərində köməklik edən, onun törətdiyi cinayətlər barədə məlumatı olmayan X21 adına isə 28 oktyabr 2021 -ci il tarixdə Salyan rayon Notariat Ofisində “Toyota Prius” markalı “**-VJ-***" dövlət qeydiyyat nişanlı avtomaşına “7E-7121” reyestr nömrəli, buna səlahiyyəti olmadığı halda, yəni qanuni mülkiyyətində olmayan, icarə müqavilələri əsasında ona tapşırılmış nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr əldə etdikdən sonra bunları n əsasında 4(dörd) ədəd ‘Toyota Prius” markalı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 idarəsinin Qeydiyyat İmtahan idarəsində xx.xx.2021-ci il tarixdə Əfqan Babayevin, xx.xx.2021-ci il tarixdə isə Anar Ağayevin iştirakları və adlarından alqı-satqı müqaviləsi bağlamaqla qanuni mülkiyyətçilərinin sərəncamından çıxarıb X1 “** RY ***” dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2021-ci il tarixli “BA130478” saylı, “** RY ***” dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli “BA130475” saylı, “** RY ***" dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli “130474” saylı, “** VJ ***" dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli “BA131097” saylı nəqliyyat v asitəsinin qeydiyyat şəhadətnamələri əsasında sonuncunun mülkiyyətinə qanunsuz olaraq keçirib özgəninkiləşdirərək ona etibar edilmiş, xeyli miqdarda özgə əmlakını təkrarən qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb mənimsəməklə, Məhəmməd Mədətova 36.500 manat, Oqtay Mədətova isə 11.500 manat, maddi ziyan vurmuşdur.
5. Hacıqabul rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh5 Sığorta Şirkəti ASC ilə “məsuliyyət sığortası” növündə sığorta müqaviləsi bağlayaraq xüsusi notariusun peşə fəaliyyətini həyata keçirərkən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş fiziki və ya hüquqi şəxsə, o cümlədən üçüncü şəxsə (hər bir hadisə üzrə və ümumi illik hədd 100.000 manat həddində olmaqla) vurduğu maddi ziyanı ödəmək öhdəliyi ilə bağlı məsuliyyət riskindən irəl i gələn əmlak mənafelərini müqavilənin qüvvədə olduğu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisi, Salyan rayon 2 saylı notariat ofisi və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pulun və 150 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Opel Zafira" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı və "Toyota Prius" markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı (hazırda 77- CF-886 dövlət qeydiyyat nişanlı) avtomobilləri pul ödəyərək qanuni yolla əldə etmişdir. Həmin avtomobillərin alınmasına hə r birinə 10.000 manat olmaqla cəmi 20.000 (iyirmi min) manat pul sərf etmişdir. Sonradan məlum olmuşdur ki, həmin avtomobillər başqa şəxslərə məxsus olmuş, X16 və X28 cinayət əlaqəsinə girərək notariusun diqqətsizliyindən istifadə edərək sərəncam vermək hüququnu verən etibarnamə əldə edərək qeyd olunan avtomobilləri satmışlar. Həmin faktlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-874/2024 nömrəli qərarında öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-874/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Həmin qərarla X16 və X28 dələduzluq əməllərinin törətmələrinə görə məhkum olunmuşlar. Məhkəmənin qərarı ilə iddiaçının mülkiyyətin də olan "Opel Zafira" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki mülkiyyətçisi X3, həmçinin iddiaçının mülkiyyətində olan "Toyota Prius" markalı **VJ-*** dövlət qeydiyyat nişanlı (hazırda 77- CF-886 dövlət qeydiyyat nişanlı) avtomobilin ilkin mülkiyyətçisi X13 qaytarılması qərara alınmışdır. Məhkəmə qərarlarından görünür ki, Hacıqabul rayon və Salyan rayon notariat ofisinin notariuslarının diqqətsizliyi nəticəsində avtomobillərə dair qanunsuz etibarnamələr verilmişdir. Həmin etibarnamələri notarius Cavabdeh3 və Cavabdeh4 təsdiq etmişdir. Belə ki, X16 "Opel Zafira" markalı "77-BZ891" dövlət qeydiyyat nişanlı avtomobili X21 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək q ərarına gəlmiş və bu məqsədlə 22 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən notariusun diqqətsizliyindən istifadə edərək X21 adına yalnız istifadə hüquqi verən etibarnamə əsasında ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən "7E4690" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında "**-BZ-***" dövlət qeydiyyat nişanlı, "Opel Zafira" markalı avtomobili xx.xx.2021ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə və adından alqı-satqı müqaviləsi bağlayıb İddiaçı satmışdır. Bundan başqa X16 "Toyota Prius" markal ı 99- VJ-913 dövlət qeydiyyat nişanlı avtomobili X21 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarına gəlmiş və bu məqsədlə 28 oktyabr 2021-ci il tarixdə Salyan rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən notariusun diqqətsizliyindən istifadə edərək X21 adına yalnız icarə müqaviləsi əsasında ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən "7E7121" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında "Toyota Prius" markalı **-VJ-*** markalı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İd arəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə alqı-satqı müqaviləsi bağlayıb İddiaçı satmışdır. Vurulan zərərlərin geri qaytarılması tələbi ilə çıxış etdikdə Cavabdeh3 mülki məsuliyyətinin "xxxx"xxxx"xxxx" ASC-yə müvafiq sorğu edilmiş, lakin sığorta sirri anlayışına əsaslanaraq sığorta müqaviləsi barədə məlumat verilməsindən imtina olunmuşdur.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 20 dekabr tarixli, 2(009)2488/2024 nömrəli qətnaməsi ilə (hakim X17) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X16 ilə X21 təqsiri nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, iddiaçı X16 ilə X25 ümumilikdə 20.000 manat pul ödəyərək sözügedən şəxslərdən əmlaklar əldə etmiş, lakin sonradan həmin əmlaklar ondan alınaraq ilkin mülkiyyətçilərinə qaytarılmışdır. Belə ki, Ş.Bayramov və A.Ağayevin törətmiş olduğu dələduzluq əməli nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Hazırda isə iddiaçı ona dəymiş zərəri hazırki iş üzrə cavabdehlərdən deyil, məhz X16 və X18 tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan şəxslərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehlərə qarşı qaldırılması və hazırki cavabdehlərin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1097.1, 1115-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 50.3, 54.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 il tarixli 1(001)-13/2024 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 il tarixli 1(103)-874/2024 saylı qərarı ilə artıq sübut olunmuşdur ki, iddiaçıya ziyanın vurulması nəyinki cəzalarını almış X7 və X21 əməlləri nəticəsində, o cümlədən də onlara yalnış etibarnamə verən notariusların bu hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, məhz natariusların səhvi nəticəsində göstərilən şəxslər tərəfindən cinayət əməllərinin həyata keçirilməsi mümkün olmuşdur. Faktiki olaraq notariuslar o nlar üçün cinayətin törədilməsi üçün imkan yaratmışlar. Yəni iddiaçıya ziyanın vurulması onların ehtiyatsızlığı nəticəsində olmuşdur. Səbail Rayon Məhkəməsi qətnamə çıxaran zaman bunları nəzərə almamışdır. Cavabdeh olan notariat ofislərinin notariusları məhkəməyə dəvət olunmuş, lakin məhkəməyə gəlməmişlər. Bununla iddiaçının hüquqları faktiki pozulmuşdur. Belə ki, avtomobillərin idarə edilməsi deyil, onun məhz özgəninkiləşdirilməsinə dair etibarnamələrin hansı şəraitdə və hansı səbəbdən verilməsi, məhz bunun iddiaçıya cinayətkarlar tərəfindən ziyanın vurulması ilə səbəbli əlaqənin olmasına məhkəmə diqqət yetirməmişdir. Hansı ki, etibarnamələrin verilməsi nəticəsində iddiaçıya ziyanın vurulmasının mümkün olması məhkəmə hökmü ilə artıq sübuta yetirilmişdir. İddiaçı tərəfindən təqdim olunan s übutlara məhkəmə faktiki diqqət yetirməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara obyektiv və hərtərəfli baxmamış, onları birmənalı qəbul etməmiş və bu səbəbdən səhv nəticəyə gəlmişdir.
13. Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" ASC yazlı etiraz təqdim etmiş, iş materiallarında xüsusi notariunun bilavasitə fəaliyyəti nəticəsində İddiaçı zərər vurulduğunu təsdiq edən heç bir sübut mövcud olmadığını, zərərin müqavilə tərəfləri olan X16 və X28 tərəfindən vurulduğunu, iddiaçının ödədiyi məbləği müqavilənin qarşı tərəfindən tələb etməli olduğunu, baş verənlərin alğı-satqı müqaviləsinin müvafiq qaydada icra edilməməsi nəticəsində yaranan öhdəlik pozuntusu olması və yalnız müqavilə tərəfləri arasında mülki məsuliyyət doğurduğunu qeyd edərək apellyasiya şiakyətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının sorğusu əsasında AR DİN Baş X37 İdarəsindən əldə edilərək iş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı- satqı müqaviləsinin və ona əlavə edilmiş eyni tarixli nəqliyyat vasitələrinə sərəncam vermə haqqında etibarnamənin surətindən görünür ki, “Toyota Prius” markalı nəqliyyat vasitəsinin alqı-satqısı üzrə X5 oğlu və Alıcı-İddiaçı arasında bağlanmış müqavilədə Satıcıya sərəncamvermə hüququ verən etibarnamə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. 15. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam vermə haqqında etibarnam ənin surətindən görünür ki, “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin alqısatqısı üzrə X2 oğlu və Alıcı-İddiaçı arasında bağlanmış müqavilədə Satıcıya sərəncamvermə hüququ verən etibarnamə Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmişdir.
16. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, № 103-K saylı əmrinin surətindən müəyyən olunur ki, aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3 əvvələr tətbiq edilmiş intizam tənbehindən və xəbərdarlıqlardan lazımı nəticə çıxarmayaraq notariat hərəkətləri apararkən qanun pozuntularına yol vermişdir. Belə ki, mülkiyyətçi tərəfindən əmlakından yalnız istifadə edilməsi barədə etibarnamə verildiyi halda Cavabdeh3 həmin etibarnamə əsasında sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamələr təsdiqləyərək 4 nəqliyyat vasitəsinin qanunsuz özgəninkiləşdirməsinə şərait yaratmışdır. Araşdırma nəticəsində mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi təmin olunmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “Notariat haqqında” AR Qanunun 26-1-ci maddəsi rəhbər tutularaq, Notariat hərəkətlərinin aparılması zamanı qanuvericiliyin tələblərinə əməl etmədiyinə görə Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3b 1.500 manat məbləğində cərimə edilməsi əmr edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 24 iyul tarixli, 2(103)1841/2025 nömrəli qətnaməsi ilə (hakimlər X19 - sədrlik edən və məruzəçi, X9 və X6) iddiaçı tərə findən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2488/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh5 Sığora Şirkəti ASC-dən İddiaçı xeyrinə 10000 (on min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 75 (yetmiş beş) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 37.5 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilmənəsi, məhkəmə xərcinin qalan hisssəsinin tərəfin özünə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyətçi tərəfindən əmlakından yalnız istifadə edilməsi barədə etibarnamə verildiyi halda Cavabdeh3 həmin etibarnamə əsasında sərəncamvermə hüququnu nəzərdə tutan etibarnaməni təsdiq etməsi nəticəsində “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin İddiaçı satılmasına şərait yaradılmışdır. Avtomobilin dəyərinin İddiaçı tərəfindən ödənilməsinə baxmayaraq mülkiyyətçi tərəfindən avtomobilə dair sərəncam verilməsi səlahiyyəti verilmədiyinə görə avtomobil ilkin mülkiyyətçisinə qaytarılmışdır. Nəticədə İddiaçı zərərə məruz qalmışdır. İddiaçının maddi zərərə məruz qalmasına səbəb olan etibarnamə Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə - onun peşə məsuliyyətinin sığortası haqqında xx.xx.2020-ci il tarixli, № LCP-2002234 saylı Məsuliyyət Sığortası Şəhadətnaməsinin qüvvədə olduğu müddətdə verilmişdir. Ona görə də “Opel Zafira” minik markalı nəqliyyat vasitəsi ilə əlaqədar iddiaçıya dəymiş zərər notarius Cavabdeh3 fəaliyyətinin sığortaçısı cavabdeh "xxxx" ASC-dən tutulmalıdır.
19. Tutulmalı olan məbləğlə bağlı kollegiya qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin İddiaçı 14000 manata satıldığı göstərilsə də MPM-in 218.3-cü maddəsinin tələblərinə əsasən iddia tələbi iddiaçının ərizəsində göstərilən 10000 manat həcmində təmin edilməlidir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi “Toyota Prius” markalı nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsində Satıcıya sərəncamvermə hüququ verən etibarnamə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edildiyindən, Salyan rayon 2 saylı no tariusunun iddiaçıya zərər dəyməsinə səbəb olan hərəkəti müəyyən edilmədiyindən iddiaçının cavabdeh Salyan rayon 2 saylı notariat ofisinə yönəlmiş tələbi düzgün cavabdehə qarşı irəli sürülmədiyindən əsassız olmaqla təmin edilə bilməz.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11, 22, 23-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1, 217.4, 218.3, 384.0.2, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 13, 19, 41-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassa siya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1841/2025 saylı qətnaməsinin ləğv olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sığorta müqaviləsinin şərtlərindən aydın olur ki, (a) sığorta müqaviləsi üzrə xüsusi notariusun aparmağa səlahiyyəti olduğu notariat hərəkətləri rəsmiləşdirərkən qanunvericilyin tələblərini pozmasından irəli gələn məsuliyyəti sığortalanmışdır, (b) xüsusi notariusun notariat hərəkətlərini aparması ilə bağlı qanunvericiliyin tələblərini pozmasından irəli gələn maddi ziyan məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiq edilməlidir. Baxılan halda notariusun notariat hərəkətlərini rəsmiləşdirərkən qanunvericilyin tələblərini pozması və bundan irəli gələn maddi ziyan vurması faktı məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiq edilmir.
24. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində, cinayət işi üzrə hökmdə və apellyasiya məhkəməsinin qərarında xüsusi notariusun qanunvericiliyin tələblərini pozması, buna görə məsuliyyət daşıması, zərəri ödəməli olması faktları müəyyən edilməmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən də göründüyü kimi maraqlı şəxs Salamzadə Akif tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı Salamzadə Akif könüllü olaraq alqı-satqı müqaviləsi ba ğlamışdır. Təqsirkar şəxslər - Ağayev Anar və Bayramov Şahinin dələduzluq yolu ilə həyata keçirdikləri qanunsuz əməl nəticəsində Salamzadə Akifə maddi zərər dəymişdir. Bu halda notariusun hər hansı məsuliyyət daşıması üçün hüquqi əsas mövcud deyildir. Çünki, zərər notariusun hərəkətləri nəticəsində deyil, üçüncü şəxslərin törətdiyi cinayət, yəni dələduzluq nəticəsində baş vermişdir.
25. Mülki hüquq normalarına əsasən, Salamzadə Akif ödədiyi məbləği alqı-satqı müqaviləsinin qarşı tərəfi olan satıcıdan tələb etməlidir. Bu,alqı-satqı müqaviləsinin müvafiq qaydada icra edilməməsi nəticəsində yaranan öhdəlik pozuntusudur və yalnız müqavilə tərəfləri arasında mülki məsuliyyət münasibətlərini doğurur. İş materiallarında notariusun bilavasitə fəaliyyəti nəticəsində Salamzadə Akifəzərər vurulduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Notariusun cinayət əməlinin real hüquqi mahiyəti ilə bağlı hər hansı fırıldaqçılıq niyyətindən məlumatlı olmamışdır.
26. Həmçinin, sığorta hadisəsinin baş verdiyini təsdiq etmək üçün tələb olunan şərtlərdən heç biri mövcud deyildir. Sığorta qanunvericiliyinə əsasən, hadisənin sığorta hadisəsi hesab edilməsi üçün aşağıdakı tələblər yerinə yetirilməlidir: 1) Sığortalı tərəfindən (bu halda notarius) sığortaçıya hadisə barədə vaxtında məlumat verilməli və sığorta tələbi ilə müraciət edilməlidir. 2) Hadisə nəticəsində üçüncü şəxsə zərər məhz sığortalının (notariusun) təqsirli hərəkəti nəticəsində dəyməlidir. Qeyd olunan iş üzrə isə, notarius tərəfindən sığortaçıya hər hansı müraciət olunmamış, zərərin məhz notariusun təqsiri nəticəsində vurulması sü but olunmamışdır. Zərər birbaşa cinayət əməli (dələduluq) nəticəsində baş vermişdir ki, bu da sığorta hadisəsi hesab edilə bilməz. Beləliklə, mülki işdə notariusun qanunvericiliyin tələblərini pozması faktı müəyyən edilmədiyi, eləcə də hazırkı iş üzrə iddiaçının tələb etdiyi 20.000 manatın cavabdehdən tələb etməsi əsaslı deyil.
27. Qeyd edilən məhkəmə qərarlarının heç birində xüsusi notariusun qanunsuz əməllərinin iddiaçıya zərər vurulmasına səbəb olması faktı müəyyən edilmir. Zərər vuran kimi X16 ilə X28 tanınır.
28. Məhkəmənin diqqətinə çatdırılmalıdır ki, cinayət işi üzrə hökmdən aydın olduğu kimi, cinayət işinin predmeti olan eyni iş üzrə mühakimə aparılmış və həmin cinayət işi çərçivəsində Salamzadə Akif nə zərər çəkmiş şəxs kimi tanınmış, nə də onun maddi zərər tələbi tanınmışdır. İd diaçıya vurulmuş zərər birbaşa notariusun deyil, üçüncü şəxslərin (Ağayev Anar və Bayramov Şahinin )qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Bu əməllər artıq cinayət işinə baxan məhkəmə tərəfindən cinayət tərkibli hərəkətlər kimi qiymətləndirilmiş və ona hüquqi qiymət verilmişdir.
29. İş materiallarından göründüyü kimi, iddiaçı Salamzadə Akif könüllü olaraq alğı-satqı müqaviləsi bağlamışdır. Təqsirkar şəxslər - Ağayev Anar və Bayramov Şahinin dələduzluq yolu ilə həyata keçirdikləri qanunsuz əməl nəticəsində Salamzadə Akifə maddi zərər dəymişdir. Bu halda notariusun hər hansı məsuliyyət daşıması üçün hüquqi əsas mövcud deyildir. Çünki, zərər notariusun hərəkətləri nəticəsində deyil, üçüncü şəxslərin törətdiyi cinayət, yəni dələduzluq nəticəsində baş vermişdir. Mülki hüquq normalarına ə sasən, Salamzadə Akif ödədiyi məbləği alğı-satqı müqaviləsinin qarşı tərəfi olan satıcıdan tələb etməlidir. Bu, alğı-satqı müqaviləsinin müvafiq qaydada icra edilməməsi nəticəsində yaranan öhdəlik pozuntusudur və yalnız müqavilə tərəfləri arasında mülki məsuliyyət münasibətlərini doğurur. Əlavə olaraq, əldə edilmiş məlumatlara və notarius tərəfindən məhkəmədə bildirilmiş şifahi izahata əsasən, iddiaçı Salamzadə Akif dələduzluq əməlinə görə təqsirkar şəxslərdən ödədiyi məbləği geri almışdır. İndi isə, maddi zərər tələbi ilə məhkəməyə müraciət etməklə bu məbləği həm notariusdan, həm də sığorta şirkətindən yenidən tələb etməklə onların hesabına əsassız varlanmaq niyyətindədir. Əgər zərər ödənilibsə, onun yenidən tələb edilməsinin hüquqi əsası yoxdur.
30. İddia tələbinin məzmunundan və işdə ol an sübutlardan görünür ki, X16 ilə X21 təqsiri nəticəsində iddiaçıya zərər dəymişdir. İddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan şəxslərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehlərə qarşı qaldırılması və hazırki cavabdehləri sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır.
31. İddiaçının təqsirkarların qanunsuz hərəkətlərindən xəbərdar olduğu, bunu bildiyi halda, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmaması və həmin məbləği alğı-satqı müqaviləsini düzgün icra etməmiş satıcıdan deyil digər şəxslərdən tələb etməsi, onun nəqliyyat vasitəsinə görə ödədiyi məbləği təqsirkarlar aldığını sübut edir. İş üzrə apellyasiya icraatı zamanı cinayət işi üzrə təqsirli bilinərək məhkum edilmiş şəxslər in hazırki iş üzrə məhkəmə iclasına şahid kimi cəlb olunması və dindirilməsinin zəruri olduğu bildirilmiş və bu barədə məhkəməyə vəsatət təqdim edilmişdir. Belə ki, iddiaçının təqsirkar şəxslərdən həmin nəqliyyat vasitələrinə görə ödədiyi pulu geri-alıb almaması, iddiaçıya vurulmuş maddi ziyanın təqsirkar şəxslər tərəfindən aradan qaldırılmasının müəyyən edilməsi işin mahiyyətinə birbaşa təsir edəcəkdir. Cavabdeh tərəf məhkum olunmuş şəxslərlə birbaşa əlaqə saxlamaq, onlara suallar vermək və onlardan lazım olan məlumatları almaq imkanına malik deyil. Bu məlumatların əldə edilməsi yalnız məhkəmənin prosessual hərəkətləri çərçivəsində mümkün olacaqdı. Buna baxmayaraq, məhkəmə tərəfindən vəsatət təmin edilməmiş, iş izrə icraat yekunlaşaraq qətnamə çıxarılmışdır. Vəsatətin təmin edilməmə səbəb i qətnamədə göstərilməmişdir.
32. Kassasiya şikayətində yuxarıda qeyd edilənlər nəticəsində Mülki Məcəllənin 572.1, 573.1, 922.1, 1091.1, 1091.2, 1097.1-ci, “Notariat haqqında” qanunun 17,26-cı, Mülki Prosessual Məcəllənin 50.3, 54.2, 62.1, 77.1, 78.2, 82.4, 85.1, 88-ci maddələrinin tələblərinin pozulduğu vurğulanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
37. Maddə
9. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticəl əri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
38. Maddə
11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.
39. Maddə
22. Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətlə məşğul olmaq istəyən şəxs öz məsuliyyətini sığortalamalıdır. Notarius baş vermiş sığorta hadisəsi barə də 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
40. Maddə
23. Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 1 faizini təşkil edir. Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsddən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. M addə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia təmin edilmiş hissədə əsaslıdır. Belə ki, mülkiyyətçi tərəfindən əmlakından yalnız istifadə edilməsi barədə etibarnamə verildiyi halda Cavabdeh3 həmin etibarnamə əsasında sərəncamvermə hüququnu nəzərdə tutan etibarnaməni təsdiq etməsi nəticəsində “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin İddiaçı satılmasına şərait yaradılmışdır. Avtomobilin dəyərinin İddiaçı tərəfindən ödənilməsinə baxmayaraq mülkiyyətçi tərəfindən avtomobilə dair sərəncam verilməsi səlahiyyəti verilmədiyinə görə avtomobil ilkin mülkiyyətçisinə qaytarılmışdır. Nəticədə İddiaçı zərərə məruz qalmışdır. İddiaçının maddi zərərə məruz qalmasına səbəb olan etibarnamə Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə - onun peşə məsuliyyətinin sığortası haqqında xx.xx.2020-ci il tarixli, № LCP-2002234 saylı Məsuliyyət Sığortası Şəhadətnaməsinin qüvvədə olduğu müddətdə verilmişdir. Ona görə də “Opel Zafira” minik markalı nəqliyyat vasitəsi ilə əlaqədar iddiaçıya dəymiş zərər notarius Cavabdeh3 fəaliyyətinin sığortaçısı cavabdeh "xxxx" ASC-dən tutulmalıdır.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh "xxxx" ASC-nin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutula n hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1841/2025 nömrəli, 2025ci il 24 iyul tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.