Məhkəmə qərarları › İş №2(102)-3525/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3525/2023

11.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3525/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işdən kənarlaşdırma, əmək münasibətlərindən irəli gələn mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(107)397/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı X2 İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində direktor müavini vəzifəsində işləmişdir.

2. İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işinin istintaqı aparılmış və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə verilmişdir.

3. X2 İdarəsinin 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində ibtidai araşdırmanın aparılması nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi rəhbər tutularaq məhkəmə qərarı verilənədək direktor müavini işindən kənar edilmiş, lakin onun həmin müəssisədə müəllim kimi fəaliyyəti davam etdirilmişdir.

4. X2 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək işə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi rəhbər tutularaq, müvəqqəti olaraq X2 İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində müəllim işindən də kənar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən kənarlaşdırılması ilə bağlı X2 İdarəsinin rəisini müvəqqəti əvəz edən Həsrət Şabilinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 40 ilə yaxındır ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində fəaliyyət göstərmişdir. O, Mərkəzdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. 20 oktyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, X2 İdarəsinin rəisini müvəqqəti əvəz edən Həsrət Şabilinin 20 oktyabr 2022-ci il tarixli əmrinə əsasən o, işdən kənar edilmişdir. Səbəb kimi isə Azərbaycan Respublikas ının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi göstərilmişdir. Barəsində olan cinayət işi direktor müavini vəzifəsinin icrası ilə əlaqədardır. Cavabdeh təşkilatın onu müəllim işindən kənarlaşdırılması isə 40 illik müəllimlik fəaliyyətinə qarşı haqsızlıqdır.

7. İsmayıllı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(037)-62/2023 nömrəli qətnaməsi ilə (hakim İ.V.Hüseynov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qeyd edilən maddələrlə ona ittiham elan olunmuşdur. Hazırda cinayət işi Sumqayıt Ağ ır Cinayətlər Məhkəməsində məhkəmə baxışı mərhələsindədir. Ona görə də, iddiaçı cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən müvəqqəti olaraq işdən (müəllim vəzifəsi) kənar edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsinə səbəb sonuncunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələrlə ittiham elan edilməsi olmuşdur. İddiaçı işə bərpa olunmasını tələb etsə də, o, işdən azad olunmamış, müvəqqəti olaraq işdən kənar edilmişdir. Cava bdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsi müvəqqəti xarakter daşımaqla, qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddia tələbi rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi, 62-ci maddəsinin 2-ci hissəsi, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(037)-62/2023 nöm rəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(107)-397/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məciovun və M.A.Əsədlinin iştirakları ilə) apellyasiya şikayəti qismən təmin olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(037)-62/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş İddiaçı cavabdeh X2 İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı iddiasının əmrin ləğv edilməsi hissəsində təmin edilməsi, X2 İdarəsinin İddiaçı işdən kənarlaşdırılması ilə bağlı 20 oktyabr 2022-ci il ta rixli, 98 nömrəli əmrinin ləğv edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(037)62/2023 nömrəli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin iddiaçının işdən kənar edilməsinə dair 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrin qanunvericiliyin tələblərinə uyğun verilməsinə dair mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi əmrin ləğvi hissəsində iddianı təmin etməməklə maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin c) bəndinin və Konstitusiya Məhkəməsi Plenumun un 12 yanvar 2022-ci il tarixli qərarının tələblərindən göründüyü kimi, işçinin işdən kənar edilməsi kimi bir tədbir işçinin bilavasitə iş yerində ona istinad edilən əməli (inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməli) törətdiyi halda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini nəzərdə tutur.

15. Məhkəmə hesab etmişdir ki, məhz həmin halların olması işçi İddiaçı işdən kənarlaşdırılmasına dair X2 İdarəsinin 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmrinin verilməsi ilə nəticələnmişdir. Lakin 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmr verilərkən iddiaçının müəllim işindən də kənar edilməsi zərurəti müəyyən edilmədiyindən o, müəllimlik fəaliyyətini davam etdirmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyun 2022-ci il tarixli qərardan və 30 iyun 2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından göründüyü kimi İddiaçı müəllimlik fəaliyyəti ilə bağlı deyil, məhz 01 noyabr 2013-cü il tarixli 93 nömrəli əmrlə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilməklə, 29 aprel 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən ona istinad edilən əməllərə görə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə ittiham elan edilmişdir. İddiaçı qarşı irəli sürülmüş ittihamların onun müəllimlik fəaliyyəti ilə bağlılığı müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin əvvəlki iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi də izahatında idd iaçının 2 dəfə işdən kənar edilməsinin əsaslarının eyni olduğunu göstərmişdir.

17. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı qarşı irəli sürülmüş ittihamlar onun müəllimlik fəaliyyəti ilə deyil, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini kimi işlədiyi dövrdəki fəaliyyəti ilə bağlı olduğundan, bununla əlaqədar olaraq 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi rəhbər tutularaq məhkəmə qərarı verilənədək direktor müavini işindən kənarlaşdırıldığından, direktor müavini kimi işdən kənar edilməyə dair eyni əsasa istinad edilməklə iddiaçının müəllim işindən də kənar edilməsinə dair yeni bir əmrin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinin t ələbinə uyğun deyildir.

18. Eyni bir əmələ görə iddiaçının işdən kənar edilməsinə dair qüvvədə olan qərarın mövcudluğu müəyyən edildiyi, yeni bir əsasın mövcudluğu müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrin ləğv edilməsinə dair hissədə rədd etməkdə səhvə yol vermişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin işə bərpaya dair iddia tələbinin təmin edilməsinə dair dəlilini əsaslı hesab etməyərək, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qeyd etmişdir ki, cavabdeh təşkilat iddiaçını işdən müvəqqəti kənar etsə də, onu işdən azad etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində işə bərpanın qanunsuz və əsassız işdən çıxarılma, yaxud başqa işə keçirilmə hallarında tətbiqi imkanı nəzərdə tutulmuşdur. İşdən kənarlaşdırılma halında isə əmrin ləğvi özü-özlüyündə əmək fəaliyyətinin davam etdirilməli olmasını ehtiva edir. Bu baxımdan, məhkəmə, iddiaçının apellyasiya şikayətinin işə bərpa hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş işə bərpa hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi üçün əsas deyildir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi, 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi, həmin maddənin 2-ci hissəsi, 316-cı maddəsi, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.7, 384-cü maddələri, “Azərba ycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(107)-397/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi, Əmək Məcəlləsinin 3-cü maddəsinin 2 və 8-ci hissələri, 6 2-ci maddəsinin “c” bəndi pozulmuşdur. Belə ki, qanunvericilik iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiyi halda, işəgötürənə işçini işdən kənar etmək səlahiyyəti vermişdir. Qanunverici “işçi” institutundan istifadə edir ki, bu anlayış hər hansı vəzifə ilə məhdudlaşdırılmır. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətlərini aşaraq sözügedən məsələyə şərh vermişdir. İddiaçı Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində həm direktor müavini, həm də müəllim işləmişdir və hər iki vəzifə üzrə iddiaçı işəgötürənə münasibətdə “işçi” qismində çıxış edir. Apellyasiya instansiyası iddiaçı barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə direktor müavini kimi ittiham edilməsinə istin ad etsə də, nəzərə almamışdır ki, ittiham olunduğu əməlləri həm direktor müavini kimi, həm də müəllim kimi işlədiyi eyni iş yerində və eyni iş vaxtında törətməsi barədə ittiham olunur. İddiaçı direktor müavinindən ilk öncə müəllimdir, digər şəxslərə təhsil verəndir, onlara nümunə olmalıdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı irəli sürülmüş ittiham onun təhsil ocağında müəllim kimi fəaliyyətini mümkünsüz edir.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndiriləmişdir. Cavabdeh qətnamənin təmin olunmuş hissəsindən kassasiya şikayəti verdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. 62-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və y a olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məh kəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının müəllim vəzifəsindən kənarlaşdırımasına dair işəgötürənin mübahisələndi rilən əmri əsassız olmuşdur.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 12 yanvar 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə şərh verərək göstərmişdir ki, maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Göründüyü kimi, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır.

32. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya istinad olunan cinayət əməli müəllimlik fəaliyyəti ilə bağlı deyil, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsi ilə əlaqəli olmuşdur. Buna görə, iddiaçı cavabdeh İdarənin 29 aprel 2022-ci il tarixli əmri ilə direktor müavini işindən kənar edilmişdir və həmin əmr hazırki mübahisənin predmetini təşkil etmir. Məhkəmə iddiaçıya qarşı irəli sürülmüş ittihamların onun müəllimlik fəaliyyəti ilə bağlılığını müəyyən etmədiy indən, əsaslı olaraq hesab etmişdir ki, onun eyni əsasa istinad edilməklə müəllim işindən də kənar edilməsinə dair yeni bir əmrin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinin təyinatına uyğun olmamışdır.

33. İddiaçının müəllim kimi işləməsinin qeyri-mümkünlüyünə dair kassasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı 29 aprel 2022-ci il tarixdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsindən kənarlaşdırılsa da, həmin tarixdən 20 oktyabr 2022-ci il tarixədək müəllim kimi fəaliyyətini davam etmişdir. Belə olan halda, işəgötürən iddiaçının bu vəzifədə işləməsinin qeyri-mümkünlüyünü əlavə əsaslandırmalı olduğu halda, bununla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il i tarixli, 2(107)-397/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar